Məhkəmə qərarları › İş №2(102)-2655/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2655/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2655/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2655/2021 (Açar sözlər: mənzildən çıxarılma, maddi hüquq normasının düzgün tətbiq edilməməsi, işin halının sübutlara əsasən qiymətləndirilməməsi ) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdeh Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və C avabdeh1 qarşı “mənzildən çıxarılma” iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1095/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin digər ailə üzvləri ilə birlikdə ona məxsus XXX ünvanında yerləşən evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 1985-ci ildən ünvan 2 ünvanında yaşayır. 1991-ci ildə idd iaçı o zaman Bakı şəhəri Oktyabr rayon X2 Komitəsinin 11 sentyabr tarixli, 15/3 saylı qərarı əsasında yaşadığı evi mülkiləşdirmiş və bu barədə həmin ilin noyabr ayının 19 tarixində 30/2287 saylı Qeydiyyat vəsiqəsi almışdır.

3. Bundan sonra iddiaçı bir neçə illər səhhəti ilə əlaqədar müvəqqəti olaraq övladının evində yaşamalı olmuşdur.

4. Yaşadığı evi ev əşyaları ilə birlikdə qonşularının nəzarətinə tapşırmışdır. Vaxtaşırı evi barədə məlumat almış, səhhəti imkan verəndə evinə gedirmiş. Son vaxtlar uzun müddət evinə gedə bilməmiş və nəhayət bu il evinə getdikdə iddiaçıya məlum olmuşdur ki, onun evi tanımadığı vətəndaşlar tərəfindən zəbt olunmuşdur.

5. Araşdırmalar nəticəsində iddiaçıya məlum olmuşdur ki, həmin şəxslər hazırki cavabdehlər olan şəxslərdir. Cavabdehlər ata və oğuldur.

6. İddiaç ının dəfələrlə evinin boşaldılmasına dair tələblərinə cavabdehlər söz versə də, daha sonra evi boşaltmaqdan müxtəlif bəhanələrlə yayınmışlar, iddiaçının əmlakı məhv edilmişdir. Cavabdehlər iddiaçını evə buraxmırlar.

7. Evində apardığı təmir və avadanlıq qanunsuz və keyfiyyətsiz istifadə nəticəsində yararsız vəziyyətə çatdırılmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - yaşadığı mənzili (yəni Bakı şəhəri 11-ci Xrebtovi, ev 11) 1997-ci il tarixdə X1 4500 ABŞ dollara satın almışdır; - evi alarkən iddiaçı həmin ünvanda yaşamamışdır; - iddiaçının ərizəd qeyd etdiyi ünvanla onun yaşadığ evin ünvanı fərqlidir.

10. Yasamal Rayon Məhkəməs inin 2(004)-4349/2019 nömrəli, 21 oktyabr 2019-cu il tаrixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Günay Axundova)

11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək, işin mübahisəzi halı kimi onu müəyyən edib ki, iddiaçı XXX saylı evin mülkiyyətçisidir. Lakin cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evdə yaşamaları sübut olunmur. Belə ki, cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evdə deyil, 11 saylı evdə qeydiyyatdadırlar və orada yaşayırlar.

12. Birinci instansiya məhkəməsi qeyd edib ki hazırki iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, 11a saylı evlə bağlı olduğdan, cavabdehlərin isə 11 a saylı evdə yaşamaları sübut olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh2 və C avabdeh1 qarşı XXX saylı evdən çıxarılma tələbinə dair iddiası rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş ediblər.

15. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, şikayətdə evlərin eyni olmasının müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatətin təmin edilməməsinə istinad edilmişdir.

16. Apellyasiya instansiyasının 15 yanvar 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçıya məxsus XXX saylı evlə, cavabdehlərin yaşadığı ünvan 5 ünvana aid olub-olm aması, həmin evlərin ayrı olubolmaması barədə saullar qoyulmuşdur.

17. Məhkəmə Ekspertizası Mərkəzinin 31.08.2020-ci il tarixli, № 10/55 saylı ekspert rəyinə əsasən İddiaçı məxsus, ünvan 6 ünvanında yerləşən yaşayış evinin texniki pasportun məlumatlarında göstərilən sahələrə uyğun gəldiyi müəyyən olunmuşdur. Lakin cavabdehlər O.Ağakişiyev və R.Ağakişiyevə aid XXX evin texniki pasportunun məlumatları bütövlükdə təqdim olunmadığından yaşayış evlərinin eyni ünvana aid olubolmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.

18. Apellyasiya məhkəməsi yerli baxış keçirmiş və iddiaçının mülkiyyətində olan evlə cavabdehlərin yaşadığı evin eyni ev olmasını aşkar etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1095/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddi açı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2019saylı, 21 oktyabr 2019cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev)

20. Apellyasiya instansiyası işdəki sübutlar, o cümlədən apellyasiya baxışında dindirilmiş şahidlərin ifadəsinə əsasən müəyyən etmişdir ki, iddiaçının cavabdehlərin çıxmalarını tələb etdiyi mənzil iddiaçının xüsusi mülkiyyətidir. Cavabdehlər mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmüş, həmin vaxtdan hazırkı günədək həmin mənzildə yaşayırlar, bütün kommunal xərcləri də ödəyirlər.

21. Apellyasiya instansiyası qeyd edib ki, cavabdehlər mübahisəli mənzilə 1997-ci ildə iddiaçının razılığı ilə köçdüklərindən və 23 il fasiləsiz və mübahisəsiz olaraq hazırkı vaxtadək həmin mənzildə yaşadıqlarından mənzilə istifadə hüququ əldə etmişlər.

22. Apellyasiya instansiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən hesab etmişdir ki, mübahisəyə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 1982-ci ildən Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir.

23. Apellyasiyanını mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mül kiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. Buna görə də cavabdehlərin mənzildən istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq qaydada xitam verilməsi mümkün olduğundan hazırkı iddia tələbi təmin edilə bilməz.

24. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, Mülki Məcəllənin 228.2 və 1982-ci il Mənzil Məcəlləsinin 123-cü maddələr ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etm işdir.

26. Kassasiya şikayətinin dəlilləri: - maddi hüquq norması düzgün tətbiq edilməyib; - apellyasiya məhkəməsi qətnaməsində iddiaçının razılığı ilə cavabdehlərin evə köçməsini və istifadə hüquqlarını əldə etdiyini qeyd etmiş, laikin cavabdehlərin qeyd edilən ünvana köçmələrinə dair iddiaçının razılıq verilməsi barədə heç bir sübut yoxdur, nə də cavabdehlər bunu deməyiblər. b) Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. 29.Cavabdeh X3 vəkilsiz iştirak et diyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

30. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzil Məcəlləsin (1982-ci il) Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus ola n evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün hesab etmir.

34. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehlərin çıxarılması barədədir.

35. Apellyasiya məhkəməsi iddiaçının cavabdehlərin çıxmalarını tələb etdiyi mənzil iddiaçının xüsusi mülkiyyətində olmasını müəyyən etsə də, cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmələrini əsas götürüb iddianı rədd etmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmələrini qeyd etsə də, işin bu halını hansı sübuta əsasən müəyyən etdiyini qeyd etməmidir. Baxmayaraq ki, Cavabdeh1 özü də yazılı etirazında (i.v.75) evi alarkən iddiaçının orada yaşamadığın göstərmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi cavabdehin etiraz kimi istinad etmədiyi hala istinad etmişdir.

37. Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya məhkəməsinin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar qətnamədə göstərilməlidir.

38. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə isə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan n ə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

39. Göründüyü kimi, mülki prosessual qanunvericilik işin halının sübutların qiymətləndirilməsi yolu ilə müəyyən edilməsini nəzərdə tutur. Lakin apellyasiya məhkəməsi cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmələrini hansı sübutları qiymətləndirməklə müəyyən edib qətnamədən görünmür.

40. Apellyaisya instansiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarix li Qərarına əsasən istinad etdiyi Mənzil Məcəlləsinin (1982) və Mülki Məcəllənin 228.2-ci maddələrinin tətbiqi o halda hazırki mübahisəyə tətbiq edilə bilərdi ki, cavabdehlərin mübahisəli mənzilə mülkiyyətçinin razılığı ilə 1997-ci ildə köçmələri işdəki sübutların MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymətləndiurlməsi ilə müəyyən edilərdi. Qeyd edildiyi kimi isə işin həmin halı hər hansı sübuta söykənilmədən müəyyən edilib.

41. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə h azırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1095/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar