Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2627/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Abşeron rayonu Masazır kənd 4 nömrəli orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-555/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiy a şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əmək müqaviləsinə görə, iddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz Cavabdehə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçının Cavabdeh direktor əvəzi X2 ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsində “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” yazılmışdır.
3. Əmək kitabçasına əsasən, iddiaçı xx.xx.2019-cu il tarixdə Ali təhsilli coğrafiya müəllimi 01.03.19-cu il tarixdən ərizəsinə əsasən məktəbdə yaranmış 1.0 ştat direktor müavini vəzifəsinə təyin edilmiş və həmin tarixdən on unla əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə Masazır kənd 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrindən çıxarışa görə, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
5. Abşeron rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X1 4 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunmaq üçün xx.xx.2021-ci il tarixli ərizə ilə həmin dövrdə məktəb in direktor səlahiyyətlərini müvəqqəti icra edən XXXa müraciət etmiş, məktəb üzrə xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə əmək kitabçası vətəndaşa təqdim edilmişdir. İddiaçı dövlət ümumi təhsil müəssisələrində ixtisası üzrə işlə təmin olunması üçün müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı məqsədəmüvafiqdir.
6. Cavabdeh direktor əvəzi X5 rayon Təhsil Şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatı ilə, məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan İddiaçı ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edildiyi üçün ixtisası üzrə məktəbdə müəllim kimi fəaliyyət göstərməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
7. Həmin məktuba cavab olaraq Abşeron ra yon Təhsil Şöbəsinin Cavabdeh direktor əvəzi XXXa ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna görə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanlarının nəticələri və mütəxəssislər tərəfindən aparılmış müsahibələrin yekunlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
8. K.Məhərrəmov adına Xudat şəhər 3 nömrəli tam orta məktəbin xx.xx.2022- ci il tarixli XXX nömrəli arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixdən (əmr N56) xx.xx.2018-ci il tarixə qədər (əmr N4) müddətsiz müqavilə ilə ixtisası üzrə coğrafiya müəllimi işləmişdir.
9. Masazır kənd 4 nömrəli məktəbin 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənni üzrə jurnaldan çıxarışa görə, iddiaçı həmin fənləri məktəbdə 15 fevral 2022-ci il tarixədək tədris etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır kənd 4 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli XXX nömrəli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, 500 manat məbləğdə vəkilin göstərdiyi hüquqi yardım haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, 2022-ci ilin yanvar, fevral ayında əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddianın əsaslarına görə, iddiaçı Masazır kənd 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləməklə yanaşı, coğrafiya fənnini coğrafiya müəllimi olaraq 01 mart 2019-cu il tarixdən tədris edirdi. İşlədiyi müddət ərzində məktəbin rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtında və tam yerinə yetirmişdir. Məktəbə təzə təyin olunan direktorəvəzi XXX tərəfindən təyin olunduğu gündən ona qarşı qeyri-səmimi və qərəzli münasibət olmuşdur. Hər dəfə müəyyən bəhanələr gətirərək onu işdən maddə ilə çıxaracağı barədə hədələyir və heç bir əsas olmadan vəzifə funksiyalarına daxil olmayan tapşırıqlar verirdi. Vəzifə öhdəliklərinə daxil olmamasına baxmayaraq iddiaçı həmin tapşırıqları yerinə yetirirdi. xx.xx.2021-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar 14 təqvim günü ödənişsiz məzuniyyət verilməsi ilə əlaqədar direkto r əvəzi XXXa ərizə ilə müraciət etmiş, lakin ərizəsinə rədd cavabı verilmişdir. O, məzuniyyət ona lazım olduğunu bildirdikdə cavabdeh onun sözlərindən daha da hiddətlənərək məktəbin kollektivi arasında uca səslə onu maddə ilə çıxaracağını, ərizəsini yazmağı demişdir. Bundan sonra, bu hallar növbəti günlərdə də davam etdiyi üçün o, məcburiyyət qarşısında qalıb xx.xx.2021-ci il tarixdə məktəbin direktor əvəzi X2 “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” məzmunda ərizə yazmışdır. Göründüyü kimi, ərizəsində direktor müavinliyindən çıxmağını xahiş etsə də, müəllim kimi işdən çıxmaqla bağlı ərizə yazmamışdır. Yəni, cavabdeh məktəbdə həm direktor müavini olaraq inzibati vəzifə tutmaqla yanaşı, həm də müəllim kimi fəaliyyət göstərirdi. Lakin xx.xx.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Direktor əvəzi XXX xx.xx.2021-ci il tarixli ərizəsində göstərilənləri nəzərə almadan, heç bir araşdırma aparmadan, ərizəsindəki xahişə münasibət bildirmədən, dərs saatları saxlanılmaq şərti ilə müavin kimi vəzifədən azad edilmə şərtinə heç bir məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir.
12. Abşeron Rayon Məhkəməsinin 2(012)-3359/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) idda rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-555/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), L.Məmmədova və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz Cavabdehə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, onun tərəfindən Cavabdeh direktor əvəzi X2 yazılmış xx.xx.2021-ci il tarixli ərizədə “Yazıb Sizdən xahiş edirəm ki, məni xx.xx.2021-ci il tarixdən üzərimdə dərs saatları saxlanılmaq şərti ilə müəllim kimi fəaliyyətimi davam etdirməyə, müavin kimi vəzifədən azad etməyə köməklik edəsiniz” yazdığı ərizəsindən sonra məktəbin xx.xx.2021-ci il tarixli, XXX nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
16. Öyrənilən işdən həmçinin görünür ki, iddiaçı direktor müavini vəzifəsini icra edərkən Masazır kənd 4 nömrəli məktəbində 2022-ci ilin yanvar və fevral ayları üzrə həyat bilgisi və coğrafiya fənlərini tədris etmişdir.... Göründüyü ki, qanunvericilik birinci halda xəbərdarlıq müddəti bitənədək işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutsa da, ikinci halda, yəni işçinin ərizəsində göstər diyi gün əmək müqaviləsinə xitam verilməsi halında işçinin istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsi imkanını nəzərdə tutmamışdır.... Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək iddiaçının şikayəti üzrə digər bir dəlilinə, yəni “dərs saatları saxlanılmaq şərtilə müəllim kimi fəaliyyətini davam etdirməyə, müavin kimi vəzifədən azad edilməsinə” də xüsusi əhəmiyyət verərək, bu məqsədlə aidiyyəti orqana sorğu vermişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğu əsasında AR Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim – tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedoqoji iş) aparmaları haqqında” normaların 3-cü bəndinə əsasən bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hal larda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər. Beləliklə göründüyü kimi iddiaçı sözügedən məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini daşıdığından, yuxarıda qeyd olunan əmrin (Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, 59 nömrəli əmrin) təsir dairəsinə düşmüş və onun həmin məktəbdə ixtisası üzrə dərs aparması icra etdiyi vəzifəsinin ayrılmaz təkib hissəsi olmaqla, qeyd olunan normanın tələbləri çərçivəsində olmuşdur. Bundan əlavə iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı əmrin ləğv olunması ilə yanaşı, müəllim vəzifəsinə deyil, əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. Halbuki işin mübahisəsiz halından göründüyü kimi sonuncu məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində olmaqla, sonda həmin vəzifədən öz xahişi ilə işdən azad olunmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi hər iki tərəfi bərabər, yəni həm işçini, həm də işəgötürəni bərabər şəkildə qoruyur.”
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3 (İİ hissə), 9 (q bəndi), 12 (İ bəndin b yarımbəndi), 68 (İ hissə, İİ hissənin a bəndi) və 69-cu maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh məktəbin iddiaçının ərizəsinə əsasən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad etməklə yanaşı müəllim vəzifəsindən də azad etməsi qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.8-ci bəndində göstərilmişdir ki, mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Cavabdeh məktəbin direktoru tərəfindən imzalanmış əmrin qanuniliyi məhz həmin Qaydaların tələblərinə uyğun olmaqla yoxlanılmalı idi. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbi pozulmuşdur. Cavabdeh məktəbin direktoru da İddiaçı öz ərizəsinə əsasən məktəbin təlim-tərbiyə işləri üzrə d irektor müavini vəzifəsindən azad edilməsi ilə yanaşı müəllim vəzifəsindən də azad edilməsinin qanunsuz olduğunu əvvəlcədən bilmiş, buna görə də həmin məsələyə münasibət bildirilməsi Abşeron rayon Təhsil Şöbəsindən istənilmiş, Abşeron rayon Təhsil Şöbəsi tərəfindən isə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda isə cavabdeh məktəbin göndərdiyi təqdimatda göstərilən məsələyə münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə
60. Hü quq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir;
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardı r: a) tərəflərdən birinin təşəbbüsü; Maddə
69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər;
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv e dilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur;
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
24. Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar:
3. Bütün tipdən olan ümumtəhsi l məktəbləri, litseylər, gimnaziyalar, peşə məktəbləri və peşə litseyləri üzrə Bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata ) qədər də dərs apara bilərlər; Ümumtə hsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə taarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər. Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata(tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər; Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin rəhbər işçiləri tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata (ildə 2 40 saata) qədər, 0,5 vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs apara bilərlər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymə tləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır. 2
8. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayə tinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüşdür.
31. İlk olaraq, əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
32. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin cavabdehin iddiaçını müəllim vəzifəsindən də azad etməsinin qanunsuz olması barədə dəlil əsassızdır. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh məktəbdə yalnız direktor müavini vəzifəsinə təyin olunmuş, həmin məktəbdə müəllim vəzifəsinə isə işə q əbul edilməmişdir. İddiaçı məktəbin direktor müavini olduğu üçün sırf bu səbəbdən “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”da nəzərdə tutulan qaydada müəllim kimi iş yükü ilə təmin edilmiş (ayrıca müəllim kimi vəzifəyə təyin edilmədən), tutduğu vəzifədən (direktor müavinliyindən) azad olunduqdan sonra isə onun yenidən müəllim kimi iş yükü ilə təmin edilməsi üçün qanunla müəyyən edilmiş hüquqi əsas artıq aradan qalxmış olmuşdur. Odur ki, iddiaçı təyin olunmadığı müəllim vəzifəsindən azad edilə bilməzdi və eyni əsasla, tutmadığı vəzifəyə yenidən bərpa olunması mümkün deyil.
33. Bu anlamda şikayətin apellyasiya instansiyası məhkə məsinin maddi hüquq normasını pozmasına dair ikinci dəlili əsaslı deyil. Belə ki, cavabdehin hərəkətləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na, o cümlədən həmin Qaydaların 4.8-ci bəndinə uyğun olmuşdur.
34. Şikayətin Abşeron rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda cavabdeh məktəbin göndərdiyi təqdimatda göstərilən məsələyə münasibət bildirilməməsi barədə dəlili də əsassızdır. Belə ki, adıçəkilən məktubda izah edilmişdir ki, “... ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imta hanlarının nəticələri və mütəxəssislər tərəfindən aparılmış müsahibələrin yekunlarına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.”
35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-555/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.