Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2652/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2(103)-2359/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali M əhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Baxılan mübahisə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilinə Cavabdeh1 məxsus 38 saylı mənzildən su axıdılması nəticəsində vurulan ziyanın ödənilməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-dan zərərərin əvəzi kimi 22998 manat və dövlət rüsumu kimi ödənilmiş 159 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, "xxxx" MTK-ya məxsus olan, ünvan 2 ünvanında ye rləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilin payçısıdır (sahibidir). Həmin binanın 12-ci mərtəbəsində yerləşən, Cavabdeh1 məxsus 38 saylı mənzildən iddiaçının mənzilinə su axıdılması nəticəsində mənzili su basmış və iddiaçıya maddi ziyan dəymişdir. "xxxx" MMC-nin arayışına əsasən ziyan 22998 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, su basmanın təsirinə məruz qalmış mənzildə: 1) döşəmədə dikt və laqaların sökülməsi və vurulmasına görə 4266 manat; 2) parketin sökülməsi və vurulmasına görə 8828 manat; 3) alçipan işlərinə görə 2115 manat; 4) rəngsaz işlərinə görə 2810 manat; 4) divar kağızlarının vurulmasına görə 2479 manat; 5) material və zibillərin daşınmasına görə 1000 manat; 6) təmir vaxtı və təmirdən sonra ev əşyalarının daşınmasına görə 1000 manat; 7) təmizlik i şlərinə görə 500 manat olmaqla, cəmi 22998 manat (material və işçilik haqqı daxil olmaqla) xərc tələb olunur. İddiaçı cavabdehlərin təqsiri üzündən ona dəymiş ziyanın aradan qaldırılmasını tələb etsə də, cavabdehlər onun bu tələbini yerinə yetirməmişlər.
4. İddiaçı sübut kimi xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktı və ziyanın məbləğinə dair "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş arayışı təqdim etmişdir. 5. "xxxx" MMC-nin nümayəndəsi, “Vaqif MTK-nın komendantı X4, Nəsimi rayonu, Vaqif pr-ti ev 9A, mənzil 37-nin mülkiyyətçisi İddiaçı, şahidlər - Vadim Musayev və Akif Babayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, həqiqətən Nəsimi rayonu, Vaqif pr-ti 9A ünvanında yerləşən evin 37 saylı mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, üst mərtəbədə y erləşən mənzil sahibinin səhlənkarlığı ucbatından, yəni su krantının açıq qalması nəticəsində 37 saylı mənzili su basmış və maddi ziyan dəymişdir. 6. "xxxx" MMC-nin arayışında göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr-ti 9 ünvanında yerləşən binanın 37 saylı mənzilinə ondan yuxarı - mərtəbədə yerləşən mənzildən axan suya görə dəymiş ziyanı müəyyən etmək üçün tərəflərindən mənzilə baxış keçirilmişdir. Qeyd edirlər ki, mənzilə 22.998 manat məbləğində ziyan dəymişdir. Görüləcək işlər arayışa əlavə edilmişdir.
7. Cavabdehin nümayəndəsi iddiaçının mənzilinə su axıdılmadığını bildirmiş və iş üzrə ekspertiza təyin olunmasını xahiş etmişdir.
8. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə tikinti-texniki ekspertizas ının 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində göstərilir ki, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 37 və 38 saylı mənzillərinin planlı yerləşməsi, yəni iddiaçıya məxsus 37 saylı mənzilin binanın 11-ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 12-ci mərtəbədə yerləşdiyi, 37 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların sızmaya aid olduğu, eləcə də "xxxx" MMC-nin və “Vaqif’ MTK-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məlumatları nəzərə alınaraq, 37 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızdığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. 38 saylı mənzildə yerləşən sanitar avadanlıqların, su, kana lizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı qüsurlar olmadığı, eləcə də baxış zamanı su sızmasının davam etmədiyi nəzərə alınaraq, 37 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amillər nəzərə alınaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 37 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Aparılmış hesablamalara əsasən, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957 manat məbləğində müəyyən olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində ekspert göstərib ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 37 və 38 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin binanın 11-ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 12-ci mərtəbədə bütövlükdə yerləşdiyini, 37 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin və Cavabdeh2 MTK-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məlumatlarını nəzərə alaraq, 37 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildə n su axıdıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. 38 saylı mənzilin qapısı bağlı olduğundan 37 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 38 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər.
10. Məhkəmə iclasında iştirak edən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 izahat verərək bildirmişdir ki, binanın üst mərtəbəsi cavabdehin mülkiyyətində, altdakı mərtəbə isə iddiaçının mülkiyyətindədir. Su yuxarı mərtəbədən damaraq aşağı mərtəbəyə tökülmüşdür. Suyun başqa yerdən tökülm ə ehtimalı yoxdur. Həmin mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur, başqa bir şəxsin evi yoxdur. Həmçinin Bağırov Hicranın evi binanın ən üst mərtəbəsindədir, ondan sonra heç bir mərtəbə yoxdur. İlkin rəydə bununla bağlı rəy verilmişdir. Suyun binanın şaxtasından tökülmə ehtimal yoxdur.
11. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək ekspertin rəyində ziddiyyətlər olduğunu bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)110/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi kimi 18957 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 131 manat olmaqla, ümumilikdə 19088 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edi lməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 165 manatının Cavabdeh1, qalan 35 manatın isə İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Ə.Heydərova).
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli və 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mər təbəsində yerləşən 38 saylı mənzildən su sızdığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su və kanalizasiya boru xətlərində qəza yaranması və mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən olması, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957 manat məbləğində müəyyən edilmişdir.
14. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin su krantının açıq qalması səbəbindən olması "xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTK-nın komendantı X4, Bakı ş. Nəsimi rayonu, Vaqif pr-ti ev 9A, mənzil 37-nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır.
15. Göründüyü kimi, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 38 saylı mənzildən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır.
16. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 22998 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edib ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 18957 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəb ər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMCnin arayışı məhkəmə tərəfindən təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə üst-üstə düşmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir.
17. Məhkəmə əlavə etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilmə lidir. Məhkəmə onu da qeyd etmişdir ki, həm məhkəmə iclasında iştirak edən Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X1 da izahatından bir daha görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə su cavabdehə məxsus 38 saylı mənzildən axıdılmışdır, mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur və suyun binanın şaxtasından tökülmə ehtimalı yoxdur. Son olaraq məhkəmə qeyd etmişdir ki, cavabdeh “Vaqif" MTK-nın iddiaçıya vurulmuş maddi ziyanla bağlı heç bir təqsiri məhkəmə tərəfindən müəyyən edilmədiyindən və “Vaqif" MTK hazırki iş üzrə subyektiv cavabdeh olmadığından, iddia bu hissədə rədd edilməlidir.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1097.3, 1111.2, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 107, 119.1, 115.0.1, 14.2, 76.1, 76.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməli idi. Belə ki, 38 saylı mənzildən həmin binanın 11-ci mərtəbəsində yerləşən 37 saylı mənzilə su axıdılması cavabdehə məxsus mənzildən deyil, şaxtadan baş verən proseslər nəticəsində yaranmışdır. Şaxtadan baş verən proseslərə isə Cavabdehlik daşımır. Cavabdehin mənzilində heç bir qüsur yoxdur və heç bir boruda qüsur olmamışdır. İlkin dövrdə quraşdırılmış borular ha l-hazırda olduğu kimi qalır və heç bir zədə də yoxdur. Mənzildə yaşayış olmadığına görə bütün boru xətləri bağlıdır və ekspert tərəfindən baxış keçirilən zaman da müşahidə olunmuşdur. Hadisənin şaxtadan olub-olmaması və yaxud da iddiaçının öz mənzilindən yaranması onlara məlum deyil. Eyni zamanda, məhkəməyə təqdim edilən ekspert rəyində 38 saylı mənzildə yerləşən sanitar avadanlıqların və su, kanalzasiya xətlərinin gözlə görünən hissələrində hər hansı qüsurlar olmadığı, mənzillərə baxış zamanı su sızmasının davam etmədiyi nəzərə alınaraq 37 saylı mənzilə su sızmasının səbəbinin dəqiqliklə müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. 37 saylı mənzilə suyun 38 saylı mənzildən axıdılması sadəcə ekspert tərəfindən ehtimal edilmişdir. Məhkəmənin 2(006)-1165/2024 saylı, xx.xx.2024-cü il tarixl i, qərardadı ilə ekspert X2 verdiyi izahatı ekspert rəyinə uyğun olmadığından iş üzrə təkrar ekspertizanın keçirilməsi qərara alınmışdır. Təkrar təyin edilən ekspertiza üzrə ekspert 38 saylı mənzilə baxış keçirmədən (mənzil bağlı olmuş və ekspert gəlməsi barədə məlumatı olmamışdır), digər cavabdehin öz xeyrinə tərtib etdiyi akta və sadəcə 38-ci mənzilin iddiaçının mənzilinin üzərində yerləşdiyini əsas götürərək məntiqi nəticə çıxarmış və hesab etmişdir ki, iddiaçıya zərər 38-ci mənzilin sahibi tərəfindən vurulmuşdur. Göründüyü kimi ekspert öz vəzifəsinə uyğun texniki avadanlıqlardan və xüsusi biliyindən istifadə etməklə ekspertizanı aparmaq əvəzinə 38-ci mənzilə baxış keçirmədən məntiqi nəticə çıxarmağa çalışmışdır və məhkəmə də sızamanın səbəbləri edilmədiyi halda, məntiqi nəticə əsasında formalaşan rəyə istinad etməklə qəbul edilmiş qətnamə ilə 18957 manat maddi zərərin əvəzinin tutulmasını qət etmişdir. İş üzrə məhkəmə iclası saat xx.xx.2025-ci il tarixə 15:00-a təyin edilmişdir. Lakin cavabdehin nümayəndəsi üzrlü və obyektiv səbəblərdən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin icraatında olan cinayət işi üzrə vəkil qismində iştirak etdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin iştirakını təmin etmədən işə baxıb qətnamə qəbul edmişdir. Halbuki, təkrar ekspertizanın keçirilməsini məhz cavabdehin nümayəndəsi tələb etmiş, məhkəmə həmin tələbi haqlı sayaraq təmin etmiş və ekspertin məhkəmədə dindirilməsi ilə razılaşmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 03)-2359/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən G.Axundova, hakimlər F.Qasımov və C.Musayeva).
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
23. Mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli və 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə Bak ı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən olması, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957 manat məbləğində müəyyən edilmişdir.
24. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024cü il tarixli rəyində o da qeyd edilmişdir ki, cavabdehə məxsus 28 saylı mənzilə baxış zamanı həmin mənzilin faktiki olaraq su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrinə hər hansı nasazlıq su sızma halları müəyyən edilməmişdir. Lakin mətbəxdə yerləşən mətbəx avadanlıqlarının (moyka yerləşən, su və kanalizasiya borularının) qarşı hissəsində döşəmədə olan parketin şişdiyi) müşahidə edilmişdir (i.v.49).
25. İş üzrə keçirilmiş məhkəmə ekspertizasınən rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan e kspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
26. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin su krantının açıq qalması səbəbindən olması "xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTK-nın komendantı X4, Bakı ş. Nəsimi rayonu, Vaqif pr-ti ev 9A, mənzil 37-nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır.
27. Göründüyü kimi, cavabdehə məxsus 38 saylı mənzildən iddiaçıya məxsus 37 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi iş maerialları-ekspert r əyləri və aktlarla öz təsdiqini tapır.
28. Apellyatorun ekspert rəyi ilə razılaşmadığı hallar heç bir mötəbər sübutla təsdiq olunmadığından əsassız olmaqla məhkəmənin iş üzrə gəldiyi nəticəni şübhə altına ala bilməz.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1111.1, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, yerli b axış keçirilməsini tələb etsələr də, məhkəmə tərəfindən yerli baxış keçirilmədən, evə baxış keçirməyən məhəllədə digər cavabdehlə görüş keçirməklə verilmiş rəyə əsaslanması prosessual pozuntu kimi qiymətləndirilməlidir. Yerli baxış keçirilməsi işin yerində araşdırılması prossessual hərəkət olmaqla düzgün nəticəyə gəlinməsi ilə nəticələnə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
33. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Maddə 21.2. Zərər de dikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarl amağa lüzum qalmır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmi r. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamən in ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2(103)-2359/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.