Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2627/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5947/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 14250 manat borc pulun və 30.40 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ilin noyabr ayının 12-dən bacısı qızı Cavabdeh1 evində (ünvan 1 ünvanda) kirayə qalmış, Bakı şəhərində 8-ci km. qəsəbəsi “Sunay” kafesində ayaqyolunda işləməklə özünə çörək pulu qazanmışdır. O özünə məxsus 3500 (üç min beş yüz) manat pulu Cavabdeh1 saxlamağa vermişdir, bundan sonra birlikdə yaşadıqla rı dövrdə hər ay qazandığı puldan saxlamaq üçün cavabdehə vermiş və verilən pullar barədə hər iki tərəf qeydlər aparmışdır. Bir-iki aydan sonra ə yenə 500 manat, daha sonra 2000 manat və daha sonra 2000 manat da vermişdir. Pul cəmi 7000 manat olmuşdur. 2014-cü ilin mart ayında 2 dənə 500 manat rus pulu, 10 dənə gürcü larisi, 1 dənə 100 ABŞ dollar, 1 dənə 20 ABŞ dolları və 1ABŞ dolları var idi ki, onları da vermişdir. Hələ gilə gəlməmiş isə 2013-cü ildən qabaq in sözü ilə Vüqara saxlamaq üçün 1400 manat pul vermişdir. Vüqar oğluna toy edəndə ondan 100 manat borc pul almışdır. 2015-ci ilin yanvar ayının 23-də yas mərasiminə rayona getmiş, həmin vaxt ə demişdir ki, xalatının cibində 300 manat pul var, 1500 manat isə gizlin yerə qoymuşdur. Evə qayıdanda pulu gizlətdiyi yerdə tapmamışdır. Ondan sonra mətbəxdə onun qutudan 3750 manat pulunu da götürüblər. Dəfələrlə hər iki cavabdehə pulun qaytarılması barədə müraciət etsə də, pulu götürdüklərini boyunlarına alsalar da, pulu qaytarmamışlar. Bununla bağlı Nizami rayon Polis İdarəsinə müraciət etmiş, iş yerinə gələrək yalvarmış, hər ayın 15-də ona pul verəcəyini vəd etmiş, in onun iş yerinə gəlməsini, ona dediklərini iş yerində olan Dostəli adlı arabaçı eşitmiş və bütün olanları müstəntiqin yanına gələrək şahid kimi ifadə vermişdir. Lakin bütün bunlara baxmayaraq, onun pulunu hələ də qaytarmamışlar. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 14250 manat borc pulun və 30.40 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 2(008)-2984/2019 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmədə müəyyən etmişdir ki, iddiaçı cavabdehlərə pul verdiyini iddia etsə də, məhkəmədə iştirak edən Cavabdeh1 bu halı inkar etmişdir. Eyni ilə iddiaçı pulun verilməsini təsdiq edən hər hansı əsaslı, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin Cavabdeh1 iddia tələbi üzrə iddia müddəti tətbiq edilməsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, iddiaya iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, və 218.1-ci maddələrinə istinad edərək, iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(008)2984/2019 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarında iddiaçının iştirakı təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya bildiriş göndərilməmişdir. Belə ki, iddiaçı Ucar rayonu Lək kəndində qeydiyyatda olsa da, ünvan 3 ünvanında yaşayır. Əgər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olsa idi, məhkəmə iclaslarında iştirak edər, iddiaya qarşı öz dəlillərini irəli sürər, şahid olan Zərdab rayon sakini X1 şahid qismin də məhkəmə iclasında dindirilməsi barədə vəsatət verər, bununla da məhkəmə ədalətli qətnamə çıxarardı. Halbuki, lə iddiaçının danışığının şahidi olan Zərdab rayon sakini X1 istintaq zamanı verdiyi ifadəsi məhkəmə sorğusu əsasında əldə edilib tədqiq edilə bilərdi. Bundan başqa, sözügedən qətnamədə qeyd edilir ki, Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbi üzrə müddət keçmişdir, iddia tələbinə müddət tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Əslində, Cavabdeh1 iddia müddətinin keçməsi ilə bağlı məsələni qaldırmaqla dolayısı ilə iddianı doğrulayaraq iddianı etiraf etmişdir. Burda belə bir sual yaranır ki, əgər iddiaçıdan pul almayıbsa, nəyə görə iddia müddəti məsələsini qabardır və həmin əsasla iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfindən bu xüsusata da diqqət yetirilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Namiq Cəfərov) 15 sentyabr 2020-ci il tarixli 2(103)-5947/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Suraxanı Rayon Məhkəməsinin 2(008)-2984/2019 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsində mülki qanunvericiliyin borc müqaviləsinə dair müddəalarına əsaslanaraq borcun qaytarılmasını tələb etsə də, həmin pul vəsaitini Cavabdeh1 borca deyil, saxlamaq üçün verdiyini göstərmişdir. Lakin iddiaçı qeyd edilən pul vəsaitini cavabdehlərə verməsini əsaslandıra və bunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdi r. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ona dəymiş ziyanın ödənilməməsini müxtəlif bəhanələrlə əsaslandırsa da, məhkəmə nədənsə iddia tələbindən kənara çıxaraq qətnamədə AR Mülki Məcəlləsinin 375-ci maddəsinə, yəni iddia müddətinin keçməsinə istinad edərək cavabdehlərin xeyrinə qətnamə qəbul etmişdir. Lakin Mülki Məcəllənin 380-ci maddəsinin, yəni iddia müddətinin axımının kəsilməsi hallarını nəzərə almamışdır. Bundan baş qa, apellyasiya məhkəməsi ümumiyyətlə, nə iddiaçının, nə də cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, çəkişmə prinsipini ciddi pozmaqla, birtərəfli, heç bir sübutsuz və araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı hadisə olan ərəfələrdə qeyd etdiyi kimi Nizami rayon, ünvan 4 ünvanda 150 saylı bağçada yaşamışdır, bu səbəbdən də məhkəmə bildirişi iddiaçının yaşadığı ünvana deyil, əvvəllər yaşadığı in ünvanına, yəni ünvan 5ən də, apelyasiya instansiyası məhkəməsində iddiaçı öz izahatının, mülahizəsini və etirazının təqdim etmək imkanından məhrum olmuşdur. İddiaçı kassasiya şikayətini Mülki Prosessual Məcəllənin 9, 138.1, 185.2, 418.1, 418.4, 418.5-ci maddələri ilə əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəm əyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhd əsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmi ş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanma sı və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilm əyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehə borc verdiyini, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini, iddia ərizəsində göstərdiyi faktları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələr düzgün olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişlər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia tələbini iddia müddətinin buraxılması əsası ilə deyil, sübutetmə yükü üzərinə düşən iddiaçının öz iddiasını sübut edə bilmədiyi əsası ilə rədd etmişdir. Həmçinin məhkəmə iclası barədə bildiriş cavabdehin apellyasiya şikayətində göstərdiyi faktiki yaşadığı ünvana göndərilmiş, iddiaçı birinci məhkəmə baxışında iştirak etmiş, növbəti məhkəmə iclası barədə bildirişi imzalasa da, sonuncu məhkəmə iclasında isə heç bir səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5947/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.