Məhkəmə qərarları › İş №2(102)-2627/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2627/2025

10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2627/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:öhdəliyin icra edilməməsi nəticəsindən dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1755/2025 nömrəli, 6 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (direktor X5) ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, Cəmiyyət ünvan 1 ünvanda inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək bir hissəsi 118 nömrəli mənzil olaraq, ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat (sonuncu ay 28.330 manat) olmaqla ödənilməlidir. 2. "xxxx" MMC (direktor X5) ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə və həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, Cəmiyyət ünvan 1 ünvanda inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ikinci hissəsi 118/1 nömrəli mənzil olaraq, ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat (sonuncu ay 28.330 manat) olmaqla ödənilməlidir.

3. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində gö stərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X4 təqsirləndirilən şəxs qismində tanınmasına xitam verilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh3 zərərçəkmiş şəxs qismində tanınmalarına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 2 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 2 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 2 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil verib. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 190.000 manat müəyyən edilib və alıcı ilkin olaraq 20.000 manat ödəniş edib, 170.000 manat borcu qalıb. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 28.334 manat olmaqla, 170.000 manat məbləği 04 avqust 2021-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Lakin Cavabdeh3 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək Cəmiyyətə ödəməli pulu 1 il 7 ay gecikdirdikdən sonra 10 sentyabr 2022-cil il tar ixdə tam olaraq ödəyib. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 2 ünvanında yerləşən 1 saylı binanın 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m olan 3 otaqdan ibarət 118/1 nömrəli mənzili alıcı Cavabdeh1 təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil verib. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 190.000 manat müəyyən edilib və alıcı ilkin olaraq 20.000 manat ödəniş edib, 170.000 manat borcu qalıb. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 28.334 manat olmaqla, 170.000 manat məblə ği 04 avqust 2021-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Lakin Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək Cəmiyyətə ödəməli pulu 1 il 7 ay gecikdirdikdən sonra 10 sentyabr 2022-cil il tarixdə tam olaraq ödəyib. Müqaviləyə əsasən mənzillər qeyd olunan cavabdehlərə satılarkən mənzilin 1 kv.m dəyəri 1.086 manat müəyyən edilib. Lakin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirən zaman mənzilin 1 kv.m dəyəri təxminən 1.600 manat dəyərində olub. Mənzilin 1 kv.m dəyəri 500 manat qalxdığından və Cəmiyyətə olan borc vaxtında ödənilmədiyindən Cəmiyyətə hər 175 kv.m mənzil üçün ayrılıqda 87.500 manat olmaqla, ümumilikdə 175.000 manat məbləğində maddi ziyan dəyib. Cəmiyyət mənzili cavabdehlərin pulu tam ödədiyi vaxt satsa idi, ən azından qeyd olunan gəliri əl də edəcəkdir. Buna görə də, həmin məbləğ Cəmiyyətin əlindən çıxıb. Həmçinin, Cavabdeh3 və Cavabdeh1 hər biri tərəfindən 87.500 manat məbləğində pul vaxtında ödənilsəydi Cəmiyyət həmin pul vəsaitini yenidən dövriyyəyə buraxaraq gəlir əldə edə bilərdi. Cavabdeh3 və Cavabdeh1 pul məbləğinin ödənilməsini gecikdirib, lakin Cəmiyyət digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz ödəməyə borcludurlar. Cavabdeh3 və Cavabdeh1 hər biri 87.500 manat məbləğində pulu 1 il 7 ay sonra ödədiyindən həmin müddət üçün hər birindən (1 il 4.375 + 7 ay 2.552=6.927) 6.927 manat məbləğində ziyan tutulmalıdır. Bundan əlavə Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirməməl ərini onunla əsaslandırıblar ki, "xxxx" MMC-nin sabiq təsisçisi Cavabdeh2 mənzilin dəyərinin şirkətə vaxtında ödənilməsinə icazə verməyib və mənzilin dəyəri Cavabdeh2 göstərişinə əsasən bazar qiymətindən 60.000 manat aşağı qiymətə satılıb. Cavabdeh2 qanuna zidd hərəkətləri və öz səlahiyyətlərindən istifadə etməsi nəticəsində Cəmiyyətə onun tərəfindən 60.000 manat məbləğində maddi ziyan dəyib. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclun un icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2773-9/2934 nömrəli rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının 118 saylı mənzilinin 2021-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 191.000 manat məbləğində müəyyən olunur. Həmin ünvanda inşa edilmiş yaşayış binasının 118/1 saylı mənzilinin 2021-ci il ta rixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 191.000 manat məbləğində müəyyən olunur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4097-9/4295 saylı rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının 118 saylı mənzilinin 2021-ci ilin fevral ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 194.500 manat, həmin ünvanda inşa edilmiş yaşayış binasının 118/1 saylı mənzilinin 2021-ci ilin feval ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 194.500 manat məbləğində müəyyən olunur. Qeyd: hazırkı ekspertiza tətqiqatı zamanı tədqiq olunan binada olan alqı-satqı məlumatlarına istinad edimişdir.

8. X1 xx.xx.2024-cü il tarixli 151 saylı qiymətləndirmə r əyinə əsasən, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 4 ünvanında "xxxx" MMC-nin inşa etdiyi 1 saylı binanın 16-cı mərtəbəsində yerləşən 118 nömrəli, holl daxil olmaqla, ümumi tikinti sahəsi 175 kv.m (3 otaqlı) təşkil edən təmirsiz mənzilin 10 sentyabr 2022-ci il tarixə olan orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 (iki yüz səksən min) manat, likvid dəyəri isə 252.000 (iki yüz əlli iki min) manat məbləğində müəyyən edilir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli, e-2(007)1930/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ünvan 5 ünvanda yerləşən 118 nömrəli mənzilin və ünvan 5 ünvanda yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nə ticəsində dəyən zərər üzrə 60.000 manatın Cavabdeh2 alınıb ödənilməsi, ünvan 5 ünvanda yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat ziyanın, cəmi 94.427 manatın Cavabdeh3 tutularaq ödənilməsi, ünvan 5 ünvanda yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat ziyanın, cəmi 94.427 manatın Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC (direktor X5) ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 arasında bağl anmış xx.xx.2021-ci il tarixli müqavilələrə və həmin müqaviləyə 1 nömrəli əlavələrə əsasən Cəmiyyət ünvan 1 ünvanda inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə hər bir alıcıya verməyi, alıcılar isə həmin mənzilləri qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzillər 3 otaqdan ibarətdir. Mənzillərin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat olmaqla (sonuncu ay 28.330 manat) ödənilməlidir. Mənzillərin ödənişi hazırda tamamlanmışdır və mənzillər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə və sahibliyindədir. Hazırda isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvand a yerləşən 118 nömrəli mənzilin və həmin ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manatın Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi, 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat ziyanın, cəmi 94.427 manatın Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat ziyanın, cəmi 94.427 manatın Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin “adıçəkilən mənzillərin aşağı s atılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manatın Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı "xxxx" MMC (direktor X5) ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə və həmin müqavilələrə 1 nömrəli əlavələrə əsasən Cəmiyyət ünvan 1 ünvanda inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə hər bir alıcıya verməyi, alıcılar isə həmin mənzilləri qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzillər 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəni ş 6 ay müddətində hər ay 28.334 manat olmaqla (sonuncu ay 28.330 manat) ödənilməlidir. İddiaçı isə mənzillərin dəyərinin 210.000 manat olduğunu və hər bir mənzil üzrə satışın 30.000 manat aşağı qiymətə realizə edildiyini qeyd etmişdir. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, X6 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 adıçəkilən mənzillərin satılması təmin edilmişdir. X6 vermiş olduğu izahatında atası Akif Mustafayev tərəfindən ona və qardaşı Cavabdeh2a ünvan 1 ünvanda inşa olunan binada ayrı-ayrılıqda 360 kv.m sahəsi olan mənzilin hədiyyə edildiyini, ona məxsus olan mənzili iki hissəyə bölərək, cavabdehlərin hər birinə 190.000 manata satdığını, əlavə hər bir mənzildən 30.000 manatı öz qazancı kimi istədiyini qeyd etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə Vüqar Mustafayevin izahatını təsdiq etdiklərini, lakin mənzillərin 190.000 manata alındığını, əlavə hər bir mənzil üçün ödənilən 30.000 manat pulun isə mənzilin dəyəri kimi əvvəlcədən ödənilən məbləğ olduğunu qeyd etmişlər. Araşdırma aparılan zaman Cavabdeh2 izahatında bildirmişdir ki, 2021-2022-ci illərdə cəmiyyətin direktoru qardaşı Emil Mustafayev olsa da, Cəmiyyət faktiki olaraq Emil Mustafayev, atası Akif Mustafayev və onun tərəfindən idarə olunurdu. Cəmiyyətin pula ehtiyacı olduğu üçün atası tərəfindən Vüqar Mustafayeva verilən sahəsi 360 kv.m olan mənzilin satışına razılıq verilmişdir. Qardaşı mənzilləri iki hissəyə bölərək, hər birini 190.000 manata satacağını və alıcılarla müqavilə tərtib ediləcəyini bildirib. Bundan sonra hər iki müqavilə hazırlanır, imzalanır və möhürlənir, mənzilləri üzrə ilkin ödəniş kimi ayrı-ayrılıqda 20.000 manat ödənilir. Qalan borc 6 ay ərizində ödənilməli idi. Ona sonradan məlum olub ki, qardaşı ilə Cavabdeh1 və Cavabdeh3 arasında olan razılaşmaya əsasən Cəmiyyətin hesabına 190.000 manat, qardaşına isə 30.000 manat hər bir mənzil üçün ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzilin satışını Vüqar Mustafayev həyata keçirmiş, müqavilə Cəmiyyətin adından Emil Mustafayev tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. İstintaq Şöbəsində araşdırma aparılan zaman müqavilələrin Cəmiyyətin, Emil Mustafayevin əvəzində özü olmadığı üçün işçi tərəfindən imzalandığı qeyd edilmişdir. Belə olan halda, hazırkı tələb üzrə Cavabdeh2 cavabdehliyi müəyyən edi lməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif edilsə də, iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən hissədə iddia Cavabdeh2a qarşı qaldırılsa da, iddiaçı tərəfindən dəyərindən aşağı satıldığı iddia iddia edilən mənzillər onun tərəfindən satıldığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən mübahisələndirilən hissədə iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “adıçəkilən mənzillərin aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manatın Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissədə təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi iddia tələbinin “118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat ziyanın, cəmi 94.427 manatın Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin va xtında ödənilməməsinə görə 87.500 manat əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat ziyanın, cəmi 94.427 manatın Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırarkən müqavilələr üzrə ödənişin xx.xx.2021-ci il tarixdə tamamlanmalı olmasına baxmayaraq xx.xx.2022-ci ildə ödənişinin başa çatdırıldığını, mənzillər satılarkən hər kv.metrin dəyərinin 1.086 manat müəyyən edilsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərkən hər kv.metrin dəyərinin 1.600 manat olduğunu və hər kv.metr üçün 500 manat artım olduğunu nəzərə alaraq hər bir mənzil üzrə 87.500 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Həmçinin, 87.500 manat vaxtında ödənilsə, Cəmiyyət həmin pulu dövri yyə buraxaraq gəlir əldə edə bilərdi, cavabdehlər isə ödənişləri gecikdiriblər. Bu səbəbdən hər biri 1 il 7 ay üzrə Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq 87.500 manatın illik 5 faizi ödənilməlidir. Bu səbəbdən cavabdehlərin hər birindən 87.500 manat əldən çıxmış fayda və gecikdirilmiş vaxt üçün illik 5 faizlə 6.927 manat tələb olunmuşdir. İddiaçı tərəfindən məhkəməyə X2 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qeyd edilən mənzilin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 manat, likvid dəyəri isə 252.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək olan müddəti 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gündür. Hazırkı tələb üzrə müəyyən edilməli olan hal cavabdehlər Cavab deh3 və Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirib-yetirilməməsi və bunun səbəbləridir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və on əlavəyə əsasən mənzillərin dəyəri 190.000 manat həcmində müəyyən edilmiş, ilkin ödəniş 20.000 manat olmuş, qalan 170.000 manatın isə 6 ay ərzində xx.xx.2021-ci il tarixinədək başa çatdırılması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı ödənişin xx.xx.2022-ci il tarixdə başa çatıdırıldığını bildirmiş, cavabdehlər İstintaq Şöbəsində verdikləri izahatlarında da xx.xx.2022-ci ildə cəmiyyətə hər bir müqavilə üzrə 170.000 manat ödəniş edildiyini qeyd etmişlər. Bu səbəbdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin xx.xx.2022-ci il tarixdə icra edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən c inayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmiş ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2022-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayon prokurorluğuna şikayət etmişlər. Məlum olmuşdur ki, cavabdehlər tərəfindən mənzillərin ödənişi kimi 40.000 manat Vüqar Mustafayevə ödənilmiş, sonuncu isə həmin ödənişlərin edilməsinə dair müvafiq qəbzləri cavabdehlərə verməmiş, əvəzində özü tərəfindən qəbz tərtib etmişdir. Lakin həmin ödəniş Cəmiyyətin balansına köçürülməmişdir. Sonradan Cəmiyyət tərəfindən cavabdehlərdən 170.000 manat tələb edilsə də, cavabdehlər Cəmiyyətə Vüqar Mustafayevə 60.000 manat və sonradan 40.000 manat ödənildiyini, lakin Cəmiyyət tərəfindən müvafiq qəbzlərin verilmədiyini bildirmişlər. Lakin Cəmiyyətin direktoru Cəmiyyətin hesabına ödənişlərin edilmədiyini, həmin pulların Cəmiyyətin hesabına daxil edilmədiyini bildirmişdir. Bundan sonra isə cavabdehlər qeyd edilən şikayətlə Nizami rayon prokurorluğuna şikayət etmişlər. Bundan sonra cavabdehlərin hər biri 170.000 manat Cəmiyyətin hesabına ödəmiş, Vüqar Mustafayev isə cavabdehlərə 40.000 manatı geri qaytarmışdır.

14. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən 1 il 1 ay 6 gün müddətində 170.000 manatın ödənilməməsinin səbəbi onların həmin pulu ödəmək iqtidarında olması deyil, daha əvvəl mənzillərin dəyəri kimi ödənilmiş pulların mənzil üzrə edilmiş ödəniş kimi nəzərə alınmaması və nəticədə cavabdehlərdən hər bir mənzil üzrə 170.000 manat pul tələb edilməsi səbəbindən onların ödəniş etməkdən imtina etməsi olmuşdur. xx.xx.2022-ci ildə cavabdehlərin hər birin in 170.000 manatı Cəmiyyətin hesabına ödəmələri onların mənzil üzrə ödəniş etmək qabiliyyətində olmasını təsdiq edir. Lakin Cəmiyyətdə mənzillərin ödənişlərinin edilməsi ilə bağlı yaranmış anlaşılmazlıq, ödənişlərin Vüqar Mustafayev tərəfindən təhvil alınması, sonradan Cəmiyyət tərəfindən Vüqar Mustafayeva edilmiş ödənişlərin nəzərə alınmaması, Cəmiyyət daxilində baş verənlər və ödəniş tam şəkildə ödənilməsinin tələb edilməsi müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən icrasının gecikdirilməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin icrasının gecikdirilməsini adıçəkilən səbəblərdən baş verməsini, tərəflərin 170.000 manat birdəfəlik ödəniş etmələrini nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi mübahisələndirlən hissədə əsassızdır. Müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi cavabdehlərdən asılı olmayan səbəblərdən olmuşdur və buna görə cavabdehlərdən əldən çıxmış fayda kimi zərərin və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun tələb edilməsi yolverilməzdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 390.1, 443.1, 443.2, 443.3, 443.4, 445.7, 567-ci, Mülki Prosessual Məcəllənin 14.1, 54.2, 77.1, 78.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şika yəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və öz qərarını düzgün əsaslandırmamışdır. İddia ərizəsinin 60.000 (altmış min) manatın Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi hissəsində məhkəmə iş üzrə belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən hissədə iddia Cavabdeh2a qarşı qaldırılsa da, iddiaçı tərəfindən dəyərindən aşağı satıldığı iddia edilən mənzillər onun tərəfindən satıldığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən mübahisələndirilən hissədə iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən iddia tələbi “adıçəkilən mənzillərin aşağı qiymətə satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissədə təmin edi lməməlidir. İddia tərəfi qətnamənin bu hissəsini mübahisələndirmir. Cavabdeh2 "xxxx" MMC-nin təsisçilərindən biri və hüquqşünası kimi adıçəkilən mənzillərin aşağı qiymətə satılmasına razılıq verən şəxsdir. Lakin müqavilələrdə onun imzası olmadığından mənzilin aşağı qiymətə satılmasına görə onun məsuliyyət daşıması düzgün deyil. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə iddiaçı tərəfindən mübahisələndirilmir. İddia tələbinin “118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən müqavilələr üzrə ödənişin xx.xx.2021-ci il tarixdə tamamlanmalı olmasına baxmayaraq xx.xx.2022-ci ildə ödənişinin başa çatdırıldığını, mənzillər satılarkən hər kv.metrin dəyərinin 1.086 manat müəyyən edilsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərkən hər kv.metrin dəyərinin 1.600 manat olduğunu və hər kv.metr üçün 500 manat artım olduğunu nəzərə alaraq hər bir mənzil üzrə 87.500 manat maddi ziyan dəydiyini və bununla əlaqədar cavabdehlərin hər birindən 87.500 manat məbləğində əldən çıxmış fayda və gecikdirilmiş vaxt üçün illik 5 faizlə 6.927 manat tələb olunması hissəsinə dair birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi cavabdehlərdən asılı olmayan səbəblərdən olmuşdur və buna görə cavabdehlərdən əldən çıxmış fayda kimi zərərin və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun tələb edilməsi yolverilməzdir. Bu hissədə qətnamə tam qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğu əsasında Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsindən icraatında olan cinayət işinin nəticəsinə dair müvafiq qərar alınmışdır, eyni zamanda məhkəmənin icraatında olmuş 2(007)-45/2024 saylı iş üzrə materiallar bu işə əlavə edilmişdir. Məhkəmə qətnaməsində ilk öncə qeyd olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək olan müddəti 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gündür. Bu halda gecikmənin tarixini xx.xx.2021-ci ildən götürməklə birinci instansiya məhkəməsi işin faktiki hallarını təhrif edib. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər arasındakı razılığa əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2021-ci ilin sentyabr ayına qədər müqavilə üzrə ödədiklərini tam yerinə yetirməli olduqları halda hərəyə 20.000 manat ilkin ödəniş edildikdən sonra Cavabdeh1 ofisdə pulu ödəmək əvəzinə ofisin qonşuluğunda yerləşən kafedə Vüqar Mustafayevə 40.000 manat ödəniş etmiş, bununla əlaqədar Vüqar Mustafayevdən əlyazma şəklində qəbzin pul tam ödənildikdən sonra veriləcəyinə dair bildiriş almaqla kifayətlənmişdir. İşin bu halları birinci instansiya məhkəməsinin qəbu l etdiyi qətnamədə istinad edilən bu işlə əlaqədar qaldırılan cinayət işinin materiallarındakı izahatlarla öz təsdiqini tapır. Təəssüflər olsun ki, bu halda birinci instansiya məhkəməsi qərəz nümayiş etdirərək, yalnız cavabdehlərin iş materiallarındakı izahatlara istinad edib, lakin Vüqar Mustafayevin istintaqa verdiyi izahatdakı xüsusatları nəzərə almayıb. Vüqar Mustafayev 15 dekabr 2022-ci il tarixdə istintaqa verdiyi izahatında ödənişin gecikdirilməsi ilə əlaqədar cavabdehlərlə arasındakı münasibətləri aşağıdakı kimi izah edir. “2021-ci ilin aprel ayında Cavabdeh1 aldığı evdə təmir işlərinə başladı. 2021-ci ilin mart, aprel və may aylarında Xəqani və Röyal evə görə aylıq ödəniş olan 28.334 manat ödənişi, ümumilikdə isə 170.004 manat ödənişi etmədilər. 27 may 2021-ci ildə mən Xəqani və E lmirlə ofisin qarşısında görüşdüm və Cavabdeh1 dedim ki, qalıq borcunu ödəmək lazımdır. Xəqani mənə dedi ki, indi pulum yoxdur, 2021-ci ilin sentyabr ayında mənzillərə olan borcumuzu tam şəkildə ödəyəcəyik. Mən Xəqaniyə dedim ki, mənzillərə aylıq ödəniş edilməsi üçün mənə verdiyin 40.000 manat məndədir, 2021-ci ilin sentyabr ayında mənzillərin qalıq borcunu ödəyən zaman məndə olan 40.000 manatı gətirəcəm, pulu birlikdə ödəyərsən və maliyyə arayışını alarsan. Xəqani mənimlə razılaşdı və mən bu barədə əl yazma yazıb verdim. Həmin əl yazmada göstərdim ki, mən 17 may 2021-ci ildə 118 və 118/1 mənzillərə görə 40.000 manatı aldım və 01 sentyabr 2021-ci ildə qəbzini təqdim edəcəm. Həmin əlyazmanı mən, Xəqani və Elmir imzalarla təsdiq etdik. 2021-ci ilin sentyabr ayına kimi Xəqani və Röyal qalıq b orcu gətirmədilər”. Göründüyü kimi, iş materiallarında olan Vüqar Mustafayevin bu izahatı ilə cavabdehlərin izahatları arasındakı ziddiyətlərə, o cümlədən işin faktiki hallarına dair məsələlərə qiymət verərkən birinci instansiya məhkəməsi qərəzli və birtərəfli mövqe tutub. Bu halları aşağıdakı kimi xülasə etmək olar:

1. Cavabdehlər iddia edir ki, onlar pulun qalığını ona görə ödəməyiblər ki, ödədikləri 40.000 manat pulun alınmasına dair onlara qəbz verilməyib. Birinci instansiya məhkəməsi cavabdehlərin həmin izahatına əsaslanaraq iş üzrə qətnamə qəbul edib. Bu halda, nəzərə alınmayıb ki, cavabdehlər müqaviləni ofisdə bağladıqları və ilkin ödənişlə bağlı qəbzi ofisdən aldıqları halda qalıq borcu ödəmək üçün ofisə müraciət etmək əvəzinə Vüqar Mustafayevdən əlyazma almağa üstünlük veriblər. H albuki, onlar pulun ödənilməsi ilə əlaqədar qəbzin alınmasının vacib olduğunu yaxşı bilirdilər, çünki ilkin ödənişdən sonra məhz ofisdən qəbz almışdılar. Cavabdehlər mənzili Vüqar Mustafayevdən almayıblar, "xxxx" MMC-dən alıblar. Vüqar Mustafayevin bu əqdin bağlanmasındakı rolu vasitəçilikdən o yana keçməyib.

2. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu xx.xx.2021-ci ilə qədər ödənilib qurtarmalı idi. Vüqar Mustafayev izahatında qeyd edir ki, pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən müraciət olunub. Cavabdeh1 mənzilin qalıq borcunu ödəmədiyi halda, mənzili təmir etməyə pul tapdığı halda mənzilə dair qalıq borcunu ödəmək əvəzinə bu sövdələşmədə vasitəçi funksiyasını həyata keçirən Vüqar Mustaafayevə m üraciət edərək pulun ödənilməsi üçün möhlət istəyib. Cavabdehlər müqavilə üzrə götürdükləri öhdəliyə əməl etmək əvəzinə müqavilə göstərilən müddət ərzində pulu ödəyib müvafiq arayış almaq üçün onlara ofisdən dəfələrlə zəng edilməsinə baxmayaraq bir dəfə də gəlib ofisə aylıq ödəniş etməyiblər. Bu halda birinci instansiya məhkəməsinin, müqavilə üzrə ödənişin gecikmə müddətinin 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gün olduğu barədə nəticəyə gəlməsi tamamilə əsassızdır. Cavabdeh1 öz izahatında təsdiq edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və qalıq borcun ödənilməsi "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb edib. Onlar isə yalnız xx.xx.2022-ci il tarixdə ödəniş ediblər. Halbuki, həmin görüşdə "xxxx" MMC-nin direktoru cavabdehlərə, onları müşayiət edən hüqu qşünasa və istintaq materiallarında Cavabdeh1 ögey xalası kimi təqdim olunan yaşlı qadına pulun ödəniləcəyi halda, dərhal maliyyə arayışının veriləcəyi barədə razılığa gəlmişdilər və cavabdehlər bir həftəyə borcu ödəməyə söz vermişdilər. Lakin cavabdehlər verdikləri sözə yenə əməl etmədilər, pulun Rusiya Federasiyasından gələcəyi barədə bəhanələr uyduraraq 4 ay sonra pulu ödədilər. İşin bu hallarına dair birinci instansiya məhkəməsində "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsinin suallarına Cavabdeh1 cavab verməyə çətinlik çəkdikdə hakim Qumru Əliyeva cavbdehin əvəzinə cavab verməklə iddia tərəfinə münasibətdə qərəzli mövqeyini açıq nümayiş etdirmişdir. Yuxarıda göstərilən digər hallar kimi, işin bu halı da təsdiq edir ki, müqavilə öhdəlikləri üzrə icranın gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olmasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlışdır. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü kimi, onlar əllərində pul hazır olduğu halda "xxxx" MMC həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə guya imtina edibsə, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına niyə ödəməyiblər? Halbuki "xxxx" MMC-nin bank hesabı cavabdehlərlə bağlanan müqavilədə qeyd olunub. Məhkəmə qətnaməsində yuxarıda qeyd olunan ziddiyyətlərə heç bir aydınlıq gətirilmir. Cavabdehlərdən hər birinin müqavilə imzalanan gün aldıqları mənzilə görə 30.000 manat məbləği faktiki Vüqar Mustafayevə ödədiyi və Cavabdeh2 aid hissədə iddianın təmin edilmədiyi nəzərə alınaraq birinci instansiya məhkəməsi əldən çıxan fayda i lə əlaqədar iddianı qismən təmin edə bilərdi. Belə ki, iddiaçı tərəfindən məhkəməyə X2 tərəfindən tərtib edilmiş rəyə əsasən cavabdehlərin sahibliyində olan mənzillərin hər birinin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 manat, likvid dəyəri isə 252.000 manat müəyyən edilmişdir. Bu halda, mənzilin dəqiq təyin edilən likvid dəyəri əsas götürülməklə, həmin məbləğdən cavabdehlərdən hər birinin aldıqları mənzil üçün 220.000 manat pulu faktiki ödədikləri nəzərə alınmaqla əldən çıxan fayda şəklində hər bir cavabdehin vurduğu zərərlə bağlı pul ödəməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3617/ 2024 saylı iddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə dair iş üzrə öhdəliyin icra edilməməsi ilə vurulan zərər, əldən çıxan fayda ilə bağlı qərarında mövcud işlə əlaqədar oxşar hallara kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilib. Birinci instansiya məhkəməsi mövcud məhkəmə təcrübəsinə əsaslanmayan və pulun ödənişinin gecikdirilməsində cavabdehlərə haqq qazandıran qanunsuz qətnamə qəbul edib. Məhkəmə qətnaməsinin Cavabdeh2 60.000 manat pul tələbinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyi nəzərə alınaraq həmin hissədə dəyişdirilmədən saxlanmaqla Cavabdeh3 və Cavabdeh1 aid hissədə qətnamə ləğv edilməli, ünvan 2 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 6 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İnsan Hüqüqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki və hüquq və vəzifələri müəyyən edilərkən və y a ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüqüquna malikdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının müddəallarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli (5 № li) qərarına əsasən 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikası “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasını ratifikasiya edərək onun yuridiksiyasına daxil olmuşdur. Odur ki, məhkəmələr işə baxarkən Avropa Məhkəməsinin presidentlərini tətbiq etməlidir. Ədalətli araşdırma hüququ məhkəmə araşdırma sının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılmasını özündə ehtiva edir. Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994) işdə məhkəmə bildirmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxartdıqları qərarı əsaslandırmalıdırlar. Həmçinin, həmin qərarda bildirilir ki, təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə iddiaçı tərəfindən təqdim olunan arqumentlərin heç birinə əsaslandırılmış cavab verilməyib və cavabdehlərin izahatına əsaslanaraq iş üzrə qətnamə qəbul edib. Bu halda, nəzərə alınmayıb ki, cavabdehlər müqaviləni ofisdə bağladıqları və ilkin ödənişlə bağlı q əbzi ofisdən aldıqları halda qalıq borcu ödəmək üçün ofisə müraciət etmək əvəzinə Vüqar Mustafayevdən əlyazma almağa üstünlük veriblər. Halbuki, onlar pulun ödənilməsi ilə əlaqədar qəbzin alınmasının vacib olduğunu yaxşı bilirdilər, çünki ilkin ödənişdən sonra məhz ofisdən qəbz almışdılar. Cavabdehlər mənzili Vüqar Mustafayevdən almayıblar, "xxxx" MMC-dən alıblar. Vüqar Mustafayevin bu əqdin bağlanmasındakı rolu vasitəçilikdən o yana keçməyib. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu xx.xx.2021-ci ilə qədər ödənilib qurtarmalı idi. Vüqar Mustafayevin iş materiallarında olan izahatında qeyd edilir ki, pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən dəfələrlə müraciət olunub. Cavabdeh1 da öz izahatında təsdi q edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb edib. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü kimi, onlar əllərində pul hazır olduğu halda guya "xxxx" MMC həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edibsə, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına köçürə bilərdilər. Birinci instansiya məhkəməsi işin bu halları ilə bağlı iddia tərəfinin arqumentlərinə heç bir qiymət verilmədən yalnız cavabdehlərin izahatları əsasında qərəzli qətnamə qəbul edib. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qü vvədə olmur. Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə qeyd olunan maddi hüquq normalarına istinad edilsədə həmin normalar faktiki tətbiq olunmayıb. İddiaçı tərəfindən məhkəməyə X2 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qeyd edilən mənzilin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 manat, likvid dəyəri isə 252.000 manat müəyyən edilmişdir. Zərər müəyyənləşdirilərkən öhdəliyin icra ed ilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər məlum olsa da, qətnamədə işin bu halına qiymət verilməyib. İş materiallarında olan müqaviləyə əlavədə borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulduğu nəzərə alınaraq bu maddi hüquq norması tətbiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi bu halda tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməyib. Cavabdehlər mənzili "xxxx"MMC-dən alıblar, mənzilin pulunu da "xxxx" MMC-yə ödəməlidirlər. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu xx.xx.2021ci ilə qədər ödənilib qurtarmalı idi. Pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən dəfələrlə müraciət olunub. Cavabdehlər müqavilə göstərilən müddət ərzində pulu ödəyib müvafiq arayış almaq üçün onlara ofisdən dəfələrlə zəng edilməsinə baxmayaraq bir dəfə də gəlib ofisdə aylıq ödəniş etməyiblər. Cavabdeh1 öz izahatında təsdiq edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və qalıq borcun ödənilməsi "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb edib. Onlar isə yalnız xx.xx.2022-ci il tarixdə ödəniş ediblər. Yuxarıda göstərilən digər hallar kimi, işin bu halı da təsdiq edir ki, müqavilə öhdəliklərinin icrasının gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olmasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlışdır. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü kimi, onlar əllərində pul hazır olduğu halda guya "xxxx" MMC həmin p ulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edibsə, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına ödəyə bilərdilər. Həmin hesab tərəflər arasında bağlanan müqavilədə qeyd olunub. Bu halda məhkəmə tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməyib. MM-nin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi bu halda tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyib. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsasl ı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə cavabdehlərin mənzilə görə pulun ödənilməsinin gecikdirilməsini iddiaçının cavabdehlərdən hər bir mənzil üzrə 170.000 manat pul tələb etməsi səbəbindən onların ödəniş etməkdən imtina etməsi ilə əlaqələndirir. Bu halda işdə olan sübutlar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməyib. "xxxx" MMC-nin ofisindən dəfələrlə zəng edilməsinə baxmayaraq cavabdehlər mənzilin dəyərini müqavilədə göstərilən müddətdə ödəməyiblər. Cavabdehlər müqaviləni "xxxx" MMC ilə bağlayıblar və pulun da həmin şirkətin ofisində mühasibatlığa ödəməli idilər. Lakin müqavilə bağlandığı gün onlar hər müqaviləyə görə pulun 20.000 manatlıq hissəsini ofisin mühasibatlığına ödəyib müvafiq qaydada təsdiqlənən qəbz alırlar, bundan dərhal sonra 30.000 manatlıq hissəsini ofisin digər otağında Vüqar Mustafayevə ödəyib ondan əlyazma alıblar. Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan sahibkarların mənzilin pulunu ofisə ödəməli olduqlarını bilməməsi sağlam məntiqlə izah oluna bilməz. Cavabdehlər həmin mənzilin qiym ətinin müqavilədə göstəriləndən qat-qat artıq olduğunu, artıq istismara qəbul olunan yaşayış binasında dəyərinin cəmi 20 faizini ödəməklə mənzil sahibi olmağın Bakı şəhərində qeyrimümkün olduğunu yaxşı bilirdilər. İşdə olan sübutların məcmusu təsdiq edir ki, cavabdehlər əvvəlcədən Vüqar Mustafayevlə sövdələşib mənzili müqavilədə göstərildiyindən baha qiymətə alıblar. Əgər cavabdehlər müqavilədə nəzərdə tutulan müddətdə müqavilə üzrə öhdəlikləri yerinə yetirsəydilər Vüqar Mustafayevin mənzili müqavilədə nəzərdə tutulduğundan artıq qiymətə satdığı "xxxx" MMC-nin rəhbərliyinə məlum olmayacaqdı. "xxxx" MMC-nin guya həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina etməsi də sübut olunmur. Bu halda, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına ödəyə bilərdilər. Həmin hesab tərəflər arasın da bağlanan müqavilədə qeyd olunub. Birinici instansiya məhkəməsi sübutlara birtərəfli və qərəzli yanaşıb, məhkəmənin sorğusu əsasında alınan istintaq materialların məhkəmədə elan etmədən, həmin istintaq materiallarındakı tərəflərin izahatlarındakı ziddiyyətləri araşdırmadan qətnamə qəbul edib. İşin faktiki hallarına əsaslanmayan həmin qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə cavabdehlərin verdiyi izahatlara istinad etsə də, həmin izahatların istintaqa verilən digər izahatlardakı xüsusatlarla ziddiyyət təşkil etdiyini araşdırmayıb. Müqavilə öhdəliklərinin gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olduğu qeyd olunsa da, cavabdehlərə ofisdən dəfələrlə zəng olunduğu, ilkin ödənişdən sonra cavabdehlərin bir dəfə də ofisə gəlib ödəniş etmə dikləri, 2022-ci ilin may ayında cavabdehlərin ofisə dəvət olunub "xxxx" MMC-nin rəhbərliyi tərəfindən qalıq borcun ödənilməsini tələb edilməsinə baxmayaraq cavabdehlərin yalnız xx.xx.2022-ci il tarixdə ödəniş etmələrinin səbəbləri düzgün aydınlaşdırılmayıb. Qətnamədə müqavilə öhdəliklərinin gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olduğu qeyd olunsa da, iş üçün əhəmiyyəti olan hallar sübut olunmayıb. Belə ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə yalnız cavabdehlərin qeyri-mötəbər, ziddiyyətli izahatlarına əsaslanır. Qətnamədə müqavilə öhdəliklərinin gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olduğu qeyd olunsa da, cavabdehlər ilkin ödəniş etdikdən sonra xx.xx.2022-ci ilə qədər şirkətin ofisinə heç bir ödəniş etməyiblər. Halbuki, ofisdən ödənişlə bağlı cav abdehlərə dəfələrlə zəng olunub. 2022-ci ilin may ayında cavabdehlər ofisə dəvət edilib, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən müqavilə üzrə borcu ödədikləri təqdirdə cavabdehlərə maliyyə arayışının veriləcəyi barədə məlumat verilib, tərəflər arasında razılıq olunsa da cavabdehlər ödənişi daha 4 ay gecikdirmişlər.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1755/2025 nömrəli mülki iş üzrə 6 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Səlimova (sədrlik edən və məruzəçi), A.İsgəndərov və M.Rüstəmli ) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən müəyyən olunmuşdur ki, o, birinci instansiya məhkəməsinin qətnam əsini iddia tələblərinin, yalnız cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı əldən çıxan faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz tələbləri ilə bağlı təmin edilməyən hissəsində mübahisələndirir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilələrin şərtlərinə əsasən cavabdehlərin üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır.

21. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərdən əldən çıxan faydaya görə ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, o nun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

22. Hazırkı işdən görünür ki, iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə ayrı-ayrılıqda bağladığı müqavilələrə əsasən, cavabdehlərin öhdəliklərini, yəni müqavilə şərtlərinə əsasən, aldıqları mənzilin dəyərini vaxtında ödəmədiklərinə görə MMC-yə vurulan ziyan olaraq əldən çıxan faydanı və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesabladığı pul vəsaitini tələb edir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məs uliyyət müəyyən edir. MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İstinad olunan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.

24. Mülki iş üzrə tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər mənzil almaq üçün iddiaçının ofisinə yaxınlaşmış, iddiaçının əməkdaşları həmin məsələ ilə bağlı onların Vüqar Mustafayevə müraciət etməli olduqlarını bildirmişlər. Bundan sonra cavabdehlər iddiaçı "xxxx" MMC-in təsisçisi Akif Mustafayevin oğlu, MMC-in direktoru Emil Mustafazadənin qardaşı olan Vüqar Mustafayevlə tanış olmuş, sonuncu cavabdehlərlə MMC-nin təsisçisinin tapşırığı ilə satışa çıxarılan mənzillərlə bağlı danışqlar aparmış, müqavilə şərtlərini MMC-nin hüquqşünası olan qardaşı Cavabdeh2 iştirakı ilə müəyyən etmiş, sonuncunun və MMC-nin həmin vaxt direktor müavini Marina Əliyevanın iştirakı ilə müqavilələr tərtib ol unaraq MMC-nin adından müqavilələr Marina Əliyeva tərəfindən imzalanmış, müqavilələr üzrə ödənişlərin bir hissəsini Vüqar Mustafayev qəbul etmiş, MMC-nin möhürünü, səlahiyyətli şəxsinin imzasını özündə əks etdirən müqavilələri cavabdehlərə təqdim etmişdir. Tərəflər arasında mübahisə Vüqar Mustafayevin MMC-nin adından müqavilələr üzrə aldığı ödənişlərə görə MMC-yə məxsus qəbzlərin təqdim edilməməsi səbəbindən yaranmışdır. Mübahisənin MMC-nin vəzifəli şəxsləri tərəfindən həllinin mümkün olmadığını görən cavabdehlər pozulmuş hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra Vüqar Mustafayev barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət təqibi bağlanımış, araşdırma zamanı Vüqar Mustafayevin MMC-nin adından çıx ış etməsi, iş üzrə keçirilən ekspertizalar ilə mənzillərin dəyərinin satıldığı vaxt bazar dəyərinə uyğun olması, tərəflər arasında mübahisənin mülki xarakter daşıması müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı Vüqar Mustafayev cavabdehlərdən aldığı pul vəsaitinin bir hissəsini qaytarmış, bundan sonra cavabdehlər müqavilə üzrə ödənilməli olan pul vəsaitini tam şəkildə MMC-yə ödəmiş, MMC cavabdehlərlə əvvəlki tarixə yeni müqavilə bağlamış, onlara ödənişin tam aparılmasını təsdiq edən maliyyə arayışları vermişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC cavabdehlərin hüquqmühafizə orqanına müraciətlərindən sonra səlahiyyətləri fəaliyyət göstərdikləri şəraitdən bəlli olan öz işçilərinin hərəkətlərini bəyənərək cavabdehlərdən ödənişi qəbul edib sonradan onlarla yeni müqa vilələr (arxa tarixlə) bağlamaqla, cavabdehlərə ödənişin tam ödənilməsini təsdiq edən maliyyə arayışları verməklə müqavilə üzrə ödənişlərin cavabdehlər tərəfindən deyil, MMC tərəfindən yaradılan maneələr nəticəsində icrasında maneələrin mövcud olmasını qəbul və təsdiq etmişdir. Bundan başqa mübahisə həll edildikdən, ödənişlərin MMC tərəfindən qəbul edilməsinə yaradılan maneələr aradan qaldırıldıqdan sonra müqavilə üzrə ödənişləri bir dəfəyə, tam olaraq ödəyən cavabdehlərin davranışı ilə onların mənzil almaq üçün büdcələrindən ayırdıqları həmin pul vəsaitindən faydalanmadıqları, pul vəsaitini qanunsuz olaraq özlərində saxlamadıqları bir daha təsdiq olunur.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanks iya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

27. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin müqavilədə göstərilən bank hesabına ödənişləri aparmaq imkanlarının olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə ilk və sonrakı ödənişləri qəbul etməsi qaydası (müxtəlif formada tərtib olunan qəbzlər, maliyyə arayışı) MMC tərəfindən bağlanılan müqavilələrdə bank hesab nömrəsinin formal olaraq göstərilməsi qənaət inə gəlməyə əsas verir. Müqavilədə barəsində qeyd olunan rekvizitlərin etibarlı olmasına güvənmək üçün iddiaçı özü ilk ödəniş aparılarkən ödənişin bank hesabı vasitəsi ilə aparılmasını tələb etməli idi. Bundan başqa cavabdehlərdən geri alınan müqavilələrdə bank hesab nömrəsinin qeyd olunub-olunmaması barədə iddiaçı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikatərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, haz ırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125, 127, 129-cu, Mülki Məcəllənin 5.3, 21.1,21.2, 385.1, 486.1, 390.1, 390.2, 442, 443.1, 443.2, 443.3, 443.4, 443.5, 443.6, 443.7, 445.1, 445.2, 445.5, 445.7-ci maddələrinə, habelə MPM-in 4.1, 14.2, 77.1, 88, 119.1, 217.4, 384.0.1, 385.2, 402.1 və 403.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xa hiş etmişdir.

31. Kassasiya şikayəti Mülki Məcəllənin 443.3, 443.4, 445.7-ci, MPM-in 88, 217.1 və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə təqdim olunan arqumentlərin heç birinə əsaslandırılmış cavab verilməmiş və cavabdehlərin izahatına əsaslanaraq iş üzrə qətnamə qəbul etmişdir. Bu halda, nəzərə alınmamışdır ki, cavabdehlər müqaviləni ofisdə bağladıqları və ilkin ödənişlə bağlı qəbzi ofisdən aldıqları halda qalıq borcu ödəmək üçün ofisə müraciət etmək əvəzinə Vüqar Mustafayevdən əlyazma almağa üstünlük vermişlər. Halbuki, onlar pulun ödənilməsi ilə əlaqədar qəbzin alınmasının vacib olduğunu yaxşı bilirdilər, çünki ilkin ödənişdən sonra məhz ofisdən qəbz almışdılar. Cavabdehlər mənzili Vüqar Mustafa yevdən almamış, "xxxx" MMC-dən almışlar. Vüqar Mustafayevin bu əqdin bağlanmasındakı rolu vasitəçilikdən o yana keçməmişdir. Eyni zamanda Vüqar Mustafayevin ev satmaq kimi səlahiyyətləri yoxdur. Tərəflər arasında bağlanan 04. 02. 2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu 04. 08. 2021-ci ilə qədər ödənilib qurtarmalı idi. Vüqar Mustafayevin iş materiallarında olan izahatında qeyd edilir ki, pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən dəfələrlə müraciət olunub. Cavabdeh1 da öz izahatında təsdiq edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb etmişdir. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü ki onlar əllərind ə pul hazır olduğu halda guya "xxxx" MMC həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edibsə, cavabdehlər borcu köçürə bilərdilər. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin işin bu halları ilə bağlı iddiaçı tərəfinin arqumentlərinə heç bir qiymət verilmədən yalnız cavabdehlərin izahatları əsasında qərəzli qətnamə qəbul etmişdir. Cavabdehlərin müqavilə üzrə nəzərdə tutulmuş pul vəsaitlərini vaxtında ödəməməkləri nəticəsində MMC-yə külli miqdarda ziyan dəymişdir. Həmin məbləğlər vaxtında MMC-yə ödənilsəydi, həmin vaxt ərzində pul dövriyyəyə buraxılar daha çox xeyir əldə etmiş olardılar. Onların bu ödənişləri geçikdirmələri nəticəsində MMC-yə dəyən ziyanın məhkəmə tərkibinin müəyyən etməsinə baxmayaraq apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya i nstansiyası məhkəməsi iddia tələbində əldən çıxmış fayda ilə yanaşı geçikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsi məsələsində də ümumiyyətlə hüquqi mövqeyi olmamışdır. İş üçün əhəmiyyətli sübutlar tam araşdırılmamış, iş üzrə təqdim olunmuş ekspertiza rəyinin xeyrinə olduğu halda ziyanlarına qiymətləndirilmişdir. Bundan əlavə, məhkəmə tərkibinin istinad etmiş olduğu sübutlar qərəzli şəkildə ziyanlarına şərh olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ g əlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

38. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənl əşdirildiyi hallar istisna təşkil edir.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

41. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

42. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün m övcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

43. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması n əticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

59. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının cavabdehlərdən əldən çıxan faydaya görə ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2009-cu il Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “o ndan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

60. Hazırkı işdən görünür ki, iddiaçının cavabdehlərlə ayrı-ayrılıqda bağladığı müqavilələrə əsasən, cavabdehlərin öhdəliklərini, yəni müqavilə şərtlərinə əsasən, aldıqları mənzilin dəyərini vaxtında ödəmədiklərinə görə iddiaçıya vurulan ziyan olaraq əldən çıxan faydanı və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesabladığı pul vəsaitini tələb edir.

61. Apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İstinad olunan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən fa ydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.

62. Apellyasiya instansiyası məhkəməsi, iş üzrə tədqiq olunan sübutlarla müəyyən etmişdir ki, cavabdehlər mənzil almaq üçün iddiaçının ofisinə yaxınlaşmış, iddiaçının əməkdaşları həmin məsələ ilə bağlı onların Vüqar Mustafayevə müraciət etməli olduqlarını bildirmişlər. Bundan sonra cavabdehlər iddiaçının təsisçisi Akif Mustafayevin oğlu, MMC-in direktoru Emil Mustafazadənin qardaşı olan Vüqar Mustafayevlə tanış olmuş, sonuncu cavabdehlərlə iddiaçının təsisçisinin tapşırığı ilə satışa çıxarılan mənzillərlə bağlı danışqlar aparmış, müqavilə şərtlərini iddiaçının hüquqşünası olan qardaşı Cavabdeh2 iştirakı ilə müəyyən etmiş, sonunc unun və iddiaçının həmin vaxt direktor müavini Marina Əliyevanın iştirakı ilə müqavilələr tərtib olunaraq iddiaçının adından müqavilələr Marina Əliyeva tərəfindən imzalanmış, müqavilələr üzrə ödənişlərin bir hissəsini Vüqar Mustafayev qəbul etmiş, iddiaçının möhürünü, səlahiyyətli şəxsin imzasını özündə əks etdirən müqavilələri cavabdehlərə təqdim etmişdir. Tərəflər arasında mübahisə Vüqar Mustafayevin iddiaçının adından müqavilələr üzrə aldığı ödənişlərə görə iddiaçıya məxsus qəbzlərin təqdim edilməməsi səbəbindən yaranmışdır. Mübahisənin iddiaçının vəzifəli şəxsləri tərəfindən həllinin mümkün olmadığını görən cavabdehlər pozulmuş hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra Vüqar Mustafayev barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət təqibi bağlanımış, araşdırma zamanı Vüqar Mustafayevin iddiaçının adından çıxış etməsi, iş üzrə keçirilən ekspertizalar ilə mənzillərin dəyərinin satıldığı vaxt bazar dəyərinə uyğun olması, tərəflər arasında mübahisənin mülki xarakter daşıması müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı Vüqar Mustafayev cavabdehlərdən aldığı pul vəsaitinin bir hissəsini qaytarmış, bundan sonra cavabdehlər müqavilə üzrə ödənilməli olan pul vəsaitini tam şəkildə iddiaçıya ödəmiş və iddiaçı cavabdehlərlə əvvəlki tarixə yeni müqavilə bağlamış, onlara ödənişin tam aparılmasını təsdiq edən maliyyə arayışları vermişdir.

63. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlərin hüquqmühafizə orqanına müraciətlərindən sonra səlahiyyətləri fəaliyyət göstər dikləri şəraitdən bəlli olan öz işçilərinin hərəkətlərini bəyənərək cavabdehlərdən ödənişi qəbul edib sonradan onlarla yeni müqavilələr (arxa tarixlə) bağlamaqla, cavabdehlərə ödənişin tam ödənilməsini təsdiq edən maliyyə arayışları verməklə müqavilə üzrə ödənişlərin cavabdehlər tərəfindən deyil, iddiaçı tərəfindən yaradılan maneələr nəticəsində icrasında maneələrin mövcud olmasını qəbul və təsdiq etmişdir. Bundan başqa mübahisə həll edildikdən, ödənişlərin iddiasçı tərəfindən qəbul edilməsinə yaradılan maneələr aradan qaldırıldıqdan sonra müqavilə üzrə ödənişləri bir dəfəyə, tam olaraq ödəyən cavabdehlərin davranışı ilə onların mənzil almaq üçün büdcələrindən ayırdıqları həmin pul vəsaitindən faydalanmadıqları, pul vəsaitini qanunsuz olaraq özlərində saxlamadıqları bir daha təsdiq olunu r.

64. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

65. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlərin müqavilədə göstərilən bank hesabına ödənişləri aparmaq imkanlarının olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının müqavilə üzrə ilk və sonrakı ödənişləri qəbul etməsi qaydası (müxtəlif formada tərtib olunan qəbzlər, maliyyə arayışı) iddiaçı tərəfindən bağlanılan müqavilələrdə bank hesab nömrəsinin formal olaraq göstərilməsi qənaətinə gəlməyə əsas verir. Müqavilədə barəsində qeyd olunan rekvizitlərin etibarlı olmasına güvənmək üçün iddiaçı özü ilk ödəniş aparılarkən ödənişin bank hesabı vasitəsi ilə aparılmasını tələb etməli idi. Bundan başqa cavabdehlərdən geri alınan müqavilələrdə bank hesab nömrəsinin qeyd olunub-olunmaması barədə iddiaçı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının apellyasiya şikatərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan təl əblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.

67. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 may 2025-ci il tarixli, 2(103)1755/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar