Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2628/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı XXXnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2628/2022 (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı şəhəri 8 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlunun (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1875/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfində verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1993-cü i l tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Axura kəndində doğulmuşdur.
2. İddiaçı “Şəxsiyyətin emosionaldavamsız pozuntusu. Kəskin ifadəli davranış pozuntusu və tez-tez baş verən dekompensasiyalarla. Hiperkinetik davranış pozuntusu. Kəskin ifadəli davranış pozuntusu” diaqnozu ilə ikinci qrup əlillik dərəcəsi almışdır. Əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi qeyd olunmuşdur.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh XXXnə (bundan sonra-cavabdeh) qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 6.600 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh XXXndən onun xeyrinə tu tulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 9 saylı şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə edilmiş və bu barədə göndəriş "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"-nə daxil edilmişdir. Həkim komissiyasının verdiyi rəyə əsasən hərbi xidmət dövründə aldığı xəsarət nəticəsində onda hipertanik davranış pozuntusu və kəskin ifadəli davranış pozuntusu formalaşmış, nəticədə ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixdə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra o, hərbi xidmət dövrü ilə bağlı əllilik dərəcəsi almağı ilə əlaqədar olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ö dənişinin verilməsi məqsədilə Dövlət Sığorta Şirkətinə müraciət etmişdir. Dövlət Sığorta Şirkətinin 11.09.219-cu il tarixli 07/07-769 saylı məktubu ilə ona qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtinanı qanunsuz və əsassız hesab edir. Cavabdeh Dövlət Sığorta Şirkəti ona əlillik dərəcəsinin hərbi xidmətdən tərxis olunmağından 3 il müddət keçdikdən sonra təyin edilməsini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bununla bağlı qeyd edir ki, ona müvafiq əllilik dərəcəsinin təyin edilməsi məqsədilə həkim məsləhət komissiyası tərəfindən 0069003AACJZ nömrəli bildirişlə xx.xx.2019-cu il tarixdə TibbiSosial Ekspert Komissiyasına müraciət etsə də, sonuncu dövlət səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması əsası ilə, yəni onun təqsiri olmadan, müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra həkim məsələhət komissiyası tərəfindən 069003AACLS nömrəli bildirişlə xx.xx.2019-cu il tarixdə yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilmiş və xx.xx.2019-cu il tarixdə komissiya tərəfindən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir.
5. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “ H ə r b i qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən aldığı İİ dərəcəli əlillik qrupuna görə 6.600 (altı min altı yüz) manat sığorta məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı K.Məmmədov iddia tələbini onunla əsaslandırır ki, o. xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə xəstələnmişdir. Bunu əsas tutaraq ona sığorta ödənişi ödənilməlidir. Hesab edirlər ki, İddiaçı bu iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 3.2.-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haq qında“ Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı K.Məmmədovun sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı 2016-cı ildə, yəni Silahlı Qüvvələrindən tərxis olunduğu vaxtdan 3 il 4 gün sonra müraciət etməsini nəzərə alaraq, iddiaçı mübahisəli hüquq münasibətlərini yarandığı vaxt qüvvədə olan normasını pozmuş, yəni Qanunda nəzərdə tutulan 3 illik "kəsici” müddəti ötürmüşdür. Həmin müddət ərzində müvafiq tələblə Şirkətə müraciət etməyən iddiaçı artıq bu hüququnu itirmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) (bundan sonra – birinci instansiya məhkəməsi) 4 iyun 2021-ci il tarixli qətnaməsi iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2-ci qrup əlil kimi 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. B elə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində “3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” deyiləndə əlilliyə əsas olan vəziyyətin 3 il ərzində yaranması nəzərdə tutulub. Belə ki, əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra müəyyən olunubsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortan ın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən (əlil olan şəxsin “əlil statusu almaq hüququndan məlumatsız olması, əlilliyi təyin etməli olan vəzifəli şəxsin hərəkətsizliyi və s.) 3 ildən sonra müəyyən oluna bilər. İddiaçının əlilliyinə əsas olan vəziyyət xx.xx.2016-cı il tarixində, yəni onun travma aldığı tarixdə yaranmışdır. Ona görə də 2-ci qrup əlilliyin nə zaman müəyyən edilməsindən asılı olmayaraq iddiaçı 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir.
8. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1875/2022 saylı mülki iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyas iya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunveric ilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər.
12. Kollegiya qeyd etmişdir ki, əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsəliyə hərbi xidmət dövründə məruz qaldığı müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət iddiaya etirazla eyni məzmunda əsaslandırılmaqla, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi qeyd olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 7.3 Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 5, bənd “ç”. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İşə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əllik dərəcəsinin alınması üçün müvafiq hərkətləri qanunla müəyyən edilmiş üç illik müddət ərzində etmişdir. Belə olan halda həmin müddətin ötürülməsi barədə mövqe əsaslı sayıla bilməz.
27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməs i tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
28. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktik i hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1875/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Zaur Əliyev Hakimlər İlqar Xələfov Abiddin Hüseynov