Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2640/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ("xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ikinci mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma, əqdin etibarsızlığı, alqı-satqı müqaviləsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair birinci, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ("xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv ed ilməsi” tələbinə dair ikinci iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-533/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 tərəfindən xx.xx.2015-ci il tarixdə yazılmış ərizələrə əsasən qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin "xxxx" ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiklərini bildirmişlər və gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldildiyi təqdirdə mənzili qeyri-şərtsiz tərk etməyi öz öhdələrinə götürmüşlər.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsin in qanuni qüvvəsini almış 2(011)- 147/2017 saylı, 29 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin iddiasının qismən təmin edilməsi, Cavabdeh1 32.322 ABŞ dolları məbləğində əsas, 4.420,36 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36.842,36 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, iddia ərizəsini verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin, 30 saylı mənzilinə yönəldilməsi, m ənzilin ilkin satış qiymətinin 90.000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən bir ay müddətində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir
3. Hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 12/02-1 nömrəli protokola əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-8151/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və VTB Bank ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 90.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 76.500 manat olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzili təkrar hərracdakı satış qiymətindən 25% aşağı olan qiymətə, yəni 57.375 manat pula ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC-yə satılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. 5. “Bank VT B (Azərbaycan) ASC mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 sayı evin, 30 saylı mənzilini 90.900 manata İddiaçı satmışdır.
6. Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. İddiaçı Xətai rayon icra şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində (keçmiş adı Telnov küçəsi) yerləşən 17 saylı evin 30 saylı mənzilinə mülkiyyət hüququ əldə etdiyini, lakin evin köhnə sahiblərinin hələ də həmin ünvanda yaşadıqlarını, bununla da Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn mülkiyyət hüququndan məhrum olunduğunu bildirmiş və hazırda həmin mənzildə qanuns uz olaraq yaşamaqda davam edən borcluların həmin mənzildən çıxarılmalarına dair müvafiq tədbirlərin görülməsi üçün müvafiq əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 253 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzili yığma beton konstruksiyadan inşa edilmiş doqquz mərtəbəli binanın altıncı mərtəbəsində yerləşməklə dörd yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan normal (əla səviyyədən nisbətən aşağı keyfiyyətli) səviyyəli təmirli fərdi evin hazırkı orta bazar qiyməti 150.000 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavab deh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlərin həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda göstərilən hallarına uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırda Lütfi Zadə küçəsi), 17 saylı evin 30 saylı mənzili məhkəmə qətnaməsinin icrası qaydasında keçirilmiş hərracın baş tutmaması səbəbindən tələbkar "xxxx" ASC-yə təklif edilmiş və nəticədə “Hərracın yekunları barədə protokol”a əsasən onun tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Bundan sonra onunla "xxxx" ASC arasında xx.xx.2 022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin mənzil "xxxx" ASC tərəfindən 90.900 manat pula ona satılmış və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin artıq mülkiyyətində olan bu mənzilə köçmək istəyən zaman orada keçmiş mülkiyyətçi və borcluların yaşadığının şahidi olmuşdur. Bu səbəbdən xx.xx.2017-ci il tarixli, 2(011)-147/2017 saylı icra sənədinin icra edilməsi üçün dəfələrlə Xətai Rayon İcra Şöbəsinə müraciət etmişdir. Müraciətindən sonra xx.xx.2023-ü il tarixli, xx/xx-162351/20 saylı məktubla onun icra sənədi üzrə tələbkar olmaması səbəbindən mənzilin boşaldılaraq ona təhvil verilməsinin mümkün olmadığı bildirilmişdir.
11. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı (Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısına dair “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın alqı-satqına dair” AN-1 serialı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və onun adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cava bdeh6 cavabdehlər "xxxx" MMC-yə və “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra “Bank VTB (Azərbaycan) ASC onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin cavabdeh İddiaçı satılması ilə bağlı “Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə” bağlamışdır. Evin ekspertiza tərəfindən qiyməti 90.000 manat müəyyən edilmişdir. Hazırda yaşadığı evin ekspertiza tərəfindən qiymətləndirilməsi xx.xx.2017-ci il tarixdə olmuş və bugünkü günə qədər 6 il vaxt keçmişdir. Müraciəti üzrə Müstəqil Məhkəmə Ekspertiza” mərkəzi tərəfindən keçi rilmiş qiymətləndirmə nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 253 saylı rəyi ilə müəyyən olunmuşdur ki, hazırda yaşadığı evin hazırki orta bazar qiyməti 150.000 manatdır. Belə olan halda o, “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın alqı-satqısı”na dair AN-1 serialı, 116100 saylı, xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2017-ci il tarixdə keçirilmiş ekspertizanın rəyi ilə razı deyildir. “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında bağlamış həmin müqavilə əsassız varlanma məqsədini daşımışdır. Belə ki, mübahisələndirilən yaşayış sahəsi real bazar qiymətindən aşağı qiymətə dəyərləndirilmiş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2614/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)- 3568/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 "x xxx" ASC ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından, ikinci iş üzrə iddia tələbi təmin edilə bilməz. Belə ki, Cavabdeh1 iddia tələbini mübahisəli mənzilin hazırkı orta bazar qiymətinin 150.000 manat olması ilə əsaslandırır. Lakin Cavabdeh1 və digər cavabdehlərin mübahisəli mənzilə dair heç bir iddialarının olmayacağını göstərən notarial qaydada təsdiq olunmuş ərizələri mövcuddur. Digər tərəfdən ikinci iş üzrə iddiaçı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbi irəli sürmüş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bununla yanaşı təsdiq edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən "xxxx" ASC həmin mənzilin tam hüquqlu mülkiyyətçisi olmuş, Cavabdeh1 həmin mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır. Birinci iş üzrə iddia tələbi üzrə cavabdehlər iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla da iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətdiyi üçün birinci iş üzrə iddia tələbi təmin edilərək, cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin, 30 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, ikinci iş üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 1
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152, 157, 389.1, 390, 405, Mülki Prosessual Məcəlləsinin 14, 218.3; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, “Mahmudov Rusiyaya qarşı” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, birinci iş üzrə iddianın rədd, ikinci iş üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə sübutları qiymət ləndirərkən düzgün nəticəyə gəlməmiş, tərəflərin qanun və məhkəmə qarşısında bərabərlik prinsipini pozmuşdur. Belə ki, bank və birinci iş üzrə iddiaçı öz maraqları naminə mübahisəli əmlakın alqı-satıq müqaviləsini evin real bazar qiymətindən aşağı qiymətə imzalamışlar. Ev real bazar qiymətinə uyğun satılmış olsaydı, bankın borcu olan 62.000 manat çıxıldıqdan sonra 88.000 manat ona qaytarılmalı idi. Bank və birinci iş üzrə iddiaçı onun düşdüyü pis vəziyyətdən sui-istifadə edərək ona ziyan vurmuşlar. Ona görə də hesab edir ki, birinci iş üzrə iddia qanunsuz və əsasız olduğundan təmin edilməməlidir, ikinci iş üzrə iddia təmin edilməlidir. Məhkəmə tərəflər arasında münasibətləri nizama salan hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi hazı rki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İşdən göründüyü kimi iddiaçı öz hüququndan ona ziyan vurmaq məqsədi ilə istifadə etmiş, məhkəmənin də bu hərəkətlərə etinasız yanaşması iş materialları ilə istisna edilmir. Təqdim edilmiş sənədlərə əsasən evin ilkin və sonrakı qiymətləndirmələrinin arasında həddindən artıq fərq olmasına baxmayaraq, birinci instansiya məhkəməsi buna heç bir əhəmiyyət verməmiş, işə səthi yanaşmışdır. Ən azından birinci instansiya məhkəməsi iki fərqli ekspert rəyi arasında olan qiymət fərqinə görə öz təşəbbüsü ilə yenidən ekspertiza təyin edə bilərdi. Birinci instansiy a məhkəməsi qətnaməni əsaslandırarkən sübut kimi sadəcə əvvəlki məhkəmə qətnamələrinə istinad etmişdir. Halbuki o, evin qiymətləndirilməsinə dair yeni ekspert rəyini təqdim etmiş olsa da, məhkəmə həmin rəyə heç bir münasibət göstərməmiş, işə səthi yanaşmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi evin qiymətləndirilməsi ilə bağlı rəylər arasında olan fərqi nəzərə almış olsa idi, iş üzrə ədalətli nəticəyə gələ bilərdi.
19. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazı işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, mübahisəli mənzili cavabdehdən yox, "xxxx" ASC-dən almışdır. Onun cavabdehlə heç bir şəxsi münasibətləri olmamışdır. Mənzilə münasibətdə o vicdanlı alıcıdır və hazı rki mübahisə üzrə onun əsassız varlanmasından söhbət belə gedə bilməz.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-533/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə (ikinci iş üzrə iddiaçı) aid edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq ikinci iş üzrə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mənzil əvvəllər Cavabdeh1 mülkiyyətində olsa da, sonradan onun mülkiyyətind ən çıxmış və “Bank VTB (Azərbaycan) ASC-nin mülkiyyətinə keçmişdir. Sonuncu da artıq bu əmlakın mülkiyyətçisi olaraq sərbəst iradəsini ifadə etməklə, o cümlədən əmlakın satış qiymətini müəyyən etməklə, bu məsələdə İddiaçı ilə razılığa gələrək, aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzili onun xeyrinə özgəninkiləşdirmişdir. Hüquqi nəticə etibarı ilə mövcud vəziyyətdə Cavabdeh1 İddiaçı qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil.
22. Eləcə də Cavabdeh1 hərracın nəticələrinin etibarsızlığını mübahisələndirsə də, onun iddiası əsassız hesab edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4332/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnam ə qanuni qüvvəsini almışdır.
23. Birinci iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçi İddiaçı iradəsinə zidd olaraq mübahisəli mənzildən istifadə və ona sahiblik etməsi onun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən onun mülkiyyət hüququnun qorunması, o cümlədən bu hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin mənzildən qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdehlər bütün əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla (mənzili boşaltmaqla) İddiaçı təhvil verməlidir. Birinci instansiya məhkəməsi bu tələblər üzrə iddianı təmin etməkdə haqlı olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 148.2, 152.1, 152.3, 324, 337.1; Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 82.3, 119.1, 217-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (ikinci iş üzrə iddiaçı) Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-533/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə mübahisəli mənzilin qiymətləndirilməsinə dair yeni ekspert rəyinə heç bir münasibət bildirməmiş, işə səthi yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 29. 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 30. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 31. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 32. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 33. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsind ə öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 34. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 35. 324.1-ci, 324.2-ci, 324.4-cü və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqi qi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 36. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 37. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 39. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkə mə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 40. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 41. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 42. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı:... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kim i qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və kassasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edən dəlillərə hüquqi qiymət vermişdir.
47. Apellyasiya instansiya məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 21-23-cü bəndlərində qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir və onu qanunsuz sahiblikdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh isə digər tərəflər arasında bağlanmış alğı-satqı müq aviləsinin onun maraqlarına toxunmasını sübut edə bilməmiş və müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.
48. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfi ndən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməm əli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-533/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.