Məhkəmə qərarları › İş №2(102)-2644/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2644/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2644/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2644/21 (Açar sözlər: evə köçürülmə) 27.04.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Şıxıyev Şükür Babacan oğlunun, Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6170/2020 nömrəli, 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən ca vabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlərin anasıdır. İddiaçı Abbasov Ədalət Yunis oğlu ilə 28.07.1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə, yəni 1998-ci ildə Ə.Abbasov Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X1 adına verilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə yerləşən 6 (altı) sot torpaq sahəsini pulunu verməklə satın almışdır. 1999-cu ildə həyat yoldaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək onunla və uşaqları ilə birlikdə yaşamışdır. Ə.Abbasov 06.04.2009-cu il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra ev oğlanlarından birinin adın a rəsmiləşmişdir. Oğlanları ailə həyatı qurmuş və bundan sonra anaları ilə münasibətləri pozulmağa başlamışlar və nəhayət iddiaçının həmin evdə yaşaması ilə bağlı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: cavabdehlər onun övladlarıdır. O, Abbasov Ədalət Yunis oğlu ilə 28.07.1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikah dövründə, yəni 1998-ci ildə həyat yoldaşı Ə.Abbasov Qaradağ rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fərd i yaşayış evinin tikintisi üçün X1 adına verilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə yerləşən 6 (altı) sot torpaq sahəsini pulunu verməklə satın almışdır. 1999cu ildə həyat yoldaşı həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək onunla və uşaqları ilə birlikdə yaşamışdır. Belə ki, həyat yoldaşı Qaradağ rayonunda yerləşən qaz idarəsində işlədiyindən, Tərtər rayonunda qeydiyyatda olmalarına və tez-tez rayona gedib-gəlmələrinə baxmayaraq, həmin fərdi yaşayış evində o, həyat yoldaşı və ailə üzvləri ilə birgə yaşamışdır. Sonradan həmin torpaq sahəsinin və yaşayış evinin sənədləşdirilməsi məqsədilə Bakı şəhəri 39 saylı notariat kontorunda 17 fevral 2009-cu il tarixdə həyat yoldaşının adına X3 tərəfindən baş etibarnamə verilmişdir. Lakin həyat yoldaşı Ə.Abbasov 06.04.2009-cu il tar ixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra da həmin evdə övladları ilə birgə yaşamağa davam etmiş, onlara toy etmişdir. Həyat yoldaşı tərəfindən tikilmiş həmin yaşayış evi beş otaqlı olmuş, müəyyən vaxtlarda qızları Vüsalə və Kəmalə də orada yaşamışdır. 2018-ci ilin iyul ayınadək həmin evdə yaşamışdır. 2018-ci ilin iyul ayında heç bir səbəb və əsas olmadan Cavabdeh2 onu evdən qovmuş və bir daha həmin ünvana buraxmamışdır. Sonuncu dəfə 2019-cu ilin oktyabr ayının 8-də qızları Abbasova Kəmalə və Abbasova Vüsalə ilə evə köçmək istəsə də, Cavabdeh2 buna imkan verməmiş və nəticədə aralarındaki mübahisə münaqişəyə çevrilmişdir. Bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində araşdırma aparılmış, onu döydüklərinə görə Vüqarın həyat yoldaşının barəsində Azərbaycan Respublikası İXM -nin 157-ci maddəsi ilə tədbir görülmüşdür. Digər Cavabdeh1 isə 2007-ci ildən özünə ev almış və həmin vaxtdan sözügedən evdə yaşamamışdır. Məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, oğlu Vüsal atası vəfat etdikdən sonra evi öz adına sənədləşdirmişdir. Halbuki, həmin evdə onun və digər övladlarının da payı vardır. Hazırda oğlu Vüsal digər oğlu Vüqar kimi onu mərhum həyat yoldaşı ilə nikahda olduğu dövrdə əldə etdikləri, daim yaşadığı və əşyalarının olduğu evə buraxmır. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanunsuzdur.

4. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(002)308/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Hüseynov) iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G saylı evə köçürülməsi qə t edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 27.1, 158.3, Mənzil Məcəlləsinin 53, 54, maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Sarıyev (sərlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(002)308/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdehlər kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə gözlənilən hüquqa, Azərbaycan Respublikasının Mən zil Məcəlləsinin 53-54-cü maddələrinə istinad etmişdir. Halbuki, 01 oktyabr 2009-cu il tarixinədək Azərbaycan Respublikasının Mənzil Məcəlləsi olmamışdır. Həmin vaxtda 8 iyul 1982-ci tarixdən qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Məhkəmə iddiaçının mübahisəndilən hüquqa münasibətdə subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. İş üzrə təqdim olunmuş sənədlərə əsasən məhkəmə dəyərləndirmə apararkən İddiaçı 28.07.1978-ci il tarixdə Abbasov Ədalət Yunis oğlu ilə rəsmi nikaha girməsinə, X2 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04.12.1998-ci il tarixli, 1389 saylı Sərəncamına əsasən ona fərdi ev tikmək üçün verilmiş Bakı şəhəri, Qaradağ rayonu, 2-ci yaşayış masivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı bütün hüquqlarını və səlahiyyətlərini 50 (əlli) il m üddətinə Abbasov Ədalət Yunis oğluna etibar etməsinə, 06.04.2009-cu il tarixdə Abbasov Ədalət Yunis oğlu vəfat edənədək mübahisəndirilən evin birgə nikah dövründə tikilməsinə, 20.06.2009-cu il tarixli, 083497 saylı etibarnamə ilə həmin sərəncama əsasən bütün hüquqların 50 (əlli) il müddətinə Cavabdeh1 etibar etməsinə, ******* saylı, 04.07.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Massiv, 11 G saylı evi Cavabdeh1 satmasına, 1998-ci ildən 04.07.2019-cu il tarixədək cavabdehlərlə birgə yaşamasına istinad edərək iddianı təmin etmişdir. İşin mübahisə olunmayan hallarından göründüyü kimi, mübahisələndirilən ev şəxsi mülkiyyətdədir. İş üzrə göstərilən halda qanunun analogiyasının tətbiq edilməsi, nəinki qanunsuz və əsassız olmuşdur, mülkiyyətçi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. İddiaçının vəkili Şıxıyev Şükür Babacan oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

17. Maddə 11.1. mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

18. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

19. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Tərəflər arasında mübahisəli evdə yaşayışla bağlı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

22. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun ol araq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi, belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və is tifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə ə sasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

25. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə uşaqları və valideynləri aid edil ir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

27. Həmin Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmla kın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

28. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 11G ünvanında yerləşən yaşayış evi iddiaçı ilə birgə nikahda olduğu dövrdə həyat yoldaşı Ə.Abbasov tərəfindən 1999-cu ildə inşa edilmiş, tərəflər həmin evdə Ə.Abbasovun sağlığında və hətta onun vəfatından sonra birgə təsərrüfat aparmaqla yaşamışlar. Sənədləşmə aparılması məqsədilə Ə.Abbasova həmin evin yerləşdiyi torpaq sahəsinin ayrıldığı V.Paşayev tərəfindən 17.02.2009-cu il tarixli etibarnamə verilmiş, lakin Ə.Abbasovun 06.04.2009-cu il tarixdə vəfatından sonra mübahisəli ev cavabdeh A.Vüsal tərəfindən həmin V.Paşayevin verdiyi 20.06.2009-cu il tarixli etibarnamə və sonuncu ilə bağlanmış 04.07.2019-cu il tarixli müqavilə əsasında A.Vüsalın adına sənədləşdirilmişdir. İddiaçının həmin evdən 1999-cu ildən başlayaraq ailə üzvləri (övladları) olan cavabdehlərlə, o cümlədən 16.07.2019-cu il tarixdə mülkiyyətçi olan A.Vüsalla birgə yaşayış üçün istifadə etməsi mübahisə doğurmur. Belə ki, tərəflərin izahatları, şahidlərin ifadələri, hətta cavabdeh tərəfin təqdim etdiyi sübutlar (o cümlədən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06.01.2016-cı il tarixli, 2(002)-61/2016 saylı qətnaməsi, 15.01.2016ci il tarixli akt) da bu faktı təsdiq edir.

37. Göründüyü kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, ev iddiaçının mərhum həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşa edilmiş, o, uzun müddət əvvəl orada yaşamağa başlamışdır.

38. İddiaçının istifadə hüququ əldə etdiyi mübahisəli evin 2019-cu ildə cavabdehlərdən birinin mülkiyyətinə keçməsi, onun evdən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, nəzərə almaq lazımdır ki, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqların ın xitamına səbəb olmur.

39. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6170/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar