Məhkəmə qərarları › İş №2(102)-2632/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2632/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2632/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2879/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları: 2016-cı ildə İddiaçı ərizə ilə Bakı şəhərinin Xətai Rayon Prokurorluğuna müraciət edərək 07 fevral 2015-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 onun etibarından sui-istifadə etməklə 15.000 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmələri və bununla da ona küllü miqdarda ziyan vurmaları barədə məlumat vermiş və 05 oktyabr 2016-cı il tarixdə Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə cinayət işi başlanmışdır. Həmin iş üzrə aparılmış istintaq zamanı Cavabdeh1, Cavabdeh2 və X1 əməllərində dələduzluq cinayətinin tərkibinin olması müəyyən olunmadığından Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsi müstəntiqinin 01 yanvar 2017-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmiş və tərəflər arasında yaranmış müb ahisənin mülki xarakter daşıması nəzərə alınaraq iş üzrə cinayət işinin başlanmasından imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyul ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 fevral 2015-ci il tarixdə cavabdehlərə bir dəfəyə nağd şəkildə 15.000 manat məbləğində borc verməsini, lakin həmin vaxtdan cavabdehlərin ona cəmi 2000 manat qaytarmalarını, onların hərəkətindən verdiyi şikayət araşdırılarkən polis orqanında verdiyi izahatlarında ona borclu olmalarını etiraf etmələrini əsas göstərməklə cavabdehlərdən borca görə 13.000 manat, borcun qaytarılmasının kecikdirilməsinə görə 1950 manat, mənəvi zərərə görə 1300 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 16.280 manat ın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5363/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.Ş.Talıbov) iddia qismən təmin edilərək cavabdehlərdən borca görə 13.000 manat, dövlət rüsumuna görə 30 manatın tutulub İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək iddiaçı tərəfindən borcun Cavabdeh1 verilməsini, sonuncu isə həmin puluNa verməklə onun bu faktı təsdiq etməsini, onun iddiaçıdan pul almamasını, həmin borcun bir hissəsinin pul şəklində, bir hissəsinin əvəzi kimi iddiaçıya bahalı soyuducu alınmaqla qaytarılmasını və hazırda Cavabdeh1 iddiaçıya borcunun qalmamasını bildirməklə Sabu nçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 da apellyasiya şikayəti verərək iddiaçıdan 15.000 manat məbləğində pulu Cavabdeh2la birlikdə alıb Na vermələrini və borcun müqabilində Cavabdeh2 məxsus avtomobilə dair iddiaçının adına 1 illik müddətə etibarnamə verilməsini, lakin borcun qaytarılması mümkün olmadığı üçün ümumi razılaşma əsasında hissə-hissə qaytarmaqla 10.000 manat qaytarmalarını, qalan 5000 manatın əvəzi kimi isə iddiaçıya soyuducu verilməklə borcun tam ödənilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2879/2020 saylı, 02 iyun 2020-ci il tarixli q ətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və V.Ə.Baxışova) Cavabdeh1 apellyasiya şikayəti qismən, Cavabdeh2 apellyasiya şikayəti isə tam təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilərək ona aid hissədə iddianın rədd edilməsi, Cavabdeh1 aid hissədə qətnamənin dəyişdirilib ondan iddiaçının xeyrinə 9500 manatın tutulması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 02 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək iddiaçıya olan borcu digər Cavabdeh2la birgə götürmələrini, soyuducunun qalan borcun əvəzi kimi iddiaçının razılığı ilə ona verilməsini, borc müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2la birlikdə üzərlərinə götürdüklərinə baxmayaraq apellyasiya instansiyası məhkəməsinin ödənilməmiş borcun qaytarılmasını bütünlükdə onun üzərinə qoyulmaqla iş üzrə səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın ona münasibətdə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmal arına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinmə lidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası m əhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Koll egiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən 15.000 manat məbləğində borc bilavasitə Cavabdeh1 verilmiş və borc münasibəti məhz onların arasında yaranmışdır. Digər Cavabdeh2 tərəfindən borcun qaytarılmasının təminatı kimi iddiaçıya ona məxsus avtomobilə dair etibarnamə verilsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin həmin halı Cavabdeh2 birgə borclu hesab edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh1 tələb olunan borcun iddiaçıya tam qaytarılmasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh1 borcun qa ytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya qaytarılmamış 9500 manat məbləğində borcu qalmışdır. İşin göstərilən halları və aldığı borcu Na verməsinə dair göstərdikləri iddianın ona münasibətdə rədd edilməsi üçün əsas verməmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2879/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar