Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2641/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1136/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya № 091 saylı, 24.04.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyriyaşayış tikililəri xüsusi mülkiyyət kimi İddiaçı (bundan sonra – iddiaçı) atası X3 adına hüquqi qeydiyyatdan keçirilmişdir. X6 13 avqust 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən, mərhum ata sı X3 mülkiyyətində olan qeyri-yaşayış binalarının qanuni istifadədə olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunda göstərilən ölçülər əsas götürülməklə, cavabdeh tərəfindən həmin ərazidə qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın özü tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, həmçinin ona dəyən 5000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildən Sabunçu rayonu Ramana südçülük sovxozu ərazisində heyvandarlıqla məşğul olur. Təsərrüfat obyektinin bütün hüquqi sənədləri qaydasındadır. 25.05.2018-ci il tarixində tanımadığı bir qrup şəxs, təsərrüfat obyektinin ərazisinə daxil olaraq bəzi yerləri işarələməyə və ev tikintisi üçün yer qazmağa, bir müddət sonra isə maşınlarla daş, qum tökərək tikinti işlərinə başlamışlar. Bununla əlaqədar 102 Polis xidmətinə zəng vurub, məlumat vermişdir. Onlara aid ərazidə qanunsuz tikinti işləri aparan şəxsin Bakı şəhəri Sabunçu rayonu 137 №-li tam orta məktəbdə təsərrüfat işləri üzrə müdir vəzifəsində çalışan iş üzrə cavabdeh olduğu bildirilmişdir. Sahə polisi, həmçinin sözügedən şəxs barəsində protokol tərtib etdiyini, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində Komissiyaya göndərildiyini və tikintini dayandırması barədə xəbərdarlıq edildiyini bildirmişdir. Ancaq bundan sonrakı mərhələdə də cavabdeh tikinti işlərini davam etdirmişdir. Cavabdehin qanunsuz hərəkətlərinə müdaxilə etməyən polis məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Cavabdeh iddia tələbinə etiraz e dərək göstərmişdir ki, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri-yaşayış tikililəri onun istifadəsinə bələdiyyə tərəfindən verilmişdir. O, həmin yerdə ev tikmişdir. Ora su, işıq, qaz xətti çəkmişdir. Evi tikdirərkən lazımi qurumların icazəsini almışdır. İddiaçının həmin ərazidə tikilmiş evə aidiyyəti yoxdur. İş üzrə keçirilmiş mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 18603 saylı, 30 avqust 2019-cu il tarixli rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Sovxozu ərazisində yerləşən İddiaçı iddia etdiyi və naturada göstərdiyi tor paq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan, inşa edilmiş tikililər qanunsuz tikililər hesab edilir. Ekspert qeyd etmişdir ki, mübahisələndirilən ərazidə Cavabdeh adına torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi. İddiaçı iddia etdiyi və naturada göstərdiyi (Cavabdeh istifadəsində olan) 184 kv.m torpaq sahəsinin 17 kv.m hissəsinə X5 adına reyestr nömrəsi **********9, 52 kv.m hissəsinə X1 adına reyestr nömrəsi **********82, 96 kv.m hissəsinə X2 adına reyestr nömrəsi **********77 olan çıxarışlar verilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-608/2019 nömrəli iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia təmin edilərək, X3 mülkiyyətində olan Bakı şəhəri Sabunç u rayonu Ramana Sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri-yaşayış tikililərinin yerləşdiyi ərazidə cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilən fərdi yaşayış evi və daş hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdehdən alınaraq dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan, cavabdeh tərəfindən inşa edilmiş tikililər qanunsuz tikililər hesab edilir. Cavabdeh həmin tikiliyə mülkiyyət hüququ əldə etməmişdir, onun həmin tikiliyə dair sərəncam vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdehin iddia predmeti olan torpaq üzərində mülkiyyəti barədə heç bir sənədi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi hissəsində təmin edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmin hissədə iddia təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.3, 157.1, 157.2, 157.8, 158.1, 158.1.2, 158.2, 158.4, 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Mə cəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 13, 22, 48, 55, 66, 67, 68, 73, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İşin apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2020-ci il tarixli 10/2078 saylı rəyində qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Cavabdeh naturada göstərilən istifadəsində olan inşa edilmiş yaşayış evi və torpaq sahəsi İddiaçı naturada göst ərdiyi faktiki istifadə etdiyi əraziyə düşsə də, iddiaçının mərhum atası X3 adına olan texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda, reyestr nömrəsi **********9, reyestr nömrəsi **********82, reyestr nömrəsi **********1 olan çıxarışlarla icarə hüququ qazanmış vətəndaşların torpaq sahələrinə düşür. Mübahisələndirilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan, inşa edilmiş tikililər qanunsuz tikililər hesab edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1136/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhk əməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbi rədd edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın iddiaçıdan alınıb dövlət büdcəsinin hesabına keçirilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə 20 oktyabr 2020-ci il tarixli ekpert rəyinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh in naturada göstərilən istifadəsində olan inşa edilmiş yaşayış evi və torpaq sahəsi iddiaçının mərhum atası X3 adına olan texniki pasportda qeyd edilən torpaq sahəsindən kənarda yerləşdiyindən, iddiaçının cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tələblə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Həmin hüquqlar ekspert rəyində qeyd olunan reyestr nömrəsi **********9, reyestr nömrəsi **********82, reyestr nömrəsi **********1 olan çıxarışlarla icarə hüququ qazanmış vətəndaşlara məxsusdur. Məhkəmə mənəvi zərərin ödənilməsi tələbini də əsassız hesab etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2, 157.8-ci, Torpaq Məcəlləsinin 55, 111-ci, MPM-in 14.2, 77.1, 8 8-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X7) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərinə əməl etməmiş, onları düzgün təfsir etməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Kassator göstərmişdir ki, cavabdehin torpaqdan istifadə hüququna dair heç bir sənədi yoxdur. O, başqasının mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Bu hal ekspertlə r tərəfindən təsdiq olunmuşdur. Təkrar ekspertiza keçirilməsi üçün heç bir əsas olmadığı halda, apellyasiya məhkəməsi yenidən ekspertiza təyin etmiş və iddianı həmin rəyə istinadən təmin etməmişdir. Halbuki, ikinci ekspert rəyində də əvvəlki ekspert rəyində qeyd olunanlar göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun nümayəndəsi iclasa vəkilsiz gəldiyindən MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq iş ə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Torpaq Məcəlləsi Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır (maddə 55). Azərbaycan Respubli kasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdır ma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1136/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2641/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2641/2021
24.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver