Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2644/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-531/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işi n hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı xx.xx.2015-ci il tarixdə X3 ilə nikaha girmiş, birgə nikahından xx.xx.2016-cı il tarixdə X10 doğulmuşdur. X3 xx.xx.2016-cı ildə vəfat etmişdir;
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Xaçmaz Regional Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/02 saylı məktubunda Rusiya Federasiyası vətəndaşı olan xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 sonuncu dəfə Xaçmaz şəhəri, X13 küçəsi ev 29 ünvanında qeydiyyata alınması qeyd edilmişdir;
4. Xaçmaz şəhər İƏD-nin xx.xx.2023-cü il tarixli, 2096 saylı arayışına əsasən X6 məxsus və onun mülkiyyətində olan fərdi yaşayış evində, onun vəfatından sonra qızı Cavabdeh2 yaşayır;
5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə verdiyi elektron sorğu vasitəsilə əldə etdiyi cav abda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci ildə Azərbaycan Respublikası sərhədini keçmiş və xx.xx.2016-ci ildə geri qayıtmışdır;
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubuna əsasən ünvan 4ş evinə X4 adına texniki pasport işlənmişdir (1952-ci ildə yaşayış evi tikilmişdir);
7. Xaçmaz rayon Polis şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən ünvan 4ş evində X11, X1 və Cavabdeh2 qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək azyaşlı övladı Əsədova Zara ilə birgə Cav abdeh1 faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən evə yaşayış sahəsindən hüququnun tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 6 faktiki olaraq qaynanası Cavabdeh1 məxsusdur. Həmin evin sənədi olmasa belə cavabdehin faktiki sahibliyindədir. O, həmin ünvana gəlin köçmüş və yaşamışdır. Əri öləndən və aralarında münasibətlər pisləşdikdən sonra cavabdeh onu evdən qovmuşdur. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladı ilə birlikdə müxtəlif ünvanlarda, qohumların yanında qalmaqda və yaşamaqdadır. Halbuki o, mübahisəli evdə yaşamışdır və oradan istifadə hüququ əldə etmişdir. Lakin cavabdeh həmin evdə onun övladı ilə birlikdə yaşamasına buna imkan vermir. Hesab etmişdir ki, o, Cavabdeh1 məxsus evdə yaşadığı üçün onun yaşamaq hüququ əmələ gəlmiş və o, ünvan 6-da yerləşən evdən istifadə hüququ tanınmalı və o, həmin evə köçürülməlidir.
10. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 cavabdeh kimi işə cəlb edilmə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini, iddiaçının azyaşlı övladı ilə birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 6 ünvanında yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun övladı 18 yaşına çatanadək tanınması və evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 oğlu Elşən Əsədov rəsmi olaraq 9 iyun 2015-ci il tarixdə Rusiya Federasiyasında evlənsə də, faktiki olaraq 19 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda evlənmişlər. 2015-ci ilin aprel ayında evləndikdən bir müddət sonra Elşən Əsədovun babası X7 məxsus, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olan Xaçmaz şəhəri, Ataürk küçəsi, 29 saylı evə iddiaçının cehiz əmlakları ilə birgə gəlin köçmüşdür. Gəlin köçdükdən bir müddət sonra onlar Rusiya Federasiyasına yaşamaq üçün getmiş, 2016-cı ilin yay aylarında Elşən Əsədov ağır xəstələndikdən sonra onlar yenidən Xaçmaz şəhərinə qayıtmışdırlar. Bir müddət yaşadıqdan sonra Elşən Əsədov rəhmətə getmişdir. Onun bütün yas mərasimi ünvan 6-da cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan evdə keçirilmişdir. Yas mərasimi bitdikdən sonra uzun illər iddiaçı orada yaşamışdır. Azyaşlı övladı bağçaya və digər yerlərə oradan getmişdir. Təxminən 2-3 il qabaq iddiaçının qayınanası Mötəbər Əsədova iddiaçıya bildirmişdir ki, Rusiyadakı evi satmaq istəyir və Elşənin vərəsəsi kimi imza etməlidir. İddiaçı buna razılaşmadıqdan sonra cehizi cavabdehlər çıxararaq çölə atmış, iddiaçını həmin evdə yaşamaqdan məhrum etmişlər. İddiaçının cehizi evləndiyi gündən orada olmuş, yoldaşı rəhmətə gedəndən sonrada uzun illər həmin evdə birgə cavabdehlərdən Cavabdeh2 ilə yaşamışdır. Həmçinin, iddiaçının azyaşlı övladı Zara Əsədovanın babasının övladının atasına çatacaq paya vərəsəlik üzrə “gözlənti” hüququ vardır. Bundan başqa həmin həyətdə 3 ev mövcuddur. Onlardan biri ikimərtəbəli köhnə tikili, 2 isə yeni tikilidir.
12. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən ev atasının evidir. O, hazırda həmin evdə yaşayır və vərəsə də özüdür. İddiaçı tərəf o evə gəlmiş, sonra da köçüb getmişdirlər. Yəni yaşamamışlar. Aralarında əvvəlki kimi münasibət olmadığından iddiaçının həmin evdə yaşamasına razı deyil.
13. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, qarşı tərəfin deməsinə görə iddiaçı həmin evdə yaşamışdır. Lakin onlar tərəfindən məhkəməyə təqdim olunmuş şahidlər də öz ifadələrində bildirmişlər ki, iddiaçı o evdə yaşamamışdır. Evdən istifadə hüququ ailə üzvlərinə verilməkdədir. İddiaçı özü bildirmişdir ki, onlar Rusiyadan qayıtdıqdan sonra Xaçmaz rayonu, Padar kəndində qeydiyyata düşmüşdürlər. Əlavə olaraq iddiaçının yoldaşı ilə 19 aprel 2015-ci il tarixdə toyları olumuş, toydan üç gün sonra Rusiyaya k öçmüşdürlər. Üç gün yaşamaqla həmin şəxsə yaşayış hüququ və evdən istifadə hüququ heç kimə verilə bilməz. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, yoldaşı dünyasını dəyişəndən sonra da o evdə yaşamış, övladı oradan bağçaya getmişdir. Lakin heç kim iddiaçını o evdə yaşayan görməmişdir. İddiaçı və cavabdeh arasında heç bir ailə münasibətləri yoxdur.
14. Xaçmaz Rayon Məhkəməsinin (hakim Vüsalə Qasımova) 2(067)-2018/2023 nömrəli iş üzrə 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, iddiaçı ailə qurduqdan sonra texniki pasport ilə X5 adına işlənmiş mübahisəli yaşayış evinə gəlin gəlmişdir. İddiaçı gəlin gələn zaman X2 olmasa da, həmin fərdi yaşayış evi Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olmuşdur. Göründüyü ki mi iddiaçı gəlin köçən zaman artıq mübahisə olunan ev faktiki olaraq mövcud olmuş, onun inşa olunmasında iddiaçı və ərinin heç bir iqtisadi marağı formalaşmamışdır. İddiaçının özünün, eyni zamanda məhkəmədə şahidlərin vermiş olduğu ifadələrə istinadən müəyyən olunmuşdur ki, iddiaçı ərə gəldikdən sonra iki ay mübahisəli mənzildə yaşasa da, sonradan daimi yaşamaq üçün Rusiyaya getmişdir. Birgə nikahdan doğulmuş uşaq da elə Rusiya Federasiyasında, Tomsk vilayəti, Strejevoy şəhərində dünyaya gəlmişdir. 2016-cı ildə iddiaçının ailə münasibətlərinə xitam verildiyindən, həmin tarixdən iddiaçı cavabdehlərin ailə üzvü deyildir. Belə olan halda iddiaçının mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə tələbi təmin edilə bilməz və bu tələbin təmin edilməsi məhkəmənin qənaətinə görə Cavabdeh 2 sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnər.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 152.2, 152.3, 157.8, 158.1, 158.2, 158.4, 159-cu, Mənzil Məcəlləsinin 30.4-cü, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Belə ki, cavabdehlərin ona qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Birinci instansiya məhkəməsi iddianın obyektiv araşdırılması görüntüsü yaratmaqla iddianın rədd edilməsi üçün işə aidiyyatı olmayan nə qədər hüquqi norma varsa qətnamədə ardıcıl düzmüş, lakin işin mahiyyətinə aidiyyəti olan normaları tətbiq etməmişdir. Məhkəmə iddianı rədd edərkən hüquqi əsaslandırma hissəsində iddiaçının mübahisəli evdə yaşayan Cavabdeh2 ilə arasında heç bir qohumluq münasibətləri olmadığından, onun həmin yaşayış sahəsindən i stifadə hüququnun itirildiyini qeyd edərək bu hissədə artıq iddia tələbindən kənara çıxmışdır. Belə ki, məhkəmə artıq bu cümlə ilə onun yaşayış sahəsindən istifadə hüququnun olduğunu qəbul etmiş, sonra isə bu hüququ itirdiyi qənaətinə gəlmişdir. Sanki məhkəmə “istifadə hüququnun itirməsi” ilə bağlı iddiaya baxmışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli yaşayış evinə dair mülkiyyət hüquqları hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, mərhum A.Əsədovun mülkiyyəti sayılır. Hazırda bu əmlakdan istifadəni və ona faktiki sahibliyi cavabdeh mülkiyyətçinin övladı Cavabdeh2 yerinə yetirir. Bu baxımdan onun mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. Məhkəmə bu hissədə də artıq iddia tələbindən kənara çıxmışdır.. Məhkəmə qətnaməsindən belə aydın olmuşdur ki, Cavabdeh2 yeganə vərəsədir. Kim mirası faktiki qəbul edib, kim mirası qəbul etməyib bu halın aydınlaşdırılması bu məhkəmənin predmeti deyildir. Onun azyaşlı övladının da vərəsəlik hüququ istisna edilmir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Rəhimli sədrlik edən və məruzəçi, İ.Dəmirov və F.Məmmədov) 2(105)-531/2024 nömrəli mülki iş üzrə 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə İddiaçı ilə X3 ilə xx.xx.2015-ci il tarixində ailə qurmuşlar. İddiaçı ailə qurduqdan sonra müvəqqəti olaraq ünvan 6 (X4 adına texniki pasportu olan) ünvanında yaşasa da, xx.xx.2015-ci ildə Azərbayca n Respublikası sərhədini keçmiş, yaşamaq üçün Əsədov Elşən ilə birlikdə Rusiya Federasiyasına getmişdir. xx.xx.2016-ci ildə Əsədov Elşənin xəstəliyi ilə əlaqədar geri qayıtmışlar. X18 xx.xx.2016-cı ildə ölmüşdür.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə ailə üzvü deyil. 22. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldü kdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
23. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
24. İşin hallarına və yuxarıda qeyd edilən hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında hüquq münasibə tləri 2015-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009- cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
25. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı gəlin köçdüyü zaman qayınanasına və digər Cavabdeh2 münasibətdə ailə üzvü olmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün ə sas ola bilməz. Bununla da kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2018/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.2, 158.4cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, ədalətli məhkəmə araşdırılması pozulmuş və sübutları ətraflı araşdırılmamış, işə formal yanaşılmışdır. Məhkəmə iddiaçının ailə üzvü statusunun olmadığını qeyd etsə də azyaşlının onun himayəsində olduğunu, onun vərəsə kimi gözləntisinin olduğunu nəzərə almamış, iddianı düzgün qiymətləndirməmiş, yalnış nəticəyə gəlmişdir.
30. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 30.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88-ci,istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
32. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətç isinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
33. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi il ə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsin in aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə görə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququ yoxdur. Belə olan halda iddianın təmin edilməsi üçün qanun i əsaslar müəyyən edilmir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-531/2024 nömrəli, 3 apre l 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.