Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2656/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2656/2019 17 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ***nın və onun vəkili ***nun, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)-9053/2018 nömrəli qətnaməsindən İddiaçı ***nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı *** Cavabdeh1 qarşı (Azərbayca n Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 *** sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə verilmiş ******* nömrəli, 06 mart 2009-cu il tarixli, reyestr nömrəsi **********20-11301, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın qismən, 1 (bir) ədəd birmərtəbəli bağ evinə aid hissədə ləğv edilməsi və *** sahəsində yerləşən 675 nömrəli və 675A nömrəli bağ sahələrindən cavabdehlə onun arasında istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Ş.Ə.Məhərrəmova) 11 iyun 2018-ci il tarixli, 2(001)-3069/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının (hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) 17.10.2018-ci il tarixli, 2(103)-9053/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı *** və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı *** və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apel lyasiya instansiyası məhkəməsi onun dəlillərinə qiymət verməyərək, qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, X10 aid müqavilədə 0.12 ha sahəsi olan bağ sahəsində 23,45 kv.m yaşayış evinin olması, bağ evinin 675 nömrəli bağ sahəsində olması qeyd edilmişdir, saxtalaşdırma yolu ilə bu bağ evi sonradan çıxarış verilərkən 675a nömrəli bağ sahəsinə salınmışdır. Lakin cavabdeh heç bir vaxt birmərtəbəli bağ evindən istifadə etməmişdir. Qeyd edilən bağ sahəsi və birmərtəbəli bağ evi onun tərəfindən əməli idarəçiliyə qəbul edilmişdir və anası M.F.Ağayeva vəfat etdikdən sonra faktiki olaraq onun istifadəsindədir və qeyd edilən bir mərtəbəli bağ evində 1967-ci ildən yaşayıblar və istifadə ediblər. Cavabdeh öz maraqları naminə torpaq sahəsini öz istəyinə uyğun hasarlamaqla onun hüquqlarını kobud şəki ldə pozmuşdur, onun torpaq sahəsindən və birmərtəbəli evindən istifadəsinə imkan yaratmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı *** vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin e tməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 17.10.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərə findən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 06.03.1964-cü il tarixli «Nikah haqqında şəhadətnamə»nin surətinə əsasən, X13 ilə X7 arasında 06 mart 1964-cü ildə nikah bağlanmışdır. X3 və İstismarı Birliyi ilə X13 arasında bağlanmış 18.10.1987-ci il tarixli, 14632 nömrəli müqavilənin surətinə əsasən, *** massivində yerləşən 675 nömrəli, sahəsi 0,25 ha olan bağ sahəsi onun istifadəsinə verilmişdir. 20 saylı Notariat Kontorunda 22.04.1988-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamənin surətinə əsasən, X14 həmin vəsiyyətnamə ilə ona məxsus olan daşınar, daşınmaz əmlakları, o cümlədən *** kəndində olan 675 nömrəli bağ evini arvadı X6 vəsiyyət edir. X8 X3 və İstismarı Birliyinə yazdığı 03.08.1989-cu il tarixli ərizəsində ***lar massivində yerləşən 675 nömrəli, sahəsi 0,12 ha olan bağ sah əsi onun istifadəsinə verilmişdir. 20 saylı Notariat Kontorunda 20.02.2009-cu ildə təsdiq edilmiş vəsiyyətnamənin təsdiq olunmuş surətinə əsasən, X7 həmin vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları İddiaçı ***na vəsiyyət edir. 10.11.1992-ci il və 05.01.2010-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”lərin surətlərinə əsasən, X13 10.11.1992-ci ildə, X7 isə 25.12.2009-cu ildə vəfat etmişlər. X3 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında bağlanmış 12.07.2004-cü il tarixli, 26786 nömrəli müqavilənin surətinə əsasən, ***lar massivində yerləşən 675 saylı bağ sahəsinin 0,12 ha olan bağ sahəsi onun istifadəsinə verilmiş, müqavilənin müddəti 18.10.1989-cu il tarixdən 18.10.2009-cu il tarixədəkdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20.04.2018-ci il tarixli, **********41 saylı və 26.04.2018-ci il tarixli, **********23 saylı məktublarına əsasən, *** sahəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərindəki bağ evi keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında bağlanmış 675A nömrəli bağ sahəsinin isitifadəyə verilməsinə dair 12.07.2004-cü il tarixli, 26786 nömrəli müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 29.08.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 06.03.2009-cu il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövl ət Reyestrindən MH seriyalı, ******* saylı “Çıxarış”ın surətinə əsasən, *** sahəsində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 1 ədəd 2 mərtəbəli, 4 otaqlı, 44,6 kv/m yaşayış, 26 kv/m köməkçi sahədən ibarət bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 25 nömrəli reyestr kitabının 3039 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə maddi hüquq norması kimi aşağıdakıları tətbiq etmişdir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarın 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi status u müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda, torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin Qərarın 6-cı bəndinə əsasən isə Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq sahəsinə dair əqdlərin dövlət qeydiyyatı həmin əqdlərin predmeti sayı lan, torpaq sahəsinin planı olduqda həyata keçirilir. Qeyd edilsin ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li Qərarının 6-cı bəndinin, 2-ci abzasında qeyd olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət, istifadə, icarə) habelə, alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında, və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sən ədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair şəhadətnamə, torpağın müvəqqəti istifadə hüqüquna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirir və bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutmaq kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. 16.07.1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (1996-cı ilin avqust ayı qüvvəyə minib” 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçi liyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Apellyasiya instansiyası məhkəməsi işin faktiki halı kimi müəyyən etmişdir ki, 06.03.1964-cü ildə X1 Müqafıza Fərəc qızı ilə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuş, sonuncunun bu nikaha qədər Mələkkə və Məlahət adlı qızları başqa nikahdan anadan olmuşdur. 1967-ci ildə bağ müqaviləsi əsasında *** qəsəbəsində yerləşən 675 nömrəli bağ sahəsi X8 istifadəsinə verilmiş, o, 1988-ci ildə 20 saylı Notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamə əsasında həmçinin, sözügedən bağ sahəsini arvadına vəsiyyət etmişdir. Daha sonra o, 1989-cu ildə X12 ərizə ilə müraciət edərək həmin bağ sahəsinin bir hissəsinin qızlığı Cavabdeh1 istifadəsinə verilməsini xahiş etmiş, 30.10.1992-ci ildə vəfat etmişdir. Bundan başqa, verilmiş 0,25 ha torpaq sahəsi 1989-cu ildə iki yerə bölünmüş və 0,12 ha hissəsi Cavabdeh1 adına sənədləşdirilməklə, 675A bağ nömrəsi verilməklə, həmin vaxt X3 və İstismarı Birliyi ilə hər iki icarəçi ilə müqavilələr bağlanmaqla, hər bağın sahəsi 0,12 ha göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 0,12 ha bağ sahəsi və üzərində olan iki bağ evi cavabdehin istifadəsində, bağın digər hissəsi isə ***nın istifadəsində olmuşdur, *** sahəsində yerləşən və Cavabdeh1 istifadəsində olan 0,12 ha torpaq s ahəsi və üzərindəki bağ evi keçmiş X3 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında bağlanmış 615A nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair 12.07.2004-cü il tarixli, 26786 nömrəli müqavilə və ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 29.08.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 06.03.2009-cu il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Sonradan Cavabdeh1 istifadəsində olan 0,12 ha torpaq sahəsini 12.07.2004-cü il tarixli, 26786 nömrəli müqavilə əsasında 2009-cu ildə öz adına özəlləşdirmişdir. Birinci instansiya məhkəməsində yerli baxış zamanı X4 adına müqavilə ilə rəsmiləşdirilmiş və iddiaçının istifadəsində olan bağ sahəsinin boş torpaq sahəsi, Cavabdeh1 mülkiyyətində olan bağ sahəsi ndə isə iki bağ evinin olmaqla, hər iki sahənin bir-birindən təcrid vəziyyətdə ayrılması müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 mülkiyyətində olan 1 ədəd birmərtəbəli bağ evinin anasının adına olan torpaq sahəsinə aid olmasını göstərsə də, qarşı tərəf bu faktı inkar edərək bağ sahələrinin göstərilən vəziyyətdə uzun müddət belə olmasını və DƏDRX-nin müvafiq sənədləri əsasında da, bu cür formada özəlləşdirilməsini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 istifadəsində olan 0,12 ha torpaq sahəsini qanuni əsasla 12.07.2004-cü il tarixdə öz adına özəlləşdirməsinə baxmayaraq, iddiaçı anasının adına olan bağ sahəsini hazırki vaxta kimi özəlləşdirilməmişdir, yəni bu bağ sahəsi hazırda iddiaçının istifadəsində olsa da, vəsiyyətnamə üzrə həmin daşınmaz əmlakı (icar ə hüququnun vəsiyyət üzrə keçməsi qanunda nəzərdə tutulmuşdur) öz adına xüsusi mülkiyyət hüququ əsasında, qeydə alınmamışdır. Belə olan halda isə, onun cavabdehə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış“ın qismən ləğv edilməklə, onun xüsusi mülkiyyətində olan əmlak da daxil olmaqla, istifadə qaydalarının müəyyən edilməsinə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Kassasiya kollegiyası ilk növbədə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (m iras passivi) toplusu daxildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Nə qədər ki, iddiaçının öz anasının vərəsəsi olması və mirası qəbul etməsi işin mübahisəsiz halı kimi qəbul edilmişdir, istinad edilən maddi hüquq normalarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün tələb olunan subyektiv hüququn mövcudluğu heç də həmin torpaq sahəsinə dair məhz iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə şərtləndirilməmişdir. Odur ki, iddiaçının hazırki iddianı qaldırması üçün tələb olunan subyektiv hüququnun olmaması ilə bağlı apellya siya instansiyası məhkəməsinin qənaəti istinad edilən maddi hüquq normalarına zidd olmaqla səhvdir. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı qənaəti ilə yanaşı işdə olan sübutlara qiymət verməklə iddiaçının iddiasının əsasını təşkil edən halları sübut edə bilməməsi ilə bağlı əsaslandırması özü-özlüyündə ziddiyyətlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən həmçinin müəyyən edilir ki, məhkəmə iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı qənaətə gəldiyindən işin faktiki halları ilə bağlı olan apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdən yayınmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya mə hkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda ***nın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mül ki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutla rın qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabər lik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd edir ki, X17 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin bu qərarı əsaslandırılmış, qanuni və ədaləltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 4 16-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ***nın kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli, 2(103)9053/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2656/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2656/2019
17.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver