Məhkəmə qərarları › İş №2(102)-2652/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2652/2023

05.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2652/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X5 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5824/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Muradova X3 Gülya Yaşar qızı ilə mərhum Muradov Yavər Yaqub oğlunun birgə nikahlarından doğulmuş övladlarıdır.

2. Muradov Yavər Yaqub oğlu 31 avqust 2021-ci il tarixdə vəfat etmişdir.

3. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 11, mənzil 4 28 oktyabr 2009-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda Muradov Yavər Yaqub oğlunun adına qeydiyyata alınmışdır.

4. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 19 sentyabr 2009-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda Mu radov Yavər Yaqub oğlunun adına qeydiyyata alınmışdır. 5. 05 fevral 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Muradov Yavər Yaqub oğlu Bakı şəhəri, Nizami rayonu, ünvan 1-ni Cavabdeh bağışlamışdır.

6. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 17 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır.

7. Cavabdeh, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borcalan və alıcı (ipoteka saxlayan) X7 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli “alqı-satqı və ipoteka” müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzili X2 74.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Muradov Yavər Yaqub xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra atasının mülkiyyətində olmuş bir sıra əmlaklar miras qalmışdır. Mərhum atasının qanuni vərəsələri iddiaçı, cavabdeh və anaları X6 olmaqla 3 nəfərdir. X1 həmişə atası ilə birlikdə yaşamaqla bir həyat yoldaşı kimi onun qulluğunda durmuş, xəstə vaxtlarında isə məhz iddiaçı ilə anası atasının qayğısına qalmışlar. Onlardan fərqli olaraq cavabdeh atasının sözünə baxmamış, həmişə ona qarşı hörmətsizlik etmiş, uzun illər bundan qabaq evdən çıxaraq getmiş, ad ət-ənənələrinə uyğun olmayan şəkillə valideynlərinə bildirmədən tanımadıqları bir şəxslə ailə qurub sonradan ayrılmış və tək yaşamağa başlamışdır.

10. Cavabdeh həmişə atasından maddi vəsait tələb edərək mübahisə yaratmış, mübahisə zamanı isə onun, eləcə də digər ailə üzvlərinin ünvanına təhqiredici nalayiq ifadələr işlətmişdir. Mərhum atası cavabdehin düz yolda olmadığını, əlinə düşən əmlakı, yaxud pul vəsaitini müxtəlif qanunsuz işlərə sərf edərək israf etdiyini bildiyindən heç zaman ona hər hansı əmlak və yaxud pul vəsaiti verilməsinin tərəfdarı olmamışdır.

11. Atasının sağlığında cavabdehin israfedici hərəkətlərindən biri də ondan ibarət olmuşdur ki, cavabdeh heç bir əxlaq və qanun normasına sığmayan israrlı tələbləri və yalanları ilə atasını məcbur edib onun mülkiyyətində olan mənzili öz adına keçirtməyə nail olduqdan bir neçə gün sonra həmin mənzili də satıb pulunu israf etmiş və kirayə evlərdə yaşamağa başlamışdır.

12. Atası xəstə vaxtında, həyatının son günündə bütün əmlakını iddiaçıya vəsiyyət etdiyini, hətta bununla bağlı vəsiyyətnamə yazıb qoyduğunu bildirib bacısını olduğu evə çağırsa da, cavabdeh atasının yanına gəlib onu dinləmək əvəzinə, onun barəsində nalayiq sözlər işlədərək ona ölüm arzulamışdır.

13. Bu yaxınlarda isə aldıqları məlumata görə cavabdeh narkotik cinayətinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Təbii ki, atası ona və onun əmlakına qarşı bu cür israfçı və ləyaqətsiz hərəkətlərə yol verən bir şəxsin onun əmlakına sahib olmasını heç zaman istəməzdi və bu istəyini də o, dəfələrlə ya xınlarının yanında bəyan etmişdir. Təsadüfi deyildir ki, atası hələ sağlığında öz əmlakının idarə edilməsi, onların üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş etibarnamələr ilə yalnız iddiaçıya etibar etmişdir.

14. Göründüyü kimi, cavabdeh mərhum atasının sağlığında ona qarşı qeyri-qanuni və qeyri-əxlaqi münasibət göstərərək, atasının vəsiyyətini dinləmək üçün onun çağırışına gəlməməklə, əksinə, onun barəsində nalayiq ifadələr işlətməklə son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, bununla da özünün vərəsəliyə çağırılmasına və miras paylarının artırılmasına kömək göstərmişdir. Buna görə də cavabdeh məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayılmalıdır.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1137, 1139 və 1143-cü maddəl ərinə istinad etmişdir.

16. Cavabdeh də qarşılıqlı iddia verərək, iddiaçının ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh digər ailə üzvlərindən fərqli olaraq atasının sözünə baxmamış, həmişə ona qarşı hörmətsizlik etmiş, uzun illər bundan qabaq evdən çıxaraq getmiş, adətənənəyə uyğun olmayan şəkildə valideynlərinə bildirmədən, digər ailə üzvlərinin tanımadığı bir şəxslə ailə qurub sonradan ayrılmış və tək yaşamağa başlamışdır. İddia ərizəsində mərhum Muradov Yavər Yaqub oğlunun xəstə vaxtında, həyatının son günündə bütün əmlakını iddiaçıya vəsiyyət etməsi, hətta bununla bağlı vəsiyyətnamə yazıb qoyduğunu bildirməsi, cavabdehi mərhumun olduğu evə ça ğırması və cavabdehin atasının yanına gəlib onu dinləmək əvəzinə onun barəsində nalayiq sözlər işlədərək ona ölüm arzulaması barədə qeyd edilənlər cəfəngiyyatdan başqa bir şey deyildir.

18. İşin faktiki halları ondan ibarətdir ki, Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mülkiyyətində olmuş bir sıra əmlaklar miras qalmışdır. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi yolverilməzdir.

19. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə olmuşdur. İş üzrə zərurət yarandığından "xxxx" MMC-yə müvafiq sorğular verilmiş və sorğulara verilmiş cavablar əsasında müəyyən edilmişdir ki, mərhum X8 xx.xx.2021-ci i l tarixdə Təcili və X4 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi maşını ilə “Covid-19 pozitiv”, ikitərəfli pnevmoniya diaqnozu ilə Modul tipli hospitala daxil olmuşdur. xx.xx.2021-ci il tarixində təxminən saat 15 radələrində müalicədən imtina ilə (mərhumun oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxminən 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır.

20. Göründüyü kimi, atasının vəziyyətinin ağır olduğunu bilə-bilə onu xəstəxanadan çıxararaq iddiaçı bununla da atasının bir başa ölümünə səbəb olmuşdur. Belə olan halda, iddiaçı ləyaqətsiz vərəsə hesab edilməlidir.

21. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixli, 2(011)-1308/2022 saylı qətnaməyə əsasən əsassız hesab edilərək təmin edilməmişdir.

22. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mü mkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, mərhum Muradov Yavər Yaqub oğlunun ağrı vəziyyətdə xəstəxanadan çıxarılması iddiaçının iradəsi ilə baş vermişdir. Halbuki, onların atası müalicəsini davam etdirsə idi, onun sağlamlığına qovuşma imkanı ola bilərdi.

23. Qarşılıqlı iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 1137, 1139 və 1143-cü maddələrinə istinad edilmişdir.

24. Birinci instansiya məhkəməsi ndə iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirmişdir ki, cavabdehin düzgün həyat tərzi yaşamadığı məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür. Bundan başqa, mərhum Muradov Yavərin hospitaldan çıxarılma səbəbi haqqında dəqiq məlumatı yoxdur.

25. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq göstərmişdir ki, iddiaçı atasından qalan əmlaklardan faydalanmaq üçün məhkəmə prosesini uzadır. Başqa məhkəmələrdə olan iclasları da uzadırlar. Bundan başqa, cavabdehin atası Covid-19 virusuna yoluxmuş, xəstəxanada cəmi bir gün qalandan sonra iddiaçı tərəfindən evə gətirilmişdir. İddiaçı atasının səhhəti ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Onlar xəstəxana ilə əlaqə saxladıqları zaman iddiaçının ərizə yazıb atasının səhhəti ilə bağlı bütün məsul iyyəti öz üzərinə götürdüyü üçün xəstənin xəstəxanadan aparılmasına icazə verdiklərini bildirmişlər. Cavabdehin atası evə gəldikdən təxminən 15-20 dəqiqə sonra vəfat etmiş, vəfat etdikdən bir saat sonra iddiaçı təcili tibbi yardım xidmətini çağırmışdır. İddiaçının etdiyi əməllərlə atasının ölümü üçün şərait yaranmışdır.

26. Göndərilən səsli mesaj cavabdehin erməni əsilli anası ilə danışıqdan ibarətdir. Cavabdehin anası ilə münasibətləri yaxşı deyil. Atası cavabdehə ev bağışladığı üçün anası narazılıq edirdi. Hazırda evdə cavabdeh yaşayır. Lakin ev hələ ki, rəsmiləşdiriməmişdir. Atası barəsində təhqirlərdən istifadə edilmişdir. Lakin diskdəki səs yazıları onlara tam təqdim edilməmişdir. Buna görə də, cavabdehin anasının nə dediyini bilmirlər.

27. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007) -1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. (hakim Qumru Əliyeva)

28. Birinci instansiya məhkəməsi tərəfindən mülki iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı və cavabdeh X6 ilə mərhum Muradov Yavər Yaqub oğlunun birgə nikahlarından doğulmuş övladlarıdır. 31 avqust 2021-ci il tarixdə Muradov Yavər Yaqub oğlu vəfat etmişdir. Hazırkı halda hər iki tərəf ləyaqətsiz vərəsə hesab edilmə ilə bağlı qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişlər.

29. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1137, 1139-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanv ar 2021-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin mi ras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.

30. Birinci instansiya məhkəməsi göstərib ki, tərəflər bir-birilərinin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, iddiaçı cavabdehin və cavabdeh də iddiaçının ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola bi ləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmiş, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir.

31. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehin onlarla əlaqəni kəsməsi, mərhum atasına qayğı göstərməkdən imtina etməsi, atası barəsində təhqiredici və nalayiq sözlər işlətməsi, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi hallarını göstərsə də, qeyd edilənlər ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə ilkin iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilməmişdir.

32. Bundan b aşqa, məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün bir ədəd disk və həmin diskdə əks olunanların rus dilindən tərcüməsi təqdim edilmişdir. Söhbət zamanı ancaq ilkin iddia üzrə cavabdehin səsi qeyd edilmiş, lakin səs yazısının kimə ünvanlanmasını və hansı vaxtda qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır.

33. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qeydə alınmış səs yazısı onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola bilməz.

34. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının da ləyaqətsiz vərəsə olması ilə bağlı istinad edilən hallarla bağlı – iddiaçının atasının vəfat etməsində təqsirli olmasına dair – heç bir sübut məhkəməyə təqdim edilməməsini qeyd edərək, belə nəticəyə gəlib ki, qarşılıqlı iddia da təmin edilə bilməz.

35. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri on un qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir.

36. Hər iki iddia üzrə iddiaçıların iddia tələblərində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər.

37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1137, 1139, 1159, 1193-cü, Mülki Prosessual Məcəllənin 14, 88-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları ilə əsaslandırm ışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.

39. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə ilk iddia tələbləri üzrə tərəflərin münasibətlərinə ləyaqətsiz vərəsə hesab etmənin əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 1137-ci maddəsinin tətbiqi məsələsini araşdırarkən nəzərə almamışdır ki, iddiaçı məhkəmənin sadaladığı dəlillərlə yanaşı, cavabdehin atasının ölüm ayağında çağırışına gəlməməklə onun vəsiyyətini dinləmək istəməməsi ilə bağlı olmuşdur; - məhkəmə iddiaçının təqdim etdiyi dəlil və sübutları ayrı-ayrılıqda deyil, məcmu halında qiymətləndirməklə cavabdehin əməlini istinad olunan maddədə göstərilən hüquqi şərtlər əsasında ləyaqətsiz vərəsənin hərəkətləri kimi q iymətləndirməli idi; - məhkəmə iddiaçının təqdim etdiyi sübutları qanunvericiliyin tələbləri baxımından düzgün tədqiq etməmiş və qiymətləndirməmişdir. Belə ki, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi, cavabdehin mərhum atasına qarşı törətdiyi qeyri-əxlaqi və qanunsuz hərəkətləri təsdiq edən 1 ədəd diskdə öz əksini tapan cavabdehə məxsus səs yazısını məhkəmə mötəbər sübut kimi qiymətləndirməyərək qeyd etmişdir ki, söhbət zamanı ancaq cavabdehin səsi qeyd edilmiş, lakin səs yazısının kimə ünvanlamasını və hansı vaxtda qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır. Əvvəla, məhkəmə nəzərə almamışdır ki, diskdə olan səs yazısı qarşılıqlı söhbət zamanı deyil, cavabdehin “votsap” mesajlaşma və mübadilə sistemi vasitəsilə göndərdiyi səsli mesajdan əldə edilmişdir. Cavabdeh özü məhkəmə iclasında həmin mesajı anasına göndərdiyini təsdiq etsə də, məhkəmə həmin səs yazısının kimə ünvanlamasının müəyyən edilməməsi barədə əsassız dəlil irəli sürmüşdür. Bununla yanaşı səs yazısının məzmununda olan ifadələrdən açıq-aşkar müəyyən etmək mümkündür ki, həmin səs yazısında əks olunan nitq iddiaçının anasına göndərilmiş, məzmununda olan ədəbsiz sözlər isə anasına və atasına ünvanlanmışdır; - məhkəmə iclasında cavabdeh səs yazısına münasibət bildirərkən guya yalnız onun səsinin qeydə alındığını, həmin vaxt onunla söhbət edən anasının səsinin məzmundan qəsdən çıxarılması barədə mövqeyini ifadə etmişdir. Bununla belə həmin səs yazısı üzrə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilərək cavabdehin mübahisələndiridiyi məsələyə, yəni səs yazısından digər səslərin çıxarılıb çıxarılmam asına və s. aydınlıq gətirilməmişdir.

40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5824/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Həmid Həmidov)

41. Apellyasiya instansiyası məhkəməsi iddiaçını apellyasiya şikayəti üzrə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində iddia tələblərinin əsası olaraq cavabdehin onlarla əlaqəni kəsməsi, mərhum atasına qayğı göstərməkdən imtina etməsi, atası barəsində təhqiredici və nalayiq sözlər ünvanlaması, onun Azərbaycan Respublikasının Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi hallarını göstərsə də, qeyd edilənlər ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Belə ki, qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə ilkin iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilmir.

42. İddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, buna əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmiş, həmin əsaslar iş materiallarında aşkar edilməmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi apellyatorun iş materiallarında olan diskə sübut kimi qiymət verilməməsi barədə dəlilinə münasibətdə, həmin diski nəzərdən keçirmək lə qeyd etmişdir ki, diskdəki söhbət zamanı ancaq ilkin iddia üzrə cavabdehin səsi qeyd edilmiş, lakin səs yazısının kimə ünvanlanmasını və hansı vaxtda qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi həmin diski mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

44. Apellyator həmçinin diskdə başqa şəxsə məxsus səsin olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olduğunu qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi bu dəlili də qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, diskdəki səs yazısında ikinci bir şəxsə məxsus səs yazısının olmaması aşkardır və müəyyən edilməsi üçün xüsusi bilik tələb edilmir. Apellyator diskdəki səsin bu və ya digər bir şəxsə məxsus olmasını mübahisələndirməmişdir. Bu səbəbdən də bununla bağlı ekspertiza keçirilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib ilkin iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayətində qeyd olunmuşdur ki, işə baxmış apellyasiya məhkəməsi tərəflərin münasibətinə istinad olan normanı tətbiq edərək ilkin iddia üzrə cavabdehin hərəkətlərini ləyaqətsiz vərəsənin hərəkətləri kimi qiymətləndirməməklə Mülki Məcəllənin 1137-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qətnamə çıxararkən ilkin iddia üzrə iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməməklə həmçinin Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası m əhkəməsi ilkin iddia tələbləri üzrə tərəflərin münasibətlərinə ləyaqətsiz vərəsə hesab etmənin əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 1137-ci maddəsinin tətbiqi məsələsini araşdırarkən nəzərə almamışdır ki, ikin iddia üzrə iddiaçı məhkəmənin sadaladığı dəlillərlə yanaşı, cavabdehin atasının ölüm ayağında çağırışına gəlməməklə onun vəsiyyətini dinləmək istəməməsi əslində onun son iradəsinin həyata keçirilməsinə maneəçiliklə bağlı olmuşdur. Buna görə də məhkəmə iddiaçının təqdim etdiyi dəlil və sübutları ayrı-ayrılıqda deyil, məcmu halında qiymətləndirməklə cavabdehin əməlini istinad olunan maddədə göstərilən hüquqi şərtlər əsasında ləyaqətsiz vərəsənin hərəkətləri kimi qiymətləndirməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı et irazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2(103)-5824/2022 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin hallarına istinad edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni mi ras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədə n maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

49. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı ilk iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə üzrə olub. Bu baxımdan, məhkəmə aktının tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab et mədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

53. İddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədədir.

54. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki M əcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

55. Qeyd olunan maddi hüquq normasının mənasına görə, hər hansı şəxsin ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə ya xın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.

56. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslarla bağlı sübut təqdim etməmiş, həmin əsaslar işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmələrdə müəyyən edilməmişdir.

57. İşin məhkəmələr tərəfindən müəyyən edilən halla rı qeyd edilən maddi hüquq normasını dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün iddianın rədd edilməsi barədə gəlinən nəticə də düzgün olmuşdur.

58. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə yönələn dəlillərdir. Məhz həmin dəlillərə qiymət verməklə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianı təmin etməmişlər.

59. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilmə sin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5824/2023 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar