Məhkəmə qərarları › İş №2(102)-2649/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2649/2020

13.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2649/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Təhsil Nazirliyinin XXXnin X6 (XXX) İddia tələbi: işə bərpa Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12592/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi, sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin XXXnin X3 (hazıra XXX, bundan sonra – cavabdeh) direktoru tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 10/050 saylı əmrin ləğv olunması və onun əvvəlki işinə bərpa olunması, yaxud əvvəlki işinə uyğun başqa alternativ işlə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3387/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(103)-12592/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı zamanı məhkəməyə t ərəflər arasınabağlanmış barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən: “1. İşçi İddiaçı XXXnda aparıcı mütəxəssis vəzifəsinə təyin edilir;

2. İddiaçı işləmədiyi müddət dövrünə aid olan əmək haqqını almaqdan (təqribən 5172,60 manat) tam imtina edir

3. Tərəflər barışıq sazişini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək iclasda Kollegiya üzvlərinə təqdim edirlər;

4. Həm iddiaçı, həm də cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişində göstərilən öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar;

5. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir;

6. İddiaçı əmək mübahisəsi üzrə işə bərpa tələbinə d air iddiadan imtina edir və tərəflər barışığı elan edir”. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, eləcə də cavabdehin nümayəndəsi və vəkili məhkəməyə barışıq sazişi ilə yanaşı birgə yazılı ərizə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını bildirdilər və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM ) əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İ ddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi Vəkil1 ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin XXXnin X3 qoşulduğu XXXnun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, direktor müavini X7 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. İşçi İddiaçı XXXnda aparıcı mütəxəssis vəzifəsinə təyin edilir;

2. İddiaçı işləmədiyi müddət dövrünə aid olan əmək haqqını almaqdan (təqribən 5172,60 manat) tam imtina edir

3. Tərəflər barışıq sazişini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində keçiriləcək iclasda Kollegiya üzvlərinə təqdim edirlər;

4. Həm iddiaçı, həm də cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişində göstərilən öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar;

5. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir;

6. İddiaçı əmək mübahisəsi üzrə işə bərpa tələbinə dair iddiadan imtina edir və tərəflər barışığı elan edir”. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12592/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin XXXnin X2rşı işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar