Məhkəmə qərarları › İş №2(102)-2658/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2658/2025

10.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2658/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 10.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış binasından çıxarılma tələbinə dair” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-501/2025 nömrəli iş üzrə, 15 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kv.m. olan qeyri-yaşayış binasını 28.000 manata İddiaçı satmışdır.

2. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-235/2021 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair id diası təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2567/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1996/2021 nömrəli, 9 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Balakən şəhəri, Heydər Əliyev pr, 69L ünvanda yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasından cavabdehlərin məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılması, 2020-ci ilin noyabr ayından bu günədək qeyri-yaşayış obyektinin icarəyə verilməsi yolu ilə ayı 1000 manatdan olmaqla 42000 manat əldən çıxmış faydanın cavabdehlərdən məcburi qaydada alınaraq ona ödənilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manat və 216 manat, cəmi 316 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Balakən şəhəri, Heydər Əliyev pr. 69 L ünvanda yerləşən ümumi sahəsi 92.0 kv.m. olan qeyri-yaşayış binasından cavabdehlərin məcburi qaydada çıxarılması və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehl ərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, iki ildən çoxdur ki, cavabdehlər ona məxsus olan qeyri-yaşayış binasından qanunsuz olaraq istifadə edir, oradan çıxmırlar. Dəfələrlə onlardan tələb etsə də, heç bir nəticə ala bilməmişdir. Cavabdehlərin ona məxsus əmlakı zəbt etmələri ona maddi və mənəvi ziyan vurur. Belə ki, hal-hazırda Balakən şəhərinin mərkəzində yerləşən 90.0 m2 - 100 m2 olan qeyriyaşayış binası aylıq olaraq 1200-1500 manata kirayəyə verilir. Cavabdehlərlə apardığı söhbət və danışıqlar heç bir nəticə vermədiyindən onların şəxsi mülkiyyətində olan qeyriyaşayış binasından çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

7. Məhkəmə iclasında şahid qismində dindir ilmiş X3 ifadəsində göstərmişdir ki,cavabdehlər İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasından istifadə edirlər və oradan çıxmayıblar.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İsmayıl Siracəddin oğlunun ifadəsinə oxşar ifadə vermişdir.

9. İş materiallarına əalvə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 aprel 2024-cü il tarixli rəyinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri X7 69 L ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasında hansısa formada qanunsuz istifadə olunması ilə bağlı bildirilir ki, satıcı Cavabdeh1 tərəfindən Balakən regional «ASAN xidmət» mərkəz ində Notariat ofisinin 4Ə-409 nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisə predmeti olan qeyri-yaşayış binası alıcı İddiaçı satılmışdır. Həmin qeyri-yaşayış binası Cavabdeh1 tərəfindən istifadə olunur.

10. Balakən Rayon Məhkəməsinin (hakim Arifə Cəfərova) e-2(019)-18/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, **********02-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı məxsus Balakən şəhəri X7 69L ünvanında yerləşən ümumi sahəsi 92.0 kv.m olan qeyri-yaşayış binasından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, İddiaçı ödənilməsi, iş üzrə 50 manat ekspertiza x ərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, İddiaçı tərəfindən (xx.xx.2024-cü il, ********** nömrəli qəbz) ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə qeyriyaşayış binasının Cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmuş, bundan başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında Cavabdeh1 ilə yanaşı onu əri Cavabdeh2 həmin sahədən istifadə etdikləri öz təsdiqini tapmışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı çıxarılmalarını tələb etdiyi qeyriyaşayış binasının böyük hissəsi onun mülkiyyətindədir və iddiaçının həmin sahələrə heç bir aidiyyəti yoxdur. Lakin, iddiaçı iddiasını elə əsaslandırmışdır ki, sanki, o, ona məxsus əmlakı zəbt etmişdir. Nəticə etibarı ilə də məhkəmə heç bir əsaslandırma aparmadan əsassız və qanunsuz olaraq onun qeyri-yaşayış binasından çıxarılması ilə b ağlı qətnamə qəbul etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-501/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elman İsayev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

17. Belə ki, Cavabdeh1 şikaytində qeyri-yaşayış binasının böyük hissəsinin onun mülkiyyətində olduğunu qeyd etsə də, həmin halı təsd iq edən hər hansı sənəd və ya sübut təqdim etməmişdir. a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellaysiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının çıxarılmağını tələb etdiyi qeyriyaşayış binasının böyük hissəsi Cavabdeh1 mülkiyyətindədir və iddiaçının həmin sahələr heç bir aidiyyatı yoxdur. Qeyd olunan qeyri-yaşayış binasının ümumi sahəsi 250 m2-dir və iddiaçıya məxsus Balakən şəhəri X7 69 L ünvanda yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binası həmin sahənin bir hissəsdir. Hər iki instansiya məhkəmələri müvafiq məhkəmə ekspertiza sı təyin etmədən əsassız və qanunsuz olaraq iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Hansı ki, MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallard a qeydə alınmalıdır.

22. Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən h ərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Balakən şəhəri, Heydər Əliyev pr, 69L ünvanda yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Cavabdehlər qanuni əsaslar olmadan iddiaçının iradəsi ziddinə orada istifadə etmələri iddiaçının mülkiyyət hüququna maneçilik törədir.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cava bdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəs ini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-501/2025 nömrəli, 15 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar