Məhkəmə qərarları › İş №2(102)-2630/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2630/2024

01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2630/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması və sair” tələbi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X1 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması və sair” tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)404/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “miras əmlakı üzrə vərəsə kimi tanınma və payın müəyy ən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, bir otaqlı mənzili üzrə onun vərəsə kimi tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X5 Cavabdeh2 qarşı “vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların nənəsi Tamara Şalumovanın ölümündən sonra qalmış miras əmlaka vərəsəlik hüququna daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək, vərəsəlik hüququna daxil o lma müddətinin uzadılması, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, bir otaqlı mənzili üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin vərəsə kimi tanınması və onların paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Eyni zamanda İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X1 nümayəndəsi və vəkili Qanuni nümayəndə iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı anası Tamara Şalumovanın ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 64 nömrəli, 2 mərtəbəli binanın paylı mülkiyyət hüququ üzrə 15,0 kv.m sahədən ibarət olan, bir otaqlı mənzilə vərəsəlik hüququn a daxil edilməsi üçün müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək, vərəsəlik hüququna daxil olma müddətinin uzadılması, miras əmlakı olan mənzil üzrə İddiaçı vərəsə kimi tanınması və onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2023 nömrəli, 07 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbləri təmin edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

5. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X5 tərəfindən ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-404/2024 nömrəli 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzə çi, Elşən Kazımov və Kamran Əkbərov) Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, X2 miras qalmış ünvan 1 ünvanındakı əmlaka dair verilmiş xx.xx.2022-ci il tarixli, 2V-39 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin əmlaka dair Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 miras əmlaka İddiaçı 6/18, Cavabdeh2 6/18, müstəqil tələb irəli sürən üçünçü şəxslər X3 3/18 və X5 3/18 payının müəyyən edilməsi qət edilmişdir.

7. Cavabdeh2 kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair ərizə i lə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh ölkə xaricində yaşadığından şikayət verilməsi üçün edilməli olan zəruri hərəkətlər (vəkillə müqavilə bağlamaq, rüsumun ödənilməsi, məsləhətləşmələr) müəyyən müddət ərzində baş tutmamışdır. Buna görə də kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-404/2024 nömrəli 04 iyun 2024-cü il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) ərizəsi təmin edilməmiş və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizəsində müddətin ötürülmə səbəbi kimi istinad etdiyi hal, yəni cavabdehin ölkə xaricində yaşaması onun qətnaməni vaxtında mübahisələndirməsinə hər hansı maneə yarada və ya üzrlü hesab edilə bilməz.

10. Belə ki, iş materiallarında olan Cavabdeh2 onu təmsil edən Vəkil1 xx.xx.2023-cü il tarixdə verdiyi etibarnamə (3 il müddətinə) 30 mart 2026-cı ilədək qüvvədədir. Həmin etibarnamədə nümayəndə Vəkil1 digər səlahiyyətlərlə yanaşı, məhkəmə aktından kassasiya şikayəti verməsi kimi səlahiyyəti nəzərdə tutulmuşdur.

11. İşdə olan elektron sistemdən çıxarışdan görünür ki, mübahisələndirilən qətnamə Cavabdeh2 nümayəndəsi və vəkili kimi Vəkil1 məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Odur ki, yuxarıda qeyd edilən etibarnamə əsasında Vəkil1 m əhkəmə aktını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirmək üçün tam səlahiyyətli olmuşdur. Cavabdeh2 isə hazırki halda ölkədə olub-olmaması əhəmiyyət kəsb etmir.

12. Apellyasiya məhkəməsi qərardadını Mülki-Prosessual Məcəlləsinin 130.1, 133.1, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil1 Gülməmməd oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-404/2024 nömrəli 04 iyun 2024-cü il tarixli qərardadını ləğv edərək, işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikasından kənarda yaşayır, onunla kassa siya şikayəti verilməsi üçün zəruri hərəkətlər (vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılması, rüsum ödənilməsi, məsləhətləşmələr və s.) şikayət vermə müddəti ərzində baş tutmamışdır. Bu səbəbdən kassasiya şikayəti vaxtında verilməmişdir. Nəzərə alaraq ki, bütün qeyd olunan addımlar müddətin keçməsi ilə müşayət olunur və müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir, bu səbəbdən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpasına zərurət vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayətdə mübahisələndirilən qərardadın qan uni və əsaslı olduğu üçün ləğv edilməsinə əsasların olmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbin i üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

20. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi cavabdehin dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.

27. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəl diyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(103)404/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar