Məhkəmə qərarları › İş №2(102)-2658/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2658/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2658/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: “xxxx” ASC İddia tələbi: “10.050 manat maddi, 5.000 manat mənəvi zərərin əvəzi olaraq pulun tutulması” Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili X1 qızının, Cavabdeh2 və vəkili Alışov Rafiq Talış oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7203/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Nəsimi RPİ-nin PŞ-nin 20.05.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında Cavabdeh2 Fərman oğlunun verdiyi izahatından görünür ki, 2018-ci ilin yanvar ayında İddiaçı onun işlədiyi, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən avtomobillərin alqı-satqısı mağazasına gələrək bir neçə avtomobilin qiymətlərini soruşmuş, lakin pulunun az olduğunu qeyd edərək kredit yolu ilə avtomobil almaq istədiyini bildirdiyi üçün ona “Kia Optima” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq təklif olunmuşdur. Həmin avtomobilin “xxxx” ASC-də kreditdə olduğunu, ilkin ödəniş olaraq 7.500 manat və hər ay banka 250 ABŞ dollar ödəməli olduğunu bildirmiş və İddiaçı onunla razılşamışdır. Bundan sonra İddiaçı və avtomobili etibarnamə əsasında idarə edən X2 ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən 6 saylı Notariat Kontoruna getmişlər və orada İddiaçı etibarnamə vermişdir. Ofisə qayıtdıqda İddiaçı 5.000 AZN ödəniş etmiş, qalan 2.500 AZN pulu isə 1 ay ərzində ödəyəcəyini bildirsə də, həmin məbləği 3 ay müddətinə ödəmişdir. İddiaçı ilə birlikdə banka getmişlər, orada İddiaçı avtomobil üçün kredit şərtləri və borcu ilə tanış olmuş və aylıq 250 ABŞ dolları ödəyəcəyinə razılıq vermişdir. 2018-ci ilin dekabr ayında İddiaçı ona zəng vuraraq YPXnin əməkdaşlarının avtomo bili duracağa yerləşdirdiklərini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, İddiaçı 1 aylıq banka ödəniş etmiş, lakin daha sonra heç bir ödəniş etməmişdir. Eyni zamanda avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 tanımadığını qeyd etmişdir. -28.02.2018-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi (təmsil edilən) Cavabdeh1 tərəfindən İddiaçı (etibar edilən) “Kia Optima” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün 5 il 4 ay 11 gün müddətinə verilib və 09.07.2023-cü il tarixədək qüvvədədir. -kassa mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 borcundan 04 aprel 2018-ci ildə 250 ABŞ dolları, 27 aprel 2018-ci ildə 250 ABŞ dolları, 21 may 2018-ci ildə 250 ABŞ dolları, 26 iyul 2018-ci ildə 250 ABŞ dolları, 27 noyabr 2018-ci ildə 200 A BŞ dolları 28 noyabr 2018-ci ildə 50 ABŞ dolları məbləğində “X3 Edilməsi Agentliyi” MMC-nin hesabına ödəniş edilmişdir. -“xxxx” ASC tərəfindən Cavabdeh1 kreditə verilmiş “Kia Optima” markalı, ****dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı banka öz adından 1250 ABŞ dolları ödəniş etmişdir. Lakin bunun müqabilində Cavabdeh1 avtomobili qanunla müəyyən edilmiş qaydada İddiaçı sahibliyinə və istifadəsinə verilməsi üçün lazımı hərəkətlər etməmiş, hətta avtomaşınla bağlı İddiaçı verilmiş etibarnaməni ləğv etdirmiş və avtomobili onun əlindən aldırmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” ASC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 10.050 manat məbləği ndə pul və 30 manat dövlət rüsumu, mənəvi zərərə görə 5.000 manat və hüquqi yardıma görə 110 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir.) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4663/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 1.250 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və Cavabdeh3 7.500 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7203/2020 saylı qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) cavabdeh Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)4663/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin 7.500 (yeddi min beş yüz) manatın tutulması hissəsində Cavabdeh3 münasibətdə təmin edilməməsi, həmin iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi, Cavabdeh2 7.500 (yeddi min beş yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə cavabdehin apellyasiya saxlanılmışdır. şikayətinə müna sibətdə qalan hissədə dəyişdirilmədən Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının və digər cavabdeh F.Qasımovanın izahatlarını əsas götürərək qərar qəbul etmiş,bununla da tərəflərin bərabərliyi pirnsipini pozmuş, işin faktiki hallarını, ailə fotoşəkillərini, iş üzrə digər sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış, yazılı və səsli telefon danışıqlarını ümumiyyətlə araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 və vəkili Alışov Rafiq Talış oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında İddiaçı və vəkili X1 qızı kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və “xxxx” ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddiaçıdan ayrı-ayrı vaxtlarda 5.000 və 2.500 manat olmaqla, ümumilikdə 7.500 manat məbləğində vəsait aldığını təsdiqləmişdir (i/v 67). İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbində avtomobilə görə 7.500 manat məbləğində pulu Cavabdeh2 verdiyini qeyd etmiş, eyni zamanda, birinci instansiya məhkəməsində Cavabdeh2 də həmin pulu əvvəlcə 5.000, sonra 2.500 manat olmaqla iddiaçıdan aldığını təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən qeyd edilən məbləğin Cavabdeh2 yox, Cavabdeh3 tutulması barədə düzgün olmayan qətnamə qəbul etmişdir. Müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 hər hansı pul öhdəliyi yaranmamış və o, iddiaçının hesabına əsassız varlanan şəxs deyildir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının və digər cavabdeh F.Qasımovanın izahatlarının əsas götürülərək qərar qəbul edildiyini, tərəflərin bərabə rliyi prinsipinin pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı,apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7203/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar