Məhkəmə qərarları › İş №2(102)-2652/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2652/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2652/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı AAAAAAAAAA oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: MPM-nin 82.4-cü maddəsinin tətbiqi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı AAAAAAAAAA oğlunun Cavabdeh qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7517/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. Həmin hökmə əsasən Bağırov X2 (Sadıqbəyli) Hüseyn Türkmən oğlunun etibarından sui istifadə edərək onu aldadaraq 43.000 manat məbləğində pulunu mənimsəmişdir. Cinayət işinə baxılarkən mülki iddia məsələsi həll edilmədiyindən iddiaçı həmin məsələsi hazırkı tələbi irəli sürməklə vurulmuş zərəri tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı AAAAAAAAAA oğlu Cavabdeh qarşı “pul tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 43000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: müştərisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində fəaliyyət göstərən “Lənkəran”kafesinin müdiri X1 ona Cavabdeh Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışdığını, müxtəlif dövlət orqanlarında tanışlarının olduğunu bildirmişdir. Bundan sonra, Cavabdeh ona Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbələrinin birində müfəttiş düzəldəcəyini vəd etmişdir. Cavabdeh ilə ilkin danışığında onu həmin vaxt işlədiyi Bakı Sənaye Pedaqoji Kollecində əvvəlcə şöbə müdiri qoyduracağına söz vermişdir. Bunun müqabilində ondan 5000 manat pul tələb etmiş, o da, Ədalətin və Samirin dediklərinə inanıb 5000 manatı, səhərisi gün kafedə Ədalətin yanında Samirə vermişdir. Lakin, bir müddət keçdikdən sonra Cavabdeh ona ilkin təklif etdiyi vəzifəni yox, həmin v axt işlədiyi kollecdə direktor müavini vəzifəsinə qoyduracağını bidirmiş və ondan əlavə olaraq, təxminən 2013-cü ilin iyun ayında 15.000 manat, 2013-cü il iyul ayının sonlarında isə 8000 manat pul almışdır. Bir müddət keçdikdən sonra onunla görüşüb işlədiyi kollecdə direktor vəzifəsinə təyin etməsini bildirmiş, o da razılaşmışdır. 2013-cü il avqust ayının axırlarında 10000 manat, həmin vəzifə ilə bağlı 2013-cü ilin oktyabr ayında isə 5000 manat Samirə pul vermişdir. Lakin, aradan 5 ay keçməsinə baxmayaraq, hər dəfə ondan işi ilə bağlı soruşduqda o, müxtəlif bəhanələrlə və yalan vədlər verərək tezliklə vəd etdiyi vəzifəyə təyin etdirəcəyini bildirirdi. Hətta, onun günahı ucbatından işə getməməsi və bu səbəbdən işdə yaranan problemlərlə əlaqədar olaraq, işlədiyi kollecdən onu müəllim vəzifəs indən azad etmişlər. Sonradan ona məlum oldu ki, Cavabdeh həqiqətən təcrübəli dələduzdur və ondan başqa, onlarla adamı aldadaraq dələduzluq yolu ilə küllü miqdarda pullarını mənimsəmişdir. Onun barəsində 18ci polis bölməsinə ərizə ilə müraciət etmiş, bununla əlaqədar, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2016-cı il tarixli 1(101)-133/2016 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. Cavabdeh onun ümumilikdə vahid niyyətlə 43.000 manat məbləğində pulunu mənimsəmiş və ona küllü miqdarda ziyan vurmuşdur. Onun günahı ucbatından maddi vəziyyəti ağırlaşaraq pis vəziyyətə düşmüşdür.

3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(011)3065/2020 say lı qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) iddia təmin edilərək, Cavabdeh 43000 (qırx üç min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı AAAAAAAAAA oğluna verilməsi qət edilmişdir.

4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385, 1091.1, 1093-cü maddələrinə, MPM-nin 82.4. maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh şikayəti vermişdir. apellyasiya Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Kazımov və Ş.Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai r ayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(011)3065/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə aktları qəbul olunan zaman maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq olunmalı qanun tətbiq olunmamış, tətbiq olunmamalı qanun tətbiq edilməklə səhv nəti cəyə gəlinmişdir. Barəsində çıxarılmış hökmlə müəyyən edilən hallar sübut kimi qəbul edilə bilməz. Çünki o, iddiaçıdan pul almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhk əmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki. qanunda” və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən baş qa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.””””

21. Ma ddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2016-cı il tarixli 1(101)-133/2016 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Hüseyn Türkmən oğlu Sadıqlını Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbələrinin birində müfəttiş vəzifəsinə düzəldəcəyini vəd etməklə etibardan sui-istifadə və aldatma yolu ilə sonuncudan 2013-cü ilin iyun ayında 5.000 manat, 2013-cü il iyun ayının axırlar ında 15.000 manat və 2013-cü il iyul ayının sonlarında 8.000 manat, 2013-cü il avqust ayının axırlarında 10.000 manat, 2013-cü ilin oktyabr ayında 5.000 manat, vahid niyyətlə ümumilikdə 43.000 manat məbləğində pulunu alıb ələ keçirməklə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Cavabdeh tərəfindən eyni dələduzluq hərəkətləri digər şəxslərə qarşı da edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, iş üzrə zərər çəkmiş şəxslərə, o cümlədən, iddiaçı AAAAAAAAAA oğluna 43.000 manat təşkil edən maddi ziyan ilə əlaqədar mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah olunmuşdur.

26. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara əsasən Cavabdeh tərəfindən dələduzluq yolu ilə iddiaçı AAAAAAAAAA oğluna 43000 manat məbləğində ziyan vurulmasını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Çünki hazırkı qərarın 23cü bəndində nəzərdə tutulan prosessual normaya əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.””””

27. Məhkum edilmiş şəxsin barəsində çıxarılmış hökm qanuni qüvvəsini aldığı üçün cavabdehin iddiaçıdan pul almaması, və yaxud daha az pul alması ilə bağlı dəlillər keçərli deyil.

28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7517/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar