Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-264/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh5 İlkin iddia tələbi: “paylı mülkiyyətdə olan daşınmaz əmlakın əsaslı təmirinə xərclənmiş pulun qaytarılması” Qarşılıqlı iddia: “real zərərə görə pulun ödənilməsi” Açar sözlər: mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı v əkili Vəkil1, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4421/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları xx.xx.2005-ci il tarixli, 249263 saylı müqaviləyə əsasən X6 şəhəri, Giləhli küçəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsini İddiaçı satmışdır. Həmin fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 adına ½ hissə, X7 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 1/308 saylı sərə ncamı ilə evin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilmişdir. Cavabdeh1 Şəki rayon 1 saylı Dövlət Notariusunun xx.xx.2014-cü il tarixli, 590 saylı 12 saylı Ərazi İdarəsinə məktubla müraciət edərək, mərhum əri X7 vəfatından sonra miras qalmış evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. xx.xx.2014-cü il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2006-cı ildə vəfat etmiş X7 vərəsələri arvadı Cavabdeh1, qızları Cavabdeh5, Cavabdeh3, oğulları Cavabdeh4 və Cavabdeh2dur. Mübahisəli ev ½ hissə olmaqla X1 və cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cav abdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Giləhli küçəsində yerləşən ümumi mülkiyyət olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 85.85 m² yaşayış, 170.6 m² köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) əsaslı təmirinə tərəfindən xərclənmiş 100.000 manat pulun yarısı, yəni 50.000 manat məbləğinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumi mülkiyyətdə olan əmlakın qədimi-tarixi arxitektura görünüşünü və qədimi tarixi daxili dizaynını dəyiş dirərək, həmçinin evin taxta döşəmə, taxta tavan, taxta qapılar, taxta pəncərələr, taxta daxili rəflər, pəncərələrin dəmir reşotkaları, rəsmlər və naxışlarla bəzədilmiş aşağı yarus nişlər və yuxarı yarus nişlər, bütün otaqlarda qədimi memarlıq üslubunda olan divarların yuxarlarındakı karniz-rəfli elementlər, həmçinin, həyət tərəfdən 2-ci mərtəbənin zalına gedən pilləkənlərdən ibarət ləvazimatını icazələri olmadan sökərək yox etməklə vurduğu zədələrdən ibarət zərərə görə 50.000 manat, razılıqları olmadan aparılmış təmir işləri nəticəsində istifadə imkanları aradan qaldırdığı üçün istifadə hüquqlarının bərpası və təmir işləri aparılmasından 20.000 manat, həmçinin qonşu ilə aralarında sökülmüş hasarın yenidən tikilməsindən ötrü 5.000 manat, real zərərə görə 25.000 manat məbləğində, cəmi 75.00 0 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın əsaslı təmirinə xərclənmiş pulun qaytarılması”na dair iddia tələbinin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı qarşı “real zərərə görə pulun ödənilməsi”nə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsi nə dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4421/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-410/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası sübutlara qərəzli, qeyri-obyektiv qiymət vermiş, həmin sübutlara hüquqi qiymət verilməsinin, habelə apellyasiya şikayətində qeyd edilmiş maddi normaların tətbiq edilməməsinin səbəblərini sözügedən qətnamədə göstərməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehlərin məhkəməyə təqdim etdikləri sənədlərdən məlum olur ki, onlar X 7 ölümündən sonra 8 (səkkiz) il sonra vərəsəlik haqqında şəhadətnamə almışlar. Hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən vərəsələr ya 3 (üç) ay ərzində vərəsəliyin açılması barədə müvafiq notariat ofisə ərizə ilə müraciət etməli, ya da 6 (altı) ay ərzində miras əmlakı faktiki qəbul etməlidirlər. Cavabdehlər vərəsəliyin qəbul edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş hər iki halı buraxmışlar. Həmçinin qeyd edilmişdir ki, Şəki şəhəri, Gilehli küçəsində yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 5 otaqlı, 85.85 m² yaşayış, 170.6 m² köməkçi sahədən ibarət 20 saylı fərdi yaşayış evi ilə bağlı tərəflər arasında 2017-ci ildən mülki mübahisə başlanmış və bu səbəbdən həmin evin əsaslı təmiri həmin tarixdən dayandırılmışdır. Sözügedən əmlakın ½ hissəsinin iddiaçının və ½ hissəsinin isə cavabdehlərin olmasını nəzərə alaraq hesab edirlər ki, həmin əmlakın əsaslı təmirinə iddiaçı tərəfindən xərclənmiş 100.000 (bir yüz min) manat pulun yarısı, yəni 50.000 (əlli min) manat məbləğində pul cavabdehlərdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İlkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlə r Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -214.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. -214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. -215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. -217.3-cü maddəsinə görə mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər. -217.5-ci maddəsinə əsasən əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik mə hdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qətnaməni kassasiya qaydasında yalnız cavabdeh mübahisələndirdiyindən iddianın təmin edilmiş hissəsində kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlkin iddia tələbinin təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 214.3-214.4, 215.4, 217.3-217.5-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçıya mübahisəli fərdi yaşayış evinin yarısının onun mülkiyyətində olmadığı xx.xx.2007-ci il tarixli, 1/308 saylı sərəncamı verilərkən, o cümlədən də təmirə başlayarkən də məlum olduğundan, iddiaçı cavabdehlərdən təmirə görə çəkilən vəsaitin yarısını tələb etm əkdə haqlı deyildir. Ona görə də ilkin iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin sadalanan normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə ilkin iddianı rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin təmirinə 2007-ci ildə müvafiq sərəncamla icazə alınmış və bundan sonra təmirə başlanılmışdır. İddiaçı sözügedən sərəncam verilərkən, həmçinin təmirə başlayarkən mübahisəli evin ½ hissəsinin onun mülkiyyətində olmadığını bilirdi. Ona görə də iddiaçı mübahisəli əmlakla bağlı hər hansı yaxşılaşdırma və təmir-bərpa işləri görməzdən öncə əmlakın naturada bölgüsünü aparmalı, habelə əmlakın digər yarısının mülkiy yətçisinin razılığını almalı idi...”. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/308 saylı Sərəncamına əsasən Şəki şəhəri, Giləhli küçəsi, 2/20 saylı ünvanda yerləşən fərdi yaşayış evinin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilmişdir. Həmin sərəncamda qeyd olunmuşdur ki, Abdurahmanova Türxanə Əhmədiyə qızının müraciəti ilə əlaqədar məsələ araşdırılarkən məlum olmuşdur ki, xx xxxxxxxx 2005-ci il tarixli, 3944/5495 nömrəli qeydiyyat vəsiqəsinə və avqust 1983-cü il tarixli, 296 inventar nömrəli pasporta əsasən Şəki şəhəri, Giləhli küçəsi, 2/20 saylı (keçmiş Qoqol küçəsi, 20 saylı) ü nvanda yerləşən fərdi yaşayış evi ½ hissə Abdurahmanova Türxanə Əhmədiyə qızı və ½ hissə X7 mülkiyyətindədir. Pasporta əsasən 1885-ci ildə tikilmiş ikimərtəbəli fərdi yaşayış evi uzun müddət təmir edilmədiyindən üst örtüyü çöküb, divarlarda çatlar əmələ gəldiyindən evin əsaslı təmir edilərək rekonstruksiya olunmasına icazə verilməsi məqsədəmüvafiqdir. Həmin sərəncamdan göründüyü kimi iddiaçının qeyd olunan fərdi yaşayış evinin təmirinə çəkdiyi xərclər həmin fərdi yaşayış evinin uzun müddət təmir edilməməsi, onun üst örtüyünün çökməsi, divarlarında çatların əmələ gəlməsi ilə əlaqədar olmuşdur. Mülki Məcəllənin 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi həmin maddələrin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi həmçinin iddia müddətinin keçməsi əsasını göstərməklə ilkin iddia tələbini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qətnamədə buna hüquqi münasibət bildirməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır k i, göstərilən fərdi yaşayış evinin real bölgüsü həmin vaxt aparılmamışdır. Buna görə fərdi yaşayış evinin təmirinə çəkilmiş xərclərin yarısının cavabdehlərdən tutulmasının tələb edilməsi iddiaçının özünün mülkiyyət hüququnun müdafiəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd o lunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4421/2020 nömrəl i iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinə dair hissədə ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-264/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-264/2021
23.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver