Məhkəmə qərarları › İş №2(102)-2632/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2632/2024

18.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2632/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi kassasiya şikayəti üzrə kassasiyanın mümkünlüyünü yoxlayaraq Müəyyən etdi: İşin halları a)Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı (bundan sonra-iddiaçı) məhkəmədə cavabdeh "xxxx" ASC-nə (bundan sonra-cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehdən “qaynaqçı” işində çalışdığı vaxt aldığı xəsarətlə əlaqədar olaraq 1 sentyabr 2019-cu ildən 1 iyun 2021-ci il tarixədək ona əskik ödənilmiş 1.280 manat; 1 iyun 2021-ci ildən 1 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1.680 manat; mediasiya xərcinə görə 55 manat; habelə 01 yanvar 2023-cü ildən hesablanmalı olan 276 manat aylıq ödəncin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətn aməsi ilə (hakim N.R.Ağabəyov) iddia rədd edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(106)-1620/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra- üçüncü şəxs) hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/ 2024 saylı qətnaməsi ilə (hakimlər S.İ.Mayılov sədrlik edən-məruzəçi, İ.Q.Əsədov və T.X.Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Lənkəran Rayon məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c)Kassasiya instansiyası məhkəməsində icraat

6. Üçüncü şəxs kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun tutulması və aylıq ödəncin hesablanaraq tutulması” tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qə rar qəbul edilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qərardadı ilə iddiaçının iş üzrə həmin məhkəmənin 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 iyun 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qərardadı ilə iddiaçının iş üzrə həmin məhkəmənin 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən (iddiaçı qətnamədən deyil, 20 may 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qərardad dan kassasiya şikayəti vermişdir) verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

11. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli məktubu ilə üçüncü şəxsin iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiki kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadı ilə iddiaçının iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilmiş və kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin Mülki kollegiyasında yazılı icraat qay dasında baxılası qərara alınmışdır. Üçüncü şəxsin kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması

13. Əvvəla, işdən görünür ki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən iddiaçı deyil, üçüncü şəxs kassasiya şikayəti verdiyi halda, Ali Məhkəmənin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadında yanlışlığa yol verilərək, qətnamədən iddiaçının kassasiya şikayəti verdiyi göstərilmişdir.

14. Azərbaycan Respublikası MPM-in 228.2-ci maddəsinin mənasına görə, məhkəmə öz təşəbbüsü ilə qərardadda buraxılmış yanlışlığı düzəldə bilər.

15. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadında buraxılmış yanlışlıq düzəldilməli, qətnamədən kassasiya şikayətinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən verməsi kimi oxunmalıdır.

16. Digər tərəfdən işdən görünür ki, iddiaçının cavabdehə qarşı iddia tələbləri birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edildiyi və iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə təmin edilmədiyi halda, üçüncü şəxs iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan...az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrin in mülki kollegiyalarının...qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Həmin Məcəllənin 403.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

19. Əvvəla, mülki prosessual qanunvercilikdə tərəflərin, o cümlədən üçüncü şəxslərin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandıcı hissəsindən kassasiya şikayəti verə bilmələri nəzərdə tutulmamışdır.

20. Digər tərəfdən, sözügedən normaların mənasına görə tərəflər, üçüncü şəxslər o, halda iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə bilərlər ki, iddiaçının tələbləri təmin olunmam ış (və ya qismən təmin olunmuş) və ya cavabdehə, üçüncü şəxsə qarşı verilmiş tələblər təmin olunmuş (və ya qismən təmin olunmuş) olsun.

21. Hazırkı halda iddiaçının tələbləri yalnız cavabdehə qarşı yönəlib və onun cavabdehə qarşı tələbləri isə “qaynaqçı” işində çalışdığı vaxt aldığı xəsarətlə əlaqədar olaraq 01 sentyabr 2019-cu ildən 1 iyun 2021-ci il tarixədək ona əskik ödənilmiş 1.280 manat; 1 iyun 2021-ci ildən 1 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1.680 manat; mediasiya xərcinə görə 55 manat; habelə 01 yanvar 2023-cü ildən hesablanmalı olan 276 manat aylıq ödəncin tutulub ona ödənilməsi barədədir.

22. Göründüyü kimi üçüncü şəxs tərəfindən mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun hüquq və vəzifələrinə dair hər hansı məsələ həll olunmadığı hal da, qətnamədən kassasiya şikayəti vermişdir.

23. Kassasiya instansiyası məhkəməsi üçüncü şəxsin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin mümkünlüyünü yoxlayıb hesab edir ki, kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur və kassasiya şikayətinə kassasiya qaydasında baxılması üçün mülki prosessual əsaslar yoxdur.

24. Azərbaycan Respublikası MPM-in 404-1.1-ci maddəsində göstərilir ki,...kassasiyanın mümkünlüyünün yoxlanılmasına işə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir.

25. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin 3 iyul 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının qətnamədən verdiyi kassasiya şikayətinin yoxlanılması və buraxılmış prosessual müddətin bərpası barədə əriz əsinə baxılması üçün mülki iş geri tələb olunmuşdur.

26. Azərbaycan Respublikası MPM-in 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını... müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7, 419.1, 419.4-cü maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyul 2024cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadında buraxılmış yanlışlıq düzəldilsin, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)113/2024 saylı qətnaməsindən kassasiya şikayətinin İddiaçı tərəfindən deyil, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilməsi kimi oxunsun. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2(102)-2632/2024 saylı qərardadı ləğv olunsun, kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar