Məhkəmə qərarları › İş №2(102)-2631/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2631/2023

05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2631/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ”torpaq sahəsinin zəbtdən azad edilməsi və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-ci il tarixli, 2(104)- 717/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülk i işə 05 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. X1 iclas protokolundan çıxarışa əsasən, İddiaçı (bundan sonra – iddiaçı) 23 avqust 1988-ci il tarixli 11 saylı protokolu əsasında 0,04 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.

2. İddiaçının adına Yoldaşlıq Bağçılıqdan verilmiş xx.xx.2001-ci il tarixli arayışa əsasən, iddiaçıya Gəc zavodu adlanan ərazidən 400 m² torpaq sahəsi ayrılmışdır.

3. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 2028 nömrəli xx.xx.2013cü il tarixli sərəncamına əsasən, Gəncə şəhəri, Məhsəti qəsəbəsindəki 400 kv.m. torpaq sahəsində Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmiş, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsi Memarlıq və tikinti şöbəsində xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri X8 ərazisində yerləşən 400 kv.m. torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və cavabdeh tərəfindən tikilmiş tikilinin onun vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, keçmiş Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 №-li protokoluna əsasən ona X8 ərazisindən 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt edib, həmin hissəni hasara almışdır. O, dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsini boşaltmasını bildirsə də, cavabdeh torpağı zəbtdən azad edib tikmiş olduğu tikilini sökmək istəməmişdir.

6. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1573/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Ekspertizanın aparılması Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspertiza qarşısında iddiaçıya ayrılmış 400,0 kv.m torpaq sahəsinə dair araşdırma aparılması ilə bağlı suallar qoyulmuşdur. Sözügedən torpaq sahəsinə dair daxil olmuş iş materiallarında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığından qərardad s uallarının cavablandırılması mümkün olmamışdır.

7. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 dekabr 2022-ci il tarixli, 2(125)-830/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddiaçının cavabdehə qarşı iddiası rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi cavabdehin torpaq sahəsi üzərindəki subyektiv hüququnun mövcudluğu ilə bağlı qeyd etmişdir ki, torpaq sahəsinin plan və ölçüsü sənədi olmadan torpaq sahəsinin üzərində mülkiyyət hüququ da qeydə alına bilməz.

9. Mübahisəli torpaq sahəsindəki tikilinin cavabdehin hesabına sökülməsi tələbinə gəldikdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti mə qsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

10. Birinci instansiya məhkəməsi yuxarıda gəldiyi qənaətə əsasən hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnun olmasını sübuta yetirə bilmədiyindən və tikililərin sökülməsi tələbini yalnız mübahisəli torpaq sahəsinin özünə məxsus olması ilə əsaslandırdığından (tikililərin onun hər hansı başqa marağına toxunmasını iddia etmədiyindən) onun həmin torpaq sahəsi üzərindəki tikililərin sökülməsi tələbi də təmin edilə bilməz.

11. Birinci instansiya məhkəməsi mövqeyinin hü quqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1, 67.4, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1, 10.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – AR MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunanlarla ya naşı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş və buna görə çıxarış ala bilmir. Halbuki, mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ var. Çizgi planınına əsasən torpaq sahəsinin 400 kv.m olması göstərilmiş, lakin zəbt olunduğuna görə sahə azalmışdır. Eləcədə həmin torpaq sahəsinin ona verilməsi ilə bağlı keçmiş Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokolu mövcuddur.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-717/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (kakimlər X3 (sədrlik edən və məruzə çi), X2 və X6) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən və cavabdehin faktiki sahibliyində olan 400 kv.m. torpaq sahəsinin bir hissəsinin Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoluna əsasən İddiaçı ayrılması iddia olunan 400 kv.m torpaq sahəsinin daxilində olması sübuta yetirilmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

16. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassı zdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

17. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29, (İ və İİİ hissə), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 157.4, AR MPM-nin 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 372.2, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsi nin dövlət reyestrində qeydiyyata alınmadığını əsas tutub onun iddiasını rədd etmişdir. Halbuki mübahisəli iddiaçıya məxsus 400 kv.m. torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmasa da Kirovabad şəhər X4 İcrayə Komitəsinin 23 avqust 1988-ci il tarixli 11 nömrəli protokoluna əsasən X8 ərazisində iddiaçıya 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu iddiaçının sahibliyində olmuşdur. Cavabdehin iddiaçıya məxsus torpağı zəbt etməsi apellyasiya instansiya məhkəməsinin də iddiaçınını iddiasını rədd etməsi bir daha onu sübut edir ki, məhkəmə iddiaçının apellyasiya şikayətini rədd edərkən Mülki Məcəllənin 164.2-ci maddəsində nəzərdə tutulmuş hüququnu pozmuşdur. Məhkəmə iddiaçınını şikayətini rədd edərkən cavabdehin də iddiaçıya məxsus zəbt edilmiş torpaq sahəsi ilə bağlı əlində çıxarışın olmadı ğını nəzərə almamış, bununla belə 1988-ci ildən iddiaçının sahibliyində olan torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlı tələbini təmin etmədən saxlamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulması nı məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 24. 66-cı maddəsinin 1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçi rilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 25. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 26. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 27. 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan tor paq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 28. 67-ci maddəsinin 4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 29. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 30. 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək torpaq istifadəçilərinin və icarəçilər inin hüquqlarından biridir. 31. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 32. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 33. 84-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 34. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qayda da bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu poz untu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 42. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçm əklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni b aşqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instans iyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qe yd edir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin mötəbərliyi hazırki mübahisənin predmetini təşkil etmir. Mübahisəli məsələ yalnız həmin sənəddə göstərilən torpaq sahəsinin iddiaçının iddia etdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsi ilə eynilik təşkil etməsidir ki, həmin hal yalnız Torpaq Məcəlləsinin 65-ci maddəsində göstərilən sənədlə müəyyən oluna bilər.

48. Həmin halın sübut edilməsi isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür.

49. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

50. İşin faktiki hal larını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

51. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mübahisəli torpaq sahəsinə dair müəyyən olunan sübutları təqdim edə bilmədiyindən, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, o, hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir.

52. İşin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisən in həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(104)-717/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar