Məhkəmə qərarları › İş №2(102)-2628/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2628/2025

03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2628/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Koolerativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Koolerativinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1630/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 03 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A.21 saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək, xx.xx.2019-cu il tarixində Cavabdeh MTK Mülkiyyətçinin sökülmüş mənzilinin əvəzində D girişi 4-cü mərtəbədə ümumi sahəsi 55,1 kv.m olan 1 (bir) otaqlı təmirsiz mənzili Mülkiyyətçiyə təhvil verməyi, Mülkiyyətçi isə həmin təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixindən Mülkiyyətçi İddiaçı D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Kontorunda reyestr nömrəsi №8i-30152 ləğv edərək "xxxx" MTK-ya təhvil verdi, əvəzində D girişi 16-cı mərtəbədə yerləşən ümumi sahəsi 76.1 kv.m olan 103 saylı mənzilin Mülkiyyətçisi olmaq istəmişdir. Cavabdeh MTK Mülkiyyətçi ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzili İddiaçı verildi. xx.xx.2019-cu il tarixdə verilmiş mənzil ilə xx.xx.2021-ci il tarixində verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil edir. Mülkiyyətçi yaranmış fərqi 15x1300=19500 AZN, ilin sonunadək (2021-ci il dekabr ayının 30-dək) ödəməyi öhdəsinə götürür.

2. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155, M16, ümumi sahəsi 56.30 kv.m olan 5 saylı mən zil İddiaçı adına tam payda xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan artıq ödənilən məbləğ 19500 manat, vurulmuş zərər olaraq gediş gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın və mənəvi zərər olaraq 2000 manatın, ümumilikdə 38363 manat pul vəsaitinin, həmçinin 206 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsas landırmışlar ki, müqavilənin 1.1-ci bəndinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan binalarda ona məxsus mənzilin söküntüsü və bu sahədə yeni yaşayış binası tikintisini həyata keçirərək xx.xx.2019-cü il tarixdə Cavabdeh ona sökülmüş mənzilin əvəzində D-girişi 4-cü mərtəbədə ümümi sahəsi 55.1 kv.m olan 1 otaqlı təmirsiz mənzili təhvil verməyi, o, isə təmirsiz mənzili öhdəsinə götürməyi qəbul etmişdir. Lakin evin kv.m kiçik olduğu üçün ödəniş etməklə kv.m sahəsi böyük olan digər evin alınması üçün Cavabdeh MTK-ya müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə o, D girişi 4-cü mərtəbədə yerləşən sahəsi 55.1 kv.m olan mənzili 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunda reyester nömrəsi № ******* ləğv edərək Cavabdeh MTKya təhvil vermiş, əvəzində D giriş i 16-cı mərtəbədə yerləşən ümümi sahəsi 76.1 kv.m olan 103 saylı mənzili əldə etmişdir. MTK ilə qarşılıqlı razılığa gələrək, daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1 kv.m mənzil ona verilmişdir. xx.xx.2021-ci il tarixli, 67.39A.21 saylı müqavilədə də qeyd olunduğu kimi, xx.xx.2019-cü il tarixdə verilmiş mənzil ilə xx.xx.2021-ci il tarixdə verilmiş mənzil arasında fərq yaranmışdır. Yaranmış fərq (70-55=15 kv.m) təşkil etmişdir. Yaranmış fərqi 15x1300=19500 manat, ilin sonunadək yəni 2021-ci il dekabr ayının 30-dək ödəməyi öhdəsinə götürmüşdür. Tərəfindən müqavilənin 1.1-ci bəndinə əməl olunmuş, qeyd edilən mənzilin tam dəyərini ödəmiş, lakin MTK müqavilənin şərtlərinə əməl etməmiş, kobud şəkildə pozmuşdur. Müqavilədə mənzilin kv.m 76.1 kv.m qeyd olunsa da, çıxarışda mənzilin kv.m sahəsi 56.30 kv.m olduğu məlum olmuşdur. xx.xx.2021-ci il tarixli, kassa mədaxil orderinin qəbzindən görünür ki, D bloku 16-cı mərtəbə 103-cü mənzil üçün 19500 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, tərəfindən "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası,16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı ümümi sahəsi 76.1 kv.m olan mənzilin dəyəri tam ödənilmiş və kooperativə borcu yoxdur. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 şəxsindən ona təqdim olunmuş çıxarışdan görünür ki, AZ1007, ünvan 3 ünvanında olan mənzil 56.30 kv.m. O, 76.1 kv.m mənzil üçün 19500 manat pul ödədiyi halda, aldığı yaşayış sahəsinın kv.m 56.30-dur. Müəyyən edilmiş uyğunsuzluğun a radan qaldırılmasına və artıq ödəniş məbləginin 19500 manat ona geri qaytarılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavab verilməmişdir. O, X1 yaşayır və oranın vətəndaşıdır. Aylıq gəliri ortalama 15100 manat təşkil edir. Dəfələrlə o, Azərbaycana gəlib, qeyd olunan şirkətə borcunu ödəmişdir. Son dəfə mənzilin dəyişdirilə bilməsi üçün MTK-ya gəlməli olduğu təkid edilmiş və məcbur qalıb bilet alıb Bakıya gəlmiş və ödənişi nağd etmişdir. 1 aydan artıq olaraq Bakıda qalaraq şirkətlə pulun geri qaytarılması ilə məşğul olmuş və nəticədə vəkil tutmaq məcburiyyətində qalmışdır. Bu zaman qalığı içərisində o, əmək fəaliyyətindən məhrum olmuşdur. Biletə isə 1863 manat pul vermişdir. Həmçinin MTK-ya 19500 manat pul ödəsə də, mənzilin kv.m sahəsi müqavilədə qeyd olunandan az o lduğu müəyyən olunmuşdur. Bu dövr ərzində aldandığını anladığında bir neçə dəfə mənəvi sarsıntı keçirmişdir. Burada qalmaq məcburiyyətində qaldığından işləri Amerikada yarım qalmışdır. MTK-nin icraçı direktoru B.C.Məmmədov olsa da, bütün danışıqları Cəfərov Əmiraslan ilə olmuşdur. Bütün mənzil alıcıları binanın sahibi kimi məhz Cəfərov Əmiraslanı tanımaqdadır. Artıq ödənilən məbləğ 19500 manat, vurulmuş zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın və mənəvi zərər olaraq 2000 manatın, ümümlikdə 38.363 manat pul vəsaitinin, həmçinin 206 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.

5. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə mür aciət edərək, Cavabdeh MTK-dan vurulmuş maddi zərərin əvəzi olaraq (mənzil sahəsinin fərqi 13,7 kv.m üçün) 31510 manat (19500 manat olan hissəsi maddi zərər, 12010 manat olan hissəsi isə maddi zərərə daxil olan əldən çıxmış fayda), həmçinin vurulmuş maddi zərər olaraq gediş-gəliş biletinin ödənişi olan 1863 manatın, əldən çıxmış fayda olaraq 15000 manatın (işləmədiyi dövr üçün) və mənəvi zərər olaraq 2000 manatın, ümumilikdə 50373 manat pul vəsaitinin, həmçinin 250 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 ekspert rəyində və müqavilədə qeyd edilən oxlar üzərində sahənin 76 kv.m təşkil etdiyini və mənzillərin oxlara görə olan sahə ilə satıldığını, eyni za manda iddiaçının Azərbaycana gəlməsi mənzil almaq üçün deyil, mənzilini daha böyük ölçüdə olan mənzillə əvəz etmək üçün gəldiyini, cavabdeh şirkətin bununla bağlı hər hansı bir məsuliyyət daşımadığını bildirmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9960 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının "D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 58,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhər i, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası, 16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və arakəsmə divarlarının altı nəzərə alınmaqla, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4843 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları’-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmaqla, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 56,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin 58,5 kv.m oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 463/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh MTKdan maddi zərərə görə 15,405 ( on beş min dörd yüz beş) manat, maddi zərərə daxil olan əldən çıxmış faydaya görə 11,850 (on bir min səkkiz əlli) manat, mənəvi zərərə görə isə 300 ( üç yüz) manat olmaqla, cəmi 27555 (iyirmi yeddi min beş yüz əlli beş) manat və 136,75 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 113,25 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiall arında aydın olur ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 76,1 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 56.30 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmiş, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, mülki işin araşdırılması nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişir ki, bağlanmış müqavilədə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxil i ölçülərinin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 58,5 kv.m, oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir.

11. Birinci instansiya məhkəməsi iddia tələbinin mənzilin əksik olan sahəsinə görə ödənilmiş 19500 manat pul hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, mənzilin müqavilə üzrə razılaşdırılmış şərtlərinə görə daxili ölçüsü 70 kv.m nəzərdə tutulmuş, lakin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən (Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən) 58.5 kv.m olduğu müəyyən edilmişdir. Göründüyü kim i müqavilədə qeyd edilən və faktiki ümumi sahə arasında fərq 11.85 kv/m təşkil edir. Mübahisə predmeti olan mənzilin müqavilədən göründüyü kimi təmirsiz olaraq dəyəri 1 kv.m üçün 1300 manat məbləğində razılaşdırılmışdır. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 15405 manat (11.85 kv/metr x1300 manat =15405 manat) təşkil edir. İddiaçı 15 kv.m sahə fərqinə görə 19500 manat tələb etsə də, (lakin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində əksik sahənin 13,7 kv.metr olduğunu bildirib cavabdehdən 17810 manat maddi ziyanın əvəzini tələb edir), lakin məhkəmə araşdırması zamanı fərqin 11,85 kv.m olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən iddianın qeyd edilən hissədə tam təmin edilməsi üçün sübut təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış faydaya görə pul tələbi hissəsində qeyd etmişdir ki, iddia həmin hissədə də, qismən təmin edilməlidir. Belə ki, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırkı iş üzrə cavabdeh daxili ölçüsü 70 kv.m olan mənzili iddiaçıya verməyi öhdəsinə götürsə də, faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 58.5 kv.m olan mənzil təhvil vermişdir. Yuxarıda da, qeyd edilən kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş və sahəsi 11.85 kv.m az olan mənzili təhvil vermişdir. İddiaçının həmin mənzilə münasibətdə hüququnu po zmuş və nəticədə iddiaçı müvafiq hüquqlarından, mənzillə bağlı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən (nemətlərdən) məhrum olmuşdur. Müasir bazar şəraitində mənzilin dəyərlənməsi və qiymətinin qalxması nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı mənzili vaxtında əldə etsə idi, hazırda onu daha yüksək qiymətə özgəninkiləşdirmək, bundan əlavə daha yüksək qiyməti olan əmlaka sahib olmaq hüququna malik olacaqdı. Bu baxımdan göründüyü kimi, cavabdeh tərəfindən mənzil müqavilədə qeyd olunan ölçülərdə verilmiş olsa idi, hazırda həmin mənzili bazar dəyəri daha yüksək olardı. 2021-ci il tarixdə həmin mənzilin kv.m sahəsinin bazar dəyəri 1300 manat təşkil etmiş, hazırda isə (FM Consulting” MMC-nin rəyinə əsasən) 2300 manat təşkil edir. Göründüyü kimi əvvəlki və hazırki bazar d əyəri arasında 1000 manat (2300-1300=1000) təşkil edir. Bu baxımdan məhkəmə cavabdehin müqavilə üzrə ödədiklərinin geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbini nəzərə alaraq, sözügedən müqavilə üzrə öhdəliklərini lazımınca və vaxtında icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərər kimi mənzilin müqavilə üzrə nəzərdə tutulmuş daxili sahəsi və faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq edilmədən 11,85 kv.metr fərq hazırkı dəyərinin, yəni 11850 manat (11.85 kv.m x 1000 manat = 11850 manat) cavabdehdən tutulmasını ağlabatan və məqsədə müvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə iddia tələbinə qiymət verərkən iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatında mübahisəli mənzilin dəyəri ilə bağlı nəticənin ağl abatan və inandırıcı olması qənaətinə gələrək, sonuncunu mötəbər sübut kimi qəbul etmişdir. Üstəlik də həmin qiymətləndirmə hesabatı ilə bağlı cavabdeh tərəfin hər hansı etirazının olmadığını da diqqətə almışdır.

13. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də iddia tələbini qismən əsaslı hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, işdən göründüyü kimi, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə ilə üzərinə götürdüyü həcmdə mənzil təhvil verilməsi barədə öhdəliyini icra etməmiş, iddiaçının qeyd olunan əksik sahə ilə bağlı müraciətlərinə müsbət cavab verilməməklə ona ziyan vurmaqda davam etmişlər. İddiaçı hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş, onun yanına gedib-gəlməsi, daha sonra məcbur qalaraq məhkəməyə müraciət etməsi, onun mənəv i sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin müqabilində tələb edilən 2000 manatın iddiaçı xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Buna görə də məhkəmə mənəvi zərər həddinin 300 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası 385.1, 390.1, 425.1, 442, 752.1, 762.2, 762.3, 766, 178.8-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü madd ələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, iddiaçı iddia ərizəsində, ona təhvil verilmiş ünvan 3 ünvanında olan mənzilin ümumi sahəsinin 56.30 kv.m olduğunu qeyd etmiş və yara nmış fərq səbəbindən, o cavabdeh "xxxx" MTK-dan 19500 (on doqquz min beş yüz) manat pul məbləği tələb etmişdir. Məhkəmə mübahisəsi davamı zamanı mənzilin ümumi sahəsinin təyin etmək üçün ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9960 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının "D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı,103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 58,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı ş əhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan “D” binası, 16-cı mərtəbə, 103 nömrəli 1 otaqlı mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və arakəsmə divarlarının altı nəzərə alınmaqla, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/4843 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D” girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmaqla, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 56,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 155 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının “D'’ girişinin, 16-cı mərtəbəsində yerləşən, 1 otaqlı, 103 nömrəli mənzilinin daxili ölçülərinin 58,5 kv.m oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hər iki ekspertiza rəyində mənz ilin ümumi sahəsi 76.1 kv.m-dir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən isə, mənzilin ümumi sahəsi oxlar üzərində ölçülər ilə hesablanmalı idi. Birinci instansiya məhkəməsi həmin hissədə AR Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələri ilə əsaslandırmışdır. Halbuki, məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə bağlanılmışdır, iddiaçı həmin müqavilənin şərtləri ilə tanış olduqdan sonra müqaviləni imzalamış, yəni iradə ifadəsini bildirmişdir. AR Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələri hesablanma qaydasını müəyyən edir, lakin şəxsin üzərinə belə bir öhdəlik qoymur. Həmçinin birinci instansiya məhkəməsi əldən çıxmış faydaya görə cavabdehdən iddiaçının xeyrinə 11850 (on bir min səkkiz yüz əlli) manat pul məbləği tutmuşdur. Qeyd edir ki, cavabdeh "xx xx" MTK tərəfindən İddiaçı təhvil verilmiş mənzilin ümumi sahəsi müqavilə üzrə nəzərdə tutulduğu kimi 76.1 kv.m-dir. Yəni cavabdeh tərəfindən hər hansı öhdəlik pozulmamışdır, bu səbəbdən də iddiaçının əldən çıxmış fayda barədə iddia tələbi əsassızdır. Həmçinin, birinci instansiya məhkəməsi İddiaçı xeyrinə 300 manat məbləğində mənəvi zərərin əvəzi tutulmasını qət etmişdir. Məhkəmə həmin məbləği heç bir sübuta əsaslanmadan, hansı şəraitdə iddiaçının mənəvi iztirablar keçirməsini, bu mənəvi sarsıntının cavabdehin bilavasitə hərəkətləri nəticəsində yaranmasını əsaslandırmadan, qanunsuz və əsassız olaraq məbləğ təyin etmişdir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A.21 saylı müqavilədə məhz iddiaçının təşəbbüsü ilə bağlanmış, müqavilənin məzmunu ilə tanış olaraq ona razılıq vermiş və nəticə etibarilə, tərəflər həmin müqaviləni imzalanmışlar. Bu da o deməkdir ki, tərəflər anlaqlı şəkildə müqavilənin şərtləri barədə razılığa gələrək onu imzalamışlar. Lakin məhkəmə müqavilə azadlığı prinsipinə məhəl qoymadan iddiaçının mülahizəsi ilə cavabdeh "xxxx" MTK-nın öhdəliklərini yerinə yetirmədiyi qənaətinə gəlmişdir. Bu tamamilə absurddur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 67.39A21 saylı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan daxili ölçüləri 70 kv.m, oxlar üzərində olan ölçüləri isə 76.1kv.m mənzil iddiaçıya təhvil verilmişdir. Ekspert rəyləri ilə bu fakt öz təsdiqini tapmışdır. Hər-hansı yaranmış fərqdən söz gedə bi lməz. Məhkəmə ekspert rəyində göstərilən və müqavilə üzrə göstərilmiş mənzilin ümumi sahəsinin eyni olmasına baxmayaraq, kv.m-də fərq yarandığını qeyd etmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi işin hallarına, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara baxmamış və yalnız iddiaçının izahatlarına əsaslanaraq iddianı təmin etmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş ekspertiza rəylərinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, yalnız iddiaçının təqdim etdiyi ekspert rəyinə əsaslanaraq qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellya siya instansiyası məhkəməsi) 2(103)-1630/2025 nömrəli mülki iş üzrə 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.Axundova-sədrlik edən və məruzəçi, C.Musayeva və F.Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan maddi zərərə görə 26450 (iyirmi altı min dörd yüz əlli) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 131 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.

19. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, daxili ölçüləri 58,5 kv.m, oxlar üzərində ölçülərinin isə 76,1 kv.m təşkil edən mənzil iddiaçıya təhvil verilmişdir. Kollegiya qeyd etmişdir ki, cavabdeh daxili ölçüsü 70 kv.m olan mənzili iddiaçıya verməyi öhdəsinə götürsə də, daxili ölçüsü müvafiq azaltma əmsalları tətbiq edilmədən 58.5 kv.m olan mənzil təhvil vermiş, bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və iddiaçıya müqavilədə nəzərdə tutulan sahədən 11.5 kv.m (70- 58.5) az sahəsi olan mənzili təhvil verməklə maddi zərər vurmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi əldən çıxmış fayda ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək mövqeyini belə əsaslandırmışdır ki, müqavilə bağlandığı andan 3 ildən artıq zaman keçmiş və daşınmaz əmlakların qiymətlərində kəskin bahalaşma olmuşdur. Belə ki, 3 il öncə 17810 manat vəsaitlə 13,7 kvadrat metr mənzil ala bilirdisə bu gün bu qiymət hər kvadrat metr əraziyə 2300 manat təşkil edir. Yəni iddiaçı aldadıldığını bildiyi anda belə bu qiymət fərqi kəskin artmışdır ki, bu artım (yəni mənzilin alındığı gündən bu günədək keçən zaman dövrü ərzində yaranmış fərq) məhz faktiki əldən çıxmış fayda hesab edilməlidir. Beləliklə vurulmuş maddi zərər 13,7 kvadrat metr üçün 31 510 manat təşkil edir ki, bunun 19500 olan hissəsi maddi zərər, 12 010 manat olan hissəsi isə maddi zərərə daxil olan əldən çıxmış fayda hesab olunur. Belə ki, ona vurulmuş zərər məbləği 3 ildən sonra alındığı kimi qaytarılsa bu məbləğə həmin həcmdə sahə əldə edə bilmək hüququndan məhrum olmuş olur. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında icra edilməməsi və 3 il müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alınaraq ona dəymiş zərərin ödənilməsini tələb etmişdir.

21. Mülki Məcəllənin öhdəli yin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əldən çıxmış fayda qismində tələb etdiyi zərər öhdəliyin icra edilməməsi nəticəsində əmələ gələn zərər olmaqla məhkəmə həmin hissədə iddianı qismən təmin edərkən mübahisənin qanuni əsası ilə bağlı yanlışlığa yol vermiş, əldən çıxmış fayda institutuna istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

23. Belə ki, iş materiallarından göründüyü kimi 2021-ci il tarixdə mübahisə predmeti olan mənzilin kv.m sahəsinin bazar dəyəri 1300 manat təşkil etmiş, hazırda isə (FM Consulting” MMC-nin rəyinə əsasən) 2300 manat təşkil edir (i.v.114). Belə olan halda cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində sahə fərqinin 11.5 kv.m təşkil etməsi və 3 il ərzində daşınmaz əmlakın bazar dəyərinin artması nəticəsində mənzilin 1 kv metrinin dəyərinin 2300 manat olması nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçıya 26450 manat (11.5x2300=26450) məbləğində maddi zərər dəymişdir.

24. Kollegiya mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçının tələb etdiyi məbləğin cavabdeh tərəfindən ona qaytarılmaması nəticəsində nə kimi mənəvi sarsıntı və iztirab keç irməsi müəyyən olunmur. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına əsasən“…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquq azidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

26. Kollegiya belə olan halda qeyd etmişdir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 762.1, 766-cı, MPM-in 14.2, 77.1, 384.0.2 və 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti Mülki Məcəllənin 385.1, 390.1, 405.1-ci, MPM-in 9 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində cavabdehin öhdəliyini icra etmədiyini qeyd etmişdir. Müqavilə üzrə isə 76.1 kv.m ümumi sahəsi olan mənzilin iddiaçıya təqdim edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhk əmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 316-16/2-10/9960 nömrəli rəyində öz əksini tapmışdır. Odur ki, cavabdeh tərəfindən öhdəliyinin vicdanlılıqla icra edilməməsindən söz gedə bilməz. Müqavilənin bağlanmasında iddiaçı özü təşəbbüskar olmuş, yəni mənzil əldə etmək niyyəti olmuşdur. Müqavilədə mənzilin ümumi sahəsinin hesablanması qaydası göstərilmiş və iddiaçı azad surətdə həmin şərtlə razı olaraq müqaviləni bağlamışdır. 3-16- 16/2-10/9960 nömrəli 01 may 2024-cü il tarixli ekspert rəyindən də göründüyü kimi, mənzilin ümumi sahəsi müqavilədə göstərildiyi kimi 76.1 kv m. təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş və 76.1 kv m. ümumi sahəsi olan mənzili iddiaçıya təhvil vermişdir. İddiaçının daşınmaz əmlakın dövlət reyestrindən əldə etdi yi çıxarışda mənzilin ümumi sahəsinin 56,3 kv.m göstərilməsi, cavabdehin öhdəliyini icra etməməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa hər iki ekspertiza rəyində mənzilin ümumi sahəsi 76.1 kv.m-dir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən isə, mənzilin ümumi sahəsi oxlar üzərində ölçülər ilə hesablanmalı idi. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə bağlanılmış, iddiaçı həmin müqavilənin şərtləri ilə tanış olduqdan sonra müqaviləni imzalamış, yəni iradə ifadəsini bildirmişdir. Məhkəmə aparılan ekspertiza rəyinə düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qətnaməsini tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclu nun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

34. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

35. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

36. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq ə sasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

37. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

38. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qəra rı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”

39. Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir.

40. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı ol mayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.

41. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iddiaçı tərəfin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

55. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha da qeyd edir ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 76,1 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 56.30 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmişdir.

56. Cavabdeh məhkəmə tərəfindən tutulmuş məbləğin həcmini mübahisələndirmir. Göstərir ki, müqavilədə oxdan-oxa ölçülməklə 76,1 kv.m sahə verilməsi öhdəliyi olmuş və həmin öhdəliyini icra etmişdir.

57. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin göstərdiyi şərtlə yanaşı müqavilədə digər şətr də olmuşdu, həmin şərtdən isə aydın olur ki, cavabdeh iddiaçıya 70 kv.m faktiki sahə verilməsini öhdəsinə götürmüş, lakin cavabdeh bu şərt üzrə razılaşdırılmış faydalı sahəni iddiaçıya təhvil verməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının ilkin müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı yeni təşəbbüsü irəli sürməsi və əlavə ödəniş etməklə müqavilə şərtlərini dəyişdirməsi ü mumi faydalı sahənin artırılması ilə bağlı olmuşdur. Razılaşdırılmış məbləği ödəməsinə baxmayaraq cavabdehin öhdəliyini icra etməməsi nəticəsində o, əldə etmək istədiyi faydalı sahədən məhrum olmuşdur. Bu baxımdan məhkəmə tərkibi cavabdehin iddiaçı qarşısında icra edilməli olan öhdəliyinin mövcud olmamasına dair dəlili ilə razılaşmır.

58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbər liyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2(103)-1630/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar