Məhkəmə qərarları › İş №2(102)-265/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-265/2020

08.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-265/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1140/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.K.Mürsəlov, iş 2(002)-1579/2019) İddiaçı Cavabdeh qarşı N saylı evin 157 saylı mənzilindən çıxarı lma tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova, E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı evin 157 saylı mənzili “Şelflayihətikinti” İstehsalat Birliyi İcraiyyə Komitəsinin Xalq Deputatlar Şurasının xx xxxxxx 1997-ci tarixli qərarı ilə 6 saylı, xx xxxxxx 1997-ci il tarixli order əsasında İddiaçı ailə üzvləri ilə birlikdə verilmişdir. Heydər Əliyev adına Bakı Dərin Özüllər X2 Komitəsinin xx xxxxxx 2006-cı il tarixli 3 saylı göndərişinə əsasən Cavabdeh N küçəsindəki yataqxanada yaşamaq üçün 157 və 158 saylı otaqlar v erilmişdir. 2018-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin və onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada m əlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, “Şelflayihətikinti” İstehsalat Birliyi İcraiyyə Komitəsinin Xalq Deputatlar Şurasının xx xxxxxx 1997-ci il tarixli qərarı ilə Bak ı şəhəri, ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi ilə xidməti mənzil İddiaçı 6 saylı xx xxxxxx 1997-ci il tarixli order əsasında verilmiş, orderə ailə üzvü kimi arvadı və iki uşağı yazılmışdır. İddiaçı 2003-cü ilədək həmin mənzildə yaşamış, 2003-cü ildə hazırda qeydiyyatda olduğu N nömrəli mənzilini əldə edərək xidməti mənzildən daimi yaşamaq üçün Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM seriyalı 153288 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan həmin mənzilə köçmüşdür. Bundan sonra xidməti mənzil H.Əliyev adına Bakı Dərin Özüllər X2 Komitəsinin xx xxxxxx 2006-cı il tarixli 03 saylı göndərişinə əsasən Cavabdeh N yataqxanada yaşamaq üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya mübahisəli mənzil xx xxxxxx 1997-ci il tarixdə verildiyindən apellyasiya instansiyası məhkəməsi mübahisəni həmin vaxt qüvvədə olmuş (2009-cu ilin oktyabrın 1nə qədər) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun həll etmişdir. Belə ki, həmin Məcəllənin 100-cü maddəsində göstərilmişdir ki, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon, xalq deputatları soveti icraiyyə komitəsinin q ərarı ilə daxil edilir. Həmin Məcəllənin 104-cü maddəsində göstərilmişdir ki müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozlardan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Həmçinin iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, iddiaçı 2003-cü ildən zavodda işləmir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar