Məhkəmə qərarları › İş №2(102)-2655/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2655/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2655/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X11 və X9 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)10257/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 2(008)58/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh xxxx ASC-yə qarşı «qanunsuz hərəkətlər və onların nəticələri barədə tədbirlərin görülməsi tələbinə dair» iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov sədrlik edən və məruzəçi, Tofiq Məmmədov, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov sədrlik ed ən və məruzəçi, Tofiq Məmmədov, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli xüsusi qərardadı ilə “xxxx” ASC-nin vəzifəli şəxslərinin, xüsusən də əvvəlki rəhbərlərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərin aşma), 313-cü (vəzifə saxtakarlığı), 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 179-cu (mənimsəmə və israf etmə) maddələrində nəzərdə tutulmuş cinayətinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün prokurora məlumat verilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” ASC-yə qarşı «qanunsuz hərəkətlər və onların nəticələri barədə tədbir lərin görülməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ASC-in xx.xx.2014-cü il tarixli protokolunun etibarsız hesab edilməsi, bu protokolu tərtib edən məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, (bu barədə xüsusi qərardadın çıxarılması, cavabdehin adından X23 Komitəsinə Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədin etibarsız hesab olunması, cavabdeh tərəfindən bina, qurğu və avadanlıqlarının sökülməsinin qanunsuz hesab edilməsi barədə qətnamə və bu hərəkətlərin edilməsi barədə qərar vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi qərardad çıxarılması nıxahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, “xxxx” ASC-nin rəhbərliyi elə ilk gündən səhm darların ümumi yığıncağın keçirilməsi haqqında xx.xx.2014-cü il tarixli saxta protokol tərtib edərək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsinə təqdim etmişdir. Protokolda qeyd edilir ki, guya həmin həmin gün ümumi yığıncaq keçirilmişdir. Lakin bu iclasın keçiriləcəyi barədə səhmdarlara heç bir məlumat verilməmişdir. Əlavə olaraq həmin protokolun saxta olmasını sübut edən dəlillərdən biri də odur ki, yığıncaqda Hesablama komissiyasının üzvü kimi qeyd olunan İddiaçı2 həmin yığınçaqda iştirak etmədiyini, yığıncağın keçirilmədiyini və yığınçağın protokolunda olan imzanın ona məxsus olmadığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.4-cü maddəsi kobud şəkildə pozularaq saxta protokol tərtib olunmuş və dövlət orqanlarına təqdi m olunmuşdur. Bu məsələdən 6 ay keçməmiş saxta yolla seçilmiş cəmiyyətin İdarə heyəti növbədənkənar ümumi yığıncaq çağıraraq əsas paket sahibi olan X12 qanunsuz tələbi ilə cəmiyyətdən əmlak payını götürməklə ayrılmaq barədə gündəlikdə məsələ qoyulmuş və bu barədə qanunsuz qərar qəbul edilmişdir. Bütün bunlara, səhmdarların çoxsaylı etirazlarına baxmayaraq 82,4686% səsə malik olan X4 üstünlüyünün olması məsələni onun xeyrinə həll etmişdir. Lakin Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin X10 dövlət qeydiyyatı İdarəsi onların bu qərarının qanunsuz olduğunu bildirərək Cəmiyyətin bölünmə yolu ilə yenidən təşkilini qeydiyyata almamışdır. Bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilsə də, məhkəmə Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin X10 d övlət qeydiyyatı İdarəsinin qərarını düzgün saymışdır. Bütün bunlar azmış kimi Cəmiyyətin rəhbərliyi başqa saxta yollara əl ataraq yenə də saxta sənəd təqdim etməklə cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və icarəsindən imtina edib həmin torpaq sahəsini hərrac yolu ilə ucuz qiymətə başqasının adına özəlləşdirilməsinə nail olmuş və nəhayət sonuncu özbaşınalıq edərək cəmiyyətin balansında olan bina və qurğuları sökmüş, bu barədə səhmdarlara heç bir məlumat da verməmişdir. Məhkəmə baxışı dövründə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli protokolunun etibarsız hesab edilməsi, ASC-nin adından X23 Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədin etibarsız hesab olunması, ünvan 1 ünvandakı xxxx ASC-nin altında yerləşən 14618,2 kvadrat metr torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 birgə kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi bapədə qərar çıxarılmasını xahiş etmişlər. Kasasiya şikayəti onu nla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə olan 2 saylı İnzibat-İqtisadi Məhkəmənin 2-1(82)-3210/2015 saylı, xx.xx.2015-ci il tarixli və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 dövlət qeydiyyatı idarəsinin xx.xx.2015-ci il tarixli Qərarlarına hüquqi qiymət verməmiş, sadəcə onları sadalamaqla kifayətlənmişdir. Halbuki, sözügedən məhkəmənin və vergi orqanın qərarlarından görünür ki, həm vergi orqanı, həm də məhkəmə xx.xx.2015-ci il tarixdə keçirilmiş "xxxx” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağında 82,4686%-nin səsli səhmlərinə malik olan Müşahidə Şurasının sədri xx1 təşəbbüsü ilə "xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil olunması ilə haqqında qəbul edilmiş qərarları, habelə bununla bağlı tərtib edilmiş sən ədlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56, 57.2, 57.3, 106.1.3.8, 107.1 və 1077.1-ci maddələrinin tələblərinə zidd olduğuna görə, kommersiya qurumunun təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliklərinin qeydiyyata alınmasından imtina edilmişdir. Buna baxmayaraq "xxxx” ASC-nin İdarə heyətinin sədri adından çıxış edən Güloğlan İbrahimov və Müşahidə Şurasının sədri Əvəz Əhmədov 2 saylı İnzibat-İqtisadi Məhkəmənin xx.xx.2015-ci il tarixli və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 dövlət qeydiyyatı idarəsinin xx.xx.2015-ci il tarixli **********182200 №-li Qərarları ilə ayrılma yolu ilə Cəmiyyətin yenidən təşkilinin qanun hesab edilməsinin müəyyən olunmasından xəbərdar olduğu halda, onlar həmin qərarlara əhəmiyyət verməyərək, Cəmiyyətin xx xxxx 2015-ci il protokoluna əsasən hərəkət edib Cəmiyyətin 82,4686 % əmlakını, yəni qurğuları, avadanlıqları və nəqliyyat vasitələri dövlət reyestrindən qeydiyyatdan keçirməyən “Tema” müəssisəsinin təsisçisi X15 bölünmə balansı və təhvil-təslim aktı ilə təhvil vermişdir. Bundan sonra, Əvəz Əhmədov Cəmiyyətin 14618 kvadrat metr torpaq sahəsinin hərrac vasitəsilə satılması üçün X23 Komitəsinə müraciət edilmişdir. Hesab edirlər ki, ƏMDK məhz Cəmiyyətin xx xxxx 2015-ci il protokoluna əsasən xx xxxxxx 2015-ci il tarixində Cəmiyyətin istifadəsində olan torpaq sahəsinin 14618 kvadrat metr hissəsinin hərrac yolu ilə satılması barədə elan vermişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sənədlərlə təsdiqini tapmış cinayət xarakterli əlamətl ərin olduğu qənaətinə gələrək Xüsusi Qərardad çıxararaq Prokurorluğa müraciət etsə də, nədənsə apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cəmiyyətin yerləşdiyi torpaq sahəsinin əsas hissəsinin özəlləşdirilməyə çıxarılmasının qanunsuz olub-olmamasına hüquqi qiymət verməmişdir. Halbuki, iş materiallarında kifayət qədər sübutlar mövcuddur ki, ƏMDK heç bir səlahiyyəti olmayan bir şəxsin Səhmdar Cəmiyyətin adından müraciətinə əsaslanaraq və bu şəxsin səlahiyyət sahibi olubolmadığını araşdırmadan Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin 14618 kvadrat metr hissəsini (tam sahə 15547 kvadrat metr) hərrac vasitəsi ilə satışa çıxarmışdır. X3 vicdanlı alıcı olub-olmaması mübahisələndirilmədiyi, mübahisə predmetinin həmin torpaq sahəsinin qanunsuz olaraq hərraca çıxarılmalı olduğu halda, nədənsə bu məsələ barədə hüquqi qiymət vermək məhkəmənin nəzərindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, ƏMDK məhkəmə tərəfindən həmin torpaq sahəsinin Səhmdar Cəmiyyətin istifadəsindən alınaraq hərrac vasitəsilə satılmasına əsas verən sənədlərin məhkəməyə təqdim olunması dəfələrlə tələb olunsa da, bu sənədlər məhkəməyə təqdim olunmayıb. Yəqin ki, həmin sənədlərin qanuni qüvvəsi olmayıb. Bu səbəbdən də həmin akt qanunsuz olduğu qeyd olunmalı idi. Beləliklə, apelyasiya instansiyası məhkəməsi işə baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməsi prinsiplərinə əməl etməmiş və son olaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçılar İddiaçı3 və İddiaçı1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma k imi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, Milli Depozit Mərkəzinin xx.xx.2016-cı il tarixli AA61519347 saylı depo hesabından çıxarışdan görünür ki, X13 ünvan 3 ünvanı olan “xxxx” ASC-də 24352 ədəd səhmin, yəni ümumi səhmlərin 0,6 faizinin sahibidir. Milli Depozit Mərkəzinin xx.xx.2015-cı il tarixli 393356 saylı depo hesabından çıxarışdan görünür ki, İddiaçı1 ünvan 3 ünvanı olan “xxxx” ASC-də 6840 ədəd, yəni ümumi səhmlərin 0,6 faizinin ədəd səhmin sahibidir. Digər iddiaçı X18 isə 0,13 faiz səhi sahibidir. ASC-nin qanuni təmsilçisi X20r. Azərbaycan Respublikasının X23 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 6 ünvanda əmlak kompleksi kimi müəssisə “xxxx” ASC-nın adına xx.xx.2014-cü ildə qeydiyyatdan keçmişdir. “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2014-cu il tarixli 1 № li protokolunun surətindən və eyni məzmunlu “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında yaradılmış hesablama komissiyasının protokolun əslindən görünür ki, Nizamnamənin dövlət qeydiyyata alınması üçün Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin X10 dövlət qeydiyyatı İdarəsində qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı bütün lazımı sənədlərin (təsis sənədlərin) hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi cəmiyyətin idarə heyətinin sədri X21 (digər şəxsə etibarnamə vermə hüquqi ilə) həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, “xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkili haqqında səhmdarların ümumi yığıncağının xx xxxx 2015-ci il tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. Azərbaycan Respublikasının X23 Komitəsi Yanında Torpaqların X8 üzrə Dövlət Agentliyinin ilə X24 arasında bağlanmış «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin h ərrac vasitəsilə satılmasına dair» xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsinin surətinə əsasən müqavilənin predmetini ünvan 6 ünvandakı “xxxx” ASC-nın altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 14618,12 kvadrat metr torpaq sahəsi təşkil edir. Satıcı müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini hərracdan 99404 manata satır. Alıcı isə həmin torpaq sahəsinin dəyərini ödəməklə alır. (müqavilənin 1.1 və 1.2 bəndləri) Azərbaycan Respublikasının X23 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 6 ünvanda əmlak kompleksi kimi müəssisə X16 adına xx.xx.2016-cı ildə qeydiyyatdan keçmişdir. İddianı təmin etməyən biri nci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsələr də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırki iş üzrə müəyyən edilməmişdir. Bunda başqa Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Göründüyü kimi qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni s ayılsın. İddiaçılar tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd yazısı Azərbaycan Respublikasının X23 Komitəsi Yanında Torpaqların X8 üzrə Dövlət Agentliyi ilə X24 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında həyata keçirilmiş və məhkəmə araşdırması zamanı sonuncunun vicdansız əldə edən kimi qiymətləndirilməsi üçün bu cür halların olması müəyyən edilməmişdir. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. İddiaçılar tərəfindən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, əmlakları əldə etmiş vicdanlı şəxs xx2 hüquqları xələl görməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırki tələblərində iddiaçılar “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli protokolunun etibarsızlığını irəli sürməklə bərabər, ASC-nin adından X23 Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədləri, ünv an 1 ünvandakı ASC-nin altında yerləşən 14618,2 kvadrat metr torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsini mübahisələndirirlər. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iki hala, yəni iddiaçılar tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlılığına dair Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair normalarında göstərilmiş əsasların olmamasına və əmlakları əldə edən xx2nin reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməməsinə, yəni vicdanlı alıcı olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin ASC səhmdarlarının xx.xx.2014-cü il tarixli protokolunun etibarsızlığı və ASC-nin adından X23 Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunm uş sənədlərin etibarsızlığına dair tələblərin rədd olunmasını əsaslandırmamış, həmin tələblər üzrə iddiaçıların dəlillərinə hüquqi qiymət verməmişdir. Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, iddia tələblərindən yuxarıda göstərilən iki tələbin rədd olunmasının əsaslandırılmamasını diqqətdən qaçırmış, bu barədə, habelə digər hallara dair apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə əlaqədar hər hansı araşdırma aparmamış, həmin dəlillərə hüququi qiymət verməmişdir. Halbuki iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izahatlarında səhmdarların xx xxxxxx 2014-cü il tarixli ümumi yığıncağının keçirilmədiyini göstərmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 15266 saylı rəyinə görə isə ekspertizaya təqdim edilmiş, “xxxx” açıq səhmd ar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında yaradılmış hesablama komissiyasının xx xxxxxx 2014-cü il tarixli protokolunun 1-ci, 2ci və 3-cü vərəqələrində yuxarıdan 1-ci imzalar və 4-cü vərəqəsində “X17” ad və soyadından əvvəl yerləşən imza - X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. İş materiallarına daha sonra görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2015-ci il tarixli **********182200 saylı qərarına görə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1.ci maddəsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövl ət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin qərara görə vət.X2 xx.xx.2015-ci il tarixli ərizəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırarkən müəyyən edilmişdir ki, Cəmiyyətin Səhmdarlarının xx.xx.2015-ci il tarixli protokolunun gündəliyində Cəmiyyətin səhmdarının müraciəti əsasında Cəmiyyətin ayrılma yolu yenidən təşkili, ayrılan səhmdara düşən əmlak payının təsdiqi məsələsi göstərilmişdir. Həmçinin, protokolda səhmdar X12 Cəmiyyətin ayrılma yolu ilə təşkil olunması və ona düşən əmlak payının ayrılmasını tələb etməsi, ona düşən əmlak payının təsdiqi məsələsi müzakirə edilmişdir. Bununla əlaqədar həmin protokolda qərara alınmışdır ki, Cə miyyətin səhmdarı X22 Cəmiyyətin nizamnamə kapitalında özünəməxsus payı 46 faiz ayıraraq onun bazasında yeni hüquqi şəxs təsis etməsi ilə bağlı Cəmiyyət yenidən təşkil edilsin. Lakin təqdim edilmiş xx.xx.2015-ci il tarixli “Bölünmə balansı” Məcəllənin tələblərinə uyğun olmamış, müvafiq balansda yenidən təşkil edilməsi nəzərdə tutulan hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaları müəyyən etmək mümkün olmamış, balans bir nüsxədə təqdim edilmiş və onu təsdiq edən komissiya üzvlərinin səlahiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Cəmiyyətin yenidən təşkil olunması ilə bağlı nizamnamə kapitalının azaldılması da qanuna zidd olimuşdur. Cəmiyyətin ümumi yığıncağın çağırılmasına dair məlumatın mətbuatda verilməsini təsdiq edən sənədlər aşkar edilməmiş, ümumi yığıncağın prot okolunda 3 nəfərin etibarnamə ilə təmsil olunmasına dair etibarnamələr təqdim edilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişikliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56, 57.2, 57.3, 57-58, 106.1.3.8, 107-1.4 və 1077.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsinin qeyd olunan xx.xx.2015-ci il tarixli qərarının ləğv olunması, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə t əmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasia Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixlə 2(103)-9656/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnamənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınması, yəni Cəmiyyətin ayrılma yolu yenidən təşkili, ayrılan səhmdara düşən əmlak payının təsdiqi, səhmdar X15 düşən əmlak payının ayrılmasını, ona düşən əmlak payının təsdiqi barədə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının xx xxxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinin Cinayət işinin icraatına xitam verilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli qərarına görə X1 “xxxx” Açıq Səhmdar Cəm iyyətinin vəzifəli şəxsi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə verilmiş ittiham ləğv edilmiş, əməllərində cinayət tərkibi olmadığına görə barəsindəki cinayət işinə xitam verilmişdir ona görə ki, “xxxx” ASC-nin səhmdarlarının xx xxxx 2015-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə o, həmin Cəmiyyətin İdarə Heyətinin sədri seçilsə də, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsinin qeyd olunan xx.xx.2015-ci il tarixli qərarı ilə Səhmdar Cəmiyyətin ayrılma yolu ilə yenidən təşkil olunması ilə əlaqədar təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınmasından imtina edildiyindən Güloğlan İbrahimov həmin hüquqi şəxsin qanuni təmsilçisi ola raq qəbul edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)3864/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək iddiaçı “xxxx” ASC-nin qiymətli kağızların dövlət reyestrində dövriyyədən çıxarılmış hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərin qeydiyyatının bərpa olunması vəzifəsinin Azərbaycan Respublikası Maliyyə X5 üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə X5 xx.xx.2018-ci il tarixli ********** saylı məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(81)3864/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarının icrası ilə əlaqədar, “xxxx” ASC-nin (Cəmiyyət) dövriyyədən çıxarılmış hər birinin nominal dəyəri 0,50 manat olan ******* əd əd adi, sənədsiz adlı səhmlərin qeydiyyatı qiymətli kağızların dövlət reyestrində bərpa edilmişdir. Bildirilir ki, hal-hazırda, Cəmiyyətin nizamnamə kapitalı AZ********** dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi, sənədsiz adlı səhmlərdən ibarətdir. Göründüyü kimi “xxxx” ASC səhmdarlarının ümumi yığıncağının xx.xx.2014-cü il tarixli protokolunun, habelə ASC-nin adından X23 Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədlərin etibarsızlığı, həmin sənədlərin səlahiyyəti olmayan şəxs, yəni İdarə Heyətinin sədri kimi X2 tərəfindən təqdim olunması, buna baxmayaraq Dövlət Əmlak Komitəsinin müvafiq qurumu həmin sənədləri etibarlı, təqdim etmiş şəxsi isə səlahiyyətli kimi qəbul etməsi barədə iş materiallarında kifayət qədər sübutlar vardır. Həmin sübutlar işin mübahisəinin düzgün həlli üçün əhəmiyyətli olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu sübutlara tam və hərtərəfli baxmamış, hüquqi qiymət verməmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınmasından imtina edilməsi, həmin qərarın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə qanuni və əsaslı hesab olunması, bununla da torpaq sahəsinin özələşdirilməsindən və icarəsindən imtinanın qanunsuz və ə sassız olması bəlli olduğu halda, ƏMDK Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyi ASC-yə aid torpaq sahəsini təqribən bir ay sonra hərrac vasitəsilə satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilm iş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası birinci halla bağlı qeyd edir ki, məhkəmələr bu qənaətə gələrkən işdə olan sübutları tam, hərtəfli və obyektiv tədqiq etməmiş, məhkəmə maddi hüquq normalarının tələblərini hazırki işə düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstə rilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan ver ilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. İşdən göründüyü kimi, "xxxx” ASC-nin İdarə heyətinin sədri adından çıxış edən Güloğlan İbrahimov və Müşahidə Şurasının sədri Əvəz Əhmədov səhmdarların ümumi yığıncağının xx xxxx 2015-ci il protokoluna əsasən hərəkət edib Cəmiyyətin 82,4686 % əmlakını, yəni qurğuları, avadanlıqları və nəqliyyat vasitələri, 15037,1 kv metr torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməyən, yeni təşkil edilmiş “Tema” müəssisəsinə (təsisçisi X22) bölünmə balansı və təhvil-təslim aktı ilə təhvil verilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 dövlət qeydiyyatı idarəsinin xx.xx.2015-ci il tarixli **********182200 №-li Qərarı ilə ayrılma yolu ilə Cəmiyyətin yenidən təşkili, həmçinin xx3 Cəmiyyətin qanuni təmsilçi kimi qeydə alınm asından imtina edilmişdir. Vergi orqanının həmin qərarı və 2 saylı İnzibat-İqtisadi Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmşidir. Göstərilən qərarlara əhəmiyyət verilməyərək, Cəmiyyətin 14618 kvadrat metr torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə X23 Komitəsinə müraciət edilmişdir. X23 Komitəsi Yanında Torpaqların X8 üzrə Dövlət Agentliyi isə müraciətin səlahiyyətsiz şəxs tərəfindən olunmasını nəzərə almadan torpaq sahəsini satılması üçün hərraca çıxarmış, xx xxxxxx 2016-cı il tarixdə X19 99404 manata satılmışdır, torpaq sahəsi sonunscunun adına daşınmaz əmlakın dövlət reyestrilndə dövlət qeydiyyaına alınmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlar üzpə araşd ırma aparmamış, Cəmiyyətin 14618 kvadrat metr torpaq sahəsinin hərrac vasitəsilə satılması üçün müraciətlə bağlı sənədlərin təqdim olunması tərəflərə təklif olunmamış, iddia tələblərindən biri həmin sənədlərin etibarsızlığı olsa da, ümumiyyətlə həmin sənədlər iş materiallarına əlavə edilməmiş, həmin imtinanı qəbul etmiş ƏMDK-nin cavabdeh tərəfdən üçüncü şəxs kimi işə cəlb olunması məsələsini müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10257/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qə tnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar