Məhkəmə qərarları › İş №2(102)-2649/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2649/2019

24.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2649/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və vəkili Məmmədov Ceyhun Hamlet oğlunun iştirakları ilə, İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (A.M.Süleymanova, iş 2(001)-980/18) İddiaçı Cavabdeh qarşı mə nzilin təmirinə xərclənən vəsaitin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 49392 (qırx doqquz min üç yüz doxsan iki) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hisssədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 02 manatının iddiaçıya aid edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, ekspertiza tətqiqatının dəyərinin əvəzi olaraq 08 manatın İddiaçı, 92 manatın isə Cavabdeh Alxas oğlundan alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018 -ci il tarixli qətnaməsi ilə (E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn, iş 2(103)-12608/2018) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdehə qarşı «mənzilin təmirinə xərclənən vəsaitin ödənilməsi» barədə iddiasının rədd edilməsi, ekspertiza tətqiqatının dəyərinin əvəzi olaraq 100 manat məbləğində pulun İddiaçı alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Alxas oğlu və vəkili Məmmədov Ceyhun Hamlet oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı mənzilə xərclədiyi 53.800 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLL ƏRİ: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, Cavabdeh və vəkili Məmmədov Ceyhun Hamlet oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-13161/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsi, ev 15 ünvanda yerləşən 31 saylı mənzil xüsusi mülkiyyət hü ququ ilə Cavabdeh Alxas oğluna məxsusdur. İşin faktiki hallarından görünür ki, X2 ilə İddiaçı 29 noyabr 2008-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2307/2018 saylı, 28 mart 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı və Cavabdeh barışıq sazişi bağlayaraq, İddiaçı 1 ay müddətində ünvan 1 ünvanından öz uşaqları ilə birlikdə çıxarılaraq Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı binanın 62ci blok, 6/9 saylı, 2 otaqlı mənzilinə köçürülərək həmin mənzildən istifadə hüququ əldə etməklə yaşamaları, Cavabdeh Alxas oğlunun ona məxsus ünvan 1 ünvanında 1 ay müddətində İddiaçı çıxaraq ona məxsus Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci kmdə inşa edilmiş 1 saylı binanın 62-ci blok, 6/9 saylı, 2 otaqlı mənzilinə köçüb yaşaması müqabilində razılaşmışlar. Əlavə olaraq Qurbanov X3 rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı binanın 62-ci blok, 6/9 saylı, 2 otaqlı mənzilindən İddiaçı ancaq yaşayış sahəsindən istifadə hüququ verir və həmin mənzili kirayə verə bilməz və digər şəxslər orada yaşaya bilməz. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Cümşüdov küçəsi, ev 15, mənzil 31 ünvanı xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı 29.11.2008-ci ildə cavabdehin oğlu X2 ilə nikaha daxil olaraq həmin ünvana gəlin köçmüş və orada yaşayır. 2013-cü ildə cavabdeh həmin mənzildən başqa yaşayış yerinə köçmüş, həmin mənzili oğlu və keçmiş gəlini ola n İddiaçı birgə istifadə etmişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2307/2018 saylı, 28 mart 2018ci il tarixli qərardadından görünür ki, İddiaçı və Cavabdeh Alxas oğlu barışıq sazişi bağlamış və İddiaçı 1 ay müddətində ünvan 1 ünvanından öz uşaqları ilə birlikdə çıxmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı binanın 62-ci blok, 6/9 saylı, 2 otaqlı mənzilinə köçürülməli və həmin mənzildən istifadə hüququ əldə etməklə yaşamadırlar, Cavabdeh Alxas oğlu isə ona məxsus olan ünvan 1 ünvanında 1 ay müddətində İddiaçı çıxaraq ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı binanın 62-ci blok, 6/9 saylı, 2 otaqlı mənzilinə köçüb yaşaması müqabilində razılaşmışlar. Apellyasiya insta nsiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən səhv nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələbində qeyd etmişdir ki, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, ev 215, 31 saylı mənzilin əsaslı təmirinə 53800 manat maliyyə vəsaiti sərf etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçının Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, ev 215, 31 saylı mənzilin əsaslı təmirinə 53800 manat maliyyə vəsaiti xərcləməsi sübut edilməmişdir. İş materiallarında olan sənədlərdə müxtəlif vaxtlarda müxtəlif adda işlərin görülməsi eləcə də materialların alınması göstərilmiş, lakin həmin xərclərin məhz iddiaçı tərəfindən çəkilməsi ö z təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənzilin təmirinə qeyd etdiyi vəsaiti xərcləməsi barədə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi təmir işləri onun nikahda olduğu vaxta təsadüf edir ki, bununla da, mənzildə təmir işlərinin aparılması ailənin ehtiyacları üçün olması qənaətinə gəlməyə əsas verir və Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, ev 15, 31 saylı mənzildə İddiaçı öz ailəsi ilə yaşamış və mənzildən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmaları özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sah ib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. -158.1., 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. -158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, iddiaçı tərəf qeyd olunan normaların tələbləri baxımından mənzilin təmirinə xərclənən vəsaitin ona məxsus olmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 28.03.2018-ci il tarixli qərardadından göründüyü kimi, Cavabdeh əvəzsiz olaraq özünə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də inşa edilmiş 1 saylı binanın 62-ci blok, 6/9 saylı, 2 otaqlı mənzilini istifadə hüququ əsasında İddiaçı vermişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi isə işin faktiki hallarını araşdırmadan, cavabdehə məxsus mənzildə görülmüş təmir işlərinin məhz İddiaçı vəsaiti hesabına icra edilməsi sübuta yetirilməməsinə baxmayaraq, mənzilin təmirinə xərclənən vəsaitin iddiaçıya məxsus olması barədə səhv nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdı r. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 10 dekabr 2018-ci il tarixli, 2(103)-12608/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar