Məhkəmə qərarları › İş №2(102)-2651/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2651/2025

29.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2651/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh xxxx qarşı; cavabdeh xx İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviç ibarət tərkibdə, İddiaçı cavabdeh xxxxxx qarşı “əmlakın mənzildən çıxarılması tələbinə dair” ilk, cavabdeh xxxx İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə tələbinə dair” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-3467/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 4-cü mkr, 20 Yanvar küçəsi, 39 saylı evin 126 mənzili (bundan sonra – mübahisəli mənzil) xx.xx.1997-ci il tarixdən İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir.

2. Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçının keçmiş gəlinidir, xx.xx.2009-cu il tarixdə iddiaçının oğlu X4 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə gəlin köçmüş, birgə nikahdan iki övladları dünyaya gəlmiş, nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-224/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri 4 saylı Mediasiya təşki latının təsdiq etdiyi xx.xx.2024-cü il tarixli barışıq sazişinə uyğun olaraq uşaqlar ananın yanında saxlanılmışlar. Hazırda mübahisəli mənzildə cavabdeh və övladları yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq mübahisəli mənzildən iddia ərizəsində sadalanan cehiz əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir.

4. İlk iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili iddiaçı ilə oğlunun müvəqqəti (öz hesablarına mənzil alınana qədər) istifadələrinə vermişdir. Lakin, onların nikahına xitam verilmiş və oğlu mübahisəli mənzildən çıxıb getmişdir. Cavabdeh onlarla bütün münasibətləri kəsdiyinə görə onun cehiz əşyaları ilə birlikdə mənzildən çıxarılması qərarına gəlmişdir. Cehiz əşyaları yataq mebeli dəsti - 1 ədəd yataq, 1- ədəd böyük dolab, 2 ədəd kiçik yataq şkafı, 1 ədəd güzgülü masa; qonaq otağı mebeli - 2 ədəd dolab və 1 divan; mətbəx mebeli, mətbəx masası, soyuducu və paltaryuyan maşından ibarətdir.

5. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları - X1 və X3 ilə birlikdə mübahisəli mənzilə yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 20 iyun 2009-cu il tarixində nikah bağlanandan sonra o, cehiz əşyaları ilə köçmüş, yaşayış yeri üzrə rəsmi qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almış və həmin vaxtdan bu günə kimi bu mənzildə uşaqları ilə birgə yaşayır. Uşaqları da burada doğulmuş, yaşayış yeri üzrə qeydiyyata alınmaqla müvafiq şəxsiyyət vəsiqələri alınmış və hazırda onunla birgə yaşayırlar. Uşaqlar hazırda orta məktəbdə təhsil alırlar. O, özü işləmir, adına hər hansı ev və ya mənzil yoxdur. İddiaçı mübahisəli mənzildə heç vaxt yaşamayıb, çünki onların bu mənzildən başqa 2 əlavə mənzilləri də vardır. Birində özləri yaşayır, digərini isə kirayəyə veriblər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdehə məxsus cehiz əmlakların mübahisəli mənzilindən çıxarılması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2025 nömrəli 08 may 2025ci il tarixli qərardadı ilə sözügedən qətnamədə yol verilmiş yanlışlıq düzəldilməklə qətnamənin nəti cə hissəsinin “cavabdeh ona məxsus cehiz əmlaklarla birlikdə mübahisəli mənzilindən çıxarılsın. cavabdehin iddiaçıya qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməsin.” kimi, həmçinin qətnamənin təsviri hissəsinin 12-ci abzasının “Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, nikah pozulduqdan sonra cavabdeh həmin mənzildə yaşayır” kimi oxunması qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildə olan əmlakı çıxarılmalı, yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası rədd edilməl idir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd,qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırmaqla göstərmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməmiş, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanun un tətbiq edilməli olduğunu müəyyən etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə eyni zamanda özündən uydurma ifadə yazaraq, guya cavabdehin mənzildə yaşamaması halının müəyyən edildiyini yazmış və yekunda cavabdehin yox, onun əşyalarının çıxarılmasını qət etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3467/2025 nömrəli mülki iş üzrə 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apelyasiya şikayəti təmin edilməmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra və eyni zamanda 2009-cu il oktyabrın 1-dək yarandığı üçün, həmin münasibətlərlə bağ lı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi cavabdehin mənzildən istifadə hüququ dövlət reystrində qeydə alınmamış, tərəflər arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, həmçinin cavabdeh iddiaçının ailə üzvü olmamışdır.

15. Cavabdehin uşaqları mübahisəli mənzildə doğulmaqla atalarına münasibətdə mənzildən istifadə hüququ əldə etsələr də, nə qədər ki, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunur və qətnamə ilə də uşaqlar anaları ilə saxlanılmışdır, belə vəziyyətdə hazırki qətnamənin icrası nəticəsində cavabdehin köçəcəyi yeni yaşayış sahəsi onların da yaşayış yeri hesab olunacaq.

16. Kollegiya onu da nəzərə almışdır ki, iddiaçını n nəvələrinə (cavabdehin uşaqlarına) qarşı tələbi yoxdur.

17. Məhkəmə mövqeyi ondan ibarət olumuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalı, cavabdehin yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası rədd edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2 və 3-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 228.1, 228.2, 228.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillə ri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh 20 iyun 2009-cu il tarixində iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduğundan, yəni 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tətbiq edilməli olduğundan; (Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı); b)Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahə sindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmadığından; (Konstitusiya Məhkəməsi Plenumun 16 dekabr 2014-cü il tarixli qərarı) c) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2016-cı il tarixli qərarı). Lakin həm Nəsimi rayon Məhkəməsinə yazılı məhkəmə çıxışı təqdim edilməsinə və həm də Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edilməsinə, cavabdeh və onun yetkinlik yaşına çatmayan övladlarınin adıçəkilən mənzildən kompensasiya verilmədən çıxarılmasının Konsitutusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarlarına əsasən qeyri-mümkün olmasına baxmayaraq, məlum olmayan səbəblərdən, məhkəmələr id diaçının iddia tələbini təmin etmiş, cavabdehin qarşılıqlı iddia tələbini isə təmin etməmişdir. Halbuki, məhkəmələrin diqqətinə həm Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2016-cı il tarixli qərarı, həm də 16 dekabr 2014-cü il tarixli qərarı çatdırılmış, məhkəmələr bu qərarları görməməzlikdən gəlmişdir. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş işin hallarına və tərəflərin qarşılıql ı münasibətinə uyğun qətnaməni əsaslandırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2, 217.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, məhkəmələrin qətnamələri qanuni və əsaslı, cavabdehin kassasiya şikayəti isə əsassız, hüquqi və faktiki dəlillərdən məhrumdur. Kassasiya şikayəti sadəcə işin yenidən araşdırılmasına yönəlmiş subyektiv narazılıq xarakteri daşıyır. Bu isə hüququn sabitliyinə və ədalətli qərarın qüvvədə qalmasına ziddir. Odur ki, kassasiya şikayətinin təmin olun maması və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13 (hissə İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29 (hissə İİ) Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

25. Maddə 29 (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

27. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzv ləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra və eyni zamanda 2009-cu il oktyabrın 1-dək yarandığı üçü n, həmin münasibətlərlə bağlı mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilmişdir.

42. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3467/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar