Məhkəmə qərarları › İş №2(102)-263/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-263/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-263/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2(106)-1345/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X6 Haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********28 olan, 11 mart 2021-ci il tarixli çıxarışına əsasən 1.4225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1.4225 ha torpaq sahəsindən çıxarılmaları, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Beyləqan rayon Dünyamalılar kəndində yaşayır. 1.4225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ verən sənədlə torpaq iddiaçının mülkiyyətindədir. Lakin həmin torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər və istifadə edirlər. Ona məxsus torpaq sahəsini cavabdehlər tərəfindən zəbt edilərək oradan istifadə etməyə imkan verilmir. Buna görə də, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətimdə olan 1.4225 ha torpaq sahəsindən çıxarılmaları, torpağın ona təhvil verilməsi və maneənin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/7076 sa ylı ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********28 olan xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətində olan 1,4225 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Müəyyən olundu ki, qeyd olunan mübahisəli torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin, Hüquqların, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********28 olan xx.xx. 2021-ci il tarixli çıxarışla mülkiyyətində olan 1,4225 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur. Həmin torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.

5. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-06/2023 nömrəli qətnaməsi ilə (hakim R.V.Nurullayev) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1.4225 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İddiaçı iddia ərizəsində cavabdehlərin qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmələrini göstərsə də, iş üzrə alınmış və ekspertizanın rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının mülkiyyətində olan Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1.4225 ha həyətyanı torpaq sahəsindən istifadə olunmur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2, 164.1-ci, Torpaq Məcəlləsinin 84, 111 və MPM-nin 14.2, 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)06/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Torpağının kimin tərəfindən istifadə edilməsi aydınlaşdırılmamışdır.

10. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərov və T.S.Kərimovdan ibarət tərkibdə) 7 sentyabr 2023-cü il tarixli, 2(106)-1345/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(020)-06/2023 saylı qətnaməsinin iddiaçı X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/7076 saylı ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşı nmaz Əmlakın Dövlət reyestri xidmətinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********28 olan xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətində olan 1,4225 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Müəyyən olundu ki, qeyd olunan mübahisəli torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən edilmişdir. Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin, Hüquqların, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********28 olan xx.xx.2021-ci il tarixli çıxarışla mülkiyyətində olan 1,4225 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmur. Həmin torpaq sahəsi başqa şəxslər tə rəfindən istifadə olunduğu müəyyən edilmişdir.

12. Birinci instansiya məhkəməsində məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********28 olan, 11 mart 2021-ci il tarixli X1 mülkiyyətinə Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1.4225 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmələrini göstərsə də, iş üzrə alınmış və ekspertizanın rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən **********28 olan, 11 mart 2021 -ci il tarixli Çıxarışla mülkiyyətində olan Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1.4225 ha həyətyanı torpaq sahəsinin istifadə olunur və cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

15. Apellyasiya instansiya məhkəməsi ö z mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2, Torpaq Məcəlləsinin 68, 84, 111-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, 7 sentyabr 2023-cü il tarixli, 2(106)1345/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, koordinatları məlum olan 1.4225 ha pay torpaq sahəsinin bir tərəfindən naturada qonşu torpaq sahəsi indiki cavabdehlərin Cavabdeh1Qoca oğlunun və Cavabdeh2 satın alımış olduqları( ilkin sahibi X5) torpaq sahəsi, digər tərəfindən isə X3 və onun ailə üzvlərinə verilmiş p ay torpaq sahələrinin yerləşdiyi torpaq sahələrinin ortasında yerləşən xüsusi mülkiyyətim olan torpaq sahəsindən istifadə edə bilməməyim barədə olan hüquqlarının qorunmaması, başqa fiziki şəxslərin pozulmuş hüquqlarının bərpa edilməməsi, torpaq sahəsinin mülkiyyətçisi kimi sahiblik, istifadə və sərəncam vermək hüquqlarının pozulması məhkəmə tərəfindən nəzərə alınmamışdır

18. Mülkiyyət hüququ hələ ki, qorunmur. Mülkiyyət hüququ pozulmuşdur. Bərpası istiqamətində isə heç bir hərəkət edilməmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(106) 1345/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxtı mülkiyyətində olan 1.4225 ha pay torpaq sahəsinin yerinin müəyyən olunması üçün heç bir araşdırılma aparılmamış, yalnız ekspertiza rəyi əsas götürülmüşdür. Halbuki ekspert rəy inin qabaqcadan məhkəmə üçün heç bir qüvvəsi yoxdur.

20. Vəsatətin verilməsinə baxmayaraq iş üzrə əsil həqiqətin meydana çıxarılması üçün məhkəmə tərəfindən əlavə ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməmişdir.

21. Məhkəmələr tərəfində yerə baxış keçirilməməsi, ekspert rəyinin ziddiyyətli, kifayət qədər aydın olmaması kimi hallar hərfətəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. Nəticədə də məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır

22. Şirvan Apellyasiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli iş N-2(106)1345/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxtı mülkiyyətində olan 1.4225 ha pay torpaq sahəsindən naturada faktiki olaraq kimin istifadə etməsi məsələsi araşdırılmamışdır b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməməsi və Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2(106)-1345/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya

24. Maddə 13-cü Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29-cu hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əml akdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Maddə 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 152.1-ci mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

29. Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib e dilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normat iv-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

31. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və d igər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya baxışının hədləri

40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pro sessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

41. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin vəsatətin verilməsinə baxmayaraq iş üzrə əsil həqiqətin meydana çıxarılması üçün məhkəmə tərəfindən əlavə ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil əsassızdır. Be lə ki, iş materialları ilə iddiaçının birinci və apellyasiya instansiyası məhkəməsində əlavə ekspertiza təyin edilməsi haqqında vəsatət verməsi təsdiqlənmir.

45. Kassasiya şikayətinin məhkəmə tərəfindən yalnız ekspertiza rəyinin əsas götürüldüyü, halbuki ekspert rəyinin qabaqcadan məhkəmə üçün heç bir qüvvəsinin olmadığı barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə müvafiq olaraq heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin ekspert rəyi xüsusi biliklərdən istifadə olunmaqla tərtib edildiyindən həmin rəydə müəyyənləşdirilənlərin doğruluğuna inam böyükdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr ekspert rəyinə istinad edərkən prosessual hüquq normaları pozulmamışdır.

46. Məhkə mə kollegiyası kassasiya şikayətinin qətnamənin qəbul edildiyi vaxt mülkiyyətində olan 1.4225 ha pay torpaq sahəsindən naturada faktiki olaraq kimin istifadə etməsi məsələsinin araşdırılmadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, məhkəmələr tərəfindən konkret şəxslərə qarşı qaldırılmış konkret iddiaya baxılımış və həmin cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmələri, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən istifadəyə maneə törədilməsi müəyyən edilmədiyindən iddia rədd edilmişdir.Yəni məhkəmələrin ümumiyyətlə iddiaçının torpaq sahəsindən kimin istifadə etməsini müəyyən etmək vəzifəsi olmamışdır.Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsində də qeyd edildiyi kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 sentyabr 2023-cü il tarixli 2(106)-1345/2023 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar