Məhkəmə qərarları › İş №2(102)-265/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-265/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-265/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdehlər "xxxx" MTK-ya, Muxtarlı Namiq Əli Bala oğluna və qeyrilərinə qarşı “mənzildən müvəqqəti köçürülmə və kirayə haqlarının ödənilməsi” tələbinə dair ilk və iddiaçı Rəşidov Fəxrəddin Cabbar oğlunun cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı “pul məbləğinin və kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdə olan yaşayış sahəsinin sökülməsi, mənzildən çıxarılma, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, Cavabdeh "xxxx" MTK-nın vəkili İsmayılov Yusif Yaşar oğlunun, Cavabdeh Muxtarlı Namiq Əli Bala oğlunun və nümayəndəsi, vəkil Cəfərov Ceyhun Bəykişi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)7205/2021 nömrəli qətnaməsindən cavabdeh Muxtarov Namiq Əlibala oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” Dövlət L ayihə İnstitutunun 02 may 2016cı il tarixli aktı ilə ünvan 1 ünvanda yerləşən yaşayış binasının qəzalı olması müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan M.Naxçıvani küçəsi 25 ünvanda və onun ətrafında yaşayan sakinlərin köçürülərək binaların sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında Yasamal RİH-nin başçısı müvafiq sərəncam imzalamışdır. 05 may 2016-cı il tarixli müqavilə ilə Yasamal rayon İcra Hakimiyyəti və "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, C.Cabbalı küçəsi 37, 39, M.H.ünvan 2 ünvanlarda yaşayış binaların tikilməsi, həmin ərazidə yerləşən mənzillərin sahiblərinə mənzilin sahəsindən 15% artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilməsi və yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək, mənzil sahiblərinin kirayə haqının ödənilməsi barədə razılıq əldə etmişlər. ünvan 3 ünvanında yerləşən evin bir hissəsi Muxtarov Namiq Əli Bala oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Bakı şəhəri, C.Cabbarlı 39 ünvanında paylı mülkiyyətdə olan mənzillərin müəyyən hissəsi "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Digər hissəyə düşən mənzillərdə yaşayan sakinlər müqavilə əsasında kirayə mənzillərə köçürülmüş və yaşadıqları mənzillər sökülmüşdür. Muxtarov Namiq Əlibala oğlunun payı naturada müəyyən edilmədiyindən və həmin ünvanda yaşamadığından onunla razılıq əldə edərək köçürülməsini təmin etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti cavabdehlər "xxxx" MTK-ya, Muxtarov Namiq Əli Bala oğluna və qeyrilərinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə, M.H.ünvan 5 ünvanlarda yerləşən mənzillərin sahibləri Gülməmmədov Kamil Camal oğlunun, Mikayılov Mahir Həzi oğlunun, Əsədova Firəngiz Əli qızının, Babayev Xansuvar Azadalı oğlunun, Cəfərov Novruz Hüseyn oğlunun, Məmmədov Yaşar Vahid oğlunun və Rəşidov Fəxrəddin Cabbar oğlunun, ünvan 6 ünvanda yerləşən mənzillərin sahibləri Xələfova Sevda İmaməddin qızının, ünva n 7 ünvanlarda yerləşən mənzillərin sahibləri Muxtarov Namiq Əlibala oğlunun və Yəhyazadə Dilşad Yaqub qızının yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri, cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının "xxxx" MTK tərəfindən cavabdehlərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rəşidov Fəxrəddin Cabbar oğlu cavabdehlər Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehlərdən vurduql arı maddi zərərə görə 40000 manat, mənəvi zərərə görə 120000 manat, cəmi 160000 manat kompensasiyanın və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya verilməsi, dayandırılmış kommunal xidmətlərin dərhal bərpa edilməsi, cavabdeh "xxxx" MTK tərəfindən mənzilin dəyəri qabaqcadan ödənildikdən sonra aralarında alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(004)9232/2016 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayev) ilk iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə, M.H.ünvan 8 ünvanlarda yerləşən mənzillərin sahibləri Gülməmmədov Kamil Camal oğlunun, Mikayılov Mahir Həzi oğlunun, Əsədova Firəngiz Ə li qızının, Babayev Xansuvar Azadalı oğlunun, Cəfərov Novruz Hüseyn oğlunun, Məmmədov Yaşar Vahid oğlunun və Rəşidov Fəxrəddin Cabbar oğlunun, ünvan 6 ünvanda yerləşən mənzillərin sahibləri Xələfova Sevda İmaməddin qızının, ünvan 7 ünvanlarda yerləşən mənzillərin sahibləri Muxtarov Namiq Əlibala oğlunun və Yəhyazadə Dilşad Yaqub qızının yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri, cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının "xxxx" MTK tərəfindən cavabdehlərə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməmə si qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Rəşidov Fəxrəddin Cabbar oğlu, Xələfova Sevda İmadəddin qızı, Cəfərov Novruz Hüseyn oğlu, Əsədova Firəngiz Əli qızı və Yəhyazadə Dilşad Yaqub qızı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(004)-9232/2016 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)1515/2017 nömrəli qərardadı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər C.İ.Səfiyevadan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin cavabdehlər Gülməmmədov Kamil Camal oğluna, Məmmədov Yaşar Vahid oğluna və Babayev Xansuvar Azadalı oğl una qarşı “mənzildən müvəqqəti köçürülmə və kirayə haqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(004)-9232/2016 nömrəli qətnaməsi həmin cavabdehlərə aid hissədə ləğv edilmiş və iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)1515/2017 nömrəli qətnaməsi ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər C.İ.Səfiyevadan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(004)-9232/2016 nömrəli qətnaməsi cavabdehlər Rəşidov Fəxrəddin Cabbar oğluna, Xələfova Sevda İmaməddin qızına, Cəfərov Novruz Hüseyn o ğluna, Əsədova Firəngiz Əli qızına və Yəhyazadə Dilşad Yaqub qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər Rəşidov Fəxrəddin Cabbar oğlu və Cəfərov Novruz Hüseyn oğlu ayrıayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)-1515/2017 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli, 2(102)-3432/2018 nömrəli qərarı ilə (hakim Ə.Ə.Şadiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.Ə.Allahverdiyevdan və İ.R.Xələfovdan ibarət tərkibdə) kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli, 2(103)-1515/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bundan sonra cavabdeh Muxtarlı Namiq Əli Bala oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(004)-9232/2016 nömrəli qətnaməsinin həmin cavabdehə aid hissədə, ona münasibətdə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə, ona münasibətdə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-7205/2021 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) cavabdeh Muxtarlı Namiq Əli Bala oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(004)-9232/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni Muxtarov Namiq Əlibala oğluna aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mənzillərin əvəzi olaraq hər kv.m görə 2500 manat kompensasiya ödənilməsi, ailə üzvləri çoxluq təşkil edən ailələrə əvəzində bir neçə mənzil verilməsi kimi şərtlərin irəli sürülməsi və bu səbəblərdən mənzillərini boşaltmaqdan imtina etməsi əsassızdır. Belə ki, sökülən mənzillərin sahəsindən 20%-dən artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilməsi və cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzillərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300 manat kirayə haqqının ödən ilməsi təklifi cavabdehlərin mənzil şəraitlərinin yaxşılaşdırılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsaslanaraq iddia tələbini digər cavabdehlərlə yanaşı N.Muxtarova aid hissədə də təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 60, 71.2-ci, Mülki Məcəllənin 152.1-ci maddələri və Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli 86 saylı qərarı ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin N.Muxtarova aid hissədə gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni göstərilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Muxtarov Namiq Əli Bala oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)7205/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, i ddiaçının hazırki iddianı irəli sürməyə səlahiyyəti olmamış, birinci instansiyası məhkəməsi kassatora məhkəmə icrası barədə məlumat vermədən işə baxmış, onun mülkiyyətində olan yaşayış sahəsinin ölçülərini düzgün müəyyən etməmiş, iddianı yalnız "xxxx" MTK-nın maraqlarına uyğun qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Muxtarlı Namiq Əli Bala oğlu və nümayəndəsi, vəkili Cəfərov Ceyhun Bəykişi oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın vəkili İsmayılov Yusif Yaşar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiy mət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda qeyd olunduğu kimi, mübahisəyə cavabdehlər Rəşidov Fəxrəddin Cabbar oğlunun və Cəfərov Novruz Hüseyn oğlunun kassasiya şikayətləri əsasında bir dəfə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmışdır. Apellyasiya instansiyası məh kəməsi işə cavabdeh Muxtarlı Namiq Əli Bala oğlunun apellyasiya şikayətinə əsasən yalnız ona aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslığını yoxladığından və hazırki kassasiya şikayətini yalnız həmin cavabdeh verdiyindən kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühak iməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspe rtlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün o lmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyasının gəlinən nəticə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvanlarda yerləşən mənzillərin, o cümlədən kassatorun mülkiyyətində olmuş yaşayış sahəsinin artıq sökülməsi işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki kassasiya şikayətləri üzrə irəli sürdüyü mövqeyə görə də, 05 may 2016-cı il tarixli m üqavilənin 1.1-ci bəndinin tələlərinə əməl edilməsi üçün iddiaçı 06 may 2016-cı il tarixli sərəncamla cavabdehlərin (o cümlədən kassatorun) mənzillərinin yerləşdiyi torpaq sahəsini şirkətin istifadəsinə vermişdir. Belə sərəncamın verilməsinə iddiaçının səlahiyyətinin olması aşkardır. Müqavilənin 3.1-ci maddəsinə əsasən şirkətin İcra hakimiyyətindən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququ vardır. Məhz bu bəndə istinad edən MTK İcra Hakimiyyətinə müqavilədə şərtləşdirilmiş qaydada şərtləri yerinə yetirməsinə baxmayaraq torpaq sahəsində yerləşən mənzillərin bəzi mülkiyyətçilərinin müqavilənin və sərəncamın icrasına maneçilik törətmələrini göstərmişdir. İddiaçı sərəncamla üzərinə götürdüyü öhdəliyinin icrasını təmin etmək, yəni torpaq sahəsini şirkətin istifadəsinə real olaraq verilməsini təmin etmək üçün tam haqlı olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu mənada kassasiya instansiyası məhkəməsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin hazırki iddianı verməyə subyektiv hüquqa malik olmamasına dair kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi iddiaçının qeydiyyatda olduğu mübahisələndirilən ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişlərini göndərmişdir. Kassatorun özü də apellyasiya şikayəti verərkən göstərmişdir ki, o həmin ünvanda yaşamamışdır. Hər bir halda, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsi şi kayətinə onun və vəkilinin iştirakı ilə baxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya məhkəməsində iştirakı təmin edildiyindən göstərilən hal (onun birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmaması) apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, kassatorun sahibliyində olan yaşayış sahəsinin ölçülərinin düzgün müəyyən edilməməsi də, mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, hazırki mübahisə üzrə qəbul olunmuş qətnamələrlə yalnız cavabdehlərin mülkiyyətlərində olan yaşayış sahələrinin qarşılıqlı əvəzi kimi tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faiz artıq sahəsi olan orta təmirl i mənzillərlə təmin edilənədək mənzillərdən köçürülmələri və kirayə haqqının verilməsi qət edilmişdir. Bu zaman cavabdehlərin (o cümlədən kassatorun) əvəzli olaraq hansı sahədə başqa mənzillərlə təmin edilmələri, həmin mənzillərin göstəriciləri, ölçüsü, otaqların sayı, qiyməti, yerləşdiyi mərtəbə və s. məsələlər mübahisə predmeti olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmadıqda və ya lazımi qaydada icra olunmadıqda cavabdehin hər hansı hüququnun pozulması müəyyən edilərsə, o, müstəqil tələb irəli sürmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv ar aşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Muxtarlı Namiq Əli Bala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-7205/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar