Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2652/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X14 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, miras rəsmi qəbulu ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə(m üstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X14 cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi faktının qəbul edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-81/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 iyun 1953-cü il tarixli İE-983492 nömrəli doğum haqqında şəhadətnamədə X17 8 iyun 1953-cü il tarixdə anadan olduğu, atasının X39, anasının X18 olması göstərilmişdir. 2. 12 noyabr 1959-cu il tarixli İ-İE-30948 8 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı2 15 oktyabr 1959-cu il tarixdə anadan olduğu, atasının X39, anasının X18 olması göstərilmişdir. 3. 19 iyul 1961-ci il tarixli İİ-İE-084909 nömrəli doğum haqqında şəhadətnamədə İddiaçı1 xx xxxx 1961-ci il tarixdə anadan olduğu, atasının X39, anasının X18 olması göstərilmişdir. 4. 11.04.2**3-cü il tarixli İİ-MÖ seriyalı ölüm haqqında şəhadətnaməyə əsasən X18 10.04.2**3-cü ildə vəfat etmişdir.
5. Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər İnzibati Ərazi Dairəsinin xx.xx.2012-ci il tarixli 2066 №-li arayışına əsasən həqiqətən mərhum X18 vəfat etdiyi 10.04.2**3-cü il tarixdə Balakən şəhəri Z.Əliyeva küçəsi, ev 54-də daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: -X6 - 1927-ci il təvəllüdlü, 1991-ci ildə vəfat ed ib, qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -X31 oğlu-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -X25 oğlu-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -Oğlu- X28- qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -Oğlu-İddiaçı2- qeyd edilən ünvanda qeydiyyatda qalmışdır. -Qızı-İddiaçı1-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. 6. 17.08.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində 20.04.2**3-cü il tarixdə vəfat etmiş-X7 vərəsəsi ünvan 1 ünvanda qeydiyyatda olan X32 miras əmlakdan tam hissədə irs alması göstərilmişdir.
7. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (019)-6/2022 saylı qətnaməsində X3 Balakən rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsi, X4 miras qalmış Balakən şəhəri Z. Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən X11 düşən hissə (1/2 hissə) üzərində iddiaçı X3 tam pay üzrə qanun üzrə vərəsəlik hüququ müəyyən edilməsi qət edilmişdir.
8. Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1 noyabr 2022-ci il tarixli 1991 saylı arayışına əsasən İddiaçı1 mərhum atası X21 vəfatından sonra övladları X35, İddiaçı1, X28, İddiaçı2 dəfn xərclərini çəkmişlər, yas mərasimlərini yola salmışlar, mirası qəbul edib idarə etməyə başlamışlar, evin abadlaşması üçün işlər görmüşlər, kommunal xərclərini ödəmişlər, mərhuma məxsus torpağı əkib-becərmişlər, vergilərini ödəmişlər və bununla da mirası qəbul etdiklərini nümayiş etdirmişlər.
9. Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər İnzibati Ərazi Dairəsinin 16.11. 2 022-ci il tarixli 2063 №-li arayışına əsasən həqiqətən mərhum X18 vəfat etdiyi 10.04.2**3-cü il tarixdə Balakən şəhəri Z.Əliyeva küçəsi, ev 54-də daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: -X6- 1927-ci il təvəllüdlü, 1991-ci ildə vəfat edib, qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -X13-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -X9-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -X10-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır. -Oğlu İddiaçı2-qeyd edilən ünvanda qeydiyyatda qalmışdır. -Qızı İddiaçı1-qeyd edilən ünvanda qeydiyyatda olmamışdır.
10. Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2022-ci il tarixli 2068 saylı arayışında ünvan 3 ünvanda qeydiyyatda olmaqla Balakən şəhəri Z.Əliyeva küçəsi 9 4 saylı ünvanda yaşayan İddiaçı1 ünvan 5 təsərrüfatının uçotu kitabının 14 saylı səhifəsində Z.Əliyeva küçəsi 94 saylı ünvanda X19 qeydiyyatda olduğu və ünvan 6 ünvanda İddiaçı1 qeydiyyatsız yaşadığı 676 saylı təsərrüfat göstərilmişdir. Həmin təsərrüfatda 1964-cü ildə tikilmiş 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı 72 kv.metr ümumi sahəsi, 63 kv.metr yaşayış. 108 kv.metr yardımçı tikili sahəsinə malik fərdi yaşayış evi və həmin ünvanda 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar tərəfindən X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, Balakən rayon Dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X7 mirasından almalı olduğu irs tam hissə müəyyən edilməklə X22 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X4 miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən torpaq sahəsindən ibarət miras əmlakdan iddiaçıların miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
12. İddia onunla əsaslandırılmışdır ki, miras qalmış torpaq sahəsi o da daxil olmaqla anasının bütün vərəsələri faktiki olaraq qəbul etmişlər. X2 ölümündən sonra o və Rusiya Federasiyasında yaşayan qardaşı Müqtədir yas mərasimlərini verərək analarından qalan mirası həm idarə etmiş, həm də orada abadlıq işləri görmüşdürlər. İşi ilə əlaqədar həftənin 5 günü Şəki şəhərində olsa da həftənin 2 günü anasından miras qalan əmlakda yaşamışdır. Qardaşları da Rusiya Federasiyasından gələrək onlar da analarından miras qalmış əmlakda yaşamış, həmin mirası idarə etmişlər. Bütün kommunal xərclər və zəruri ödənişlər onun tərəfindən icra edilmişdir. X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Balakən Regional "ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət olunmuş, lakin 17 noyabr 2022-ci il tarixli məktubla notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Həmin məktubda Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X7 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə X13na "xxxx" ASC-də əmanət hesabındakı pul vəsaitinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyd edil mişdir. Hesab etmişdir ki, Balakən rayon dövlət notariat ofisi tərəfindən 17 avqust 2012-ci il tarixdə X4 qalmış miras əmlakla bağlı X22 vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. O və qardaşları analarından qalmış miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirmişlər ki, bu da vərəsəlik hüquqlarının itirilməsi ilə nəticələnə bilməzdi. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə olan şəxs əmlakı faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Ancaq notariat orqanı tərəfindən X22 vərəsəlik hüququ ha qqında şəhadətnamə verilərkən bu xüsusatlar nəzərə alınmamış və nəticədə vərəsələr olaraq onun və digər qardaşlarının hüquqları pozulmuşdur.
13. İddiaçıların nümayəndəsi İddiaçı1 iddianı müdafiə, edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq 1985-ci ildə ailə qurduğunu, həmin vaxtda ər-evinə Şəki şəhərinə köçdüyünü və orada yaşadığını, qardaşı İddiaçı2 1985-1986-cı ildə ata evindən ayrıldığını və Rusiya Federasiyasında yaşadığını, anası öləndən sonra həmin evdə yaşadığını və təsərrüfatı idarə etdiyini, Müqtədirin və digər qardaşlarının yay aylarında həmin evə gəldiklərini, həmin evi başdan təmir etdiyini, işıq və su xətlərini çəkdirdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili Vəkil2 iddianı qəbul etməyərək İddiaçı1 1985-ci ildə ailə quraraq Şəki şəhərinə köçdüyünü və hal-hazıradək orada yaşadığını, İddiaçı2 isə 1985-1986-cı illərdə həmin evdən çıxaraq Rusiya Federasiyasına köçdüyünü və orada yaşadığını, iddiaçıların qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat orqanına müraciət etmədiklərini, miras əmlaka yiyələnməklə və onu faktiki idarə etməməklə mirası qəbul etmədiklərini, İddiaçı1 və İddiaçı2 İddiaçı1 iddiası üzrə işə Şəki İnzibati Məhkəməsində və Kərimət Mahmudovanın iddiası üzrə işə Balakən Rayon Məhkəməsində baxılarkən mirasın qəbulu ilə bağlı mübahisənin olduğunu bildiklərini, lakin bunun üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüklərini, iddianın əsassız olduğunu, JN 960A KOD 40101**4 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dai r Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 2**4-ci il 23 noyabr tarixli, 2 nömrəli qərarı ilə Balakən şəhərində 0.10 ha həyətyanı torpaq sahəsinin X7 və X19 ümumi birgə mülkiyyətinə verildiyini, X21 07 yanvar 1992-cı il tarixdə, X7 isə 10.04.2**3-cü il tarixdə öldüyünü, mərhum X7 vəfat etdiyi 10.04.2**3-cü il tarixdə Balakən şəhəri, Z.Əliyeva küçəsi, ev 94-də daimi qeydiyyatda olduğunu və onun X13, oğlu-İddiaçı2, X25 oğlu, oğlu-X28 və qızı-İddiaçı1 ibarət vərəsələrinin qaldığını, lakin həmin vərəsələrdən yalnız X17 2**3-cü ildən 2016-cı ilə qədər miras qalmış həmin təsərrüfatı idarə etməklə X4 qalmış mirası qəbul etdiyini, X7 mirası ilə bağlı 2**4-cü ildə notarial qaydada təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, digər vərəsələr İddiaçı2, X 27, X28 və İddiaçı1 X4 qalmış mirası nə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etmədiklərini, X32 və X5 6 iyul 1979-cu ildə nikaha girdiyini, nikah bağlandıqdan sonra arvada Mahmudova soyadının verildiyini, X17 16 fevral 2016-cı il tarixdə öldüyünü, onun ölümündən sonra arvadı X14, oğlu-X33, oğlu-X29 və qızı-X8 ibarət birinci növbəli vərəsələrinin qaldığını, Balakən rayon Təhsil şöbəsi tərəfindən X22 öldüyü üçün ona ödəniləcək müavinətin məbləğinin 1154-55 (bir min bir yüz əlli dörd manat 55 qəpik) AZN məbləğində müəyyən edildiyini, 1 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2016 tarixdə ölmüş X17 vərəsəsinin Balakən r ayonu Ə.Ansuxski K-Si, ev 1, mən. 33-də yaşayan arvadı X3 olması və onun miras əmlakdan bütöv pay alması, şəhadətnamə verilən miras əmlakın Balakən rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixli 122 saylı arayışa əsasən 1154-55 (bir min bir yüz əlli dörd manat 55 qəpik) manat pul vəsaitindən ibarət olmasının müəyyən edildiyini, mərhum X17 vərəsəsi X12 Notariat Kontoruna verdiyi xx.xx.2016-cı il tarixli ərizə ilə mərhum atası X17 Balakən rayon Təhsil Şöbəsindən alınacaq pul vəsaitindən bir varis kimi ona düşən paya vərəsəliyi qəbul etmədiyini və etməyəcəyini, həmçinin müddəti bərpa etmək üçün gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirdiyini, digər vərəsələr X33 və X15 notariat kontoruna ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizələri ilə 16 fevral 2016-cı ildə atası X17 ölümündən sonra qalmış əmlakla bağlı vərəsəlik üzrə onlara çatası paydan X3 xeyrinə imtina etdiklərini, X12 X16 qalmış mirası qəbul etmədiyini, digər vərəsələr X33 və X15 isə notariat kontorunda təsdiq olunmuş ərizələrlə ataları X16 qalmış miras əmlak üzrə miras paylarından X3 xeyrinə imtina etdiklərini, öz miras paylarından Kərimət Mahmudovanın xeyrinə imtina etdikləri üçün qanunvericiliyin («Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndi) tələbinə əsasən X33 və X15 da atalarından qalmış mirası qəbul etmədiklərini, bununla da X3 mərhum əri Mahmudov Xəyyam oğlundan qalmış mirasa tam pay hüququ əldə etdiyini, X3 10.04.2**3-cü il tarixdə vəfat etmiş mərhum X4 mərhum əri X17 payına düşən mirasına vərəsəlik hüququ haqqında şəhadətn amə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etdiyini, lakin həmin ofisdən onunla digər vərəsə İddiaçı1 arasında ixtilaf olduğuna ona həmin şəhadətnamənin verilmədiyini və bununla bağlı məhkəməyə müraciət etməli olmasını bildirdiklərini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-121/2021 nömrəli qərarı ilə İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs:X33) «Balakən rayon Aqrar İslahat Komissiyasının 23.11.2**4-cü il tarixli 02 saylı qərarı əsasında tərtib edilmiş JN960A Kod 40101**4 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 münasibətdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin edilmədiyini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının x x.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 saylı qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədiyini, Şəki İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1 (116)-121/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanıldığını, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-41/2022 nömrəli qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilmədiyini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1 (107)-292/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanıldığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
15. Şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, o, orada usta işləmişdir. Həmin evdə ancaq Ruziyyənin yaşadığını və evə gəlib-getdiyini görmüşd ür. Neçənci ildə evdə təmir işləri gördüyünü xatırlamadığını qeyd etmişdir.
16. Şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, o, həmin evin qapı qonşusudur. Dəfndən sonra Ruziyyə həmin evə baxmışdır. Təmir işi və qaz pulunu Ruziyyə ödəmişdir. Xəyyam sağlığında oradan meyvə yığıb satıbdır. Ruziyyənin nə vaxt həmin evdə təmir işlərini görməsi və kommunal xərclərini ödəməsini xatırlamadığını qeyd etmişdir.
17. Şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, dəfndən sonra həmin evdə Ruziyyə yaşamış, dəfn xərclərini Ruziyyə çəkmişdir. O da həmin evdə işləmişdir. Ruziyyənin həmin evdə hansı illərdə yaşamasını və orada təmir işləri aparmasını xatırlamadığını qeyd etmişdir.
18. Şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, evin təmir işlərini Ruziyyə görm üşdür. O, Ruziyyənin arılarına baxmışdır. Həmçinin təsərrüfat işlərinə köməklik etmişdir. Ruziyyənin evdə hansı illərdə təmir işlərini aparması və onun nə vaxt orada işləməsini xatırlamadığını qeyd etmişdir.
19. Şahid qismində dindirilmiş Şahid5 izahatında bildirmişdir ki, o, Ruziyyənin qonşusudur. Evin iç təmir işlərini o görmüşdür. Ona zəhmət haqqını Ruziyyə ödəmişdir. Təmir işlərinin nə vaxt aparılmasını xatırlamadığını qeyd etmişdir.
20. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-199/2023 nömrəli iş üzrə 2 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Z.Tahirov)
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf sübut olaraq şahidləri məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatə ti əsasında dindirilmiş şahidlər izahatlarında müvafiq olaraq orada usta işlədiyini, həmin evdə ancaq Ruziyyənin yaşadığını, dəfndən sonra Ruziyyənin həmin evə baxdığını, təmir işi və qaz pulunu Ruziyyənin ödədiyini, dəfn xərclərini Ruziyyənin çəkdiyini göstərsələr də, İddiaçı1 evdə təmir işlərini və torpaq sahəsində əkin işlərini hansı illərdə həyata keçirməsini xatırlamadıqlarını qeyd etmiş, bunların Alagöz Mahmudovanın ölümündən sonra hansı müddətdə həyata keçirilməsini bildirməmiş, eyni zamanda İddiaçı2 həmin miras evdə təmir işlərini aparmasını və torpaq sahəsini əkib-becərməsini qeyd etməmiş, mirasın qəbul etmə müddəti ərzində iddiaçıların mərhum anaları Alagöz Mahmudovadan qalan miras əmlaka faktiki sahiblik etməsini və miras əmlakı faktiki idarə etməsini təsdiq etməmişlər. Həmin şa hidlər evdə İddiaçı1 hansı vaxt hansı işləri gördürdüyünü, onların hansı vaxt hansı işləri yerinə yetirdiyini və İddiaçı1 onlara nə qədər zəhmət haqqı ödədiyini göstərməmişlər. Ona görə də həmin şahidlərin ifadələrinin mötəbərliyi böyük şübhə doğurmuşdur. İddiaçı1 da anasının ölümündən sonra mirası qəbul etmə müddəti ərzində evdə yaşamasını, təmir işləri aparmasını, torpağı əkib-becərməsini və bununla da mirası faktiki qəbul etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar analarından qalmış mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini və bununla da torpaq sahəsindən ibarət miras əmlaka miras payı əldə etmələrini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdirlər.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar analarından qalmış miras açılan vaxt miras əmlaka daxil olan Balakən şəhərində yerləşən fərdi yaşayış evində yaşamamış, torpaq sahəsindən istifadə etməmiş, həmin əmlakları idarə etməmiş və onlara sahib olmamış, yalnız analarının hüzn mərasiminə gəlmişlər. Şahidlər ifadələrində iddiaçının mirası qəbul etməsini onun evdə təmir işləri aparması və torpaq sahəsini əkməsi ilə əsaslandırsalar da, İddiaçı1 anasının vəfatından sonra konkret olaraq nə vaxt, harada və hansı məqsədlə təmir işləri aparmasını, torpaq sahəsini əkməsini və bunun məhz anasından qalmış miras əmlaka faktiki sahiblik etməsi və m iras əmlakı faktiki idarə etməsi məqsədilə etməsini göstərməmiş və təsdiq etməmişlər. Digər tərəfdən qeyd edilən şahid ifadələrində iddiaçıların analarının hüzn mərasimini yola verməsi, dəfn xərclərində iştirak etməsi qeyd edilsə də, bunun nədə ifadə olunması, dəfn xərclərini, ehsan xərclərini və başdaşının qoyulması xərclərini ödəyib-ödəməməsi, bunlara nə qədər vəsait sərf etməsi müəyyən olunmamış və iddiaçılar tərəfindən də anasının dəfn xərclərinə nə qədər vəsait sərf etməsini təsdiq edən qəbzlər və sair ödəniş sənədləri məhkəməyə təqdim olunmamışdır. Bundan başqa hüzn mərasiminin yola verilməsi, dəfnə və yasa sair yas xərci çəkilməsi miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək sayılmamalıdır. İddiaçıların analarından qalmış miras əmlaka faktiki sahiblik etmə si və miras əmlakı faktiki idarə etməsi bu halla da təkzib olunmuşdur ki, analarının 10 aprel 2**3-cü il tarixdə vəfat etməsinə baxmayaraq iddiaçılar hazırkı vaxtadək mirasın qəbulu faktının müəyyən olunması və ya mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməmişdirlər.
24. Məhkəmə bildirmişdir ki, İddiaçı1 həmin evdə yaşamaqla mirası qəbul etməsi barədə bildirdiklərini də əsassız sayılmalıdır. İş materialları və izahatlardan görünmüşdür ki, İddiaçı1 1985-ci ildə ailə qurmuş və yaşamaq üçün Şəki şəhərinə köçdüyü, həmçinin 39 il dövlət qulluğunda olduğu, bunun 28 ilini seçki komissiyasında məsul vəzifədə işlədiyi qeyd olunmuşdur. Belə olan halda Şəki şəhərində işləməklə onun hər gün Balakən şəhərinə gəlib-getməsi və Balakən şəhərində daimi yaşaması ağlabatan deyildir. İdd iaçı1 Şəki şəhəri Bağbanlar küçəsi 49A ünvanda qeydiyyatda olması, Balakən şəhərində yerləşən mübahisəli evdə qeydiyyatda olmaması da iş materiallarında öz əksini tapmışdır. Bu xüsusda Balakən RİB-nın Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 17 noyabr 2022-ci il tarixli 2068 saylı arayışı da İddiaçı1 mərhum anasının ölümündən sonra mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddət ərzində həmin evdə yaşamasını təsdiq etmir. 17 noyabr 2022-ci il tarixli arayış Alagöz Mahmudovanın ölümündən 19 il sonra verilmişdir və həmin arayışda İddiaçı1 anasının ölüm vaxtı və ölümündən sonra miras evdə yaşamaqla miras əmlaka yiyələnməsi və onu faktiki idarə etməsi göstərilməmişdir. Digər tərəfdən ərazi nümayəndəsinin evdə qeydiyyatda olmayan və hətta müvəqqəti qeydiyyatda olmayan şəxs barəsində belə ara yış verilməsi səlahiyyətinə malik deyildir. Belə olan halda İddiaçı1 miras açılan vaxt Şəki şəhərində yaşaması halında Balakən şəhərində miras evdə yaşamasını iddia edib miras əmlaka faktiki yiyələnə və onu faktiki idarə edə bilməzdi.
25. Məhkəmə həmçinin Balakən RİHB-nın Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 1 noyabr 2022-ci il tarixli 1991 saylı arayışını da iddiaçıların mirası faktiki qəbul etmələrini təsdiq edən mötəbər sübut kimi qəbul etmədiyini bildirmişdir. Belə ki, həmin arayışda iddiaçıların dəfn xərclərini çəkməsi, yas mərasimlərini yola salması mirasın faktiki qəbulu əsası kimi göstərilsə də, iddiaçıların hansı məbləğdə dəfn xərclərinə, yas mərasimlərinə xərc çəkməsi, bu hərəkətlərin nədə ifadə olunması və miras əmlak hesabına olunması göstərilməmişdir və sübut olunmamışdır. Dəfn xərclərinin çəkilməsi, yas mərasiminin yola salınması mirasın qəbulu deyildir. Bunun miras əmlak qəbul olunmaqla onun hesabına həyata keçirilməsi sübut olunmalıdır ki, iddiçılar da belə sübutları məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda 1 noyabr 2022-ci il tarixli arayışda iddiaçıların mirası qəbul edib idarə etməyə başlaması, evin abadlaşdırılması üçün işlər görməsi, kommunal xərclərini ödəməsi, mərhuma məxsus torpağı əkib-becərməsi, vergilərini ödəməsi qeyd olunsa da, bu məlumatlar heç bir konkret faktoloji halla və mötəbər sübutla təsdiq olunmamışdır. Heç həmin 1 noyabr 2022-ci il tarixli arayışda iddiaçıların evin abadlaşdırılması üçün hansı işlər görməsi, hansı kommunal xərcləri, hansı məbləğdə və nə vaxt ödəməsi, hansı ölçüdə torpaq sahəsini və nə vaxt əkib-becərməsi, ey ni zamanda hansı vergiləri və nə vaxt ödəməsi göstərilməmiş, iddiaçılar tərəfindən evin abadlaşdırılması, torpaq sahəsinin əkilib-becərilməsini təsdiq edən, eyni zamanda mirasın qəbulu müddəti ərzində evin kommunal xərclərinin ödənilməsini və evin və torpaq sahəsinin vergilərinin ödənilməsini təsdiq edən müvafiq qəbzlər və digər ödəniş sənədləri məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən işıq, qaz və su pulu ilə bağlı kommunal xərclərin ödənilməsi məsələləri müvafiq dövlət idarələrinə ("xxxx" ASC, «Azəriqaz» İB və "xxxx" ASC), məişət tullantıları ilə bağlı kommunal xərclərin ödənilməsi isə müvafiq bələdiyyələrə aiddir. Ona görə də iddiaçıların hansı vaxt, hansı məbləğdə və hansı kommunal xərclərini ödəməsi ilə müvafiq arayışlar həmin qurumlar tərəfindən müvafiq sü butlar (çeklər, arayışlar və sair) əsasında verilə bilər. Ev və torpaq vergisi ilə bağlı ödənişlər bələdiyyələrə ödənildiyindən iddiaçılar tərəfindən miras ev və torpaqla bağlı vergilərin nə vaxt və hansı məbləğdə ödənilməsi ilə bağlı məlumatı yalnız Balakən Bələdiyyəsi verə bilər. İcra nümayəndəliyinin kommunal xərclər, vergilər və digər məsələlərlə bağlı arayış verməsi əsassızdır. Ona görə həmin 1 noyabr 2022-ci il tarixli arayış iddiaçıların analarından qalmış mirası qəbul etməsi və onların həmin mirasda payının olması üçün mötəbər sübut kimi qəbul edilməmişdir.
26. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 2021-ci ilin əvvəlində Şəki İnzibati Məhkəməsində iddia qaldırmış, bu iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-121/2021 nömrəli qərarı qəbul olunarkən, həmçinin Balakən Rayon Məhkəməsində X3 iddiası üzrə işə baxılarkən üçüncü şəxs qismində işə cəlb olunduğu və həmin iş üzrə icraatın dayandırılması üçün vəsatət verən zaman iddiaçı tərəf mərhum anasından qalmış mirasın qəbulu ilə bağlı mübahisənin olduğunu bilmiş və həmin mübahisənin olduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 2 aylıq müddəti ötürmüşdür. Bu hal da həmçinin bu tələb üzrə iddianın rədd edilməsi üçün qanunda göstərilmiş bir əsas hesab olunmuşdur.
27. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu(hissə V), Mülki Məcəlləsinin 213.1, 223.2, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1246, 1247, 1248.1, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 7 7.1, 78.1, 80, 81, 88, 106.1, 307.2, 307.9, 308-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55, 59-cu maddələrinə, İnsan Hüquqlarının və X26 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 iyul 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı1 ape llyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə(istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməkl ə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatında göstərilənləri əsas hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Həmçinin məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdim. Məhkəmə isə məhkəmə iclasını təxirə salsa da, növbəti məhkəmə iclasının vaxtı bərədə rəsmi olaraq mənə məlumat vermədən, mənim iştirakımı təmin etmədən işə baxaraq qətnamə qəbul etmişdir.
30. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-81/2024 nömrəli mülki iş üzrə 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, mərhum X4 miras qalmış "xxxx" ASCnin Balakən rayon filialında əmanət hesabındakı pul vəsaitinə X17 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Balakən rayon dövlət notariat kontoru tərəfindən verilmiş 17 avqust 2012-ci il tarixli, 2V-1**4 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilməsi, Balakən rayon Aqrar İslahat Komissiyasın ın 23 noyabr 2**4-cü il tarixli, 2 nömrəli qərarı ilə Balakən şəhərində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin X4 miras qalmış 1/2 payına X32, X37, X28, İddiaçı2 və İddiaçı1 hər birinin 1/5 miras payı müəyyən edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakimlər G.Cavadova - sədrlik edən və məruzəçi, V.Məlikov və E.Hüseynov)
31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə cavabdeh notariusun həmin əmlaka qanun üzrə vərəsəlik hüququnu müəyyən etməkdə haqlı olmamasına dair dəlili ilə qismən razılaşmışdır. Belə ki, Notariat ofisi Xəyyam Mahmudovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın birinci növbəli vərəsələri olan iddiaçıları da nəzərə almalı idi. Birinci instansiya məhkəməsi notariat orqanının Xəyyam Mahmudovu miras əmlakın yeganə varisi qəbul edərək yalnız sonuncunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına dair iddianı təmin etməməklə yanlış nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mirasın açıldığı, yəni X7 vəfat etdiyi 10.04.2**3-cü tarixə onun birinci növbə vərəsələri-övladları X32, X38, X28, İddiaçı2 və İddiaçı1, yəni 5 vərəsədən ibarət olmuşlar. Balakən rayonunda keçirilən aqrar islahat zamanı X7 və X19 birgə mülkiyyətinə 0,10 hektar həyətyanı torpaq sahəsi verilməsi də iş materiallarında öz əksini tapmışdır. Prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətin də olması nəzərə alınmaqla iddiaçılarla yanaşı digər vərəsələrin də Balakən rayonunda yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindəki X4 miras qalmış 1/2 hissəsinə vərəsəlik payı müəyyənləşdirilməli və vərəsələrdən hər birinin miras əmlakda 1/5 payı müəyyən edilməlidir.
33. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217, 384.0.2-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiaç ılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən regional "ASAN Xidmət” mərkəzinin notariat ofisinə qarşı iddialarının –“mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi, iddianın – “17 avqust 2012-ci il tarixli, 2V1**4 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməsi” hissəsində təmin edilməməsi, iddianın – “miras əmlaka payın müəyyən edilməsi hissəsində” baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçılar 17 avqust 2012-ci il tarixli, 2V-1**4 reyestr nömrəli "Qanun üzrə vərə səlik hüququ haqqında şəhadətnamə”-dən 2012-ci ildən məlumatı olmuş və 2019-ci ildə həmin şəhadətnaməni gördüyünü apellyasiya instansiya məhkəməsində 20 fevral 2024-cü il tarixdə, saat 16:**-da və 2 aprel 2024-cü il tarixdə, saat 14:30-da keçirilmiş məhkəmə iclaslarında məhkəmənin diqqətinə çatdırmışdır. Qeyd olunan xüsusatı məhkəmə iclasının protokollarından və audio yazılardan müəyyən etmək mümkündür. Lakin apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halına qətnaməsində ümumiyyətlə münasibət bildirməmişdir. Hansı ki, miras əmlaka payın müəyyən edilməsi tələbi, şəhadətnamənin etibarsız sayılması tələbindən bilavasitə asılıdır və hesab etmişdir ki, şəhadətnamə etibarsız sayılmadan payın müəyyən edilməsi tələbinin təmin edilməsi qanunamüvafiq deyildir.
36. Əlavə olaraq bildirmişdir ki, hazırkı işdə iddianın “miras əmlaka payın müəyyən edilməsi” hissəsində iddia baxılmamış saxlanılmalı idi. Belə ki, şikayətə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 iş nömrəli qətnaməsindən də göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hazırda miras əmlak kimi pay müəyyən etdiyi daşınmaz əmlaka, X3 tam payı müəyyən edilmişdir. Hazırkı iş üzrə İddiaçı1 Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(019)-6/2022 iş nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(107)-104/2023 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi eyni tərəflər arasında, eyni predmeti barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında iş olması əsası ilə iddianın “miras əmlaka payın müəyyən edilməsi” hissəsində iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul etməli idi.
37. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.2.1, 261, 306, 311, 1272-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82.3, 88, 217, 259.0.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
41. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
42. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
43. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
44. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.
55. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, notariat ofisi Xəyyam Mahmudovun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın birinci növbəli vərəsələri olan iddiaçıları da nəzərə almalı idi. Birinci instansiya məhkəməsi notariat orqanının Xəyyam Mahmudovu miras əmlakın yeganə varisi qəbul edərək yalnız sonuncunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığına dair iddianı təmin etməməklə yanlış nəticəyə gəlmişdir
56. Belə olan halda məhkəmənin gəldiyi nəticəsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məh kəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya icraatında nəinki yeni faktların, ümumiyyətlə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-81/2024 nömrəli mülki iş üzrə 02 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.