Məhkəmə qərarları › İş №2(102)-2658/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2658/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2658/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)2604/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kəlbəcər rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 02 avqust 2018-ci il tarixdə verilmiş “Şəhid ailəsi üzvünün vəsiqəsi”nə əsasən İddiaçı şəhid ailəsinın üzvüdür.

2. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərdiyi 23 noyabr 2021-ci il tarixli ərizədə İddiaçı əri X7 şəhid olmamasını və sənədlərinin saxta olmasını, müharibədə deyil, talançılıq edərkən (qarətdə) öldüyünü, İddiaçı saxta sənədlər düzəltdiyini, ərinə ikinci dəfə ölüm haqqında şəhadətnamə aldığını və dövlətə ziyan vurduğunu göstərmişdir.

3. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdirinin İddiaçı ünvanladığı 15 fevral 2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına yazmış olduğu 23 noyabr 2021-ci il tarixli, İ-21-055 saylı məktubda İddiaçı əri X7 torpaqların azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmadığı, şəhidin atasının adının Saleh deyil, İbrahim olduğu və şəhid ailəsinin aldığı sənədin saxta olduğunu bildirməsi araşdırılma zamanı öz təsdiqini tapmamış və İddiaçı aldığı şəhid ailəsi statusunun qanuna müvafiq olması bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 50000 manat pulun alınıb iddiaçıya verilməsi, iddiaçı və ailə sinin barəsində yaydığı yalan məlumatları rəsmi təkzib edərək üzr istəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının əri X7 şəhid olmaması və sənədlərinin saxta olması barədə ərizələr yazmış, Kəlbəcər rayon İcra Hakimiyyəti cavabdehin Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığı məktubunu araşdırmış və 15 fevral 2022-ci il tarixdə məktubla cavablandıraraq bildirmişdir ki, onun ərinin şəhidlik statusu qanuna müvafiqdir. Cavabdeh bu məzmunlu ərizələri çox yazmışdır. İddiaçı dəfələrlə cavabdehdən bu əməllərə son qoymasını, camaat və ictimaiyyət qarşısında ondan üzr istəməsini, yazdıqlarının rəsmi sürətdə təkzib etməsini tələb etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Cavabdeh bu məlumatl arı yaymaqda məqsədi onu nüfuzdan salmaq və məclislərdə hörmətlə qarşılanmasına maneçilik törətməkdir. Cavabdehin hərəkətləri ona pis təsir etmiş, onu sarsıtmış, stress və əsəb yaşatmışdır. Cavabdeh isə yazdığına heç vaxt təkzib verməyəcəyini bildirmişdir.

6. Kəlbəcər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(040)-341/2022 nömrəli qətnaməsi ilə (hakim H.S.Qəniyev) iddia qismən təmin edilərək, Cavabdeh üzərinə İddiaçı “X5, Sizin mərhum əriniz X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğu və Sizin özünüzün də şəhid ailəsinin üzvü olduğunuz halda, şəhid X9 və şəhid ailəsinin üzvü X5 barəsində Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına yalan və aşağılayıcı məlumatlar göndərmişəm, buna görə Sizdən üzr istəyirəm!” məzmunda rəsmi (yazı lı) üzr istəməsi vəzifəsinin qoyulması, Cavabdeh vurduğu mənəvi zərərə görə 2000 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslı olması üçün üç şərt eyni anda mövcud olmalıdır. Yəni hazırki mübahisəyə münasibətdə məhkəmə müəyyən etməlidir ki: 1) cavabdeh tərəfindən söylənən ifadələr yayılmış olsun, 2) cavabdeh tərəfindən İddiaçı barədə işlədilmiş ifadələr şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl yetirən ifadələr olsun və 3) həmin ifadələr həqiqətə uyğun olmasın.

8. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçı barəsində şərəf və ləyaqəti alçaldan ifadələrin işlədilməsi və yayılması müəyyən olunmuşdur. Belə ki, cavabdeh Prezident Administrasiyasına göndərdiyi məktubda iddiaçının mərhum əri barədə həqiqətə uyğun olmayan məlumatlar vermiş, məhkəmə gedişində cavabdeh bu məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirməmiş və əksinə həmin məlumatlar səlahiyyətli dövlət orqanı- eyni zamanda həmin məlumatlar vətəndaş barəsində mənfi rəy yaradır və buna görə həmin məlumatlar şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edilməlidir.

9. Həmçinin belə məlumatların yayılması iddiaçının mənəvi sarsıntılar keçirməsinə səbəb olur. Bununla da, iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər.

10. Məhkəmə 2000 manat kompensasiyanın ödənilməsini ədalətli, iddia qalan hissədə mənəvi ziyana görə 48000 manat kompensasiya tələbinə dair hissədə əsassız, yəni həmin məbləğdə kompensasiyanı ağlabatan həddən artıq hesab etmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, 57, 80-ci, Mülki Məcəllənin 23.1, 23.2, 23.4, 23.5, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 20 08-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(040)-341/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)-2604/2022 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovun və İ.T.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(040)-341/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin olunmuş, İddiaçı mərhum əri X7 şəhid ol maması, qarət (talanda) zamanı ölməsi və X1 mərhum əri X7 şəhid olması ilə bağlı sənədləri saxta yolla düzəltməsi ilə bağlı məlumatların cavabdeh tərəfindən yazılı qaydada təkzib edilməsi, Cavabdeh mənəvi ziyanın kompensasiyası qismində 500 manat alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəhid, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir ki, şəhidlik Azərbaycan xalqının mentalitetinə əsasən ən ali, müqəddəs və şərəfli zirvə hesab olunmaqla, şəhidlərin əziz xatirələri qorunub saxlanı lır və yaşadılır. Həmçinin, şəhid ailəsinin üzvlərinə də ehtiramla yanaşılaraq, diqqət və qayğı göstərilir.

15. Məhkəmə hesab etmişdir ki, şəhid adı üzərindən hər hansı bir şəxsin sui-istifadə etməsi, bununla bağlı saxta sənədlər düzəltməsi ilə bağlı doğru olmayan məlumatların yayılması həmin şəxsin şərəf, ləyaqətini alçaltmaqla, onun cəmiyyətdə olan nüfuzuna da təsir etməkdədir.

16. Digər tərəfdən, Mülki Məcəllənin 23.1-ci maddəsinin tələbindən göründüyü kimi marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

17. Hazırkı işin hallarına görə cavabdeh iddiaçının mərhum ərinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmamasını iddia etməklə, onun qarət (talanda) zamanı, yəni dolayısı i lə cinayət törətməsi zamanı ölməsini əsassız olaraq iddia etməkdədir. Halbuki, iş materialları ilə iddiaçının mərhum ərinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olması təsdiq olunmaqdadır.

18. Apellyasiya məhkəməsi qəbul etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ifadələr iddiaçıda müəyyən mənfi psixi vəziyyət yaranmasına və iddiaçının qısa müddətə olsa da sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, cavabdehin işlətdiyi ifadələrin şəxsin, o cümlədən ölmüş şəxsin şərəf və ləyaqətini alçaltması ilə bağlı gəldiyi mövqe düzgün olmuşdur.

19. Lakin, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da əsassız qətnamənin çıxmasına səbəb olmuşdur. Belə ki, iddiaçı cavabdehdən vurulmuş mənəvi z iyan qismində həm mənəvi ziyanın ödənilməsini, həm də ondan üzr istənilməsi tələbini irəli sürmüşdür ki, cavabdeh şəxsin iddiaçı barəsində onun şərəf və ləyaqəti ləkələyən məlumatları yayması nəticəsində ona dəymiş mənəvi zərəri pul formasında ödəməsi vurulmuş mənəvi zərərin kompensasiyası qismində çıxış edir. Vurulmuş ziyanın əvəzi kimi həm üzr istənilməsi, həm də pul şəklində ödənilməsinin təmin edilməsi cavabdehin iki qat mülki məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, iddiaçının əsassız varlanmasına səbəb olur ki, bu da mülki qanunvericiliyin tələbi baxımından yolverilməzdir.

20. Digər tərəfdən, şəxsin işlətdiyi ifadəyə görə onun iradəsindən kənar olmaqla üzərinə üzr istənilməsi ilə bağlı öhdəlik qoyulması fikir və söz azadlığına zidd hesab olunur. Hazırkı işin hallarına görə d ə cavabdeh iddianı qəbul etməməklə, iddiaçıdan işlətdiyi ifadələrə görə də üzr istəmək niyyəti yoxdur. Belə olduğu təqdirdə isə cavabdehin üzərinə üzr istənilmə ilə bağlı öhdəliyin qoyulması əsassız hesab olunur. Lakin, birinci instansiya məhkəməsi işin qeyd edilən halını nəzərə almadan mənəvi zərərin kompensasiyası qismində cavabdehdən pul tutmaqla yanaşı, həm də onun üzərində iddiaçıdan üzr istəmə öhdəliyini qoymuşdur.

21. Bundan başqa, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən mənəvi ziyanın kompensasiyası qismində müəyyən etdiyi məbləğ cavabdehin əmlak vəziyyətinə uyğun deyildir. Belə ki, qeyd olunan məbləğ heç də az məbləğ olmamaqla, iddiaçı tərəfindən cavabdehin əmlak vəziyyətinin yaxşı olmasına dair məhkəməyə hər hansı bir sübut təq dim edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 46, 47-ci, Mülki Məcəllənin 23.1, 23.2, 23.4, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

23. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)-2604/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiy a şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqına” Qanunun 1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 88, 89-cu maddələri pozulmuşdur.

25. Belə ki, iddiaçının həyat yoldaşının şəhid olmasına dair hər hansı sənəd yoxdur. Məhkəmələr həmin şəxsin həqiqətən də şəhid olma faktına dair müvafiq qurumlara sorğular verməmiş, iddiaçının təqdim etdiyi sənəddə göstərilən ərinin adı ilə qəbir daşında qeyd olunan adın fərqli olmasını nəzərə almamış, sübutları düzgün qiymətləndirməmişdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu lə kələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Be lə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 33. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli qərarının məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumat ların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmiş, gəlinən nəticə qanunvericiliyə əsasən əsaslandırılmışdır.

37. Kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulması iş üzrə müəyyən edilmir.

38. Belə ki, cavabdeh iddiaçının (onun mərhum ailə üzvü) barəsində Azərbaycan Respublikası Prezident Administrasiyasına yazdığı ərizədə yuxarıda qeyd olunan məzmunda məlumatı yaydığını inkar etməmişdir. Əksinə o, h əmin məlumatı hazırda da kassasiya şikayətində təkrarlamışdır.

39. Kassasiya kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən yayımlanan ifadələr iddiaçının şəhid olmuş ərinin şərəf və ləyaqətini alçaltmış, iddiaçının sarsıntı keçirməsinə səbəb olmuşdur.

40. Odur ki, iddiaçının özünün və şəhid olmuş ərinin şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmış və apellyasiya instansiyası məhkəməsinin qət etdiyi hissədə cavabdehin mülki məsuliyyəti Azərbaycan Respublikası Mülki Məcəllənin 23.1 və 23.2-ci maddələri ilə nəzərdə tutulmuşdur.

41. Məhkəmə kollegiyası izah edir ki, cavabdeh müəyyən faktlara istinad etdiyi halda, həmin faktların sübut etmə vəzifəsi məhz onun üzərinə düşür. Lakin cavabdeh qeyd etdiyi faktlarla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Əksinə iş materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdirinin 15 fevral 2022-ci il tarixli məktubu ilə cavabdehin göstərdiyi hallar təkzib olunmuşdur.

42. Qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsi tərəfindən kassatorun dediyi halların sübut olunması üçün sorğuların verilməməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin istinad etdiyi faktlara görə sübutların təqdim edilməsinin məhkəmənin üzərinə qoyulması və ya məhkəmə tərəfindən həmin sübutların toplanılmas ı mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.

43. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edil miş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 44. “X3rşı” 2008-ci il Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Diffamasiya ilə bağlı məhkəmə proseslərindəki cavabdeh tərəfin səsləndirdiyi bəyanatların mahiyyət etibarilə həqiqi olduğunu münasib səviyyədə sübut etməsi tələbi Konvensiyaya zidd deyildir.”.

45. Apellyasiya instansiyası məhkəməsinin mənəvi ziyanın kompensasiyası kimi müəyyən etdiyi məbləğ cavabdeh tərəfindən hər hansı dəlillə mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası tutulan həmin məbləğin qanuniliyinin yoxlanılmasına zərurət bilmir.

46. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halla rı tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(104)-2604/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar