Məhkəmə qərarları › İş №2(102)-2648/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2648/2020

17.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2648/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa olu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı X1, Cavabdeh 6 saylı Bakı Peşə Liseyinin nümayəndəsi və vəkili x oğlunun ştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh 6 saylı Bakı Peşə Liseyinə qarşı iddia qaldıraraq, 6 saylı Bakı Peşə Liseyinin direktoru xun xx.x x.2019-cu il tarixli 184 saylı əmrinin ləğv edilməsi, iş yerinə bərpa olunması və həmin vaxtdan əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 6 saylı Bakı Peşə Liseyinin xx xxxx 2019-cu il tarixli 184 nömrəli əmrinin ləğv edilməsi və X2 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının 6 saylı Bakı Peşə Liseyi tərəfindən ödənilməsi, iddianın digər hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sərlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov) xx.xx.2019-ci il t arixli, xnömrəli qətnaməsi ilə iddiaçı X1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin x saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilərək X1 6 saylı Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ona əmək müqaviləsinə uyğun əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin dəyişdirilməklə iddianın X1 6 saylı Bakı Peşə Liseyində istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi hissəsində təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə görə onlar iddiaçını faktiki olaraq müddəti bitmiş müqaviləyə əsasən yenidən işə götürməli və bu barədə keçmiş tarix üzrə əmr verməlidirlər. Bundan əlavə nəzərə alınmamışdır ki, məhkəmənin istinad etdiyi Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən əmr etibarsız hesab edilməli idi. Lakin hazırkı halda həmin tələb irəli sürülmədiyi üçün məhkəmə iddianı təmin etməməli idi. Bundan başqa, iddiaçıya cavabdeh tərəfindən işdənçıxarılma üçün kifayət qədər kompensasiya verilmişdir. Hazırda iddiaçıya yenidən kompensasiya verilməsi qanunsuz və əsassızdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəm ə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili x oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İddaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər uzun illər ərzində əmək münasibətində olmuşlar. Sonuncu dəfə xx.xx.2019-cu ildə işəgötürən 6 saylı Bakı Peşə Liseyi ilə işçi (istehsalat təlim ustası) X3 arasında bir aylıq (xx.xx.2019-cu il tarixədək) müddətl i əmək müqaviləsi bağlanmışdır. 6 saylı Bakı Peşə Liseyinin xx.xx.2019-cu il tarixli, 184 nömrəli əmri ilə Sədəf Sadıyevanın əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı (Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən) həmin tarixdən xitam verilmişdir. Sədəf Sadıyeva əmrdən narazı qalaraq hazırkı iddianı irəli sürmüş və tələblər üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Hazırda 6 saylı Bakı Peşə Liseyi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin iddiaçının Liseydə istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsinə dair hissəsini mübahisələndirir. Aapellyasiya instansiyası məhkəməsi bu məsələ ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xx xxxx 2019-cu il tarixli 184 saylı əmri ləğv etməkdə haqlı olsa da, iddia tələbini işə bərpa olunma hissəsində rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin əmr ləğv edilməklə iddiaçının işdən azad olunmasının əsasları aradan qalxmış olur, yəni əmək müqaviləsinin müddətinin bitib-bitməməsindən asılı olmayaraq, işçinin işdən azad olunması (əmək müqaviləsinə xitam verilməsi) barədə əmr olmalıdır və belə bir əmr yoxdursa, işçi ilə əmək münasibətlərinə xitam verilməsindən söhbət gedə bilməz. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da bildirir ki, cavabdeh əmək müqaviləsinin müddəti bitmədən iddiaçını işdən azad etməklə əmək qanunvericiliyinin pozulmasına özü səbəb olduğu üçün onun hüquqi nəticələrinə də qatlanmaq məcburiyyətindədir. Belə ki, birinci instansiya məhkəməsi bu pozuntunu təsbit edərək işdən çıxarma əmrini ləğv etməklə (cavabdeh də bu nəticə ilə razılaşmışdır) hüquqi baxımdan tərəflər arasındakı əmək münasibətini bərpa etmişdir. Bu münasibətlərin bərpası isə iddiaçının əvvəlki, yəni istehsalat təlim ustası vəzifəsini tutan işçi statusuna qayıtması anlamına gəlir. Ona görə də əmək qanunvericiliyi əmək müqaviləsinin ləğv edilməsi əsaslarının pozulması hallarında işçinin əvvəlki vəzifəsinə bərpa olunmasını məcburi qayda kimi müəyyən etmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Bu qaydada uyğun olaraq işdən çıxarma əmri ləğv edilmiş işçi vəzifəsinə bərpa edilməli, onunla işəgötürən arasındakı sonrakı münasibətlər (əmək münasibətlərinin davam etdirilməsi, əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi və s.) əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar