Məhkəmə qərarları › İş №2(102)-2655/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2655/2023

22.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2655/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Tovuz rayon Mərkəzi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh Tovuz rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” t ələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-650/2023 saylı iş üzrə, 02 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra cavabdeh) 02 mart 1998ci il tarixli 05 nömrəli əmri ilə Tlvuz rayonu Çeşməli həkim ambulatoriyasına sürücü, 01 fevral 2010-cu il tarixli əmrlə isə təsərrüfat heyətinin sürücüsü işinə qəbul olunmuşdur.

2. Xəstəxanaının 08 may 2021-ci il tarixli, 483 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 08 may 2021-ci il tarixli, 483 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin işdə olan müddət ərzində hesablanıb ödənilməyən əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdehin 02 mart 1998-ci il tarixli 05 nömrəli əmri ilə Çeşməli həkim ambulatoriyasına sürücü, 01 fevral 2010-cu il tarixli əmrlə isə təsərrüfat heyətinin sürücüsü işinə qəbul olunmuşdur. İşlədiyi müddətdə heç bir nöqsana yol verməmiş və nizam-intizamlı olmuşdur. Buna baxmayaraq, heç bir əsas olmadan cavabdeh ona qarşı qərəzli mövqedə olmuş və 23 y anvar 2019-cu il tarixli 69-k nömrəli əsassız əmri ilə işdən azad edilmişdir. Lakin Tovuz Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(062)-959/2019 nömrəli qətnaməsi ilə həmin əmr ləğv olunmuş və işinə bərpa edilmişdir.

3. İşə bərpa olunsa da, cavabdeh xəstəxananın müdiriyyəti ona işləməyə imkan verməmiş və əsassız olaraq 08 may 2021-ci il tarixli 483 nömrəli əmrlə Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən yenidən onu işdən azad etmişdir.

4. İşdən azad olunmasının səbəbi 04 yanvar 2021-ci il tarixdə işə gəlməməsi olmuşdur. Lakin həmin gün işə gələ bilməməsi ilə bağlı ərizə vermişdir. Çünki oğlu 44 günlük İİ Qarabağ müharibəsində iştirak etmiş, 03 yanvar 2021-ci il tarixdə hərbi xidmətdən evə buraxılmışdır. Oğlu travma aldığına görə məcbur olub oğlunu 04 yanvar 2021-ci il tarix də onu həkimə aparmışdır. İşə gedə bilməməsinin səbəbi də oğlunun xəstə olması olmuş və bu barədə iddiaçı cavabdehə rəsmi qaydada məlumat vermişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə səbəb onun 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsi olmuşdur. Əmr qanuni əsaslarla tərtib edilmişdir, əmrin ləğvi üçün əsaslar yoxdur.

6. Tovuz Rayon Məhkəməsinin 2(062)-1584/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Nofəl Mustafayev) 7.. Birinci instansiya məhkəməsi işdəki sənədlərə (əmr və ak tlara) əsasən müəyyən etmişdir ki, iddiaçı 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək işə gəlməmiş, işdə olmamasının üzrlü səbəblərdən orlmasına dair sübutlar təqdim edə bilməmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsinin prosedur qaydalarına riayət olunmuş, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə həmkarlar təşkilatı razılığı alınmışdır. Cavabdehin 08 may 2021-ci il tarixli 483 nömrəli əmri ilə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması qanuni və əsaslı olmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 186.2-ci maddəsi, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Avro pa Konvensiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin ol unmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxılmasını vaxtı və yeri barədə iddiaçıya məlumat verməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, o, guya 04 yanvar 2021-cil tarixdən 08 may 2021-ci il tarixinədək işə gəlməmişdir. Bu barədə işdə olan aktlara və qərarlara istinad olunsa da, onun həmin aktlardan məlumatı olmamışdır. Onun buna dair heç bir izahatı alınmayıb, aktların tərtibi barədə məlumat verilməyib. O, həqiqətən də bu qədər müddət ərzində işə gəlməmiş olsa idi, cavabdeh tərəfindən intizam məsuliyyəti görülər, bildiriş təqdim edilər, bildirişlə bağlı işə gəlməməsinə görə onun izahatı alınardı. Cavabdeh tərəfindən əvvəllər də ona qarşı qanunsuz olaraq işdən çıxarılmağı ilə bağlı əmr verilmiş və bu əmr məhkəmə aktları ilə ləğv edilmişdir. Onunla əmək mübahisəsinin həmkarlar ittifaqında müzakirəsi zamanı onun işdə olmadığı günün üzrlü səbəbdən, yəni oğlunun 2-ci Qarabağ müharibəsində iştirak etməsi, bundan sonra oğlunun müalicəsi ilə bağlı olması barədə sənədlər təqdim edilsə də, həmkarlar ittifaqı qanunsuz olaraq əmək müqaviləsini ləğv olunmasına razılıq vermişdir. Həmkarlar ittifaqının qərarı ona təqdim edilməyib, iş materi allarında da əmrin surəti yoxdur. Qeyd olunan əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilməyib, bununla da əmrin forması və məzmununun tələbləri pozulmuşdur. O heç vaxt əmək funksiyalarını pozmamış, bu barədə ona heç bir rəsmi xəbərdarlıq edilməmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-827/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Fikrət Mehtiyev, Ədil Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin olunmuş, iddiaçının işdən azad olunması barədə cavabdehin 08 may 2021-ci il tarixli 483 nömrəl əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün, eləcə də 08 may 2021-ci il tarixli 483 nömrəli əmr verilən günə ödənilməmiş əmək haqqının iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə iddiaçının 04 yanvar 2021-ci il tarixdə işə gəlməməsinə səbəb onun oğlunun İİ Qarabağ müharibəsində hərbi əməliyyatlar zamanı almış olduğu travma ilə bağlı səhhətində ciddi problemlər olması olub. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

13. Apellyasiya məhkəməsi daha sonra göstərmişdir ki, işəgötürən iddiaçının 04 yanvar 2 021-ci il tarixdən işə çıxmamasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş 28 yanvar 2021-ci il tarixli 83 nömrəli, 18 fevral 2021-ci il tarixli 156 nömrəli, 30 mart 2021ci il tarixli 280 nömrəli və 30 aprel 2021-ci il tarixli 395 nömrəli əmrlərdə iddiaçının həmin günlər işə gəlməməsi qeyd olunmuş və həmin günlər üzrə əmək haqqının hesablanması dayandırılmışdır. Məhkəmənin iclasında isə cavabdehin nümayəndələri izahatlarında göstərmişlər ki, iddiaçı 4-5 ay işə gəlməmişdir. 08 may 2021-ci il tarixli 483 nömrəli əmrdə də işçinin 04 yanvar 2021-ci il tarixdən işə gəlməməsi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının ardıcıl olaraq 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə getməməsi iş materialları ilə sübut olunmur. İddiaçı özü də izahatında bildirmişdir ki, 2021ci ilin yanvar ayından əmr verilən günə kimi işə çıxsa da, lakin ərizə yazıb işdən çıxması təkidlə ona bildirilmiş və həmin aylar üzrə ona əmək haqqı ödənilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət vermədən iddianı rədd etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 1, 68, 70, 72, 154, 155, 156, 294 və 300-cü, Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

15. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və işin yeni apellasiya baxışına qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

16. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-6246 /2022 nömrəli iş üzrə 05 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti təmin edilərək, apellyasiya məhkəməsinin 2(104)-827/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsi qət olunmuşdur.

17. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının ardıcıl olaraq 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə getməməsinin iş materialları ilə sübut olunmamasına istinad etsə də, işin həmin halı ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəyə görə qəbul etməməsini qətnamədə göstərməmişdir. Həmçinin iddiaçı özü də 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi ona əmək haqqı verilməməsini göstərmiş, lakin apellyasiya məhkəməsi iddiaçının bu izahatını dolayısı ilə cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edib-etməməsi məsələsinə aydınlıq gətirməmiş, 4 ay ərzində iddiaçının işdə olduğu və buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya əmək haqqının nəyə görə verilməməsini, iddiaçının bununla bağlı işəgötürən olaraq cavabdehə və ya hər hansı orqana müraciət edib-etməməsini, etmədiyi halda nəyə görə müraciət etməməsini aydınlaşdırmamışdır. Halbuki qeyd edilən halların aydınlaşdırılması iddiaçının 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə çıxıb-çıxmaması hallarının müəyyən edilməsində, başqa sözlə, cavabdehin 08 may 2021-ci il tarixli əmrinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə uyğun olaraq qanuni olub-olmaması baxımından mübahisənin düzgün həll edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

18. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisə ilə bağlı tərəflərin mövqeyini ümumi formada qeyd etməklə kifayətlənərək iş materiallarında olan sənədləri sadalamış, sonra da maddi və prosessual hüquq normalarını qeyd edib, iddiaçının işə bərpa edilməli olması nəticəsinə gəlmişdir ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sədrlik edənin sualına cavab olaraq göstərmişdir ki, o, yalnız 04 yanvar 2021-ci il tarixdə işə gəlməsə də, həmin tarixdən 08 may 2021-ci il tarixədək hər gün işdə olmuş, 04 yanvar-08 may 2021-ci il tarixlər üçün ona əmək haqqı verilməmiş və bununla bağlı cavabdeh orqana hər hansı bir müraciət etməmişdir.

20. Məhkəmənin iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh Publik Hüquqi Şəxsinin nümayəndələri X3 və X6 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçı 4-5 ay işə gəlməmiş və bu səbəbdən qanuni əsaslarla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-650/23 nömrəli iş üzrə 2 mart 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır..

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı özü də 4 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi ona əmək haqqı verilməməsini göstərmiş, 4 ay ərzində onun işdə olduğunu bildirdiyi halda, buna baxmayaraq, cavabdeh tərəfindən ona əmək haqqının nəyə görə verilməməsini, bununla bağlı işəgötürən olaraq cavabdehə və ya hər hansı orqana müraciət etməməsini əsaslandıra bilməmiş və dolayısı ilə cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmişdir. Həmçinin, İddiaçı heç bir üzrlü səbəb olmadan 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bununla bağlı müdriyyətin 08 may 2021-ci il tarixli əmri tam qanuni olmuşdur.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 80-ci maddəsinin 2-ci bəndinə, 186 və 300-cü maddalərinə,, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1. 385.2 və 420-ci maddələrinə istinad ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-650/23 nömrəli iş üzrə 2 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, iddianı rədd etməklə prosessual hüququ normalarının tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh Publik Hüquqi Şəxsi kassasiya şikayətinə etiraz edərək göstərmişdir ki, apellasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər formal olaraq qeyd edilmişdir. İddiaçı tələbini sübuta yetirə bilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul olunmasını xahiş edir. Tətbiq edil ən hüquq Əmək Məcəlləsi 27.. Maddə 70.(bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən ləğv edilə bilər..

28. Maddə 72 (bənd “a”). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

29. Maddə 80 (bənd 1). bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edili r.

30. Maddə 80 (bənd 2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

31. Maddə

186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzi fələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək

32. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədə n işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müə yyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı müna sibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən təm mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Odur ki, qey d olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-650/2023 saylı iş üzrə, 02 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar