Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2647/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Abbasov Murad Cavad oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-854/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ev 2008-ci tarixdən İddiaçı faktiki sahibliyində olmuşdur.
3. İddiaçı 2017-ci ildə həmin yaşayış evinin nisyə alqı-satqı müqaviləsi ilə cavabdeh Abbasov Murad Cavad oğluna satılmasına dair şifahi razılığa gələrək, həmin evini faktiki olaraq sonuncunun sahibliyinə və idarəçiliyinə vermişdir. Razılaşmalarına əsasən, cavabdeh həmin evin razılaşdırılmış qiymətini 3 il müddətində hissə-hissə ödəməli olduğundan, cavabdeh üç il müddətinə 80.400 manat pul ödəmişdir.
4. Həmin evdə 2017-ci ildə başlayaraq, cavabdeh və onun ailə üzvləri yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərə k, cavabdehlərin Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evdən çıxarılması və onların əşyalarının həmin evdən boşaldılaraq evin onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ev 2008-ci tarixdən ona məxsusdur. 17 noyabr 2017-ci il tarixdə hazırki Cavabdeh ilə aralarında razılığa gələrək, cavabdehə 3 il müddətinə hər ay 250 manat aylıq kirayə ödəməklə kirayəyə vermişdir. Həmin vaxt bitəndən sonra cavabdeh evdən çıxmamaqla ona məxsus evdən qanunsuz olaraq istifadə edir, həmin evə əsassız sahiblik həyata keçirir. O, cavabdehə evdən çıxmağı barədə dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə ona məxsus evdən çıxmamış, hələ də qanunsuz olaraq sahibliyini davam etdirməkdədir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək və yazılı ərizə təqdim edərək həmçinin bildirmişdir ki, o, 2008-ci ildən ona məxsus olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evi Abbasov Murad Cavad oğluna 85000 manata satmağa razılaşmışdır. Murad həmin ev üçün ona 80400 manat ödəniş edib. Axırıncı ödəniş bir il əvvəl 400 manat olub. Kirayə müqaviləsi bağlanan gündən alqı-satqı bağlanan günədək kirayə haqqı mənzilin ümumi dəyərinə əlavə ediləcəkdi. X5 13600 manat borcu var. O, mülki iş üzrə 65.400 manat pulun ödənilməsi ilə eyni vaxtda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ona məxsus evdən cavabdehin çıxarılması və evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz və məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh məxsus ümumilikdə 8 sot sahədən ibarət olan ev və həyətyanı sahəni 2017-ci ilin dekabr ayında 3 il müddətinə tam ödəmək şərti ilə 80000 manat məbləğində razılaşdıqları evə 80400 manat pul vermişdir. İddiaçı 12 sot söz verdiyi halda 8 sot torpaq sahəsi satdığını bildirərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh Abbasov Murad Cavad oğlu iddiaya etiraz edərək bildirmişdir ki, 2017-ci ildə İddiaçı ilə şifahi sövdələşərək ona məxsus evi 80.000 manata hissə-hissə, 3 il müddətinə ödəmək şərti ilə almışdır. Bundan sonra ona verdiyi aralarında olan müqavi lə əsasında vəd etdiyi 12 sot torpaq və çardağın təmir olunması, sanitar qovşağın təmir olunmasını öz üzərinə götürmüşdür. Sonradan mütəxəssis dəvət edərək ərazini ölçdürərkən məlum olmuşdur ki, ərazi cəmi 8 sotdur. Bundan başqa Fazil ona şərt qoyaraq 80.000 manatı gec ödədikdə üzərinə müəyyən faiz qoyayacağını və alacağını bildirdi. O, vaxtında söz verdiyi məbləği ödəmişdir. Fazil isə ona verdiyi vədi yerinə yetirməmişdir. Belə ki, çardağı və sanitar qovşağı etməmişdir. Aralarında olan mübahisədən sonra çardağı təmir etdirmiş, sonra ondan əlavə faiz tələb edərək ona böhtan atmışdır. O, Fazilə telefon vasitəsi ilə 4 sot torpağı və sanitar qovşağın təmirini tələb etdikdə onu və övladlarını şantaj edərək DİN-in 102 xidmətinə şikayət edərək vaxtını alır. O və oğlanları heçvaxt Fazili ölümlə hədələməmişlər, sadəcə olaraq öz tələblərini irəli sürmüşlər. Bundan qabaq görüləsi işləri tələb etdikdə oğlanlarından şikayət etmişdir, lakin şikayət öz əksini tapmamışdır. Bundan Fazilə 2000 manat faiz ödəmişdir. Cəmi faizdən əlavə ona 80.400 manat ödədiyini bildirərək cavabdeh Abbasov Murad Cavad oğlu iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 2(125)-1687/2022 nömrəli məktuba Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı 2015-ci ildən halhazıradək bu barədə heç bir sənəd verilməmişdir. Göstərilənləri və Rayon İcra Hakimiy yətində kardınatı dəqiqləşdirmək imkan xaricində olduğu üçün bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur.
11. İş materiallarında olan Abbasov Murad Cavad oğlunun Gəncə şəhəri 1-ci Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, o, 2017-ci ildə İddiaçı ilə şifahi sövdələşərək ona məxsus evi 80.000 manata hissə-hissə, 3 il müddətinə ödəmək şərti ilə almışdır. Bundan sonra ona verdiyi aralarında olan müqavilə əsasında vəd etdiyi 12 sot torpaq və çardağın təmir olunması, sanitar qovşağın təmir olunmasını öz üzərinə götürmüşdür. Sonradan mütəxəssis dəvət edərək ərazini ölçdürərkən məlum olmuşdur ki, ərazi cəmi 8 sotdur. Bundan başqa Fazil ona şərt qoyaraq 80.000 manatı gec ödədikdə üzərinə müəyyən faiz qoyay acağını və alacağını bildirdi. O, vaxtında söz verdiyi məbləği ödəmişdir. Fazil isə ona verdiyi vədi yerinə yetirməmişdir. Belə ki, çardağı və sanitar qovşağı etməmişdir. Aralarında olan mübahisədən sonra çardağı təmir etdirmiş, sonra ondan əlavə faiz tələb edərək ona böhtan atmışdır. O, Fazilə telefon vasitəsi ilə 4 sot torpağı və sanitar qovşağın təmirini tələb etdikdə onu və övladlarını şantaj edərək DİN-in 102 xidmətinə şikayət edərək vaxtını alır. O və oğlanları heçvaxt Fazili ölümlə hədələməmişlər, sadəcə olaraq öz tələblərini irəli sürmüşlər. Bundan qabaq görüləsi işləri tələb etdikdə oğlanlarından şikayət etmişdir, lakin şikayət öz əksini tapmamışdır. Bundan Fazilə 2000 manat faiz ödəmişdir.Cəmi faizdən əlavə ona 80.400 manat ödədiyini bildirmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin (bu ndan sonra – birinci instansiya məhkəməsi) 2(125)1687/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddaçı tələbini tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsi üzrə cavabdehlərin öhdəliklərini lazımınca yerinə yetirməməsi, qarşılıqlı razılaşdıqları dəyəri tam ödəməməsi ilə əsaslandırmışdır. Halbuki, mübahisəli evin və ya iddiaçının ona mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçının sərəncam hüququna malik olması və ya daşınmaz əmlakın qeydiyyata alınması dövlət reyestrinə əsasən təsdiqlənməmişdir. Halbuki, mülkiyyət hüququnun elementi olan sərəncam vermək hüququ h əmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Belə olan halda, iddiaçı ona məxsus olmayan daşınmaz əşyaya mülkiyyət hüququnu başqa şəxsə keçirə bilməz, əmlakın hüquqi müqəddəratını həll edən sərəncam verə bilməzdi. Bundan başqa, tərəflər şifahi razılığa əsasən, mübahisəli evin alğı-satqısına dair öz aralarında razılığa gəldiklərini bildirsələr də, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin obyekti olduğu üçün fərdi yaşayış evinə dair sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiqlənməli idi, həmin müqavilədən mülkiyyət və digər əşya hüquqları irəli gələcəyi halda dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında daşınmaz əmlaka dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağ landığınıdan etibarsızdır. Belə ki, iddiaçının dövlət qeydiyyatına alınmamış və mülkiyyətində olmayan evə sərəncam verməsi barədə şifahi alğı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə əhəmiyyətsiz olan etibarsız əqddir. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, yəni mübahisəli evin dəyəri qismində iddiaçının alması tərəflərin izahatıyla təsdiqlənmiş 80400 manat pulu iddiaçının qaytarılmasıyla eyni anda mübahisəli ev cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməli, əqdin etibarsızlığının nəticələri tətbiq edilərək daşınmaz əmlakın təhvil verilməsi barədə iddia təmin edilməlidir. Bu nunla yanaşı, məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı tətbiq edilərək tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan, 65000 manatın qaytarılması şərtiylə evin təhvil verilməsi əsassız varlanmaya səbəb olur, həmin tələb əsaslı hesab edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 144, 146, 152, 157, 337, 567, 570, 596, 646 və 648.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
16. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən, onlar arasında evlə bağlı alğı-satqıya dair razılaşmanın daşınmaz əşyanın alğısatqısına uyğun olmadığını və aralarında olan razılaşmanın əhəmiyyətsiz əqd olduğunu hesab etmişdir. Halbuki qeyd edilən mənzil dövlət qeydiyyatına alınmasa da, həmin mənzilin materialları üzərində iddiaçının mülkiyyət hüququ olmuşdur ki, belə olan halda, iddaçı həmin materiallara dair sahiblik istifadə və sərəncam vermə hüququna malik olmuşdur.
17. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, məhkəmənin qətnaməsini qanuni hesab edir və cavabdehin evə görə ödədiyi 80.400 manat pulu qaytarmağa hazırdır.
18. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı ərizəsindən görünür ki, o, abonent kodunun X3 adına keçirilməsini, onunla təbii qazın alqı-satqı müq aviləsinin bağlanılmasına etiraz etmədiyini bildirmişdir.
19. Məhkəmə kollegiyasına təqdim edilmiş X10 təchizatı və satışı idarəsinin xx.xx.2023-cü iltarixli arayışından görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAUnun 6 saylı yataqxanasının ətrafinda yerləşən fərdi yaşayış evinin elektrik enerji ilə təchizatı Texniki şərt və xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həyata keçirilir. X1 verilmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-854/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında evin şifahi razılaşdırılmış alqı-satqı qiyməti ilə bağlı mübahisə yaranmışdır. Belə ki, evin nisyə alqısatqı qiymətinin 85.000 manat olmaqla, 80.400 manat ödənildiyini, cavabdeh tərəf isə 80.000 manata razılaşdıqlarını və 80.400 manat ödəməsini bildirir. Göründüyü kimi, mübahisə edilən evin şifahi alqı-satqı razılaşmasına əsasən, cavabdeh tərəfindən üç il müddətində 80.400 manat ödəniş edilməsi də, mübahisə edilməyən haldır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət kimi qeydə alınmasa da, həmin evin tikilməsi, mövcudluğu, iddiaçının faktiki idarəçilində olması, orada işıq xəttinin olması mübahisə doğurmur və həmin ev 2017-ci ildə tərəflərin şifahi ra zılaşmalarına uyğun olaraq, niysə qaydada cavabdehə satılmış və cavabdeh tərəfindən 3 il müddətində hissə-hissə 80.400 manat ödənilmişdir.
22. Göründüyü kimi tərəflər arasında fərdi yaşayış evinin nisyə satılması ilə bağlı şifahi razılaşma olmuşdur. Məhkəmə kollegiyasında müəyyən edildi ki, cavabdeh Abbasov Murad Cavad oğlu mübahisə edilən fərdi yaşayış evini 2017-ci ildə şifahi olaraq niysə alqısatqını razılaşaraq, razılaşmaya uyğun olaraq 80.400 manat məbləğində pulu İddiaçı ödəmiş və həmin vaxtdan ailə üzvləri ilə həmin evdə yaşamaqla, faktiki sahibliyi və idarəçiliyi həyata keçirir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə edilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət kimi qeydə alınmasa belə, bu halda belə mülki dövriyyə subyektləri vicdanla hərəkət etm əli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
24. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı 2017-ci il tarixində şifahi olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin vaxtdan etibarən həmin ev cavabdehlərin aşkar sahibliyində və istifadəsində olmuş və cavabdeh tərəfindən 80.400 manat pul ödənilmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. İddiaçı məhkəmə kollegiyasının iclasında mübahisə edilən evi Abbasov Murad Cavad oğluna 85000 manata niysə satmağa razılaşmasını, cavabdehin həmin evin razılaşdırılmış qiyməti olan 85.000 manat pulu 3 il müddətinə ödəmədiyi halda isə, hər ay əlavə olaraq 250 manat kirayə pul u verməli olmasını göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir.
25. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta belə razılaşma olduğu halda da, bu hal hazırkı iddianın təmin edilməsinə hüquqi əsas vermir və belə halda, iddiaçı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq, əşyanın ödənilməmiş hissəsini tələb edə bilər.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 560.1, 560.2, 560.3.4, 600.1 və 600.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsinə münasibətdə dəyişdirilərək, iddianın tam təmin edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, daşınmaz əmlakla bağlı müqavilələr notarial qaydada bağlanmalıdır. Tərəflər arasında isə şifahi razıalşma olmuşdur. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Bundan əlavə, iddiaçının öz mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadə kimi qəbul edilə bilməz. Belə ki, tərəflərin arasında razılaşmanın olması işin mübahisəsiz halıdır və iddiaçının həmin razılaşmadan narazı qalması əvvəlki ifadələrdə də öz əksini tapmış, sonda da hazırki iddianın verilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdehlər Cavabdeh və Abbasov Murad Cavad oğlu kassasiya şikayətinə etiraz edərə k, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
35. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
36. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetməd ən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
39. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
48. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Kassasiya kollegiyası mübahisəli əmlaka dair tərəflər arasında nisyə alqı-satqı müqaviləsinin bağlanması barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmasa da, qeyd edir ki, iddianın mümkün qanuni əsasları kimi Mülki Məcəllənin 157.2, 157.8 və 164 və 165-ci maddələri nəzərdən keçirilə bilər (§ 32-36).
50. Bununla belə, işə mahiyyəti üzrə baxmış məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan torpaq sahəsi və ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla həmin əşya üzərində İddiaçı mülkiyyət və ya məhdud əşya hüququ mövcud deyil. Eyni zamanda sözügedən əmlak cavabdehin sahibliyinə özbaşına şəkildə yox, iddiaçının iradəsi əsasında verilmişdir. Belə olan halda, iddianın qeyd edilən normalarla təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
51. Apellyasiya məhkəm əsi mövcud vəziyyətdə iddiaçının tələbini hüquqdan suiistifadə kimi qiymətləndirmişdir.
52. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
53. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (§ 30-31, 37-39).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rə ftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar).
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə gəlinən nəticə əsaslıdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-854/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.