Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2646/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1409/2024 nömrəli iş üzrə 08 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə bax an məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Yaşayış binasında mənzil tikintisi haqqında 25 yanvar 2007-ci il tarixli müqavilə (bundan sonra - birinci müqavilə) ilə Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) verməyi, sonuncu mənzilin ümumi dəyəri 47698 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 MTK (bundan sonra – birinci cavabdeh) tərəfindən verilmiş 25 yanvar 2007-ci il tarixli maliyyə arayışına (bundan sonra – birinci arayış) əsasən həmin mənzilin pay dəyəri - 47698 manat iddiaçı tərəfindən ödənilmişdir;
3. Yaşayış binasında mənzil tikinti si haqqında 02 oktyabr 2014-cü il tarixli müqavilə ilə (ikinci müqavilə) mübahisəli mənzili Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) verməyi, sonuncu mənzilin ümumi dəyəri 52000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Birinci cavabdeh tərəfindən verilmiş 02 oktyabr 2014-cü il tarixli maliyyə arayışına (bundan sonra – ikinci arayış) əsasən həmin mənzilin pay dəyəri – 52000 manat ikinci cavabdeh tərəfindən ödənilmişdir;
4. Göstərilən mənzildə ikinci cavabdeh, həyat yoldaşı X1 (bundan sonra – üçüncü cavabdeh) və iki azyaşlı uşağı ilə birlikdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı birinci cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin boş vəziyyətdə iddiaçıya təhvi l verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır. Lakin aldığı mənzilə baxış keçirmək üçün binanın yerləşdiyi əraziyə getdikdə birinci cavabdehin nümayəndələri onu buraxmamış və məlum olmuşdur ki, bu binada bir mənzil bir neçə nəfərə satıldığından binanı inşa edən şəxsləri həbs ediblər. O, mənzilə dair sənədləri birinci cavabdehin əməkdaşlarına göstərmiş və aldığı mənzili təhvil vermələrini xahiş etmişdir. Lakin iddiaçıya mənzili göstərməkdən və təhvil verməkdən imtina edilmiş, onun burada mənzilinin olmadığını qeyd edilmişdir. İddiaçı 11 ildir ki, öz üzərinə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq birinci cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmir və icra etməkdən boyun qaçırır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 noyabr 2018-ci il tarixli, 2(004)-7864/2018 nömrəli qiyabi qətnaməsi ilə (bundan sonra – qiyabi qətnamə) (hakim T.B.Axundov) iddia təmin edilmiş, mübahisəli mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməyinin birinci cavabdehə həvalə edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(004)-5642/2022 nömrəli qərardadı ilə qətnamə ilə maraqlarına toxunan şəxs ikinci cavabdehin ərizəsi təmin edilərək məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin icraatı təzələnmişdir.
9. İddiaçı iddia tələbinin həc minin artırılması bərədə ərizə təqdim edərək ikinci cavabdehi əlavə cavabdeh qismində işə cəlb etməklə mübahisəli mənzilə dair birinci və ikinci cavabdeh arasında bağlanmış ikinci müqavilənin və ikinci arayışın etibarsız hesab edilməsi, mənzilin boşaldılması və boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İkinci cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı onun mənzildə yaşamasını 2017-ci ildən bilməsinə baxmayaraq belə bir tələbi indi verdiyi üçün iddia müddətini ötürmüşdür.
11. İddiaçı, iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etiraz olaraq göstərmişdir ki, əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşyalarda məhrum olan həmin əşyaya mülkiyyət hüququn u itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan bu tələbə müddət tətbiq oluna bilməz.
12. Birinci instansiya məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(004)- 5642/2022 nömrəli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia təmin edilərək mübahisəli mənzilə dair bağlanmış ikinci müqavilənin və arayışın etibarsız hesab edilməsi, mübahisəli mənzilin boşaldılaraq boş vəziyyətdə iddiaçıya təhvil verilməsinin birinci cavabdehə həvalə edilməsi, birinci cavabdehdən 52000 manat pul vəsaitinin tutularaq ikinci cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci cavabdehin qanuni qüvvəsini almış məhkəmə aktları ilə məhkum edilmiş vəzifəli şəx sləri tərəfindən mübahisəli mənzilin tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək saxta ikinci müqavilə əsasında birinci cavabdehin adından ikinci cavabdehə satmaqla, cinayət əməlini gizlətmək üçün mənzilə iddiaçı tərəfindən qoyulmuş qapını sındıraraq ikinci cavabdehi mənzilə köçürməklə, iddiaçını öz əmlakına sahiblik və ondan istifadə ilə bağlı hüquqlarından məhrum etmişdir. Həmçinin ikinci cavabdehin hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir və müqavilənin etibarsızlığının nəticəsi olaraq ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 152.1, 157.2, 158.1.2, 324, 337.2, 337.5, 385.1, 389.1, 425.1, 452.1, 567-ci, Cinayət-Prosessual Məcəllənin 65.4-cü, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 82.4, 217.4, 216-220, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İkinci cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə heç bir münasibət bildirməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnaməsi ilə ikinci cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni apellyasiya instansiyasının 22 noyabr 2022-ci il tarixli qətnaməsinin əsaslandırma və nəticə hissəsinə istinadla əsaslandırmışdır.
19. Məhkəmə öz mövqeyini Mülki Məcəlllənin 337.1-ci və MPM-in 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş üzrə: c) Birinci instansiya məhkəm əsindəki icraat
20. İddiaçı ikinci və üçüncü cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları və mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia birinci iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, mübahisəli mənzildə sözügedən cavabdehlər iki az yaşlı uşağı ilə birlikdə yaşayırlar. Həmin şəxslərə mənzilin boşaldılması ilə bağlı dəfələrlə müraciət etsə də onlar tərəfindən mənzilin boşaldılaraq təhvil verilməsi təmin edilməmişdir.
22. Birinci instansiya məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)- 6844/2021 nömr əli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi təmin edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinə istinadla əsaslandırmış və qeyd etmişdir ki, sözügedən cavabdehlərin həmin mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas yoxdur və onlar həmin mənzildə qanunsuz yaşayaraq iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 23-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 228.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İkinci cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisəli mənzilə baxış keçirilmədən, cavabdeh kimi onların həmin mənzildə yaşamaqlarına dair hüquqi əsasların olub-olmamasını müəyyən etmədən, həqiqiliyi şübhə doğuran məktuba və hazırki halda preyudisial əhəmiyyət kəsb etməyən qiyabi məhkəmə qətnaməsinə istinad etməklə əsassız qətnamə qəbul edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)- 7020/2022 nömrəli qətnaməsi ilə (hakimlər - E.Mehdiyev (sədrlik edən və məruzəçi) N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ikinci və üçüncü cavabdeh qiyabi qətnamə üzr ə işdə iştirak edən şəxslər olmadığından həmin qətnamə onlara münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz, həmçinin həmin qətnamə birinci instansiya məhkəməsinin qərardadı ilə ləğv edildiyi üçün ona istinad etmək olmaz. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə mənzil sözügedən cavabdehlərin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzilə tələb hüququ aradan qalxmış olur. e) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının həm 22 noyabr 2022-ci il tarixli, 2(103)-7020/2022 nömrəli, həm də 10 aprel 2023-cü il tarixli, 2(103)-1951/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilmə si barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 01 noyabr 2023-cü il tarixli, 2(102)- 3398/2023 nömrəli qərardadı ilə iddiaçının ikinci və üçüncü cavabdehə qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair 2(102)-4279/2023 nömrəli mülki iş iddiaçının birinci və ikinci cavabdehə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair 2(102)-3398/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilmiş və iş üzrə icraat 2(102)-3398/2023 nömrə ilə davam etdirilmişdir.
31. Kassasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elşad Şamayev-məruzəçi, Əhliman Xıdırov və Elşanə Vəliyeva) 2(102)-3398/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnamələri ləğv edilmiş, birləşdirilmiş iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi yalnız borclunun etibarlı müqavilələr üzrə fərdi-müəyyən əşyanı kreditorlara vermək öhdəliyi yaranması halında mümkün olduğu üçün apellyasiya instansiyası məhkəməsi ilk öncə ikinci müqavilənin etibarlılığını müəyyən etməli idi, çünki həmin müqavilənin etibarlılığı ikinci iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün preyudisial əhəmiyyətə malikdir. Lakin apellyasiya instansiyası məhkəməsi ikinci işdə MPM-in 254.1.4-cü maddəsində verilən imkandan i stifadə etmədən iddiaçının ikinci tələbini rədd etmişdir.
33. Həmçinin birinci işdə apellyasiya məhkəməsi mövqeyini yalnız ikinci iş üzrə məhkəmənin müəyyən etdiyi hallara istinad etmişdir. Halbuki ikinci iş üzrə qətnamə daha əvvəl qəbul edilsə də, onun iddiaçıya lazımi qaydada təqdim edilməməsi nəticəsində sonuncu kassasiya şikayəti vermək hüququndan vaxtında istifadə edə bilməmişdir.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə doğru qərar vermək üçün ilk öncə tətbiq edilməli olan doğru maddi hüquq normasını seçmək lazımdır. İddiaçı ilə birinci cavabdeh arasında müqavilə 25 yanvar 2007-ci il tarixində bağlandığına görə işin həlli üçün Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinin və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarının t ətbiqi nəzərdən keçirmək gərəklidir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təklif olunan mənzildən imtinası iddianın rəddi üçün əsas ola bilməz. Həmçinin iddiaçının "xxxx" MTK tərəfindən inşa edilən binada mənzili qəbul etməkdən imtinası həmin zaman qüvvədə olan qiyabi qətnamənin mövcudluğundan irəli gəlmişdir.
36. Bundan başqa məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hər iki iş üzrə qətnamə qəbul edərkən cinayət mühakimə icraatı qaydasında qəbul edilən hökmlə müəyyən olunan halları nəzərə almamış və həmin halların MPM-in 82.4-cü maddəsinə əsasən preyudisial əhəmiyyətə malik olub-olmamasına hüquqi qiymət verməmişdir. f) Birləşdirilmiş iş üzrə apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Apellyasiya instansiyası məhkəməsinin 2(103 )-1409/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qərardadı ilə ikinci cavabdehin birinci cavabdehdən 13000 manat (ümumilikdə 52000+13000=65000 manat), iddiaçıdan 98609 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, qətnamənin icrası zamanı bütün tələblərin eyni zamanda icra edilməsi barədə qarşılıqlı tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilərək geri qaytarılması qərara alınmışdır.
38. İkinci cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, iddiaçı əsaslandırdığı və 2018-ci ildə mübahisələndirdiyi və bu barədə icraya yönəldilmiş hökm olduğu halda eyni tələbi təkrar olaraq əqdin etibarsızlığı formasında qaldırdığı üçün birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini qismən, ikinci cavabdehlə birinci cavabdeh arasında bağlanmış ikinci müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv etməyi və həmin hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. İkinci cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun tərəfindən verilən xx.xx.2022-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətindən imtinasını qəbul edərək apellyasiya şikayətini baxışdan çıxararaq geri qaytarılmasını və xx.xx.2021-ci il tarixli qətnaməni ləğv edərək iş üzrə icraata xitam verməyi xahiş etmişdir.
40. Üçüncü cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi izahatında iddia tələblərini qəbul etmədiyini, ikinci cavabdeh tərəfindən verilmiş etirazın əsaslarını qismən qəbul etdiyini və iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməli olmasını qeyd etmişdir.
41. Məhkəmə iclasında ikin ci və üçüncü cavabdehin nümayəndəsi hər iki iş üzrə öhdəliyin birinci cavabdehə aid olduğunu, ikinci cavabdehin ümumilikdə qət edilmiş pulu alaraq mənzildən çıxmasına razı olduğunu, lakin üçüncü cavabdehin evin təmiri və sair xərclərlə bağlı evdən çıxmasına yalnız müvafiq kompensasiyaların verildiyi halda razı olduğunu, cavabdehlərin ailə münasibətlərində olmasına baxmayaraq iş üzrə mövqelərində fərqli yanaşma olduğunu bildirmişdir.
42. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ikinci cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya hər hansı etirazlarının olmadığını, lakin digər iş üzrə icraata xitam verilməsi barədə qarşı tərəfin əsaslandırmasını qəbul etmədiklərini, bundan əlavə qarşı tərəf şikayətindən imtina edib mənzili boşaltdığı halda digər iş üzrə icraata xitam verilm əsinin həmin tərəf üçün hər hansı əhəmiyyətinin olmadığını bildirmişdir.
43. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Talışinski – sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) 2(103)-1409/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə birləşdirilmiş icraat üzrə (birinci instansiya məhkəməsinin 2(004)-5642/2022 saylı mülki işi üzrə apellyasiya icraatına xitam verilməsi nəzərə alınaraq) baxış predmeti qalmış birinci instansiya məhkəməsinin 2(004)-6844/2021 saylı mülki iş üzrə 23 dekabr 2021-ci il tarixli qətnaməsindən ikinci cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
44. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ikinci və üçüncü cavabdehin iddiaçı ilə birinci cavabde h arasında bağlanmış müqavilənin mübahisələndirməməsi, habelə bu müqavilənin saxtalaşdırılmasına dair halların cinayət işi üzrə təsbit edilməməsi, bunun əksi olaraq isə birinci və ikinci cavabdeh arasında bağlanmış müqavilənin saxtalaşdırma yolu ilə tərtib edildiyinin cinayət işi üzrə təsbit edildiyi və sonda apellyasiya məhkəməsi tərəfindən ikinci cavabdehin 08 dekabr 2022-ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayətindən imtinanı qəbul edib, ona münasibətdə birinci instansiya məhkəməsinin 2(004)-5642/2022 saylı iş üzrə apellyasiya icraatına xitam verilməsi, 23 dekabr 2021-ci il tarixli qətnamənin qanunililiyini şərtləndirir və fərqli cavabdehlərə qarşı fərqli tələbələrin verilməsi sonucu iş üzrə icraatın xitamına əsas vermir. Həmçinin ikinci cavabdeh 08 dekabr 2022-ci il tarixli qətnamə üzrə tərəf olduğundan eyni halların onun tərəfindən mübahisələndirməsi prosessual qanunvericiliklə istisna olunur, üçüncü cavabdeh isə apellyasiya şikayəti vermədiyindən müzakirə 23 dekabr 2021-ci il tarixli qətnamədən verilən şikayətə münasibətdə bitmiş olaraq onun əsassızlığını müəyyən edir.
45. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin baxış həddi üzrə araşdırılan hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edilən və əlavə olaraq bildirilən dəlillərin müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
46. İkinci cavabdeh (vəkili Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
47. Şikayət apellyasiya şikayətlərinin, apellyasiya instansiyasına təqdim edilən ərizələrin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021 tarixli hökmünə istinad edərək həmin hökmlə birinci və ikinci cavabdeh arasında bağlanılmış müqavilənin saxtalaşdırma yolu ilə tərtib edildiyinə yanlış olaraq istinad etməklə MPM-in 82.4-cü maddəsinin tələblərini pozmuş, iddiaçı və ikinci cavabdehin statuslarının hökmdə göstərilənlərdən fərqli olaraq birindən digərinə münasibətdə üstün qiymətləndirmi ş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir, lakin apellyasiya məhkəməsinin həmin hökmə istinadı hökmün təsviri hissəsinə istinadları ilə əsaslandırmamalı və yalnız iddiaçı və cavabdehin dələduzluq cinayətinin zərərçəkmiş şəxsləri olması kimi qiymətləndirməli idi.
48. Həmçinin məhkəmə kollegiyası MPM-in 233.3-cü maddəsini pozmuşdur, belə ki, məhkəmə kollegiyası baxdığı 2(004)-5642/2022 saylı mülki işdə mənzilin verilməsi vəzifəsini birinci cavabdehin üzərinə qoyduğu halda, 2(004)-6844/2021 saylı mülki işdə eyni tələbi təkrar olaraq araşdırmaqla eyni predmetin ikinci cavabdeh tərəfindən də verilməli olması barədə yeni nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Mülki Məcəlləsi:
50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
52. Maddə 178.8. (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci ma ddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququ qazanmışdır. Belə olan halda iddiaçı, mülkiyyətin müda fiəsi çərçivəsində əşyaya qanunsuz sahiblik edən cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmalarını və mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır.
62. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassa siya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1409/2024 nömrəli iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.