Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2649/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “X-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2649/22 Açar sözlər: işə bərpa barədə AAAAZ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3203/2021 saylı qətnaməsindən cavabdeh “Azərbaycan X1 Agentliyi” publik hüquqi şəxsin 19 saylı Xüsusi təyinatlı yol istismarı” MMC kassasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdeh “Azərbaycan X1 Agentliyi” publik hüquqi şəxsin 19 saylı Xüsusi təyinatlı yol istismarı” MMC (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, işəgötürənin 28 avqust 2020-ci il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, onun cavabdehdə əvvəlki işinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda cavabdeh məhkədə iddiaçıya qarşı qarşılıqlı iddia verərək, sonuncunun adına verilmiş 02 mart 2020-ci il tarixli, 008 saylı Xidməti vəsiqənin məcburi qaydada geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci inst ansiya məhkəməsində icraat Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.Z.Hümbətov) ilk iddianın qismən, qarşılıqlı iddianın tam təmin edilərək, 28 avqust 2020-ci il tarixdən iddiaçının sahə rəisi vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 28 avqust 2020-ci il tarixli, 68 saylı əmrinin ləğv edilməsi, iddiaçıya məcburi iş buraxma günləri üçün 28 avqust 2020-ci ildən 02 mart 2021-ci il tarixədək əmək haqqının hesablanaraq ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, habelə iddiaçının adına verilmiş 02 mart 2020-ci il tarixli, 008 saylı xidməti vəsiqənin alınıb cavabdehə geri qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslanırıb ki, tərəflər əmək mü qaviləsinin müddətini 02 mart 2021-ci il tarixədək razılaşdırıblar. Hazırda həmin müddət bitib. Belə olan halda iddianın işə bərpa tələbinə aid hissədə təmin edilməsi iddiaçının cavabdehdə əvvəlki işinə bərpa olunması cavabdehi arzulamadığı müqaviləni bağlamağa məcbur etmə xarakteri daşıya bilər. Həmçinin iddiaçının Sabirabad rayonu, Nizami kənd orta məktəbində əsas iş yeri vardır. İddiaçı oradakı işəgötürənin onun bərpa olunacağı vəzifəsini icra edə bilməsi üçün əmək müqaviləsinə xitam verməsi və ya zəruri şərait yaratması barədə sübutu məhkəməyə təqdim etməyib. Eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi üçün iddiaçı xidməti vəsiqəni də cavabdehə qaytarmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəllənin 68, 73-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissələrində ləğv edilib, ilk iddianın tam, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və qarşılıqlı iddianın təmi n edilmiş hissələrində ləğv edilib, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdehə emal sənayesi üzrə sahə rəisi vəzifəsinə bərpa edilməsi və qarşılıqlı iddianın rədd olunması qət edilib. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli xüsusi qərardadı ilə hazırki mülki iş üzrə cavabdehin vəzifəli şəxslərinin əməlində rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayətlərin tərkibinin olub- olmamasının araşdırılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlamat verilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 586 manat olmaqla cavabdehə sahə rəisi v əzifəsinə qəbul edilib və əmək müqaviləsinin müddəti 02 mart 2020-ci ildən 02 mart 2021-ci il tarixədək müəyyən edilib. Həmçinin, 02 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, 02 mart 2020-ci ildə cavabdehə sahə rəisi vəzifəsinə təyin edilib və əmək müqaviləsinin müddəti 28 avqust 2020-ci il tarixədək müəyyən edilib. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, cavabdehlə bağlanmış 02 mart 2020-ci il tarixl əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 293 manat olmaqla sahə rəisi vəzifəsinə qəbul edilib və əmək müqaviləsinin müddəti 02 mart 2020-ci ildən 28 avqust 2020-ci il tarixədək müəyyən edilib. Qeyd edilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 21 iyul 2020-ci ildə elektron sistemə daxil edilib. İşə götürənin 28 avqust 2020-ci il tarixli, 68 saylı əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 avqust 2020-ci ildən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilib. Ekspertin 11 dekabr 2020-ci il tarixli rəyinə görə tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli əmək müqaviləsinin sonuncu vərəqində aşağıdakı solda “imza” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilib. Göründüyü kimi, cavabdehin istinad etdiyi sözügedən əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmayıb. Ekspertin rəyinə istinad edən birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmaqla, iddiaçının cavabdehdə emal sənayesi üzrə sahə rəisi vəzifəsində işləməli olduğu dövrü 02 mart 2020-ci ildən 02 mart 2021-ci il t arixədək müəyyən etməklə düzgün nəticəyə gəlib. Lakin, ilk iddianı mübahisələndirilən hissədə, habelə qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyil. Belə ki, tərəflər arasındakı hazırki mübahisə əslində əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilməsi üçün əsasların olub-olmaması ilə bağlı yaranıb. Birinci instansiya məhkəməsi işəgötürənin əmrini ləğv etdiyi halda, iddiaçını əvvəlki işinə bərpa etməməklə əmək qanunvericilinin tələblərini pozub. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmayan, qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilməli, həmin hissədə ilk iddia təmin, qarşılıqlı id dia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 300cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə müddətinin qurtarması ilə xitam verilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 7 5-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə...çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın tam rədd, q arşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 586 manat olmaqla cavabdehə sahə rəisi vəzifəsinə qəbul edilib və əmək müqaviləsinin müddəti 02 mart 2020-ci ildən 02 mart 2021-ci il tarixədək müəyyən edilib. Həmçinin, 02 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı 02 mart 2020-ci ildə cavabdehə sahə rəisi vəzifəsinə təyin edilib və əmək müqaviləsinin müddəti 28 avqust 2020-ci il tarixədək müəyyən edilib. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, cavabdehlə bağlanmış 02 mart 2020- ci il tarixl əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 293 manat olmaqla sahə rəisi vəzifəsinə qəbul edilib və əmək müqaviləsinin müddəti 02 mart 2020-ci ildən 28 avqust 2020-ci il tarixədək müəyyən edilib. Qeyd edilən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 21 iyul 2020-ci ildə elektron sistemə daxil edilib. İşəgötürənin 28 avqust 2020-ci il tarixli, 68 saylı əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 avqust 2020-ci ildən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilib. Ekspertin 11 dekabr 2020-ci il tarixli rəyinə görə tərəflər arasında bağlanmış 02 mart 2020-ci il tarixli əmək müqaviləsinin sonuncu vərəqində aşağıdakı solda “imza” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilib. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, apellyasiya şikayətinin, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdehin istinad etdiyi sözügedən əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmayıb. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı aylıq əmək haqqı 586 manat olmaqla cavabdehə sahə rəisi vəzifəsinə qəbul edilib və əmək müqaviləsinin müddəti 02 mart 2020-ci ildən 02 mart 2021-ci il tarixədək müəyyən edilib. Lakin, 02 mart 2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı 02 mart 2020-ci ildə cavabdehə sahə rəisi vəzifəsinə təyin edilməsinə və əmək müq aviləsinin müddəti 28 avqust 2020-ci il tarixədək müəyyən edilməsinə baxmaraq, həmin əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmayıb. Bu hal iş üzrə verilmiş ekspertin 11 dekabr 2020-ci il tarixli rəyi ilə təsdiq olunur və həmin rəydən görünür ki, sözügedən əmək müqaviləsindəki imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilib. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 02 mart 2021-ci il tarixdə bitməsinə baxmayaraq, işəgötürənin 28 avqust 2020-ci il tarixli, 68 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 28 avqust 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilib. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 02 mart 2021-ci il tarixdən bitməli idi. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edib, işəgötürənin əmrini ləğv etdiyi halda, iddiaçını əvvəlki işinə bərpa etməməklə Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasib ətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və əmək müqaviləsinə müddətin qurtarması əsasına görə o, vaxt xitam verilə bilər ki, əmək müqaviləsində nəzərdə tutulmuş müddət həqiqətən bitmiş olsun. Hazırki halda, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddət bitmədən xitam verdiyi üçün, ilk iddianı mübahisələndirilən hissədə təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə aşağıdakı maddələrin tələblərinə tam uyğundur. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə müddətinin qurtarması ilə xitam verilə bilər. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd etməklə də dızgın nəticəyə gəlib. Belə ki, ilk iddia təmin olunduğu üçün cavabdehin verdiyi xidməti vəsiqə iddiaçıdan geri alına bilməz. Daha sonra, iddiaçının 15 sentyabr 2010-cu il tarixdən Sabirabad rayonu, Nizami kənd tam orta məktəbində müəllim işləməsi də onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə xitam verilməsi üçün əsas ola bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ərara aldı: Cavabdeh “Azərbaycan X1 Agentliyi” publik hüquqi şəxsin 19 saylı Xüsusi təyinatlı yol istismarı” MMC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3203/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2649/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2649/2022
14.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver