Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2629/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh YYY qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi, iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh YYY qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-733/2*23 nömrəli, 14 mart 2*23- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2* iyun 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Alıyeva X1 şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında texnologiya müəllimi işləmişdir.
2. Təhsil Nazirliyinin fəaliyyət planına uyğun yaradılan monitorinq qrupu tərəfindən bir neçə internat məktəbində monitorinq aparılmış və bir sıra nöqsanlar müəyyən edilmişdir. Yoxlamanın nəticələrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin K412 saylı, 1*.*5.2*22-ci il tarixli əmri ilə təlim-tərbiyə işinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol vermiş, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, qanunvericiliyin tələblər ini pozmuş işçilərlə bağlanmış əmək müqavilələrinin ləğv olunması əmr edilmişdir.
3. Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyası üzrə *8.*6.2*22-ci il tarixli əmri ilə, Təhsil Nazirliyinin K-412 saylı əmri rəhbər tutulmaqla, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək kitabçası 3*.*6.2*22-ci il tarixdə imzalanmaqla verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh YYY (bundan sonra cavabdeh və ya Gimnaziya yazılacaq) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi barədə *8 iyun 2*22-ci il tarixli, 418 saylı əmrin etibarsız hesab edilməsi və onun Gimnaziyaya, əvvəlki işinə bərpa olunması, əmək müqavil əsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək çatası əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırıb ki, işdən çıxarılması barədə əmr qanunsuz və ədalətsizdir. Belə ki, Gimnaziyada 28.*8.1992-ci il tarixdən işləyir və işlədiyi müddətdə heç bir intizam qaydasında məsuliyyətə cəlb olunmamış, işinə vaxtında gedib-gəlmişdir. İş saatlarında da üzərinə düşən əmək funksiyasını vicdanla yerinə yetirmişdir. Lakin cavabdehin *8.*6.2*22ci il tarixli, 418 №-li əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən *9-11 dekabr 2*21-ci il tarixdə işlədiyi Gimnaziyada monitorinq keçirilmişdir. Bu zaman gimnaziyanın bir neçə müəlliminin, o cümlədən onun da sinif jurnalında bir sinifdə qeydlər aparılmadığı barədə irad tutulmuşdur. Buna da səbəb sinif jurnallarının onlara vaxtında verilməməsi olmuşdur. Buna baxmayaraq, etdiyi xətaya görə inzibati tənbeh olaraq aylıq əmək haqqının ¼ -i məbləği miqdarında tutmalar olmuşdur. O, etdiyi xətaya görə intizam tənbehi almışdır. Cavabdehin verdiyi əmrdə onun Əmək Məcəlləsinin hansı maddəsinə əsasən işdən azad edildiyi göstərilməmişdir. Cavabdeh tərəfindən verilmiş əmrdə əsas kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1*.*5.2*22-ci il tarixli məktubu göstərilmiş, lakin Əmək Məcəlləsinin hansı maddəsinə əsasən işdən azad olunduğu göstərilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1*.*5.2*22-ci il tarixli məktubu da səhv təfsir edilmişdir. Belə ki, məktubun 3.2-ci bəndində qeyd edilmişdir ki, müəssisəyə rəhbərlik və nəzarət nöqsanlarına yol verilmiş, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrinin icrasına səhlənkar yanaşmış işçilər barəsində müvafiq intizam tənbehinin tətbiq edilməsi təmin olunmuşdur. Məktubdan göründüyü kimi əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrinin icrasına səhlənkar yanaşmış işçilər barəsində intizam tənbehinin tətbiq edilməsi nəzərdə tutulur. Ona da etdiyi xətaya görə intizam tənbehi verilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etməklə yanaşı bildirmişdir ki, işdən 4 ay bundan əvvəl, yəni *8 iyun 2*22-ci il tarixdə azad ed ilmiş və həmin tarixdə əmrin surətini qəbul etmişdir. Oktyabr ayında keçmiş iş yoldaşının məhkəmə vasitəsilə işə bərpa olunduğunu eşitmiş və bu xəbərdən sonra o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.
8. Goranboy Rayon Məhkəməsinin 16 noyabr 2*22-ci il tarixli, 2(*45)-1863/2*22 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq 2*22-ci ilin iyun ayından işdən azad edildiyini bilmiş, həmin tarixdən əmək ha qqı almamış, işə çıxmamış və belə olan halda, mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmış, yəni əmək mübahisəsinin həlli üçün qanunla müəyyən olunmuş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda heç bir üzrlü səbəb olmadan prosessual müddəti ötürərək hüququnun pozulduğunu aşkar etdiyi gündən 4 ay sonra məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.2-ci, Əmək Məcəlləsinin 296.2, 296.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsin dəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, Gimnaziya direktorunun *8 iyun 2*22-ci il tarixli, 418 saylı əmri ilə işdən çıxarılsa da, araşdırma aparan məhkəmənin onun əsassız işdən çıxarılmağı barədə olan əmrin ƏM-nin 84-cü maddəsinin tələblərinin pozulmasına, iddia ərizəsini xəstəliyi ilə bağlı məhkəməyə gec verməyinə dair sübutlara düzgün hüquqi qiymət vermədən iddia müddətini ötməsi səbəbi ilə iddianı təmin etməmişdir. Məhkəmə tərəfi ndən onun təqdim etdiyi sübutlara sübut kimi hüquqi qiymət verilməmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun tərəfindən sözügedən əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür. Xəstəliyi səbəbindən vaxtında iddianı qaldıra bilməmişdir. Bunu təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 mart 2*23-cü il tarixli, 2(1*4)-733/2*23 nömrəli qətnaməsi ilə (hakimlər - A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin olunmamuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmı şdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı özü də müddətin ötürüldüyünü qəbul edir və bu işin mübahisələndirilməyən halıdır. Digər tərəfdən, iddiaçı apellyasiya şikayətinin dəlillərində bu halın baş verməsini üzrlü səbəblə, yəni xəstəliyi ilə əlaqələndirir. Lakin birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı daha fərqli dəlil irəli sürmüş, oktyabr ayında iş yoldaşının məhkəmə vasitəsi ilə işə bərpa olunduğunu eşitdikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir.
16. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən apellyasiya şikayətində qeyd olunmuş iddia müddətinin ötürülməsinin üzrlü sayılaraq bərpası ilə bağlı dəlilinə münasibətdə qeyd edib ki, iddiaçı bir inci instansiya məhkəməsindəki icraat zamanı iddia müddətinin ötürüldüyünü bilmiş, lakin bununla bağlı iddia müddətinin ötürülməsinin üzrlü sayılmasını xahiş etməmiş və bu barədə məhkəməyə müvafiq ərizə və ya vəsatətlə müraciət etməmişdir. Bunun əksini təsdiq edən sübutlar iş materiallarında yoxdur. İddiaçının yalnız birinci instansiya məhkəməsindəki icraat zamanı belə bir müraciəti olduğu, məhkəmə tərəfindən nəzərə alınmadığı və ya münasibət bildirilmədiyi təqdirdə, bu dəlil apellyasiya icraatının müzakirə predmeti ola bilərdi.
17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, 377.1, 382-ci Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinə istinad etmişdir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılıb ki, iddiaçı ailəvi problemlər səbəbindən vaxtında məhkəməyə müraciət edə bilməmiş, lakin müddətin bərpası ilə bağlı şifahi vəsatət vermişdir. Həmçinin onun işdən azad olunması barədə əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin heç bir maddəsinə istinad olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə yazılı etirazında kassasiya şikayətinin rədd olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
22. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
23. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasın ın adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
24. Maddə 84 (2-ci hissə) Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
25. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
26. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyası üzrə *8.*6.2*22-ci il tarixli əmri ilə, Təhsil Nazirliyinin K-412 saylı əmri rəhbər tutulmaqla, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək kitabçası 3*.*6.2*22-ci il tarixdə imzalanmaqla verilmişdir.
41. İşə baxmış məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmrin ləğv edilməsi barədə iddia ərizəsini vermək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin h allarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
43. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
44. İddiaçı onunla əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasını 3*.*6.2*22-ci il tarixdə almış, lakin hazırki iddia ərizəsini 11.1*.2*22-ci il tarixdə vermişdir. Yəni iddiaçı iddia vermə müddətini ötürmüşdür.
45. Kassatorun iddia müddətinin üzrlü səbəblərdən buraxılması barədə dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir münasibət bildirməməsi barədə dəlilləri əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsi iddiaçının müddəti üzrlü səbəbdən buraxıldığı barədə dəlillərinə qiymət vermişdir (bu qərarın 15-16-cl paraqrafları).
46. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:
1. İşə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanın olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür;
2. Yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;
3. Yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə, onlar qəbul oluna bilməzlər;
4. Apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin.
47. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-733/2*23 nömrəli, 14 mart 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.