Məhkəmə qərarları › İş №2(102)-2635/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2635/2023

12.07.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2635/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsas öhdəliyin icrasının təmin edilməsi üsulları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1623/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 %-dən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar qarşılıqlı öhdəliklər götürmüşlər. Müqavilənin 4.3-cü bəndinə əsasən MMC müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödəməyi öhdəsinə götürmüş və özünə məxsus bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka vermişdir.

3. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli İH15/010 saylı kredit müqaviləsinə əsasən, həmin Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində salınmış “AAAF-Park 3” Yaşayış Massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 m2 olan 67 saylı mənzilin (mübahisəli mənzil) alınması məqsədilə 120 ay müddətinə illik 14% dərəcəsilə ödəniş cədvəlinə uyğun qaytarmaq şərti ilə 41 000 manat məbləğində kredit verilmiş və həmin tarixdə tərəflər arasında qeyd olunan mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə imzala nmışdır.

4. Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmiş, Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında ona xx.xx.2016-cı il tarixdə xəbərdarlıq məktubu ünvanlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 38 675,71 manat əsas, 33 437,21 manat faiz, 19 909,51 manat cərimə borcu olmaqla ümumilikdə 92 022,43 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 C saylı evin 6-ci mər təbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilə ləri üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya tələbdə göstərilən məbləğlərdə borcları qalmışdır.

7. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə etirazında qeyd etmişdir ki, borcun MMC-dən tutulmasının əsası kimi istinad olunan 18 mart 2014-cü il tarixli Kooperativ müqaviləsi borc-kredit öhdəliyinin təminatı qismində çıxış edə bilməz. Həmin müqavilənin predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu müqavilə zaminlik müqaviləsi deyil, ilkin müqavilədir. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var. Müqavilə tərəflər arasında qar şılıqlı razılıq niyyətlərini əks etdirir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Lakin MMC borc alan Cavabdeh1 kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmişdir və bununla bağlı iddiaçı zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində MMC-nin iddiaçı bankdakı bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Ekspert rəyini qəbul etmirlər, lakin iddianın tutmanın mübahisəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan bo rca ödənilməsi və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsinə etiraz etmirlər.

8. Cavabdeh1 iddia ərizəsi üzrə məhkəməyə və ölkə rəhbərliyinə ünvanladığı müraciətində bildirmişdir ki, 38 675,71 manat əsas borc məbləğinin ondan və "xxxx" MMCdən müştərək qaydada tutulmasına etiraz etmir, lakin faiz borcunun məbləği ilə razılaşmır.

9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASCyə 39 569,43 manat əsas, 29 326,07 manat məbləğində faiz borcu vardır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məh kəməsi) 2(011)-421/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X3) iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli, İH15/010 saylı kredit müqaviləsi üzrə 38675,71 manat əsas, 29326,07 manat faiz borcu, 2000 manat cərimə olmaqla, cəmi 70001,78 manat pulun və 23,10 manat dövlət rüsumunun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq Ləğv prosessində olan İddiaçı ASC-yə ödəniməlsi, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşə n, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilin likvid dəyəri 55.000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına Ləğv prosessində olan İddiaçı ASC-yə olan cəmi 70001,78 manat pulun və 23,10 manat dövlət rüsumunun ödənilməsi, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi, 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilin s atıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 6,90 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza xərcinin 77% hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dan müştərək qaydada, 23% hissəsinin isə LPO İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün hesablanmış xərcin 77% hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dan müştərək qaydada, 23% hissəsinin isə LPO İddiaçı ASCdən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) m üqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəlyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da Cavabdeh1 xx.xx.2021-ci il tarixə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 38675,71 manat əsas borcu, 29962,93 manat faiz borcu olmaqla, cəmi 68638,64 manat məbləğində borcunun olması qeyd edilmişdir. Odur ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində tam təmin edilməklə 66875,80 manat pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

12. Məhkəmə hesab etmişdir ki, iddia tələbi faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmi ş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2022-ci il tarixli, 9/1427 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 29326,07 manat məbləğində faiz borcu vardır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

13. Məhkəmə iddia tələbinin digər cavabdeh "xxxx" MMC-yə aid hissədə araşdıraraq hesab etmişdir ki, "xxxx" MMC-nin nümayəndəsi bank ilə aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin Cavabdeh1 kredit borcuna görə məsuliyyət daşımamsını bildirsə də, qanunv ericilikdə öhdəliyin müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Bunlara girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar aiddir. Göründüyü kimi, öhdəliyin təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir. Cəmiyyətlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmeti Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında çoxmənzilli yaşayış kompleksində tikdiyi mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinədək kreditləşdirilməsi ilə bağlı Bankla Cəmiyyət arasındakı qarşılıq lı əməkdaşlıq təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verm əklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Cavabdeh1 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən təd birlər görməsini xahiş etmişdir.

14. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə Cavabdeh1 kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, Cavabdeh1 isə krediti tam ödəmədiyindən "xxxx" MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır.

15. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin saqtışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda borcun cavabdehlərdən tutulmasına dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.

16. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin ipoteka ilə yüklü edilmiş həmin Mənzilin açıq hər racdan satış yolu ilə realizə edilməlidir. Mənzilinin likvid dəyəri isə 55 000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Mənzilin likvid dəyəri 55.000 manat, bazar qiyməti isə 58 000 manat təşkil edir.

17. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində Cavabdeh1 və Mənzildə yaşayan digər şəxslərin Mənzili boşaltmaları hissəsində iddia təmin edilməlidir. Belə ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılmasını tələb etməkdə də haqlıdır.

18. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin Cavabdeh1 və Mənzildə yaşayan digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların Mənzildən çıxarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 və Mənzildə yaşayan digər şəxslərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır və bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehlərin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi və Mənzilin LPO İddiaçı ASC-yə təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısının ləğv edilməsi ilə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək q anuna ziddir. İpoteka qoyanın və digər cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin, mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər, belə ki, Mülki Məcəllənin 414.1-ci maddəsi müəyyən edir ki, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 442, 460.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2018-ci il tarixədək qüvvədə olan) 33, 34.1, 39.3.3, 59.1, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun faiz borcunun tutulması ilə bağlı hissədə qismən ləğv olunmasını və faiz borcunun ödənilməsi tələbinin tam təmin edilməsini xahiş etmişdir.

21. İddiaçı şikayətini, məhkəmənin bankın maliyyə arayışını əsassız olaraq nəzərə almadığı, həmin arayışda göstərilən faiz məbləğinin ekspert rəyində müəyyənləşdirilən məbləğə yaxın olmasına diqqət yetirmədiyi arqumentləri ilə əsaslandırmışdır.

22. Qətnamədən həmçinin cavabdeh "xxxx" MMC də apellyasiya şikayəti verərək onun “xx.xx.2015-ci il tarixli İH15/010 saylı kredit müqaviləsi üzrə 38 675,71 manat əsas, 29 326,07 manat faiz, 2000 manat cərimə borcu olmaqla cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun MMC-dən tutulması” hissəsində ləğv olunmasını və həmin tələbin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Cavabdeh "xxxx" MMC şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, MMC ilə zaminlik müqaviləsi bağlanmadığını, eləcə də iddiaçı bankın pretenziya qaydalarına əməl etmədiyini nəzərə almadığını irəli sürmüşdür.

24. Qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti verərək onun faiz borcunun və dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsini, tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməs i, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxslər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir.

25. Cavabdeh1 şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə iştirakı olmadan baxaraq Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələbini pozmuş, tərəflər arasında qanunla müəyyənləşdirilmiş qaydada ipoteka müqaviləsi bağlanmadığını, faiz borcunun düzgün hesablanmadığını, cərimə məbləğinin tənasübsüz olduğunu nəzərə almamış, əmlakın ipoteka ilə yüklü edilməsi ilə bağlı qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)- 1623/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X5 və X4) İddiaçı ASC-nin və "xxxx" MMCnin apellyasiya şikayətləri təmin olunmamış, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-421/2022 saylı iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi “tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun ödənilməsi, hərracdan satı ş hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin Cavabdeh1 tutulub ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi” hissələrində ləğv olunmuş, İddiaçı ASC-nin iddia tələblərinin həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bankın təqdim etdiyi maliyyə arayışında Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 29 962,93 manat faiz borcunun olduğu göstərilsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza rəyi əsasında həmin maliyyə arayışında qeyd olunan tarixə, yəni xx.xx.2021-ci il tarixinə adı çəkilən şəxsin faiz borcunun məhz 29 326,07 manat təşkil etdiyi müəyyən olunmuşdur. Ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyildir və məhkəmə həmin rəylə müəyyənləşdirilən rəqəmi əsas götürməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bank sonuncu dəfə iddia tələbinin həcmini müvafiq ekspert rəyi alındıqdan sonra artıraraq xx.xx.2022-ci il tarixinə hesabladığı borc məbləğini tələb etmiş, məhkəmə isə ekspert rəyində müəyyənləşdirilən xx.xx.2021-ci il tarixinə yaranmış faiz borcu məbləğini əsas götürmüşdür. Kollegiyanın qənaətinə görə, belə bir arqumenti qəbul etmək prosessual qanunvericiliyin mənasına zidd olardı ki, müvafiq ekspert rəyi alındıqdan sonra iddiaçıya dəfələrlə tələbinin həcmini artırmaq imkanı verilməklə yenidən ekspertizalar təyin olunsun – məhz bu səbəblə prosessual qanunvericilik iddia tələbinin həcminin artırılması imkanını yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, istisnai hallarda isə məhkəmə baxışı zamanı mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı bankın xx.xx.2021-ci il tarixindən sonrakı dövr üçün yarandığını iddia etdiyi faiz borcu məbləğini tələb etmək imkanı mövcuddur.

28. Kollegiya ekspert rəyi il ə bağlı dəyərləndirməsini Cavabdeh1 apellyasiya şikayətinin “qətnamənin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi” hissəsi üzrə də tətbiq edərək şikayəti həmin hissədə əsassız saymış və bununla bağlı əlavə əsaslandırma aparmağa lüzum görməmişdir.

29. Cavabdeh1 şikayətinin cərimə borcu ilə bağlı hissəsi üzrə kollegiya qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyin müvafiq normalarının mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.

30. Məhkəmə iclasları haqqında ona rəsmi məlumat verilməməsi barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından ona məhkəmə iclası barədə bildirişlərin çatdırıldığı, məhkəməyə və müxtəlif orqanlara işlə bağlı mürəciətlər ünvanladığı, ekspert rəyi alındıqdan sonra SMS bildiriş vasitəsilə məlumatlandırıldığı aydın olur; məlumatlı olduğu proseslə bağlı məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

31. Bunu nla belə kollegiya, Cavabdeh1 apellyasiya şikayətini digər hissədə əsaslı hesab etmişdir. Belə ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlandığı irəli sürülən ipoteka müqaviləsinin predmeti olan mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, ipotekanın dövlət qeydiyyatı həyata keçirilməmiş, beləliklə də bu müqavilə əsasında mənzil üzərində ipoteka yüklülüyü yaranmamışdır. Buna görə də kollegiyanın qənaətinə görə, iddiaçı bankın müvafiq iddia tələbinin əsasında dayanan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi heç bir hüquqi nəticə doğura və həmin sənədə istinadən irəli sürülən iddia təmin oluna bilməz.

32. Kollegiya, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 47 1-ci maddələrinin şərh edilməsinə dair” 04 sentybar 2012-ci il tarixli qərarındakı “gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsinə dair” hüquqi mövqeləri də nəzərə almaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, xx.xx.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-ci maddəsinin tələblərinə cavab verməklə MMC bu müqavilə ilə gələcəkdə yaranacaq öhdəliyin icrasına təminat vermişdir. Nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilkin müqaviləyə aid qaydalara cavab verməməklə gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsidir və bu müqavilə növü üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlə rə (zaminliklə təmin edilmiş əsas öhdəliyin həcmi, icra müddəti, faiz dərəcəsi və s.) də riayət olunmuşdur.

33. İddiaçı bank tərəfindən pretenziya qaydasına əməl olunmadığının nəzərə alınmadığı barədə cavabdeh MMC-nin nümayəndəsinin arqumentinə münasibətdə kollegiya qeyd etmişdir ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, həmin qaydaya əməl edilməməsi, əgər müvafiq imkan aradan qalxmamışdırsa qanunda göstərilən nəticəyə səbəb ola bilər. Kollegiyanın qənaətinə görə, hətta bank tərəfindən müvafiq qaydaya əməl olunmadığı qəbul edilsə belə, 2018-ci ilin yanvar ayından başlanmış mübahisə üzrə hazırkı dövrədək iddiaya etiraz edən MMC-nə pretenziya göndərilməsinin hər hansı nəticəyə s əbəb olacağını qəbul etmək yalnız formal yanaşma kimi qiymətləndirilə bilər.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.2.1, 269.1, 317.1, 319.1, 324.1, 324.2, 337.1, 340.1, 340.2, 385, 386.1, 390.5, 402.1, 404, 405.1, 425, 442, 448.1, 460.1, 467, 470.1, 470.2, 472.1, 472, 500.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada) 10.2, 10.4, 11.1, 11.2, 11.3, 11.6, 11.7, 33, 34.1, 39.3.3, 59.1, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 97.1, 103.1, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sent ybar 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və İddiaçı ASC-nin iddiasının “kredit müqaviləsi üzrə borcun cavabdeh "xxxx" MMC-dən tutulması” hissəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilmasini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə: “Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Apellyasiya instansiya məhkəməsinin müqavilə hüququna dair xüsusi maddi hüquq normalarını tətbiq etmədən, tam qiymətləndirmədən, “xx.xx.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-ci maddəsinin tələblərinə cavab verməklə MMC bu müqavilə ilə gələcəkdə yaranacaq öhdəliyi icrasına təminat verməsinə dair” dair hüquqi dəyərləndirməsi natamamdır. 37. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilədə cavabdeh "xxxx" MMC digər cavabdeh/borc alan Cavabdeh1 LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2015-ci il tarixli İH15/010 saylı təminatlı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmişdir. Bununla da apellyasiya məhkəməsi Mülki Məcəllənin maddi normasını düzgün tətbiq etməməklə maddi hüquq normasının po zuntusuna yol vermişdir. Niyyət razılaşmasında tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. xx.xx.2014-cü il tarixli “Koorporativ” müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlırazılıqdır. Müqavilə Azərbaycan RespublikasıMülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gəlirək ilkin müqavilədir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənd irilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. İlkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri il ə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. 38. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Müqavilənin mahiyyətindən və müddəalarından göründüyü kimi zaminlik müqaviləsinin şərtləri öz əksini tapmamışdır. Müqavilədə tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlırazılığa gəlirlər. Belə olan halda maddi hüquq norması düzgün tətbiq edilməməsi qənaətinə gəlmək olar.

39. Apellyasiya instansiyası məhkəməsinin pretenziya qaydasına əməl edilməmisi ilə bağlı əsaslandırması qanuni və əsaslı olmamışdır. Belə ki, mülki qanunvericilikdə müqavilədə göstərildikdə belə pretenziya qaydalarına riayət olunmamasına dair istisna hal nəzərdə tutulmamışdır. Sözügedən xx.xx.2014-cü il tarixli Müqavilənin 4.3-cü bəndinə görə, yaranmış borca görə mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, üçüncü şəxsə satılması və satışdan əldə olunan vəsaitin borcun ödənişinə yönəldilməsi” müddəasi öz əksini tapmışdır. Məhz pretenziya qaydasına riayət olunması daşınmaz əmlakın realizə (satışını) olunmasını şərtləndirir. İddiaçı LPO İddiaçı ASC cavabdeh MMC-yə hər hansı bir bildiriş və ya xəbərdarlıq təqdim etməmiş və ya poçt vasitəsilə göndərməmiş, nəticədə pretenziya qaydasına əməl etməmişdir. Halbuki xx.xx.2014-cü il tarixli Müqavilənin 4.3 və 5.2-ci bəndlərində, Cəmiyyətin və Bankın hüquq və vəzifələrində...kredit ödənişlərində 60 gündən artıq gecikdirilmə hallarında bildiriş gönd ərilməsi qeyd edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Koorporativ” müqavilənin zaminlik müqaviləsi olması”, “həmin müqavilənin Zaminlik müqaviləsinin şərtlərinə uyğun olması” qənaətinə gəldiyi halda, həmin Müqavilə şərtlərində qabaqcadan nizama salma – pretenziya qaydaları nəzərdə tutulmasına baxmayaraq, birtərəfli qaydada qiymətləndirmiş və həmin hissəni nəzərə almamışdır. Bu da qanun və məhkəmə qarşısında bərabərlik prinsipinin pozulmasıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Belə ki, məhkəmədə müəyyən edilmiş faktlar və sübutlar hüquqi nəticə ilə uyğunluq təşkil etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

42. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

44. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

46. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yara nmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

47. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

48. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvaf iq surətdə hərəkət etməlidir.

49. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

50. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

51. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tut ulan digər üsullarla təmin edilə bilər.

53. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

54. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

55. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

56. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayı bsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar

57. Maddə

472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

58. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

59. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəli llər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh MMC-nin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

69. Məhkəmə tərkibi MMC-nin borca görə məsuliyyət daşımaması və pretenziya qaydalarına riayət olunmaması barədə dəlillərini əsaslı saymır. Ona görə ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Bundan əlavə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır (§ 50, 52).

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıl dığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1623/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar