Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2632/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2632/2019 15 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı3 və onun vəkili ***, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(107)2336/2018 nömrəli qətnaməsindən İddiaçı3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 25 iyun 2018-ci il tаrixli, 2(037)394/2018 saylıqətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 tərəfindən cavabdehlər Cavabdeh1 və Teymur Əhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı irəli sürülmüş ilk iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1,26 hektar əkin torpaq sahəsinin cavabdeh Teymur Əhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətitərəfindən boşaldılması, həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının həyata keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması qət edilmiş, həmçinin cavabdeh Teymur Əhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı 3, İddiaçı5 və İddiaçı4 qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbi də təmin edilərək, İddiaçı1 tərəfindən 06 aprel 2011-ci il tarixdə yazılı formada bağlanmış alqı-satqı müqaviləsi əsasında satılmış torpaq sahəsinin hazırkı bazar dəyəri qismində 6.300 manat, həmin torpaq sahəsinin üzərində çoxillik bağın salınmasına sərf olunan vəsait qismində 22.037 manat olmaqla cəmi 28.337 (iyirmi səkkiz min üç yüz otuz yeddi) manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 müştərək qaydada tutularaq cavabdeh Teymur Əhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi və qətnamə ilə təmin edilmiş tələblər üzrə tərəflərin üzərinə qoyulmuş öhdəliklərin eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.M.Hüseynov, R.Ə.Əliyev və İ.H.Şükürov) 29.10.2018-ci il tarixli, 2(107)-2336/2018 nömrəli qətnaməsi ilə iddiаçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı5 və İddiaçı4 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tаrixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmişdir. Qarşılıqlı iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” QSC tərəfindən mübahisəli torpaq sahəsinə görə ödənilmiş 1391,39 manat (bir min üç yüz doxsan bir manat 39 qəpik) və həmin torpaq sahəsində çoxillik bağların salınmasına çəkilmiş xərclərin əvəzi qismində 22.037 (iyirmi iki min otuz yeddi) manat olmaqla cəmi 23.428,39 manat (iyirmi üç min dörd yüz iyirmi səkkiz manat 39 qəpik) məbləğində pul vəsaiti iddiаçılar İddiaçı1, İddiaçı3, İddi açı2, İddiaçı5 və İddiaçı4 müştərək qaydada tutularaq cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, qətnaməninqalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı3 və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı4 cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 1,26 hektar əkin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdi rlər. Cavabdeh “xxxx” QSC qarşılıqlı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 06 aprel 2011-ci il tarixdə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılmış torpaq sahəsinin hazırkı bazar dəyərini təşkil edən vəsait qismində 6.300 manat, həmin torpaq sahəsinin üzərində çoxillik bağın salınmasına sərf olunan vəsait qismində 22.037 manat olmaqla cəmi 28.337 (iyirmi səkkiz min üç yüz otuz yeddi) manat və ödənilmiş dövlət rüsumu qismində 30 manat məbləğdə pul vəsaitinin iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı4 müştərək qaydada tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı3 və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun qarşılıqlı iddiaya aid hissəsində dəyişdirilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı kassasiya şikayətində işin hallarını və qanunvericilik normalarını sadalayaraq bununla kifayətlənərək, hesab etmişdir ki, qətnamə qanunsuz və əsassız, işin obyektiv araşdırılmaması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı3 vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddiaya aid hissəsində dəyişdirilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən, həmin hissədə yoxlanmalıdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətini qismən təmin edib, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsini qarşılıqlı iddiaya aid hissədə dəyişdirərkən haqlı olmuş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 06 aprel 2011-ci il tarixli müqavilənin surətinə əsasən, alıcı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1.2649 hektar əkin torpaq sahəsinin hər hektarını 1.100 manata olmaqla tam dəyərini – 1391,39 manatı satıcıya ödəməyi, satıcı isə mülkiyyətində olan torpaq sahəsinin hər hektarını 1.100 manata olmaqla cəmi 1391,39 manat pulu qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçı1 06 aprel 2011-ci il tarixdə satdığı torpağın tam dəyərini aldığını öz imzası ilə təsdiq etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 07 dekabr 2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışın və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətinə əsasən, DTXK-nin İsmayıllı rayon şöbəsinin 09.03.1999-cu il tarixli JN-647 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1.2649 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı4 Ramazan qızı, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətinə verilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinə əsasən, “xxxx” QSC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı idarəsində 30 aprel 2018-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmışdır. 21 fevral 2018-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. 31 may 2018-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsi ilə bağlı iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 337.1 və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə ( o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən hüquq normaları kontekstində cavabdeh “xxxx” QSC ilə İddiaçı1 arasında 06 aprel 2011-ci il tarixdə yazılı şəkildə bağlanmış torpağın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən, habelə mübahisəli torpaq sahəsinin digər birgə mülkiyyətçilərinin hüquqları pozulmaqla bağlandığından həmin müqavilə etibarsız və bu müqavilə üzrə hər bir tərəf aldıqların geri qaytarmalıdır. 06 aprel 2011-ci il tarixli müqavilə üzrə cavabdeh “xxxx” QSC tərəfindən İddiaçı1 torpaq sahəsinin dəyəri kimi 1391,39 manat pul ödənilmiş, iddiaçı da özünə və ailə üzvlərinə (digər iddiaçılara) məxsus, İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 1.2649 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdehin sahiblik və istifadəsinə vermişdir. Bu baxımdan mübahisəli torpaq sahəsini geri qaytarılması müqabilində, cavabdehin torpağa görə 2011-ci ildə ödədiyi pul hal-hazırda iddiaçıdan həmin torpağın indiki dəyəri ilə, yəni 1.391,39 manat geri qaytarmalıdırlar. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı1 mübahisəli torpaq sahəsini cavabdeh “xxxx” QSC-nin sahiblik və istifadəsinə verərkən sonuncunun həmin torpaq sahəsini hansı məqsədlə aldığını, orada “xxxx” QSCnin iqtisadi fəaliyyət istiqamətlərinə uyğun olaraq üzüm və meyvə ağaclarının əkilibbecəriləcəyini, çoxillik əkinlərdən ibarət bağlar salınacağını bilmişdir. “xxxx” QSC-nin məhkəməyə təqdim etdiyi maliyyə hesabatlarından görünür ki, müəssi sə mübahisəli torpağı əldə etdiyi (aldığı) vaxtdan başlayaraq 5 il ərzində orada çoxillik bağ sahəsinin salınmasına (o cümlədən, 2244 ədəd üzüm şitilinin alınıb əkilməsinə və becərilməsinə) 22.037 manat məbləğində pul vəsaiti sərf etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi fotoşəkillər də mübahisəli torpaq sahəsində çoxillik əkinlərdən ibarət bağların (o cümlədən, üzüm bağının) salındığını təsdiqləyir. İddiaçılar onlara məxsus torpaq sahəsində çoxillik bağ sahəsinin salınmasına etiraz etməmiş, bununla həmin torpaq sahəsindən cavabdehin istədiyi kimi istifadə etmək hüququnu tanımış və qəbul etmişlər. Hal-hazırda mübahisəli torpaq sahəsindən çoxillik əkinlərin köçürülməsi mümkün deyildir və torpaq sahəsi üzərindəki əkinlərlə birlikdə iddiaçılara qaytarılmalıdır. Lakin cavabdeh çoxillik bağ sahələrini iddiaçıların deyil, özünün faydalanması üçün salmışdır. İddiaçılar mübahisəli torpaq sahəsini üzərindəki çoxillik əkinlərlə geri aldıqda cavabdehin hesabına əsassız varlanmış olacaqlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmal ıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinə çəkilmiş və nəticələri (salınmış çoxillik üzüm və meyvə bağları) gələcəkdə iddiaçılara qalaraq onları əsassız varlandıracaq 22.037 manat məbləğində xərclər iddiaçılardan alınıb cavabdeh “xxxx” QSC-yə ödənilməlidir. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fu ndamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora münasibətdə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora münasibətdə mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2018-ci il tarixli, 2(107)-2336/2018 nömrəli qətnaməsi İddiaçı3 münasibətdə qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2632/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2632/2019
15.04.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver