Məhkəmə qərarları › İş №2(102)-2637/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2637/2020

13.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2637/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X12 İddia tələbi: alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi Açar sözlər: müqavilənin etibarsızlığı, eyni mənzilin bir neçə şəxsə satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11354/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3nə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh3 yaşayış massivi, XXX küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138 kv.m-dən ibarət 3 otaqlı 47 saylı mənzillə (bundan sonra mübahisəli mənzil) bağlı Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli “Mənzil tikintisi haqında” müqavilənin, Cavabdeh2 ilə bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli “Mənzil tikintisi haqında” müqavilənin, X5 ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli “Mənzil tikintisi haqında” müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mənzil şəraitinin yaxşılaşdırılması niyyəti ilə öz adına Bakı şəhərində mənzil almaq qərarına gəlmiş və bu məqsədlə mənzil axtarışına başlamışdır. Bu barədə ailəvi yaxını olan şəxslərdən biri X12 məlumat almış və ona bildirmişdir ki, özünə məxsus olan mənzili - mübahisəli mənzili satmaq niyyətindədir. Əgər qiymətdə razılaşarlarsa Rasim Əliyev mənzili ona sata biləcəyini bildirmiş və aralarında razılıq əldə edilmişdir. Razılığın şərtlərinə əsasən Rasim Əliyev mənzilin ona satılması m üqabilində həmin mənzilə olan hüquqlarının ona keçirilməsinə razılıq verir, o, isə Rasim Əliyev tərəfindən MTK-ya ödənilən vəsaiti sonuncunun kassasına ödəyir ki, sonradan MTK pulu Rasim Əliyevə geri qaytarsın. Hətta onlar bu şərtlər daxilində notarial qaydada ilkin müqavilə də bağlamış, Rasim Əliyev hüquqlarını ona satmış və bundan sonra müqavilə şərtlərinə uyğun olaraq, MTK-da olan payından imtina barədə notarial ərizə vermişdir. xx xxxxx 2014-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədən də görünür ki, X12 mülki iş üzrə Cavabdeh3 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən mübahisəli mənzilindən onun xeyrinə imtina etdiyi üçün həmin mənzillə bağlı aralarında müqavilə bağlanmışdır. Bundan sonra o, həmin mənzildə zəruri təmir-tikinti işləri nə başlamış və mənzili yaşayış üçün hazır vəziyyətə gətirmişdir. O, mənzilə köçmək istəyən zaman məlum olmuşdur ki, Cavabdeh3 MTK-nın vəzifəli şəxsləri tərəfindən həmin mənzil sonradan bir neçə şəxsə də satılmış və həmin şəxslərdən aldadılaraq külli miqdarda pul vəsaiti alınmışdır. Hətta Cavabdeh2 digər cavabdeh "Cavabdeh3” MTK-ya qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq, mənzilin təmirinə yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(004)-283/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə yuxarı məhkəmələr tərəfinədn dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru yanında X8 Baş İdarəsinin böyük müstəntiqi, ədliyyə mü şaviri Kazım Həmzətov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********* saylı arayışdan da görünür ki, mübahisəli mənzil Cavabdeh3 MTK-nın rəhbərliyi tərəfindən xx xxxxxx 2010-cu il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavabdeh1 satılması adı ilə onun 55.200 manat, xx xxxxxxxx 2012-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavabdeh2 Yamalı oğluna satılması adı ilə onun 20.680 manat, xx xxxxx 2014cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında X2 adı ilə onun 55.200 manat vəsaitini mənimsəmişdir. Göründüyü kimi, cavabdehlərin öz aralarında bağladıqları “Yaşayış binasında mənzil tikintisi haqqında” Müqavilələr qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmış və etibarsız əqdlər olmuşdur. Bu səbəbdən də həmin müqavilələr məhkəmə qaydasında etib arsız hesab edilməlidir. Məhkəmənin təşəbbüsü ilə X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzilin tikintisi haqqında ilkin müqavilə Cavabdeh1 ilə bağlanılmışdır. Həmin mənzilə dair ilkin müqavilənin iddiaçı tərəfindən bağlanmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Həmin mənzilin əvvəllər X12 adlı şəxsə məxsus olması və iddiaçının mənzili məhz ondan alması barədə iddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqavilədə hər hansı qeyd aparılmamışdır. Cavabdeh3 MTK tərəfindən də məhz iddiaçının müqaviləsinin ilk müqavilə olması barədə hər hansı qeydiyy at aparılmamışdır. Bundan əlavə iddiaçı tərəfindən X12 barəsində iddia ərizəsində qeyri-dəqiq məlumat verilmişdir. Məhkəmə iclasında cavabdeh X5 mübahisəli mənzili xx xxxxx 2014-cü il tarixdə "Cavabdeh3” MTK-dan aldığını və mənzilin tam dəyərini ödədiyini bildirmiş və bu halı əsas götürərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzili 2008-ci il tarixdə Cavabdeh3 MTK-dan almış və bundan sonra qeyd edilən mənzilin onun istifadə və sahibliyində olmuşdur. Bundan sonra müəyyən səbəblərdən mənzili satmaq qərarına gəlmiş və nəticədə həmin mənzili almaq niyyətində olan İddiaçı ilə razılaşaraq mənzili ona satmışdır. Bununla bağlı, rəsmiləşdirm ə işləri aparılmış və mənzillə bağlı 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 MTK arasında müqavilə bağlanmışdır. Üçüncü şəxs göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2758/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia təmin edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, xx xxxx 2008-ci il tarixdə Cavabdeh3 MTK ilə X12 arasında bağlanmış müqaviləyə əsasən X12 mübahisəli mənzili onun dəyərini ödəməklə almışdır. Daha sonra Cavabdeh3 MTK xx xxxxxx 2010-cu il tarixdə bağlanmış müqaviləyə əsasən həmin mənzili 55.200 manat məbləğində pula Cavabdeh1, xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsa sən 20.680 manat pula Cavabdeh2 və xx xxxxx 2014cü il tarixdə bağlanmış müqaviləyə əsasən 55.200 manat pula X1. Bu mənzillə bağlı xx xxxxx 2014-cü il tarixdə Cavabdeh3 MTK ilə İddiaçı arasında “Yaşayış binasının mənzil tikintisi haqqında” müqavilə bağlanmış və mənzilin müqavilə üzrə müəyyən edilmiş 81.420 manat dəyəri onun tərəfindən ödənilmiş və ona bu ödənişi təsdiq edən maliyyə arayışı verilmişdir. Məsələ ilə bağlı Cavabdeh3 MTK-nın sədrli X6 və digər şəxs X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308-ci, 313-cü və digər aidiyyəti maddələri üzrə cinayət işi başlanılmış və həmin iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 zərərçəkmiş şəxs qismində tanınmış, İddiaçı isə şahid qismində dindirilmişdir. Bu mənzil İddiaçı tərəfindən təmir etdirilmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152, 157.2, 178.8-ci (xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada), 337, 405.1, 425.1, 452.1, 752.1, 762.1-ci maddələrini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci maddələrini tətbiq edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür. Belə olan halda, hazırkı vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan tarix etibarı ilə həmin mənzilə dair ilk müqavilə 2008-ci il tarixdə Cavabdeh3 MTK ilə X12 arasında bağlanmışdır. X12 da həmin müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir. Həmin mənzil də məhz onun tərəfindən və onun razılığı əsasında İddiaçı satılmış və sonuncu ilə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış, bundan sonra da mənzil onun tərəfindən təmir etdirilmişdir. Başqa sözlə, Cavabdeh3 MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X10 təhvil verilməsi öhdəliyi yaranmış, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X7 hüquqları (istifadə, sahiblik və sair hüquqları) yaranmışdır. Belə olan halda, həmin mənzillə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ya X5 ilə Cavabdeh3 MTK arasında yalnız onun razılığı əsasında hazırda mübahisələndirilən müqavilələr bağlana bilərdi. Lakin göründüyü kimi, onun razılığı əsasında (onun tərəfindən) hüquqi nəticə etibarı ilə bu mənzillə bağlı İddiaçı ilə Cavabdeh3 MTK arasında müqavilə bağlanmış, mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş və b ununla da hüquqi nəticə etibarı ilə mənzilin qanuni istifadəçisi və sahibinə çevrilən, habelə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı üstün hüquq əldə edən İddiaçı mənzilin təmirini həyata keçirmişdir. Cavabdeh3 MTK bu barədə susmuş və nəticə etibarı ilə ona artıq hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 ilə, xx xxxxxxxx 2012-ci il tarixdə Cavabdeh2 ilə və xx xxxxx 2014-cü il tarixdə X5 ilə müqavilələr bağlayaraq onları aldatmışdır. Aldatma olmadan bu müqavilələrin bağlanması da mümkün olmazdı. Belə ki, bu şəxslər həmin mənzilin təhvil verilməsi barədə Cavabdeh3 MTK-nın artıq başqa şəxs qarşısında müqavilə öhdəliyinin olduğunu bilsəydilər, təbii ki, onunla qeyd edilən tarixlərdə müqavilə bağlamaz və mə nzilin dəyərini təşkil edən məbləği ödəməzdilər. Beləliklə, Məhkəmə hesab etmişdir ki, bir mənzilə dair bir neçə şəxslə müqavilənin bağlanması və bir mənzilin eyni zamanda bir neçə şəxsin istifadə və sahibliyinə verilməsi qeyri-mümkün olduğundan, mənzilə dair ilkin müqavilə 2008-ci ildə X12 ilə bundan sonra isə onun razılığı əsasında xx xxxxx 2014-cü il tarixdə İddiaçı Millər qızı ilə bağlandığından və hazırda mənzil məhz İddiaçı Millər qızının istifadəsində və sahibliyində olduğundan iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə Cavabdeh1 iddianın əsassızlığına dair fikirləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə X7 biri digərinə münasibətdə hansı statusda çıxış etməsi (qohumu, əvəllər tanıdığı və ya ümumiyyətlə tanımadığı şəxs), habelə Cavabdeh3 MTK-da müqavilələrin qeydiyyatı kitabını n olmaması hazırkı iddianın əsassız olmasına dəlalət edə bilməz. Məhkəmə nəzərə almışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 başlanılmış cinayət işi çərçivəsində artıq zəzərçəkmiş şəxs qismində tanınmışlar, iddiaçı isə yalnız şahid qismində dindirilmişdir. Bu da iddianın əsaslı olmasını bir daha sübut edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-11354/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tər əflərin iştirakı və izahatları Cavabdeh1 (Vəkil2)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəri lməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında kasssiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 MTK-nın nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələn dirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndiriən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə nəzərə alınmalıdır ki, kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəl illər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11354/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar