Məhkəmə qərarları › İş №2(102)-2651/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2651/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2651/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(103)-14593/2019 nömrəli qətnaməsindən İddiaçı2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 12.06.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh2 ondan borc aldığı 9.750 manat pul vəsaitinin və satmaq adı ilə götürdüyü 5.000 manat dəyərində qadın paltarlarının əvəzində 5.000 manat pul vəsaitinin, ümumilikdə 14.750 manat pulun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə tanış olduğu Cavabdeh2 ilə bir il tanışlıq etdikdən sonra, Cavabdeh2 bu tanışdıqdan sui-istifadə edərək, üç dəfəyə 2010-cu ildə 3.000 manat, həmin 03.08.2010-cu ildə 2.750 manat, 04.01.2011-ci il tarixdə isə 4.000 manat pulunu borc adı ilə ələ keçirmiş, daha sonra bununla kifayətlənməyib, ona məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən qadın geyimləri mağazasının bağlanmasını bilib, yaranmış fürsətdən istifadə edərək, ucuz qiymətə satılan müxtəlif qadın geyimlərini, qısa müddətdə öz dükanında satdırmaq adı ilə 5.000 manat dəyərində əmlakını ələ keçirməklə, ümumilikdə ona 14.750 manat maddi ziyan vurmuşdur. Cavabdeh borca götürülmüş pulları hər dəfə öz məqsədləri üçün, yəni mənzilin təmiri, biznesin inkişafı, mağazasının açılması və avtomobilin alınması üçün götürmüşdür. Əvvəllər cavabdeh borcları vaxtında qaytarsa da, sonradan bu qaydalarına riayət etməmişdir. Cavabdeh 2010-2011-ci illərdə götürmüş cəmi 14.750 manat borcu qaytarmadığına görə o, Bakı şəhəri Binəqədi RPİ-yə şikayəti etmişdir. 29.06.2015-ci il tarixdə onun şikayəti əsasında Binəqədi RPİ tərəfindən cinayət işi başlanmışdır. O, Vüsaləyə sonuncu dəfə 4.000 ma nat pul verəndə, onun anası X2 həmin faktının şahidi olmuş və öz izahatı ilə bunu Polis İdarəsində təsdiqləmişdir. Vüsaləyə dəfələrlə xəbərdarlıq edilsə də, o, borcun qaytarılmasından boyun qaçırır və hər dəfə bəhanələr gətirir. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 14.04.2016-cı il tarixli qərarı ilə onun şikayəti əsasında başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. Onunla Cavabdeh2 arasındakı mübahisənin mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh2 ona borclu olmasını təsdiq edən kifayət qədər sübutlar iş materiallarında var. Cavabdehə məxsus olan Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi məhəllə 11 nömrəli evin üç otaqlı 27 nömrəli mənzilinin 08.05.2007-ci il tarixli orderin əslinin on da olması, cavabdehin 11.02.2017-ci tarixdə şəxsən yazdığı ondan aldığı 5000 manat pulu 11.03.2017-ci ilə kimi qaytarmağı öhdəsinə götürməsinə dair iltizamın olması, cavabdehin ona borclu olmasını təsdiq edən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarların mövcud olması, cavabdehin ondan nağd pul şəklində borc olmasını və müxtəlif qadın geyimlərini qısa müddətdə satdırmaq adı ilə 5.000 manat dəyərində ondan almasını tam təsdiq edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 2(004)-4291/19 saylı 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh2 11.02.2017-ci il tarixli iltizama əsasən 11.03.2017-ci il tarixədək ödəməli olduğu 5.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.030 (beş min otuz) manat pul tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov- sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) 05 dekabr 2019-cu il tarixli 2(103)-14593/2019 nömrəli qətnaməsi ilə İddiaçı2 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv olunması, iddianın tam təmin edilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən iddiaçının adına tərtib edərək imzaladığı iltizamın məzmunundan açıq-aşkar görünür ki, Cavabdeh2 iddiaçıya olan borcu 5.000 manatdan artıq məbləğ təşkil edir. Cavabdeh2 tərtib və imzası ilə təsdiq etdiyi iltizamın məzmunda tərtib etməsinin əsas səbəbi, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində bu faktla bağlı aparılan araşdırma zamanı onun iddiaçıya vurduğu 14.750 manat maddi ziyanın bir dəfəyə ödəyə bilməməsi və bununla bağlı maddi ziyanın hissə-hissə ödəyəcəyi barədə çox saylı xahişlərini, onun qadın olmasını, TV-də ictimai şəxs kimi aparıcı qismində işləməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb, onun i ddiaçıya vurduğu 14.750 manatın hər ay hissə-hissə ödəməklə başa çatdıracağına iddiaçını inandırıb razılığını alandan sonra, Cavabdeh2 11 fevral 2017-ci il tarixdə tərtib edərək imzaladığı iltizamı İstintaq orqanına təqdim etmiş, lakin buna baxmayaraq Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi yenə də icra etməmiş, sonradan iddiaçıya məlum olmuşdur ki, onun əsas məqsədi maddi ziyanı ödəmək yox, bu hiylə ilə vaxtı uzadaraq təqsirləndirilən şəxs qismində cəlb etmə müddətinin keçməsinə nail olmaq idi. Cavabdeh2 öz məqsədinə nail olmuş, cəlb etmə müddəti keçdiyinə görə istintaq orqanı onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Cavabdeh2 belə bir hiyləsi sonradan, yəni cinayət işinin icraatına xitam veriləndən sonra iddiaçıya aydın olmuşdur. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normasını pozmuş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməməklə qanunu səhv təfsir etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 740.1, 740.2, 427.3, 448.1-cü maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, tərəflər arasında yaranmış hüquqi nəticələr Mülki Məcəllənin 386cı maddəsinə əsasən borc müqaviləsindən irəli gəlmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Hazırda cavabdehin iddiaçıya 5.000 manat borcu vardır. Buna görə də Cavabdeh2 11.02.2017-ci il tarixli iltizama əsasən 11.03.2017-ci il tarixədək ödəməli olduğu 5.000 mana t pul tutulmalıdır və qalan digər hissədə iddiaçı iddia tələbini sübuta yetirə bilmədiyindən, iddianı təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün əsaslı və qanunidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehin üç dəfəyə 2010-cu ildə 3.000 manat, həmin 03.08.2010-cu ildə 2.750 manat, 04.01.2011-ci il tarixdə isə 4.000 manat pulunu borc adı ilə ələ keçirmiş, daha sonra bununla kifayətlənməyib, ona məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən qadın geyimləri mağazasının bağlanmasını bilib, yaranmış fürsətdən istifadə edərək, ucuz qiymətə satılan müxtəlif qadın geyimlərini, qısa müddətdə öz dükanında satdırmaq adı ilə 5.000 manat dəyərində əmlakını ələ keçirməklə, ümumilikdə ona 14.750 manat maddi ziyan vurmasını iddia etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh2 11.02.2017-ci il tarixli iltizam yazmaqla İddiaçı2 borclu olduğu puldan 5.000 manat pulu bir ay müddətinə, yəni 11.03.2017-ci il tarixədək istintaqa ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.2-ci m addəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsur lu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan maddi hüquq normalarının tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 11.02.2017-ci il tarixli iltizama əsasən 11.03.2017-ci il tarixədək ödəməli olduğu 5.000 manat pulun iddiaçının xeyrinə tu tulmalı olmasına nəticəsinə gəlmişdir. Kassatorun şikayətində iddianın təmin olunmayan hissəsi üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamasına dair dəlilləri üzrə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya daha sonra qeyd edir ki, iddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehdə verdiyini sübut etməli olduğu halda, sonuncu bu hallarla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublik asının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə i craatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını M ülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfində n sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim oluna n sübutlara qiymət verməlidirlər. İddiaçı tələbində cavabdeh tərəfindən ona ümumilikdə 14.750 manat maddi ziyan vurulması ilə bağlı hallara dair mötəbər və tutarlı sübut növləri təqdim etmədiyinə görə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsi nəticəyə gələrkən hər hansı maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali M əhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnam əsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməli dir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab verir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə koll egiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.12.2019-cu il tarixli 2(103)14593/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar