Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2638/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4381/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X ilə kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 19.01.2018-ci il tarixli, məhsulların nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh X İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 6686.76 manat dəyərində müxtəlif çeşitli məhsullar almış, lakin müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X qarşı müqavilələr üzrə yarnamış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19.01.2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqav iləsi üzrə ödənilməmiş 6.686,76 (altı min altı yüz səksən altı manat 76 qəpik) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru X3 ilə cavabdeh X arasında 19.01.2018-ci il tarixdə məhsulların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən aralarında qarşılılı razılıq əldə edilmiş, heç bir təsir olmadan aşağıdakı şərtlərlə mühsulların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh 19.01.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 6.686,76 manat olan müxtəlif çeşdili məhuslları İddiaçı MMC-dən nisyə şəkildə qəbul edərək satmalı, məhsulların satışı pulunu 1 ay müddətində pul şə kilində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götümüşdür. Lakin cavabdeh 19.01.2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən 12+12 adda məhsulları qəbul etdikdən sonra onların dəyəri qeyd olunan müddətdə İddiaçı MMC-yə ödəməmişdir. Dəfələrlə cacavadehə bu barədə xəbərdarlıq edisə də, o həmin məhsulun pulunu ödəyəcəyinə söz vermiş, lakin həmin məbləği bu günə qədər MMC-yə ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdeh İddiaçı MMC-yə dəvət edilmiş, lakin cavabdeh təklifi qəbul etməyərək şirkətə gəlməmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6998/2018 saylı 04 dekabr 2018- ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov) iddianın təmin edilməsi, X 6686.76 manat əsas və 30 manat dövlət rüsumunun cəmi 6696.79 manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyr inə tutulması qət edilmişdir..
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 19.01.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh X İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 6686.76 manat dəyərində müxtəlif çeşitli məhsullar almış, lakin müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə öhdəlikləri tam yerinə yetirməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci, Mülki Prossesual Məcəllənin 107, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya icraatı zamanı cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılqlı iddia ərizə si ilə müraciət edərək, 19.01.2018-ci il tarixli “məhsulların nisyə alqısatqı müqaviləsi”, həmin tarixli “təhvil-təslim aktı” və borcun etirafı haqqında ərizə saxta olduğundan etibarsız hesab edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə sübut kimi əlavə olunan 19.01.2018-ci il tarixli “Məhsulların nisyə alqı-satqı müqaviləsi”, həmin tarixli “Təhvil-təslim Aktı” və yazıldığı tarixdə (gündə) qaralamaya yol verilərək “10.01.18” kimi düzəliş edilmiş cavabdeh X yazdığı iddia edilən borcun etirafı haqqında ərizə iddiaçı tərəfindən saxtalaşdırılmışdır. İddia ərizəsində qeyd olunanların əksinə olaraq, cavabdeh X ilə İddiaçı MMC arasında h ər hansı mülki hüquqi müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcud olmamış, cavabdeh iddiaçı Cəmiyyətdə işləyərkən hər hansı mülki hüquqi müqavilə, təhvil-təslim aktı imzalamamış və tərəfindən borcun etirafına dair hər hansı ərizə yazılmamışdır. Əslində cavabdeh X ilə İddiaçı MMC arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı Cəmiyyət - işəgötürən, cavabdeh isə qeyri-rəsmi işçi - ekspeditor olmuşdur. Cavabdeh X 13.02.2018-ci il tarixdə qardaşı ilə bağlı baş vermiş hadisə ilə əlaqədar təcili olaraq Rusiya Federasiyasına getməli olduğundan işəgötürən - İddiaçı MMC-nin rəhbərliyinə bu barədə məlumat vermiş və onunla həmin gün haqq-hesab edilərək ərazisində olan mağazalara cavabdeh tərəfindən paylanmış, lakin pulu alınıb İddiaçı MMC-yə çatdırılmamış mallara görə 1431 manat borcu old uğu və həmin məbləğdən 225 manat İddiaçı MMC tərəfindən ona güzəşt edildiyi və 1206 manat borcunu ödəməli olduğu bildirilərək İddiaçı MMC-nin kompyuterməlumat bazasından cədvəl formasında haqq-hesab sənədi (həmin sənəd apellyasiya şikayətinə əlavə olunur) təqdim edilmişdir. Cavabdeh X İddiaçı MMC-də ekspeditor kimi işlədiyi müddətdə onun həmin Cəmiyyətə, cəmi 1206 manat borcu olmuşdur. Rusiya Federasiyasına getdikdən sonra da, İddiaçı MMC-nin rəhbərliyi ilə danışaraq 1206 manat borcunu ödəyəcəyini bildirmişdir
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4381/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008) -6998/2018 saylı 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı X cavabdeh İddiaçı MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmiş, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X ilə kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 19.01.2018-ci il tarixli, məhsulların nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh X İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 6686.76 manat dəyərində müxtəlif çeşitli məhsullar almış, lakin müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə üzərinə öhdəlikləri tam yerinə yetirməmişdir.
12. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi 6686.76 manat əsas və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X İddiaçı MMC-nin xeyrinə tutulması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.
13. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir.
14. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan 19.01.2018- ci il tarixli “məhsulların nisyə alqı-satqı müqaviləsi” bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunveric iliyin tələblərinə müvafiq olmuşdur.
15. Belə ki, qarşılıqlı iddia tələbində X İddiaçı MMC arasında hər hansı alqı-satqı müqaviləsi bağlamadığını və hər hansı təhvil-təslim aktı imzalamadığını qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin qeyd olunan dəlili ilə bağlı vəsatət verib, iddiaçının iştirakının təmin edəcəyini və həmin dəlillərini araşdırılması üçün ekspertiza təyin edilməsini xahiş etsə də, iddiaçının iştirakını təmin etməmiş və məhkəmənin əsassız vaxt itkisinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləyə əlavənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X mübahisə predmeti olan müqavilədəki imzanın ona aid olmadığını bildirərək Azərbaycan Respublikasına gələ bilmədiyi üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi məqsədi ilə Rusiya Federasiyasının Saratov vilayətində qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərən ekspertiza idarəsində icra etdiyi imza və xətt nümunələrini göndərsə də apelyasiya instansiyası məhkəməsi həmin nümunələrin gəlib çatmasını gözləmədən düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
26. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1)
27. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)
28. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. (maddə 339.2)
29. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmla k verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
30. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
31. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər c ür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
32. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
33. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Rusiya Federasiyasından göndərilmiş imza və xətt nümunələri əsasında məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün imza və xətt nümunələrinin çatmasını göz ləmədən apelyasiya instansiyası məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanununun 22-ci maddəsinə əsasən müqayisəli tədqiqat üçün nümunələri məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs götürür. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.
42. Qanunvericiliyin tələbindən göründüyü kimi imza və xətt nümunələri Rusiya Federasiyasının Saratov vilayətində fəaliyyət göstərən ekspertiza idarəsi tərəfindən götürüldüyündən həmin nümunələr əsasında ekspertizanın keçirilməsi qeyri-mümkündür.
43. Məhkəmə kollegiyası qeyd olu nanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4381/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.