Məhkəmə qərarları › İş №2(102)-263/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-263/2021

15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-263/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-263/21 (Açar sözlər: nikahın etibarsız sayılması) Bakı şəhəri, 15 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh Cavabdeh vəkili Səfərov Seymur Namaz oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4620/202 0 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır.

2. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2511 nömrə ilə qeyd edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edib.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmi qeydə aldırmışlar.

5. Nikahlarını rəsmi qeyd etdirsələr də, toyları olmamış, aralarında hər hansı ərarvad münasibətləri olmamış və onlar bir gün də olsun bir yerdə yaşamamışlar.

6. Nikah yalnız formal olaraq bağlanmışdır.

7. Onlar arasındakı nikah ailə qurmaq niyyəti olmadan bağlanılmışdır.

8. Ayrı yaşayır və ayrı təsərrüfat aparırlar.

9. Cavabdehin nümayəndəsi X1 birinci instansiya məhkəməsində iddianı qəbul edərək, iddiaçının izahatında göstərdiklərini təsdiq etməklə, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(011)821/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Lalə Rəhimli)

11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlə dən xx.xx.2019-cu il tarixdə iddiaçının toy mərasiminin təyin olunması, lakin toyun vaxtına iki gün qalmış toyun baş tutması barədə şahid ifadəsinə istinadən müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2511 nömrə ilə qeyd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu növ mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, həmçinin ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb olar.

13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, o cümlədən, nikah ailə qurmaq niyyəti ilə bağlanmış, lakin sonradan onların xarakterlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Halbuki, göstərilən hallar nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir.

14. Birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsini isə qanunazidd qiymətləndirmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 10-13, 25, Mülki Prosessual Məcəllənin 52.5-ci maddələri ilə əsaslandrımışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı xahiş etmişdir. apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmi n edilməsini

17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

18. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4620/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-821/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev)

19. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq hesab etmişdir ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmişlər və niyyətləri rəsmi nikaha daxil olmaq olmuşdur. Bundan sonra toy mərasiminin keçirilməsinə 2 gün qalm ış tərəflərin münasibətləri pozulmuşdur. Belə olan halda nikah bağlanarkən, nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsasların olması istisna edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia tələbini cavabdeh etiraf etsə də, birinci instansiya məhkəməsi cavabdehin etirafını qəbul etməməsi barədə qərardad çıxarmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Səfərov Seymur Namaz oğlu kassasiya şikayətinin dəlillərini qəbul edərək, şikayətin təmin olunmasını xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Mülki Prosessual Məcəllə Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

29. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi nikahın etibarsızlığı barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niy yətinin olmamasına və hüquqi əsas kimi isə Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edib. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmiş və niyyətləri rəsmi nikaha daxil olmaq olmuşdur. Bundan sonra toy mərasiminin keçirilməsinə 2 gün qalmış tərəflərin münasibətləri pozulmuşdur. Belə olan halda da nikah bağlanarkən, nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsaslar mövcud olmamışdır.

32. Göründüyü kimi, işin məhkəmələr tərəfindən müəyyən edilən halları Ailə Məcəlləsinin 25-ci maddə sinə əsasən iddianın təmin edilməsini istisna etmişdir.

33. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.

34. Məhkəmə kollegiyası cavabdehin iddianı etiraf etdiyi halda, birinci instansiya məhkəməsinin həmin etirafı qəbul etməməsi barədə qərardad çıxarmaması ilə bağlı kassasiya şikayətinin dəlilini əsassız sayır. Çünki iddiaçı bu dəlilini apelyasiya şikayətində bildirməyib. Həmçinin Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırki işdə də belə hal müəyyən edilməyib.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4620/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar