Məhkəmə qərarları › İş №2(102)-2657/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2657/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2657/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçın qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2657/21 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması və bölünməsi) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Pnun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-7816/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə E saylı mənzilin dəyəri tam ödənildiyinə görə həmin mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməsi, onun əmlak üzərində ½ hissədə payının və Cavabdeh əmlak üzərində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri, Abşeron rayonu, Masazır qəsəbəsində “X4” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv.m olan, iki otaqdan ibarət, 23 saylı mənzilin aralarında bölünərək 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında 23.10.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 1520 saylı aktla ni kah bağlanmışdır. Birgə nikahdan 19.11.2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli e-2(011)-656/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahda olan dövrdə yəni, 05.05.2011-ci il tarixdə ümumi gəlirlər hesabına E saylı mənzili əldə etmişlər. Həmin mənzil cavabdehlə “X4” MMC arasında 05.05.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh adına rəsmiləşdirilmişdir. Mənzili aldıqdan sonra həmin mənzil əsaslı şəkildə təmir olunmuşdur. Mübahisəsi gedən mənzil “X4” MMC-yə pay haqqı tam ödənilməklə əldə olunmuş mənzildir və onun üzərində cavabdehin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə 2007ci ildə ailə həyatı qurmuşdur. Rəsmi nikahları Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən 23.10.2007-ci il tarixdə 1520 saylı nikah qeydi ilə qeydə alınmış və müvafiq şəhadətnamə verilmişdir. Bir müddət mehriban ailə kimi yaşasalar da, son vaxtlar münasibətləri pozulduğundan onun iddiası əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli, e-2(011)-656/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahlarından doğulmuş 19.11.2008-ci il təvəllüdlü X1 onun yanında saxlanılmaqla, hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə birgə nikahda olduqları müddətdə Abşeron rayonu, Masazır qəsəbəsində “X4” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv. m olan, iki otaqdan ibarət, 23 saylı mənzili satın almışlar. Bu barədə göstərilən ünvanda yaşayış binalarını inşa edən “X4” MMC ilə onun arasında “mənzil tikintisi haqqında” 05 may 2011-ci il tarixli müqavilə də bağlanmışdır. Müqaviləyə əsasən mənzilin ümumi dəyəri 32.306 manat müəyyən edilmişdir. Həmin məbləğin 19.206 manatını o (özü hərbi hospitalda işlədiyindən maaşından ödəmişdir), qalan 12.400 manatını isə cavabdeh ödəmişdir. Bu hal iddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzlərindən də açıq şəkildə təsdiq olunur. Hal-hazırda cavabdehlə nikahları pozulduğundan, birgə nikah dövründə əldə etdikləri və yuxarıda göstərilən ünvanda yerləşən mənzilin tərəflər arasında bölüşdürülməsi zərurəti yaranmışdır. Birgə nikahlarından doğulmuş X1 onun yanında qalmasını, dolayısıyla uşağın mənafeyini, hə mçinin mənzilin ümumi dəyərinin çox hissəsinin (19.206 manatının) onun tərəfindən ödənildiyini və sair diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Masazır qəsəbəsində “X4” MMC tərəfindən inşa olunmuş yaşayış binalarının “İİ E” korpusunda yerləşən, ümumi sahəsi 65.93 kv.m, yaşayış sahəsi 36.55 kv.m olan, iki otaqdan ibarət, 23 saylı mənzilin aralarında bölünərək 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx il tarixli 2(011)-3923/2020 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən edilərək, E saylı mənzildə ½ hissədə İddiaçı, ½ his sədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh ilə İddiaçı 23 oktyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahda olduqları müddətdə tərəflər birgə vəsait hesabına E saylı mənzil əldə etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuşdur. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsini tələb etsə də, hər hansı diqqətəlayiq üstün mənafeyə malik olmasını təsdiq edən, həmçinin qarşı tərəfin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi ilə bağlı mə hkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mülki işdə olan sübutlarla daşınmaz əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyi təsdiq edildiyindən, tərəflərin həmin əmlaklarda ½ hissədə payının müəyyən edilməsi ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 34, 36, 37-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahi ş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-7816/2020 saylı, xxx il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3923/2020 saylı, xxx il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsini tələb etsə də, hər hansı diqqətəlayiq üstün mənafeyə malik olmasını təsdiq edən, həmçinin qarşı tərəfin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mülki işdə olan sübutlarla daşınmaz əmlakın birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyi təsdiq edildiyindən, tərəflərin həmin əmlaklarda ½ hissədə payının müəyyən edilməsi ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Odur ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, E saylı mənzildə tərəflərin hər birinin ½ payları müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili R) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi mübahisə poredmeti olan mənzilin alınmasına tələb olunan 32306 manat pul vəsaitinin 12400 manatını qarşılıqlı iddia üzrə cavabdeh ödəmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh həmin pul hissə-hissə ödəyərkən o, cavabdehə hər ay pul vermişdir. Lakin cavabdeh maddi imkanının olmamasını əsas gətirərək qalan 19206 manatı ödəməkdən imtina etdiyi üçün 19206 manat pul vəsaitini də o, tam şəkildə maaşından ödəmişdir. Ödəniş başa çatdıqdan sonra mənzil onun tərəfindən tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Mənzilin təmirinə çəkilmiş vəsaiti də o, tək ödəmişdir. Hazırda o, uşaqları il ə birgə həmin mənzildə yaşayır. Cavabdeh mənzilin təmirinə heç bir vəsait xərcləməmiş, mənzilin dəyərinin artırılmasında onun rolu olmamışdır. Mənzilin dəyərinin 2/3 hissəsinin onun tərəfindən ödənilməsini nəzərə almayan apelyasiya kollegiyası həmin mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsaitin onun tərəfindən qoyulmasını da nəzərə almamışdır. Cavabdeh nikah dövründə ev təsərrüfatı ilə məşğul olmamış, uşağa qulluq etməmiş və mütəqil qazancı olmamışdır. Cavabdeh alimentin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsini də icra etmir. Bu onu göstərir ki, cavabdeh həqiqətən də birgə yaşadıqları müddətdə üzrsüz səbəbdən gəlir əldə etməmişdir. Onun əsas istəyi mənzili satıb gəlir əldə etməyə yönəlmişdir. Ona görə də hesab edir ki, mənzildə payları müəyyən edilərkən uşağı onun yanında qaldı ğı üçün onun da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili P kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş e tdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1 və 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə o lunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həy ata keçirilir. Maddə

37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ma ddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı kasasiya şikayətində əsasən işin faktiki hallarının düzgün araşdırılmamasına və qiymət verilməsinə istinad etmişdir ki, bu hal Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələblərinə uyğun olaraq kasasiya araşdırmasının predmetini təşkil edə bilməz. Qarşılıqlı iddiaçının apelyasiya kollegiyası tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə düzgün əməl etməməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı əmlakın qeyri-bərabər bölünməsini tələb etsə də, hər hansı diqqətəlayiq üstün mənafeyə malik olmasını təsdiq edən, həmçinin qarşı tərəfin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İddiaçının cavabdehin aliment ödəməməsi, bu halın da cavabdehin birgə yaşadıqları müddətdə üzrsüz gəlir əldə etməməsinin göstəricisi olması barədə mövqeyinə gəldikdə isə qeyd edilməlidir ki o, bu barədə də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmənin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə düzgün əməl etməməsi qə naətinə gəlinməsi mümkün hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7816/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar