Məhkəmə qərarları › İş №2(102)-2649/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2649/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2649/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Birliyinin Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, qeydiyyatdan çıxarılma və xidməti mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2517/2020 nömrəli iş üzrə 14 deka br 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Birliyi Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, qeydiyyatdan çıxarılma və xidməti mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddianın təmin olunması, Cavabdeh X. ünvanında yerləşən 20 saylı xidməti mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması, həmin mənzilin boşaldılaraq aidiyyəti üzrə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2517/20 saylı iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov– sədrlik edən və məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3489/2019 saylı 18 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2517/20 saylı iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2517/2020 nömrəli iş üzrə 14 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov– sədrlik edən və məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2517/20 sa ylı iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının, həmçinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, qətnamənin rəsmi qaydada cavabdehə təqdim olunmamasına hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şi kayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edi lir. -407.3-cü maddəsinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. -407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. -408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. -108.1.4-cü maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. -405.0.1-ci maddəsinə əsasən apellyasiya instansi yası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. -130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. -408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılmalıdır. -408-ci maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə və bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hal larda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan (69-cu vərəqəsi) poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2517/20 saylı iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən 31 mart 2020-ci il tarixdə imzalanmaqla alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamədən şikayət verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu halda Cavabdeh həmin qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 31 may 2020-ci il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Kassasiya şikayətinə əlavə edilmiş zərfin üzərind əki daxilolma möhüründən göründüyü kimi kassasiya şikayəti Cavabdeh tərəfindən poçta 20 noyabr 2020-ci il tarixdə təqdim edilmişdir və bununla da Cavabdeh qanunla müəyyən edilən 2 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad edərək prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2517/2020 nömrəli iş üzrə 14 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar