Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2629/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13462/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qafarova, iş № 2(009)-485/2019) İddiaçı Cavabdeh MMC-yə qarşı yeni mənzilə dair müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, mülkiyy ət hüququ əsasında İddiaçı məxsus N ünvanında yerləşən ümumi sahəsi 24 kv. metrdən ibarət 1 saylı mənzilin əvəzinə onunla həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 kv. metr ümumi sahəyə 20 faiz sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, habelə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binasının istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay N ünvanında yerləşən ümumi sahəsi 24 kv. metrdən ibarət 1 saylı mənzilə görə aylıq 200 manat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh MMC-nin İddiaçı q arşı iddiası qismən təmin edilərək ümumi sahəsi 24 kv. metr təşkil edən 1 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququna xitam verilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iddiaçının (digər iş üzrə cavabdehin) nümayəndəsinin apelyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh MMC-dən kirayə haqqının tutulması hissəsində dəyişdirilərərk İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan mənzilin söküldüyü tarixdən, yəni 2016-cı ilin noyabr ayından kirayə haqqının ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmas ı qət edilmişdir. İşin halları: Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli sərəncamı ilə “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarı və s. rəhbər tutulmaqla Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək hazırda qəzalı vəziyyətdə olan N küçəsi, 72, 74, 76, 76 “A” ünvanlarında yerləşən 1-3 mərtəbəli yaşayış binalarının sökülməsi və bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi və sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qayda da mənzillərin ayrılmasının Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. xx xxxxxxx 2016-cı il tarixdə Cavabdeh MMC-nin direktoru söküntü ərazisində yerləşən 74 saylı evdə yaşayan İddiaçı bildiriş göndərərək yaşadığı mənzili 1 ay müddətində boşaltmasını və kirayə mənzil tapmasını xahiş etmişdir. 2016-cı ilin noyabr ayında İddiaçı yaşadığı ev, o cümlədən xx xxxxxx 1998-ci il tarixdən onun mülkiyyətində olan 1 saylı mənzil sökülmüşdür. 2018-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-nin ona göndərdiyi xx xxxxxxx 2016-cı il tarixli bildirişin cavabını gözləmədən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilin sökülməsini və onunla təmirli mənzillə təmin ediləcəyi barədə müqavilə bağlanmaqdan və kirayə haqqı ödənilməsindən imtina etməsini və s. əsas göstərməklə onun sökülmüş mənzilinin əvəzinə yeni tikilən binada yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi barədə MMC-nin üzərinə vəzifə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2019-cu ilin mart ayında Cavabdeh MMC–nin direktoru İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək söküntü ərazisində yerləşən 26 mənzilin mülkiyyətçiləri ilə müqavilələr bağlamalarını, lakin İddiaçı razılığının olmaması səbəbindən yuxarıda göstərilən sərəncamın icrasının mümkün olmamasını və s. əsas göstərməklə cəmi 24 kv. metr olan mənzilə görə 24.000 manat məbləğində kompensasiya ödənilməklə İddiaçı mənzilə mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzr ə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək həmin ərazidə yerləşən mənzillərinin hamısının sahəsinin 20-40 kv. metr təşkil etməsini və digər sakinlərlə sahəsi 70 kv. metr təşkil edən yeni mənzillərə dair müqavilənin bağlanmasını, yeni tikilmiş binada 70 kv. metrdən az sahəsi olan mənzilin olmamasını, belə olduqda onunla 24+20% sahəyə dair müqavilə bağlanmasının onun ayrıca mənzillə təmin olunmasına imkan verilməməsini və s. əsas göstərməklə qətnamənin kirayə haqqının məbləğinə və mənzilin sahəsinə dair hissədə ləğv edilməsi, mənzil kirayə haqqının konkret olaraq 350 manat müəyyən edilməsi və onunla sahəsi 70 kv. metr təşkil edən mənzilə dair müqavilənin bağlanması, qətnamənin qalan hissədə dəyişdir ilmədən saxlanılmasını xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh MMC kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, İddiaçı yeni mənzilə dair müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi tələbinin rədd edilməsi və Cavabdeh MMC-nin iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili, həmçinin cavabdehin vəkili verdikləri kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, İddiaçı şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilib işin yeni apelyasiya baxışına göndərilməsinə və Cavabdeh MMC–nin kasasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı sökülən mənzilinin müqabilində 24 kv.metr + 20 faiz ölçüdə mənzilin verilməsi və kirayə haqqı kimi 200 manatın ödənilməsi barədə qəbul edilmiş qətnaməni qanuni hesab edərkən mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan və onlara qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Mübahisəli ərazidə yerləşən qəza lı evlərin sökülməsi üçün əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli sərəncamının 2-ci bəndinə görə yaşayış sahələri sökülmüş sakinlərə tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Həmin sərəncamla birmənalı olaraq müəyyən olunmuşdur ki, sökülmüş tikililərin müqabilində sakinlər orada tikiləcək yeni binada mənzillə təmin olunmalı və bu MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Sərəncamda sakinlərə əvvəllər mənsub olduqları ölçüdə və ya müəyyən faiz də artırılmaqla yaşayış sahəsinin verilməsi nəzərdə tutulmadığından onlar yalnız mənzillə təmin oluna bilərdilər. Lakin işdən görünür ki, İddiaçı həmin sərəncamın tələbinə uyğun olmayaraq əvvəlki mənz ilinin ölçüsü həcmində və 20 faiz də artıq sahə əlavə olunmaqla yaşayış sahəsi verilmişdir. İddiaçı iddia ərizəsindən, izahatlarından və şikayətlərindən görünür ki, yeni tikilmiş binada ölçüsü ən aşağı olan mənzil 70 kv. metr təşkil edir. Belə olduqda, İddiaçı ölçüsü 24 kv. metr +20 faiz yaşayış sahəsinin ayrıca mənzil şəklində verilməsi qeyri-mümkündür. MMC-nin münasibəti isə aydın təsdiq edir ki, MMC İddiaçı 70 kv. metr ölçüdə mənzil vermək niyyətində deyildir. Belə olduqda, nəzərdə tutulmuş yaşayış sahəsinin hansı qaydada İddiaçı ayrılacağı anlaşılmazdır. İşdə yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə hansı ölçülü mənzillərin olmasını müəyyən etmək mümkün deyildir. İddiaçıya görə ərazidə yaşayan sakinlərin hamısının yaşayış sahəsinin ölçüsü cəmi 20-40 kv. metr təşkil etmiş, lakin MMC tərəfindən onlarla 70 kv. metr ölçüdə sahəsi olan yeni mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq iddiaçının həmin dəlillərini yoxlamamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. İddiaçı söküntü aparılana qədər sahəsi az da olsa ayrıca mənzilə malik olduğu halda, hazırda həmin imkanını itirmişdir. Ona təklif olunan sahə (24 kv.metr+20 faiz) isə binada mövcud olduğu güman edilən ən aşağı sahəsi 70 kv. metr olan mənzilin yarısını belə təşkil etmir. Ondan artığını isə MMC, yuxarıda qeyd olunduğu kimi, iddiaçıya vermək niyyətində deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilmiş ya şayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qanunun həmin normasına istinad etsə də, əslində həmin normanın məqsədlərini təmin edən qətnamə qəbul etməmiş, son nəticədə iddiaçının mülkiyyət hüququ dolayısı şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahi səli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmamış, pozulmuş hüquqların real bərpası təmin olunmamışdır. Yol verilmiş pozuntu mübahisənin bütövlükdə düzgün olmayan həllinə səbəb olduğundan, kollegiya hesab edir ki, qətnamə tam ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmış, qətnamə tərəflərin qarşılıqlı m ünasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh MMC–nin kasasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2629/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2629/2020
02.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver