Məhkəmə qərarları › İş №2(102)-2654/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2654/2019

11.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2654/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərli Aminə Əliəsgər qızının katibliyi, kassatorun vəkili X3 və Cavabdeh1 Hümbət oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-3700/2018, hakim A.Z.Rzayev) İ ddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 Hümbət oğluna 7000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 33-dən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 Hümbət oğlu, X6 və X1 həmin evdən çıxarılaraq evin iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1180/2019, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 Hümbət oğlu, X6 və X2 qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Zabrat Bələdiyyəsinin 25 mart 2002-ci il tarixli qərarı ilə Zabrat qəsəbəsi, X7 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Sabunçu Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 Hümbət oğlu arasında 02 noyabr 2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni yaşayış massivi, 33 saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 23 fevral 2018-ci il tarixdə İdd iaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı 03.04.2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Hümbət oğlu və X4 cəmi 7000 manat kompensasiya ödənilməklə onların Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllə, ev 33dən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Hümbət oğlu, X6 və X1 həmin evdən çıxarılaraq evin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən cavabdehlərin apellyasiya şikayətini əsas götürərək, formal olan mülahizələrinə əsaslanm ış və nəticədə kassatorun mülkiyyət hüququnu məhdudlaşdıran qətnamə qəbul etmişdir. Kassator Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Hümbət oğlu vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi təşkil edir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 Hümbət oğluna münasibətdə iddiaçı tərəfindən təklif olunan 7000 manat kompensasiya məbləğinin bazar qiymətinə uyğun olduğunu müəyyən etməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə çıxarılması, digər cavabdehlər Hümbət Piriyev və Mənsurə Mustafayevanın mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının olmamasına baxma yaraq həmin ünvanda yaşadıqlarına istinad edərək kompensasiya ödənilməməklə mənzildən çıxarılmaları nəticəsinə gəlmişdir. Qətnaməni ləğv edib iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçı tərəfə kompensasiyanın daha artıq məbləğə qaldırılması təklifini irəli sürmüşdür. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçı ilə faktiki nikah münasibətlərində olarkən bələdiyə tərəfindən verilən torpaq sahəsi üzərində mübahisəli evi tikmək qərarına gəlmişlər, həmin evdə ailə olaraq bir yerdə yaşamaq məqsədilə tərəflər onun tikintisinə vəsait xərcləmişlər, sonralar aralarındakı münasibətləri rəsmiləşdirərək nikaha daxil olmuş, ailə üzvü olaraq uzun illər mübahisəli evdə yaşamışlar, ötən döv r ərzində ailə təsərrüfatını Cavabdeh1 faktiki özü idarə etmişdir, sonradan aralarında mübahisə başlamış, cavabdehlərin yaşamağa başqa yeri yoxdur. Buna baxmayaraq iddiaçı daha artıq kompensasiya təklif edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, 7000 manat kompensasiya məbləği, mənzildə özlərini rahat hiss edən və uzun müddət həmin mənzildə yaşamış şəxslərə ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Ona görə məhkəmə kollegiyası təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır. Hesab edir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha artıq olmalıdır. Lakin iddiaçı rəsmi olaraq daha artıq məbləğdə kompensasiya təklif etmək niyyətində olmadığı üçün onun iddia tələbi təmin oluna bilmə z. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına istinad etmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qə tnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qa ydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olar aq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Deməli Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edilə bilər. Apellyasiya məhkəməsi yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozaraq birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən kompensasiya məbləği ilə razılaşmadığı ha lda işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Digər tərəfdən apellyasiya məhkəməsi iş üzrə cavabdehlərdən X6 və X1 yaşayış sahəsinə istifadə hüquqlarının olmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticəyə heç bir hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar