Məhkəmə qərarları › İş №2(102)-2643/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2643/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2643/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququ tanınaraq, orada yaşamaq və yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi, yaşayış sahəsinə zəruri ehtiyacın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsindən istifadə hüquqlarına maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2137/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 27 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ərizədən görünür ki, Cavabdeh atası X7 məxsus olan ünvan 1 ünvanda yerləşən ata mülkündən ona çatası payını almış və gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaq.

2. Cavabdeh, İddiaçı, X2 və X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Razılaşma müqaviləsinin 1-ci bəndinə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış ev inin yeganə sahibi kimi Cavabdeh tanımaqla gələcəkdə həmin fərdi yaşayış evinin yalnız onun adına rəsmiləşdirilməsinə (tam hüquqlu mülkiyyətçisi olmasına) razıdır və bununla bağlı hər hansı bir maneçilik törətməməyə dair öhdəlik götürür. Həmçinin İddiaçı atası X5 vəfatından sonra onun adına olan və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarina əsasən X5 mülkiyyətinə verilmiş və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinə dair yaranmış miras və digər hüquqlarından qardaşı Cavabdeh xeyrinə imtina edir və bu Müqavilənin 4-cü bəndi yer inə yetirildikdən sonra 3 gün ərzində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq başqa yaşayış sahəsinə köçməsinə dair öhdəlik götürür. Razılaşma müqaviləsinin 4-cü bəndinə görə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinin yalnız onun adına rəsmiləşdirilməsinə (tam hüquqlu mülkiyyətçisi olmasına) razı olduğuna və bununla bağlı hər hansı bir maneçilik törətməməyə dair öhdəlik götürdüyünə, həmçinin alası X5 vəfatından sonra onun adına olan və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən X5 mülkiyyətinə v erilmiş və Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinə dair yaranmış miras və digər hüquqlarından qardaşı Cavabdeh xeyrinə imtina etməsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən 108 №li fərdi yaşayış evindən qeydiyyatdan çıxmasına görə bacısı İddiaçı 5000 manat pulun ödənilməsinə dair öhdəlik götürür. 3. xx.xx.2020-ci il tarixli əlyazmaya əsasən İddiaçı... bağlanmış müqavilənin... Bakı şəhəri, Binəqədi rayonu, R. Allahverdiyev küçəsində yerləşən 108 №-li fərdi yaşayış evinə dair 1-ci bəndində olan şərtləri yerinə yetirmək üçün qardaşı Cavabdeh 5000 manat məbləğində pulu aldı. Bununla da Cav abdeh qeyd edilən müqavilənin 4-cü bəndində göstərilən şərti tam olaraq yerinə yetirdi. 4. "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02/05-430 saylı arayışa əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 83,2 kv.m. olan 3 otaqlı 40-cı mənzil İddiaçı məxsusdur. Həmin mənzildə İddiaçı tək yaşayır və mənzilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən çıxarış verilmişdir. 5. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R. Allahverdiyev küçəsi, 117B, ev 7, mənzil 40 İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi evə köçürülərək yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı atasına məxsus olmuş ünvan 3 ünvanında 2005-ci ildən qeydiyyatdadır və daimi olaraq orada yaşamışdır. Ona məxsus bütün əşyalar həmin ünvandadır. Lakin son vaxtlar qardaşı olan cavabdehlə münasibətləri pozulduğundan, cavabdeh iddiaçıya evi onun icazəsi olmadan satdığını, başqa şəxsin mülkiyyətinə keçirdiyini bildirərək, ondan mənzili dərhal tərk etməyini tələb edir. Hazırda cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına imkan vermir. İddiaçı evdən çıxarıldığı halda, yaşamağa başqa yeri yoxdur.

8. İddiaçı tələbinin hüquqi əsası kimi 1982-ci il Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə istinad etmişdir.

9. Cavabdehin nümayəndəsi və vəkili iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı iddia ərizəsində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 108-də yerləşən fərdi evdən çıxarıldığı təqdirdə yaşamaq üçün başqa yaşayış sahəsinin olmadığını bildirmişdir. Halbuki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə sahəsi, R. Allahverdiyev küç, 117 B, 7 saylı binada yerləşən, 40 saylı mənzil iddiaçıya məxsusdur; - iddiaçı öz razılığı ilə mübahisəli ünvandan daimi yaşamaq üçün özünə məxsus olan mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır. Göründüyü kimi iddiaçıya məxsus və faktiki istifadəsində olan yaşayış sahəsi mövcuddur. Be lə olan halda iddiaçı heç bir əsasla cavabdehin mülkiyyət hüquqları ilə yüklü olan əmlaka dair hüquqlar əldə edə bilməz; - bundan başqa, iddiaçı və digər şəxslər (bacıları X2 və X4) arasında Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən X5 mülkiyyətinə verilmiş, Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən, 108 №li fərdi yaşayış evinə dair müqavilə bağlanmışdır. Bu müqavilədə nəzərdə tutulan öhdəliklərin icrası ilə bağlı 11 aprel 2020-ci il tarixli ödəniş qəbzi tərtib olunmuş və həmin qəbz iddiaçı tərəfindən imzalanmışdır. Həmin qəbzdə iddiaçı qeyd edmi şdir ki, “Bu qəbzi verirəm ondan ötrü ki, qardaşım Cavabdeh ilə mən İddiaçı, bacılarım X3 və X4 arasında bağlanmış müqavilənin (Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən fərdi yaşayış evinə (335 № li Qeydiyyat vəsiqəsi), Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən Əliyeva Akif Əvəz oğlunun mülkiyyətinə verilmiş Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində yerləşən 0.08 ha ölçüdə torpaq sahəsinə və Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, R. Allahverdiyev küçəsində yerləşən, ev 108 №-li fərdi yaşayış evinə dair) 4-cü bəndində olan şərtləri yerinə yetirmək üçün qardaşım Cavabdeh 5000 (beş min) manat məbləğində pulu aldım. Bununla da qardaşım Cavabdeh qeyd edilən müqavilənin 4-cü bəndində göstərilən şərti tam olaraq yerinə yetirdi”. Bununla da qeyd edilən mübahisəli mənzilin aralarında olan müqavilə üzrə cavabdehin mülkiyyətinə verilməsinə iddiaçı tərəfindən etiraz edilməmiş, həmin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edilmişdir. Eyni zamanda iddiaçı da üzərinə götürdüyü öhdəliyi icra etmiş və öz razılığı ilə mübahisəli evdən köçərək, özünə məxsus mənzilə daimi yaşamaqdan ötrü köçmüşdür.

10. İddiaçı birinci instansiya məhkəməsində əlavə olaraq bildirib ki, mübahisəli evi vaxtilə onun atası alıb. O, atasının ən sevimli övladı idi, bu ev də alınanda o, atası ilə getmişdir. Ev 2005-ci ildə alınıb və alınandan o, həmin evdə yaşayır və qeydiyyatdadır. 2020-ci ildə qardaşının arvadı ilə mübahisələri olduğu üçün evdən çıxıb. Həmin vaxtdan müxtəlif ünvanlarda yaşayır. Qardaşı ilə aralarında heç bir m üqavilə olmayıb. Maşın sürəsürə hansısa sənədə imza atıb, amma məzmununda nə yazıldığını bilməyib. 5000 manata dair qəbzə də ona görə imza atmışdır ki, qardaşı həmin pulu ona onkoloji xəstə olan anasının müalicəsi üçün borc vermişdir. O biri bacılarına qardaşı 30000 manat verib. Əgər evə görə ondan pul alırdısa, elə 30000 manat alardı. Bütün əşyaları mübahisəli evdədir. Təsadüfən “Youtube”da evin satılmasına dair reklam görmüşdür. Sonra həmin reklam silinmişdir. Hazırda ancaq özünə məxsus bir otağı istəyir, başqa hər hansı tələbi yoxdur. Girib orada sakit yaşasın. 2020-ci ildən bu günədək məhkəməyə o səbəbdən müraciət etməyib ki, bibiləri qoymayıb, deyiblər qardaşındır, bir az müddət ver, düzələr.

11. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək göstərib ki, mübahisəli ev – tərəflərin atasından qalmış miras əmlakdır. Bu cavabdeh tərəfindən də mübahisələndirilmir. Tərəflər arasında bağlanması iddia edilən müqavilə notariat qaydasında bağlanmayıb və heç bir qüvvəsi yoxdur. Bunun əksi olaraq, xx.xx.2019-cu il tarixdə Əliyev X6 rayon notariat ofisində ərizə verərək bildirmişdir ki, atasından qalmış miras əmlakdan imtina edir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində verdiyi ərizədə isə göstərmişdir ki, atası X7 məxsus olan ünvan 1 ünvanda yerləşən ata mülkündən ona çatası payını almış və gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaq. Mübahisəli daşınmaz əmlak özbaşına tikili olsa da, bu, iddiaçının həmin daşınmaz əmlaka köçürülməsi və əmlakdan cavabdehlə bərabər istifadə etməsinə mane olmur.

12. Biri nci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Səfərov verdiyi etirazı müdafiə edərək, əlavə olaraq göstərib ki, notariat ofislərində verilmiş ərizələr tərəflər arasında Razılaşma müqaviləsi imzalanana qədər – xx.xx.2020-ci il tarixədək verilmiş və sonradan cavabdeh və bacıları arasında razılıq əldə edildikdən sonra, cavabdeh bacılarına pul kompensasiyası ödəmiş və onlar miras və digər hüquqlarından cavabdehin xeyrinə imtina etmişlər. Ondan sonra iddiaçı pulu qəbul edərək mübahisəli daşınmaz əmlakdan öz istəyi ilə çıxmış və özünə məxsus mənzildə yaşamağa başlamışdır.

13. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)358/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nigar Nəbizadə)

14. Birinci instansiya məhkəməsi müəyyən edib ki, mübahisəl i daşınmaz əmlak – özbaşına tikilidir və 2005-ci ildə iddiaçı və cavabdehin atası X11 tərəfindən alınmışdır. İddiaçı 2005-ci il tarixdən 2020-ci il tarixədək mübahisəli evdə yaşamış və həmin evdə qeydiyyatdadır. İddiaçı iddia edir ki, cavabdeh atasından qalmış miras əmlakdan notariat qaydasında imtina etmiş, lakin hal-hazırda onu mübahisəli daşınmaz əmlakda yaşamağa qoymur, cavabdeh isə bildirir ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında müqavilə bağlanmış, iddiaçı pul kompensasiyasını almış və öz istəyi ilə özünə məxsus mənzilə köçmüşdür. İddiaçı 5000 manat məbləğində pulu qəbul etməsini inkar etməsə də, bildirir ki, bunun mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur.

15. Birinci instansiya məhkəməsi qeyd edib ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, i ddiaçı mübahisəli evə köçürülməsini və evdən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik deyildir. Eyni zamanda həmin əmlakın "miras əmlak" olaraq qəbul edilməsi üçün də hər hansı hüquqi əsas mövcud deyil. İddiaçının mülkiyyətində mənzil vardır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinin İ hissəsi, Mülki Məcəlləsinin 178.2, 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 88, 119.1, 216-220, 360-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R. Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli v ə “N. Məmmədovanın şikayəti üzrə” 31 yanvar 2006-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə, mənşəyi bəlli olmayan “Razılaşma”ya əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Amma məhkəmə mənşəyi bəlli olmayan razılaşmanı (eləcə də qəbzi) sübut kimi qiymətlən dirərək, onun mülki qanunvericiliyə zidd olmasına, ümumiyyətlə, diqqət yetirməmişdir. Fərz edilsə ki, bu müqavilə həqiqətən də tərəflər arasında nəzərdə tutulmuş predmet üzrə bağlanılmışdır, nədənsə işə baxan məhkəmə tərəfindən razılaşmanın 8-ci bəndinə, ümumiyyətlə, diqqət yetirməmişdir. Həmin bənddə göstərilir ki, “əgər Cavabdeh tərəfindən razılaşmada nəzərdə tutulan pul məbləği ödənildikdən sonra, İddiaçı (iddiaçı) razılaşmanın 1, 2 və 3cü bəndlərində nəzərdə tutulmuş şərtlərin birini yerinə yetirməzsə, o zaman pulu qaytarılmalı olacaqdır”. Bu müddəadan elə başa düşülür ki, iddiaçı Razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə cavabdehə 5000 manat pulu qaytarılmalı olacaqdır. Belə olduğu halda isə, cavabdeh yalnız guya ödədiyi pulun qaytarılmasını tələb edə bilərdi. Amma məhkəmə bu m ahiyyətsiz Razılaşmadan kömək (ona istinad edərək) kimi istifadə edərək iddiaçının iddiasının təmin olunmamasına dair qətnamə qəbul etmişdir; - baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur; - işin hallarına görə də, cavabdehin ev üzərində iddiaçının hüququndan üstün hər hansı bir hüququ yoxdur, iddiaçının da həmin evdə yaşamaq, evdən istifadə etmək hüququ vardır. Cavabdehin mübahisəli ev üzərində heç bir subyektiv hüququ olmadığından o, iddiaçını yaşadığı evdən məhrum edə bilməz; - bundan başqa işə baxan məhkəmə çəkişmə prinsipi pozmuşdur. Belə ki, qətnamədə məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi,Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 7, mənzil 40 İddiaçı mülkiyyətindədir”. Hamıya bəllidir ki, tərəflər özlərində olan sübutları məhkəməyə təqdim edə bilər. Amma hər hansı bir sübutun çatmadığı halda, həmin halın sübut olunması üçün işə baxan məhkəmə özünün təşəbbüsü ilə, yəni “elektron məhkəmə” informasiya sistemində mövcud olan vəziyyəti araşdıraraq, cavabdehin əvəzinə etiraz üçün əsas olmuş halın sübut olunması məqsədilə əlavə sübut toplamaqla məşğul olmuşdur; - ev özbaşına tikili olsa da, iddiaçı valideynlərin sağlığında həmin evdə birgə yaşamış, hətta anası Sitarə xanımın vəfatında sonra yaşamağı davam etmiş, lakin cavabdehin qərəzli, qanunsuz hər əkətlər səbəbindən oradan müvəqqəti olaraq getməyə məcbur olmuşdur. Cavabdeh öz hüquqlarını həyata keçirərək, başqalarına, xüsusən iddiaçının orada yaşamaq hüququnu kobud surətdə pozmuş və onun orada yaşamağını dözülməz etmişdir. Bu da yolverilməzdir, çünki hüquqdan sui-istifadəyə yol verilmir; - iddiaçı pozulmuş hüququnun bərqərar olunması məqsədilə məhkəməyə müraciət etmişdir. Amma əfsuslar olsun ki, işə baxan məhkəmə öz qətnaməsi ilə bunu mümkün etməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı yaşadığı sahədən cavabdeh tərəfindən törədilmiş məcburiyyət qarşısında çıxmamışdır. Fərz edilsə ki, bu, belədir, o zaman həmin fərdi yaşayış evi özbasına tikili olduğundan və həm iddiaçı, həm cavabdeh həmin sahəyə bərabər hüquqlara malik olduğundan, iddiaçı yenə də orada qayıdıb yaşamaq hüququ na malikdir. Yəni, cavabdeh orada yaşamaqda üstünlük hüququna malik deyildir!!!!!!! Belə olduğu təqdirdə, iddiaçı oranı tərk edərək, yenidən sahəyə qayıtmaq hüququna malikdir; - qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı cavabdeh iddiaçının könüllü olaraq yaşayış sahəsindən çıxmasını sübut edə bilməmişdir. İşə baxan məhkəmə tərəflərə işin sülh yolu ilə qurtarmalarına dair hüquqlarını izah etməmiş və işin sülh və ya barışıq yolu ilə tamamlamağı təklif etməmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin təqdim etmədiyi sənədləri “elektron informasiya sistemindən” daşınmaz əmlakın dövlət reyestri xidmətinin bölməsindən axtarıb-taparaq işə əlavə etmişdir. Halbuki, məhkəmə işin həllində qərəzsiz olmalı və tərəflərin əvəzinə hər hansı sübutun toplanmasını həyata keçirilməli deyil.

19. Bakı Apellyasi ya Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(103)-2137/2023 nömrəli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı qət edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Fuad Babayev.)

20. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddia tələbi özbaşına tikilmiş fərdi yaşayış evinə istifadə hüququnun tanınması, köçürülmə ilə bağlıdır. Mübahisə predmeti olan ev özbaşına tikilidir. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatına əsasən mübahisə predmeti olan evdə 2005-ci ildən qeydiyyatda olmaqla yaşamışdır. 2020-ci ildə qardaş ının arvadı ilə mübahisə etmiş və evdən çıxmışdır. İşdə olan sübutlarla müəyyən olunur ki, iddiaçının mülkiyyətində Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R. Allahverdiyev küçəsi, 117B, ev 7, 40 nömrəli mənzil vardır.

21. Apellyasiya instansiya məhkəməsi vurğulayıb ki, mənzilə köçürülmə tələbi – iddiaçının şəxsən yaşamaq üçün mənzilə olan ehtiyacını qarşılamaq üçün verilən tələbdir. Hazırkı işin halları ilə müəyyən olunur ki, iddiaçı sözügedən özbaşına tikilidə yaşasa da, həmin evi 2020-ci ildə tərk etmişdir. İddiaçının xüsusi mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mənzil vardır. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırda da mübahisəli yaşayış sahəsinə iddiaçının zəruri ehtiyacının mövcudluğ u müəyyən olunmadığından iddia tələbi təmin oluna bilməz.

22. Apellyasiya instansiya məhkəməsi göstərib ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də iddiaçı mübahisə predmeti olan evdə 2005-ci ildən qeydiyyatda olaraq yaşadığını bildirdiyindən, həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına istinad edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

23. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

24. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2-ci və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri:

25. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Mə hkəməsinin 2(103)-2137/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsinı xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılıb: - tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi bura icarə müqaviləsi və icarədar aid deyil; - bundan başqa, cavabdehin iddiaçını həmin evdən məhrum etməyə əsası yoxdur. Onun cavabdehi məhrumetməsi qanunsuz və yolverilməzdir. Cavabdehin həmin evə görə iddiaçıdan hər hansı bir üstünlüyü mövcud deyildir. Belə olan halda məhrumetmə qanunsuzdur; - həmçinin şəxs hər hans ı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Yəni iddiaçı həmin mübahisəli evdə yaşayış yerini itirməmidir. Həmin ev onun yaşayış evidir. Yaşayış hüququnun təmin edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh öz hüquqlarını həyata keçirərək, başqalarına, xüsusən iddiaçının orada yaşamaq hüququnu kobud surətdə pozmuş və onun orada yaşamağını dözülməz etmişdir. Bu da yolverilməzdir, çünki öz hüquqlarını həyata keçirərək, başqalarına ziyan vurmaq niyyəti olmamalı və hüquqdan sui-istifadəyə yol verilməməlidir; - 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Bu maddənin də hazırki iş üzrə təbiq edilməsi əsassızdır. Çünki hazırda qüvvədə olan özbaşına tikili ilə bağlı qanunvericilik təbiq edilməlidir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ümumiyyətlə, cavabdehin iddiaçını yaşadığı evə buraxmaması, onu həmin evdən məhrum etməsi əsassızdır. Onun belə bir hüququ yoxdur; - məhkəmələr ədalətli balansı qoruyub saxlamamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 18 0.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəm əsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

33. İddia tələbi yaşayış sahəsinə istifadə hüququnu tanınması və həmin yaşayış sahəsinə köçürülmə barədədir.

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçı mübahisədə adı keçən evdə 2005-ci ildən qeydiyyatda olmaqla yaşamış, 2020-ci ildə qardaşının arvadı ilə mübahisə etmiş və evdən çıxmışdır. Həmçinin iddiaçının mülkiyyətində Bakı Şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R. Allahverdiyev küçəsi, 117B, ev 7, 40 nömrəli mənzil vardır. Bununla da hazırda mübahisəli yaşayış sahəsinə iddiaçının zəruri ehtiyacının mövcudluğu aradan qalxıb.

35. Nəzərə alınsa k i, yaşayış sahəsinə köçürülmə tələbi iddiaçının şəxsən yaşamaq üçün mənzilə olan ehtiyacını qarşılamaq üçün verilən tələbdir və iddiaçı mübahisədə adı keçən evi 2020-ci ildə tərk edib və onun hazırda xüsusi mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mənzil vardır, belə olan halda, gəlinən nəticə işin müəyyən edilmiş halları baxımından düzgün olmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 20-22-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.

36. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçının mübahisədə adı keçən evə istifa də hüququnun olması və həmin evə köçməklə bağlı dəlillərdir. Həmin dəlillər iddiaçının adına mülkiyyət hüququ ilə mənzilin qeydə alınması və onun mübahisəli yaşayış sahəsinə zəruri ehtiyacının aradan qalxması ilə bağlı işin halları ilə təkzib edilir.

38. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)2137/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar