Məhkəmə qərarları › İş №2(102)-2648/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2648/2019

17.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2648/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-479/2018 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 ilə Ca vabdeh1 arasında DXİA Tbilisi Vətəndaşlıq Reyestr Xidmətində 06 sentyabr 2013-cü il tarixdə qeydə alınmış **********9 nömrəli nikah akt qeydinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli 2 (103)-3975/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-479/2018 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)5852/2018 saylı 20.09.2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev, T.Qoldman və G.Quliyev) şikayət qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli 2 (103)-3975/2018 saylı qətnaməsi ləğv edilmiş, iş ba xılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov, iş № 2(103)-12723/2018) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-479/2018 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası təmin edilərək cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında DXİA Tbilisi Vətəndaşlıq Reyestr Xidmətində 06 sentyabr 2013-cü il tarixdə qeydə alınmış **********9 nömrəli nikah akt qeydi etibarsız hesab edilmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası vətəndaşı olan İddiaçı cavabdehlər Gürcüstan Resp ublikasının vətəndaşları Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DXİA Tbilisi Vətəndaşlıq Reyestr Xidmətində 06 sentyabr 2013-cü il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya Məhkəməsi işə baxarkən maddi və prosessual normalarının tələblərini pozmuşdur. Apellyasiya İnsan Hüquqları Məhkəməsinin 8-ci maddəsinin pozulmasının zərurətini əsaslandırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəf üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən, kollegiya işə gəlməyən di gər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiyainstansiyasıməhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında 20 oktyabr 2006-cı ilidə nikah bağlanmış, bu nikahdan tərəflərin 17.03.2007-ci il təvəllüdlü X5, 10.09.2009-cu il təvəllüdlü X2 və 10.03.2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşlar. Cavabdeh2 ilə İddiaçı arasında olan nikah ləğv edilmədən, 06.09.2013-cü il tarixində Cavabdeh2 Tbilisi şəhərində DXİA Tbilisi Vətəndaşlıq Reyestr Xidmətində Cavabdeh1 ilə nikaha daxil olmuş, bu barədə n ikahın bağlanması haqqında akt qeydləri kitabında **********9 nömrəli akt qeydi tərtib edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah ləğv edilmədən Cavabdeh2 ilə Cavabdeh1 arasında 06.09.2013-cü il tarixdə nikah bağlanması və Tbilisi şəhərində Dövlət Xidmətləri İnkişaf Agentliyinin Tbilisi Vətəndaşlıq Reyestr Xidməti tərəfindən nikahın qeydə alınması həm Gürcüstan Respublikasında, həm də Azərbaycan Respublikasında nikah münasibətlərini tənzimləyən normaların tələblərinə zidd olduğundan nikahın etibarsız hesab edilməsi barədə iddia təmin edilməlidir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-479/2018 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidi r. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan və Gürcüstan Respublikasının 11.07.1996-cı ildə qoşulduğu “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya”nın (22.01.1993-cü il tarixli Minsk Konvensiyası) 30-cu maddəsinə əsasən, nikahın etibarsız hesab edilməsinə dair işlər üzrə 26-cı maddəyə uyğun olaraq nikahın bağlanması zamanı qanunvericiliyi tətbiq edilmiş Razılaşmış tərəfin normaları tətbiq olunur. İddiaçı tərəfindən mübahisələndirilən nikah Gürcüstan Respublikasının qanunları tətbiq edilməklə bağlandığından, həmin nikahın etibarsızlığı ilə bağlı mübahisəyə həmin ölkənin qanunvericiliyi tətbiq olunmalıdır. Gürcüstan Respublika sı Mülki Məcəlləsinin 1140-cı maddəsinə əsasən, bu məcəllənin 1107, 1108 və 1120-ci maddələrində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayıla bilər. Nikah yalnız məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1143-cü maddəsinə əsasən, bu məcəllənin 1120-ci maddəsinin tələbləri pozulmaqla qeydə alınmış nikah məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 1120-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən biri digər şəxslə nikahda olarsa nikahın bağlanmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm təqdim edilmiş sübutlara, həm də apellyasiya şikayətinin dəlillərinə lazımi qaydada müfəssəl hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tələblərinə uyğun və düzgün olan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntularına yol verilməm iş, bununla da gəldiyi nəticələriişinfaktiki hallarınauyğun olmaqlaonun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7–ci maddələrinin tələblərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Y uxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar