Məhkəmə qərarları › İş №2(102)-2657/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2657/2024

14.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2657/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2657/2024 (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)350/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 14 oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********1 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0,0482 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 92,80 kv.m. yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı oğlu Cavabdeh1 ilə Cavabdeh2 2013-cü ildə ailə qurmuş və Cavabdeh2 qeyd edilən evə gəlin köçərək həmin ünvand a yaşamış, onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı iki övladı doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən evdən cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma oğlu, digər Cavabdeh2 isə onun gəlinidir. Hazırda onun xüsusi mülkiyyətində olan evdə cavabdehlər öz azyaşlı uşaqları ilə birlikdə yaşamaqdadırlar. Cavabdehlər onu evində yaşamağ a qoymurlar. O, və arvadı yaşlı və xəstə adamlardır. Hər iki cavabdeh, xüsusilə də Cavabdeh2, mütəmadi olaraq onu və arvadını söyərək təhqir edir, onları vuraraq döyür, azyaşlı uşaqları öyrədərək onlara qarşı nalayiq hərəkətlər etdirirlər. Həmçinin onlar evinin həyətini artıq zibilliyə çevirmişlər. Evdə, həyətdə antisanitar vəziyyət hökm sürür. O, artıq öz evində, öz şəxsi mülkiyyətində yaşaya bilmir. Həyat artıq ona və arvadı üçün cəhənnəmə çevrilmişdir. Ona görə də cavabdehlər uşaqları ilə birlikdə ona məxsus evdən çıxarılmalıdırlar.

5. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, oğlu Roman uzun müddətdir Rusiyasda işləyib yaşayır. Cavabdehlər onun mülkiyyətində olan evdə və torpaq sahəsində hər hansı tikili tik məmişlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini qeyd edərək izahatında bildirmişdir ki, 2013-cü il tarixdən Cavabdeh1 ilə ailə qurub həmin evə gəlin köçmüşdür. Uşaqları həmin evdə dünyaya gəlmişlər. Əri, digər Cavabdeh1 da onlarla birgə həmin evdə daimi yaşamış, lakin işləmək üçün tez-tez xarici ölkələrə getmişdir. Əri hazırda Rusiyadadır. Həmin evdə əri ilə birlikdə müəyyən təmir işləri aparmışlar. Həm də onlar iddiaçının mülkiyyətinə aid olmayan əlavə tikililər tikmişlər.

7. Məhkəmə tərəfindən 17 oktyabr 2023-cü il tarixdə yerli baxış keçirilərək müvafiq protokol tərtib edilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi ya şayış evi 1 mətbəx, 3 yaşayış və 1 yardımçı otaq və 1 eyvandan ibrarət olmaqla həmin evin 1 və 2 nömrəli mətbəx, yaşayış otaqları iddiaçının, 3 və 4 nömrəli yaşayış və yardımçı otaqlar cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 5 nömrəli otaq isə iddiaçının digər oğlunun (həmin otağın giriş-çıxış hissəsi ayrı istiqamətdəndir) istifadəsindədir. Həmin evin eyvan hissəsi iddiaçı və cavabdehlərin ümumi istifadəsindədir və eyvandan iş üzrə hər iki tərəfin istifadəsində olan otaqlara qapılar açılır, eləcədə eyvanının sağ küncündə təxmini 3 kv m sahəsi olan hamam otağı tikilmişdir. Yerli baxış zamanı hazırda mübahisələndirilən evin və onun həyətyanı sahəsinə daxil olan ərazidə yaşayış üçün hər hansı əlavə tikililərin tikildiyi müşahidə olunmamışdır.

8. Yevlax Rayon Məhkəməsinin (bundan sonra birinci i nstansiya məhkəməsi) 2(039)1881/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh2 öz azyaşlı uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 4 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manatın Cavabdeh2 iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 2013-cü ildə digər Cavab deh1 ilə ailə quraraq hazırkı mübahisələndirilən evə gəlin köçərək bu ünvanda ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdehlərdən Cavabdeh2 qeyd edilən evdə istifadə hüququnu əldə etmək üçün həmin mülkiyyətçi ilə, yəni iddiaçı ilə ona məxsus olan yaşayış sahəsində istifadə imkanını təmin edən hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, habelə iddiaçı ilə etibarlı ailə münasibətlərində olmalı, eləcə də yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmalıdır ki, hazırkı halda Cavabdeh2 iddiaçıdan özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərə aid olmamışdır.

10. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, o, yaşayış sahəsinin mülkiyyətçisindən yəni atası İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmuşdur. Qanunvericilik normalarından və işin mövcud hallarından da müəyyən olunmuşdur ki, Cavabdeh2 istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud olmamışdır. Lakin digər Cavabdeh1 istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud olmuşdur. Bu səbəbdən də iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Cavabdeh2 qeyd olunan ünvanda ərə getdiyi gündən yaşayaraq uşaqlarını həmin evdə dünyaya gətirmişdir. İki uşağı və həyat yoldaşı ilə həmin evdə yaşamaqla özü üçün onlara aid olan hissəsini tikmiş, artırmalar etmiş və evi yaşayış vəziyyətinə onlar gətirmişlər. Bundan başqa, iddiaçının razılığı ilə Cavabdeh2 həmin ev ə köçmüş, həmin evdə yaşamışdır. Hal-hazırda da yaşayır. Cavabdeh2 bütün əşyaları, habelə həyat yoldaşı və uşaqları nikaha girdiyi andan bu günə kimi orada yaşamışlar. Cavabdeh2 həyat yoldaşı hətta kənarda işləmiş və onun göndərdiyi pul sayəsində yaşadığı evin istifadə vəziyyətini formalaşdırmışdır. İşin hallarından da görünür ki, ev iddiaçının mülkiyyəti olmaqla onlar ona məxsus olan evdə yaşamışlar. İddiaçının oğlunun, yəni Cavabdeh1 saxlanılması Cavabdeh2 və uşaqlarının evdən çıxarılması real həqiqəti əks etdirməmişdir. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Nəticə etibarı ilə əleyhinə qərar qəbul etmişdir. Cavabdeh1 həmin evdə qalmasını, digər ailə üzvlərinin - arvadının və uşağının evdən çıxarılmasını qəbul edə bilmir. Bu halı ədalətsiz bir qərar olaraq qə bul edir. Məhkəmə işin faktiki hallarını araşdırarkən həmin evdə 10 ildən artıq yaşadıqlarını, iddiaçının istəyi ilə Cavabdeh2 həmin evə köçdüyünü və uşaqlarının orada doğulmasını qiymətləndirməmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-350/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin onun mənzildən çıxarılması hissəsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdehlərdən Cavabdeh2 qeyd edilən evdə istifadə hüququnu əldə etmək üçün həmin mülkiyyətçi ilə, yəni iddiaçı ilə ona məxsus olan yaşayış sahəsində istifadə imkanını təmin edən hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, habelə iddiaçı ilə etibarlı ailə münasibətlərində olmalı, eləcə də yaşayış sahəsinin mülkiyyətçisindən özü nün saxlanılmasını tələb etmək hüququ olmalı idi ki, hazırkı halda Cavabdeh2 iddiaçıdan özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərə aid deyil.

17. Məhkəmə kollegiyası ona görə də hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı Cavabdeh2 aid hissədə təmin etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən ev iddiaçının xüsusi mülkiyyətində olduğundan, qanunvericiliyin tələbinə görə Cavabdeh2 iddiaçının ailə üzvü hesab edilmədiyindən, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmadığından şikayət təmin edilə bilməz. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə Cavabdeh2 mənzildən çıxarılmasını tələb etmək hüququna malik olmuşdur. Çünki həmi n normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, birinci i nstansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 372.1, 372.6, 372.7 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhk əməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh2 iddiaçının ailə üzvüdür, ailə üzvlərinin siyahısındadır. Ailə münasibətləri bu gündə var. Məhkəmə Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının tələblərini pozmuşdur.

24. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh2 münasibətdə məhkəmə qərarı ədalətli olaraq qəbul edilməyib. Cavabdeh2 və uşaqlarının maraq və mənafeləri təmin edilməmişdir. Bundan başqa digər əhəmiyyətli h al odur ki, həm uşaqları, həm də Cavabdeh2 evdən çıxarılmaqla qışın bu soyuğunda harada qalacağı belə sual altındadır. Cavabdeh2 bu barədə dövlət orqanlarınada müraciət edib kömək istəmişdir. Məsələ odur ki, Cavabdeh2 istifadə hüquqları açıq-aşkar pozulumşdur. Bütün bunlarda mənə olan qərəzlilikdir. İş tam və hərtərəfli araşdırılmamasıdır. Həmdə Cavabdeh1 digər cavabdeh olaraq həyat yoldaşının və uşaqlarının evdən çıxarılmasını qəbul edə bilməz. Hesab edir ki, bu onların ailəsinə olan qərəzli münasibətdir.

25. Onların bir insan, bir vətəndaş olaraq hüquqları tamamilə pozulmuş, barələrində əsassız qərar qəbul edilmişdir. Bu qanunsuzluqla bağlı onlar mümkün ola biləcək bütün vasitələrdən istifadə edərək öz dəlillərini ortaya qoysalarda məhkəmə tərəfindən mübahisələrinə bərabər qaydada baxılm amışdır.

26. Məhkəmə işin faktiki hallarını tam və hərtərəli araşdırmamışdır. Nəticə etibarı ilə əleyhinə qərar qəbul etmişdir. Onlar vahid ailə olaraq yaşadıqları evi özləri tikib qurmuşlar. Cavabdeh1 həmin evdə qalmasını, digər ailə üzvlərinin - arvadının və uşağının evdən çıxarılmasını qəbul edə bilmir. Bu halı ədalətsiz bir qərar olaraq qəbul edir. Məhkəmə işin faktiki hallarını araşdırarkən bu evdə 10 ildən artıq yaşadıqlarını iddiaçının istəyi ilə Səbinənin bu evə köçdüyünü və uşaqlarının orada doğulmasını qiymətləndirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. İddiaçı cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsi nin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

28. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Uşaq hüquqları haqqında” Konvensiya (BMT Baş Assableyasının 44/25 nömrəli saylı qətnaməsi ilə xx.xx.1989-cu ildə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə qüvvəyə minmişdir).

30. Maddə 3.

1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün təd birlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

32. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

33. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-is tifadə olmasın.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.

40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

41. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən o nunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

42. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” Azərbaycan Respublikası Qanun.

44. Maddə

2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altın da olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarı.

45. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatında n asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.

46. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üz vünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülk iyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vid eo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, Cavabdeh2 ilə birlikdə azyaşlı uşaqlar xx.xx.2014-cü il təvəllüdlü xx.xx.2014-cü il təvəllüdlü Səmran Mürsəlov və xx.xx.2019-cu il təvəllüdlü Fərid Mürsəlovun da iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalarına münasibətdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi m üəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində onun mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etsə də, həmin tələb hər iki cavabdehə, yəni uşaqların hər iki valideyninə münasibətdə təmin edildiyi halda yetkinlik yaşına çatmayan uşaqların da evdən çıxarılmaları təmin oluna bilərdi.

62. Məhkəmə kollegiyası iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı cavabdehlərin kassasiya şikayətinə münasibətdə hesab edir ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına münasibətdə, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyy ətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, həmin tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Mübahisələndirilən hissədə kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

64. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir: 1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi qeyd olunan normalarda gəlinin qaynatanı saxlamaq vəzifəsi müəyy ən edilməmişdir.

65. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı cavabdehlərin kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın Cavabdeh2 aid hissədə rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam rədd olunması hissəsində cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də “Cavabdeh2 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına münasibətdə” birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.

66. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 ilə birlikdə azyaşlı uşaqlar xx.xx.2014-cü il təvəllüdlü Səmran Mürsəlov və xx.xx.2019-cu il təvəllüdlü Fərid Mürsəlovun da iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalarına münasibətdə dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

67. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yer i isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

68. Apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış birinci instansiya məh kəməsinin qətnaməsində Cavabdeh1 münasibətdə iddia tələbi rədd edilərkən qeyd olunmuşdur ki, Cavabdeh1 yaşayış sahəsinin mülkiyyətçisindən yəni atası İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmuşdur. Qanunvericilik normalarından və işin mövcud hallarından da müəyyən olunmuşdur ki, Cavabdeh1 istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud olmuşdur.

69. Göründüyü kimi Cavabdeh1 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququ mövcud olduğundan, Cavabdeh1 həmin istifadə hüququna yalnız Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi tərəfindən kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi mümkündür.

70. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Səmran Mürsəlov və xx.xx.2 019-cu il təvəllüdlü Fərid Mürsəlov isə, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması təmin edilmiş Cavabdeh2 övladları olduğu kimi, barəsində iddia tələbi təmin edilməyən Cavabdeh1 da övladlarıdır. Odur ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü Səmran Mürsəlov və xx.xx.2019-cu il təvəllüdlü Fərid Mürsəlovun iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması hissəsində iddia tələbi təmin edilməməli idi. Yetkinlik yaşına çatmayan uşaqların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları isə yalnız o vaxt mümkün olar ki, evin mülkiyyətçisi olan iddiaçı tərəfindən uşaqların valideyni Cavabdeh1 müvafiq kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilmiş olsun.

71. Buna baxmayaraq, apellyasiya inst ansiya məhkəməsi hazırkı işdə qeyd olunan hissədə tələbi həll edilərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

72. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, “azyaşlı uşaqlar xx.xx.2014cü il təvəllüdlü Səmran Mürsəlov və x x.xx.2019-cu il təvəllüdlü X4 şəhəri, Nemanzadə küçəsi ev 11A ünvanında yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları” hissəsində ləğv edilərək, həmin hissədə, yəni yetkinlik yaşına çatmayan uşaqlara münasibətdə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-350/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli qətnaməsi “azyaşlı uşaqlar xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 ünvan 4 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış ev indən çıxarılmaları” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar