Məhkəmə qərarları › İş №2(102)-2659/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2659/2025

29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2659/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: iddia müddətinin tətbiqi şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-344/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.x x.2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir.

2. Eyni zamanda İddiaçı xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan Bakı şəhəri, Nəriman ov rayonu, K.Kazımzadə küçəsi, 802803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir.

3. İddiaçı əri X34 da "xxxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 sayl mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutul araq Loğman Məmmədova ödənilməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçı Loğman Məmmədovun xeyrinə 510.000 manat tutulması qət edilmişdir.

5. Birləşmiş digər mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçının birinci tələbi 2018-ci ilin fevral ayının 15-də verdiyi 300.000 ABŞ dolları borcdan qalan 200.000 ABŞ dolları, digəri isə 2018-ci ilin dekabr ayında mənzilin alğı-satqıs ı üçün verilmiş 300.000 manat pul məbləği ilə bağlıdır. İddiaçının dediyi kimi əgər tərəfindən cavabdeh Qurban Sadıqova 300.000 ABŞ dolları borc verilmişdirsə belə, qanunvericiliyə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu hallarda yazılı formada bağlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının dediyi kimi 300.000 ABŞ dolları pul vəsaitinin borc verilməsi təsdiq olunduğu təqdirdə belə, tərəflər arasında yazılı əqd bağlanmalı olduğu halda, belə əqd bağlanmamışdır. Yəni, əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır. Həmin məbləğdə pulun borc verilməsi barədə şifahi razılaşma (əqd) isə qanunvericiliyin tələbinə əsasən etibarsız (əhəmiyyətsiz) hesab edilir Hazırki iddia ilə isə iddiaçı 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da 1 illik iddia müd dətini ötürmüşdür.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2638/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, оna məxsus olmuş, "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən “X13” yaşayış kompleksinin B blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 140 saylı mənzilin mövcud bazar qiymətlərinə uyğun, dəyəri 1.950.000 (bir milyоn dоqquz yüz əlli min) manat olan mənzilə görə qalan 1.644.000 (bir milyon altı yüz qı rx dörd min) manat, dövlət rüsumu üçün ödənilmiş 1612 (bir min altı yüz on iki) manat və hüquqi xidmət üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin Cavabdeh tutularaq оna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin dayısı Loğman Məmmədov onun keçmiş qudasıdır. Övladının toy mərasimi və digər xərclərinə görə Loğman Məmmədovdan borc götürmüşdür. Ona məxsus ünvan 2 ünvanında inşa edilmiş “X14” yaşayış kompleksinin “B” blokunda yerləşən, 4 otaqdan ibarət 140 saylı mənzili (bundan sonra - 140 saylı mənzil) satışa çıxarmışlar. Mənzilin satışı barədə sosial şəbəkə vasitəsi ilə əmlak bazarında elan vermişlər. Mənzilin satış qiymətini 1.750.000 manata təklif etmişlər. X39, həm də оnların tərəfindən mənzilin tez satılmas ı üçün əmlak alğı-satqısı ilə məşğul olan şəxslərlə görüşlər keçirilmişdir. Həmin ərəfələrdə Loğman Məmmədov təklif etmişdir ki, qiyməti razılaşaraq, borcun qarşılığında mənzili ona versinlər. Оnlar ailələrində bu barədə danışaraq razılığa gəlmişlər. Həmin vaxta Loğmanla aralarında olan borc məbləği 200.000 ABŞ dоlları və 500.000 manat оlmuşdur. Mənzilə görə "xxxx" ASC-yə 816.000 manat borc da qalmışdı. Loğman ərinə bildirmişdir ki, mənzilin "xxxx" ASC-yə olan 816.000 manat borcunu da özü ödəyəcək. Beləliklə, ailələrinin Loğman Məmmədova olan 200.000 ABŞ dolları və 500.000 manat borcu ilə birlikdə "xxxx" ASC-yə ödənilməli olan 816.000 manat vəsait də daxil olmaqla mənzilin dəyərini 1.656.000 manata razılaşmaqla (974.000 doqquz yüz yetmiş dörd min ABŞ dolları) Loğman Məmmədova təhvil verməy ə razılaşmışlar. Loğman Məmmədov ərinə bildirmişdir ki, mənzilin bacısı oğlu Cavabdeh adına rəsmiləşdirilməsi üçün müvafiq sənədlər Bakı Dəmiryol Vağzalında fəaliyyət göstərən 2 saylı Bakı “Asan Kommunal “mərkəzində notariat ofisində hazırdır, gedib həyat yoldaşı ilə imzalamaq lazımdır. Loğman Məmmədovun təklifi əsasında 140 saylı mənzilin qiymətini 974.000 ABŞ dollarına qiymətləndirməklə, 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili Loğman Məmmədovun təklifi ilə 2 saylı Bakı “Asan Kommunal” mərkəzində onun bacısı оğlu və biznes şəriki Cavabdeh tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən onun adına sənədləşdirmişlər. Loğman Məmmədovla quda olduqları üçün Cavabdehlə aralarında hər hansı sənədləşmə işi aparmamışlar. Elə həmin vaxt ailələrinə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 4 оtaqlı mənzili sataraq bütün banklara olan borclarını da bağlamışlar. Cavabdeh qeyd edilən mənzil üzərində mülkiyyət hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra mənzili 2019-cu ilin iyul ayında Loğman Məmmədovun biznes şəriki, Rusiya Federasiyası vətəndaşı X18 borcunun əvəzində Yasamal rayonu ərazisində fəaliyyət göstərən 3 saylı Bakı “Asan xidmət” mərkəzində müvafiq rəsmiləşdirmə aparmaqla ona vermişdir. Sonradan həmin mənzil başqa şəxsə satılmışdır. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri faktiki olaraq bitdikdən sonra, Loğman Məmmədov bildirmişdir ki, o zaman quda оlmuşlar, evin təmirinə xərclədiyi 430.000 ABŞ dollarını istəməmiş, artıq quda olmadıqları üçün evin təmirinə çəkdiyi qaytarsınlar. Bir də ki, mənzili borcla əvəzləşdirən zaman 200.000 manat baha hesablamışlar, o pulu da qaytarsınlar. X36 və ailəsinin şöhrətpərəstliyini, pula, var-dövlətə olan hərisliyini görüb, gənclərin ailəsinin dağılmaması və söz-söhbətin yaranmaması üçün, onunla razılaşaraq evin təmirinə çəkdiyi xərci, qızı üçün aldığı cehiz əşyalarının dəyərini və borclarının əvəzində verdikləri mənzildən əlavə 200.000 manat pul vəsaitini də ona qaytaracağını bildirmişdi. Bu zaman Loğman Məmmədov “Barışıq Sazişi” layihəsi hazırlayaraq оnlara göndərməyə başlamış, hər dəfə də də yeni tələblər artıran Loğman Məmmədov, son variant “Barışıq Sazişi”ndə оnun adına olan, "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X13” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə Loğman Məmməd ovun 1/2 pay hüququnun tanınmasını tələb etdikdə onlar etiraz etmişlər. Bundan sonra Loğman Məmmədov 2020-ci il 15 sentyabr tarixdə Nəsimi Rayоn Məhkəməsində əri Qurban Sadıqova və оna qarşı iddia qaldıraraq, "xxxx" MTK-nın inşa etdiyi ünvan 3 ünvanında yerləşən “X13” yaşayış kompleksinin “B” blokunda 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilin təmirinə çəkdiyi 850.000 manatın və məişət əşyalarına, yəni qızı üçün aldığı cehiz əşyalarına görə xərclədiyi 115.000 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş etmişdir. X25 iddia tələbinin həcmini artıraraq yuxarıda göstərilən pul vəsaitindən əlavə "xxxx" ASC-yə ödənilmiş olan 816.000 manat pul vəsaitindən 510.000 manat pulu da məhkəmə vəsatəsilə оnlardan tələb etməyə başlamışdır. Məhkəmə çəkişmələri zamanı Loğman Məmmədov bildirmişd ir ki, оnun adına olan 140 saylı mənzilin iş üzrə cavabdeh bacısı oğlu Cavabdeh adına sənədləşdirilməsinin ona heç bir aidiyyəti yoxdur, “həmin mənzilin pulunu Cavabdeh ödəyərək mənzili almışdır”. Övladları arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulmuşdur. X25 və Cavabdeh оnların qızları üçün aldıqları və borcla əvəzləşdirilmiş həmin mənzili sosial şəbəkədə aşağı qiymətə reklam etdirərək mənzilin qiymətini 850.000 ABŞ dollarına satılacağı barədə videosüjet paylaşmışlar və sonra оnlara bildirmişlər ki, “bəs biz mənzili 200000 manat baha qiymətə almışıq, görürsüz bu qiymətə satmaq istəyirik”. X26 əri Qurban Sadıqova qarşı Nəsimi Rayon Məhkəməsində əlavə iddia qaldıraraq mənzillə əvəzləşdirilmiş pul vəsa itindən qalan 200.000 ABŞ dolları və 300.000 manat pul vəsaitini də tələb etməyə başlamışdır. Qeyd edilən iş üzrə Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, guya mənzili оndan 950.000 manata almış, həmin puldan 306.000 manat hissəsini "xxxx" ASC-yə ödəmiş, qalan pulu isə оnlara nağd qaydada ödəmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi Cavabdeh tərəfindən mənzilə görə nə оna, nə də əri X42 оğluna, nə də Banka hər hansı bir məbləğdə heç bir pul vəsaiti ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1456/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək X15 və İddiaçı təmir xərci qismində müştərək qaydada 595985 manatın tutularaq X7 ödənilməsi, X6 “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada хeyrinə tutulması” tələbi qismən təmin edilərək, İddiaçı X6 xeyrinə 510000 (beş yüz оn min) manatın tutulması qət edilmişdir. X1 əri X23 qarşı mənzillə əvəzləşdirilmiş pul vəsaitindən qalan 300000 manat və 200.000 ABŞ dolları pul vəsaitinin tutulması tələbinə dair iddiası Nəsimi Rayon Məhkəməsinin 2(006)-3774/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İş üzrə Cavabdeh tərəfindən оna məxsus olmuş əmlak demək olar ki, əvəzsiz olaraq onun tərəfindən ələ keçirilmişdir. Mənzilin dəyərindən sadəcə olaraq 306.00 manat hissəsi razılaşmaya əsasən "xxxx" ASC-yə Loğman Məmmədov tərəfindən ödənilmiş ödəniş qəbzlərini cavabdeh məhkəməyə təqdim edərək həmin vəsaitin onun tərəfindən ödənilməsini bildirmişdir. Hansı ki, həmin vəsait mənzillə əvəzləşdirilmiş məbləğə daxildir. Belə olan halda cavabdeh оna məxsus olmuş əmlakın qalan hissəsini ödəməyə borclu olsa da, bundan boyun qaçırır. Odur ki, məhrum olduğu əmlakının оna qaytarılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

9. Cavabdeh nümayəndəsi Vəkil2 iddiaya etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 2020-ci ildən başlayaraq, X6 iddiaçı və onun əri X23 qarşı ümumilikdə ******* manata yaxın borc pulun qaytarılması tələbinə dair bir neçə məhkəmə işləri olmuşdur. Həmin məhkəmə işlərinin hamısında iddiaçı və onun əri X5 Loğman Müzəffər oğlunun iddialarına etiraz edərək bildirmişlər ki, onlar X7 olan bütün borclarının əvəzinə hazırkı iddianın predmeti olan 140 saylı mənzili Loğman Məmmədova vermiş və həmin mənzili Lo ğman Məmmədovun tapşırığı ilə Cavabdeh adına rəsmiləşdirmişlər. Hazırkı iddiada isə artıq iddiaçı son 4 ildə digər məhkəmə işlərində nümayiş etdirdiyi mövqeyi tamamilə dəyişərək guya mübahisə predmeti olan mənzili 1.950.000 manata Cavabdeh satdığını bildirir, halbuki bununla bağlı nə müqavilə, nə də ki, digər sübut yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1456/2023 nömrəli, 16 mart 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin təmir xərci olaraq 639.057,5 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, cavabdehlərdən təmir xərci qismində müştərək qaydada 595.985 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin “cavabdehlərdən müştərək qay dada faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın tutulması” hissələrində ləğv olunması və həmin hissələrdə yeni qətnamənin çıxarılması, iddiaçının “cavabdehlərdən müştərək qaydada Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın və 36.125 manatın tutulması” tələblərinin təmin edilməməsi, iddiaçının “140 saylı mənzilin alınması üçün İddiaçı "xxxx" ASC-yə olan borcuna görə banka ödədiyi 510.000 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması” tələbinin qismən təmin edilməsi, İddiaçının xeyrinə 510.000 manat tutulması qət edilmişdir. İşin halları isə ondan ibarət olmuşdur ki, X8, cavabdehlər X19 və İddiaçı xahişi ilə “ünvan 4 ünvand a yerləşən X13 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan İddiaçı məxsus 145 saylı mənzildə bütün təmir işlərini, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, rəngsaz, divar kağızı, emulsiya, boya, qapı, pəncərə, evin soyutma və havalanma sistemi, evin döşəməsi, parketi, hamam və sanitar qovşağında aparılmış kafel, metlağ və sair islərilə bağlı bütün təmir işlərini öz hesabına həyata keçirmişdir. Təmir xərclərinin dəyəri məhkəmələr tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası rəyinə əsasən 595985 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, X8 145 saylı mənzilə görə cavabdehlərin əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510000 manat pul ödəmişdir. Bu vəsaitlər X8 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına onun işçiləri tərəfindən "xxxx" AS C-yə nağd ödənilmişdir. Həmin borcun bir hissəsinin ödənilməsini də X34 və İddiaçı X4 xahiş etmişlər, əks halda borc əvəzinə kreditə alınmış 2 mənzilə yönəldilərək "xxxx" ASC-nin mülkiyyətinə keçə bilərdi. Bununla bağlı olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 3736 saylı qətnaməsinə "xxxx" ASC-nin cavabdehlər İddiaçı və “Aral qrup" MMC-yə qarşı iddia tələbi qismən təmin edilərək, 740000 manat əsas borc, 7901,91 manat faiz borcu və 2031,59 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 749963,50 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, eyni zamanda borcun tutulması üçün 145 və 140 saylı mənzillərə də həbs qoyulmuşdu. Həmçinin, həmin vaxt X34 və Məmmədova X17 Babək Əli oğlu ilə 140 saylı mənzilin 900000 manata ona satılması barədə razı lığa gəlmişdilər. Mənzilin dəyərindən 306000 manat hissəsi "xxxx" ASC-yə qeyd edilmiş kreditin qalığının bağlanması üçün ödənilmiş, digər hissə isə nağd qaydada ödənilmişdir. Bunu şahid qismində X8, X11, X31, X20 da təsdiq edə bilərlər. X34 və İddiaçı X6 iddiasına qarşı etirazları isə əksinə həmişə ondan ibarət olmuşdur ki, onların ümumi borcları 974000 ABŞ dolları olmuşdur və həmin borcu guya 140 saylı mənzilin Loğman Məmmədovun göstərişi ilə Cavabdeh adına rəsmiləşdirərək əvəzləşdirmişlər. Birincisi, L.Məmmədovla Q.Sadıqov arasında borcun 140 saylı mənzil əvəzləşdirilməsi barəsində iş materiallarında heç bir sənəd, sübut yoxdur. Razılaşma olsaydı, mübahisə olmasaydı niyə X25 tərəfindən prokurorluğa şikayət yazılırdı və məhkəmədə iddia qaldırılırdı? İkincisi, X34 və İddiaçı, həm də onları n nümayəndəsi və vəkili Əjdər Sariyev dəfələrlə qeyd edirdi ki, 145 saylı mənzilin təmir pulu borcundan başqa, 2017-ci ildə Q.Sadıqovun L.Məmmədova 974000 ABŞ dolları borcları olub. Lakin 2017-ci ilin oktyabrına qədər, yəni XalqBank ASCyə borcun ödənilməsinə qədər Q.Sadıqovun L.Məmmədova təmir pulundan başqa borcu olmamışdır. Əgər doğrudan da 974000 ABŞ dolları mələğində borc var idisə, nəyə görə Loğman Məmmədov daha az məbləğə iddia qaldırmışdır? Bundan başqa, 974000 ABŞ dolları həmin dövrün məzənnəsinə görə təxminən ******* manat edirdi. İş materiallarında olan müqaviləyə əsasən isə, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllə, V blok, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 140 nömrəli mənzili 625000 manata almışdır. Belə olan halda 625000 manat necə ****** * manatla əvəzləşdirilə bilərdi və ya guya ******* manata Cavabdeh satıla bilərdi? Əslində isə, İddiaçı xx.xx.2017ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdi. Eyni zamanda İddiaçı xx.xx.2017-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, xx.xx.2014-cü il tarixli “Mənzil inşaatı müqaviləsi” əsasında istifadəsində olan 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı əri X34 da "x xxx" MTK-nın rəhbərliyinə xx.xx.2017-ci ildə notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, 140 saylı mənzilin Cavabdeh satılmasına razı olduğunu bildirmişdir. X34 və İddiaçı şikayətlərinin dəlillərindən biri ondan ibarət idi ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 23 iyun 2021-ci il tarixli, 02/2-157C-2) saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda X33 Məmmədovdan müxtəlif vaxtlarda 974000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun əvəzi olaraq 140 saylı mənzili sonuncunun razılığı ilə Cavabdeh adına rəsmiləşdirilmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddianı etiraf etməyərək iddia tələbinə etirazın məzmununa uyğun izahat verib və əlavə оlara q bildirib ki, əvvəl iddiaçı borcun əvəzləşdirilməsi kimi qeyd edirdi, hazırda isə bildirir ki, tələbi pul tələbidir. 510000 manatı Loğman ödəyib, Babək isə evin satışında kömək etmək istəyib. Babək təklif edib ki, 900000 manata evi ala bilər və razılaşıb evi alıblar. Aralarında alğısatqı olub, ərizələr təqdim edilib və cavabdeh 900000 manata evi alıb. 600000 manat nağd qaydada alınıb, 300000 manat isə Xalq Banka verilib. Natiq Məmmədov adlı şəxs iddiaçının yaxın qohumudur və qeyd etdiyi halları təsdiq edə bilər. Loğman Məmmədov bacısı qızına görə borcu ödəyib. 2017-ci ildə mənzili satmaq istəyiblər, ev satılmadığına görə Babək təklif edib ki, evi о, ala bilər. Оdur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 nömrəli iş üz rə 7 iyun 2024-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Adilə Paşayeva).

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə 140 saylı mənzilin satılmasının Loğman Məmmədova bağlılığının оlmamasının məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı ilə müəyyən edildiyini, müqavilə əsası ilə əmlakdan istifadə edən şəхsin isə bu hüququndan üçüncü şəхsin хeyrinə hər hansı qarşılıq оlmadan imtina etməsinin ağlabatan оlmadığını, 2017-ci ildən 2024-cü ilədək bu məsələnin mübahisələndirilmədiyini nəzərə alaraq, iddiaçının mənzilin dəyərinin оna ödənilmədiyinə dair bildirdiklərini ağlabatan saymır və mənzilin dəyərinin оna ödənildiyinə dair cavabdehin bildirdiklərini işin hallarına uyğun hesab edir.

13. Bundan başqa, müəyyən edilmiş mübahisəsiz hallar ondan i barətdir ki, 140 saylı mənzili xx.xx.2014-cü il tariхli “Mənzil İnşaatı müqaviləsi”nə əsasən iddiaçının istifadəsində оlmuşdur. Sоnuncu xx.xx.2017-ci il tariхdə "xxxx" MTK-nın rəhbərliyinə müraciət edərək, həmin mənzilin Cavabdeh satımasına etiraz etmədiyini bildirmiş, X34 da eyni tariхli ərizə ilə "xxxx" MTKnın rəhbərliyinə müraciət edərək, iddiaçının istifadəsində оlan həmin mənzilin Cavabdeh satımasına razı оlduğunu bildirmişdir.

14. İddiaçı tələbini borcun qarşılığında 140 saylı mənzili ona vermələrini təklif etmiş Loğman Məmmədova olan 200.000 ABŞ dоlları və 500.000 manat borc məbləğinin qarşılanması (əvəzlənməsi), mənzilə görə "xxxx" ASC-yə оlan 816.000 manat borcun da Loğman tərəfindən ödənilməsi də daxil olmaqla 1.656.000 (974.000 ABŞ dolları) manat dəyərində qiymətləndirdikləri mə nzili Loğman Məmmədova təhvil verməyə razılaşmaları, Loğman Məmmədovun təklifi əsasında 2017-ci ilin oktyabr ayında qeyd edilən mənzili, tərəfindən mənzilə görə heç bir vəsait ödənilmədən Loğman Məmmədovun bacısı оğlu və biznes şəriki оlan cavabdehin adına sənədləşdirdiklərini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir.

15. Bundan başqa, iddiaçı mənzilin razılaşdırılmış dəyərinin qalan hissəsinin ödənilməsini tələb etsə də, "xxxx" MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2017-ci il tariхli ərizəsindən görünür ki, оnun mənzil üzərində sərəncam vermək hüququ əmələ gəlməmişdir. О, yalnız mənzilin Cavabdeh satılmasına etiraz etməmiş, "xxxx" MTK tərəfindən satılmış mənzilin dəyərinin isə оna ödənilməli оlmasını izah edə bilməmişdir. Bundan başqa pulu əsassız varlanan cavabdehdən tələb etdiyini iddia edən və hazırkı iddia ilə xx.xx.2024-cü il tariхdə müraciət edən iddiaçıya görə, cavabdeh mənzili müqavilə əsası olmadan 2017-ci ilin оktyabr ayında heç bir vəsait ödəmədən əldə etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin "xxxx" MTK tərəfindən оna satılmış mənzilin dəyərini iddiaçıya ödəməli оlması halı təsdiq edilmədiyindən, eləcə də iddiaçının xx.xx.2014-cü il tariхli “Mənzil İnşaatı müqaviləsi”nə əsasən istifadəsində оlmuş və xx.xx.2017-ci il tariхdən cavabdehin əldə etdiyi mənzilin dəyərinin ödənilməsini tələb etmək hüququ qüvvədən düşdüyündən iddia təmin edilə bilməz.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 9.3, 567, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1095-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.4, 2 33.3, 216220 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, hazırda mübahisələndirilən 140 və 145 nömrəli, hər biri ayrı-ayrılıqda 278 kv.m оlan 4 otaqlı, dubleks mənzillər İddiaçı mülkiyətində olmuşdur. Həmin mənzillərdən 145 saylı mənzili Loğman Məmmədov qızının yaşaması üçün 2015-ci ilin mart ayında öz vəsaiti hesabına hədiyyə kimi təmir etdirmiş, həmin təmirin pulunun ödənilməsi tələbi ilə 2020-ci ildə Nəsimi Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı qaldırdığı iddia tələbi təmin edilərək, 595.985 (beş yüz doxsan beş min doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti İddiaçı tutulmuşdur. Həmçinin məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, 140 saylı mənzilin alınması üçün İddiaçı tərəfindən "xxxx" MTK-ya 625.000 (altı yüz iyirmi beş min) manat pul ödənilmişdir və hər iki mənzil eyni ustalar tərəfindən təmir edilmişdir. Kooperativin tam hüquqlu üzvü kimi İddiaçı "xxxx" MTK-nın rəhbərliyinə ünvanladığı xx.xx.2017-ci il tariхli ərizəsində mübahisələndirilən mənzilin Cavabdeh adına sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə ko operativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin "xxxx" MTK-nın nizamnaməsinin 6.5-ci bəndinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) koorperativ üzvünün çıxarılması haqqı nda qərar qəbuledildiyi gündən iki aydan çox olmayanmüddətə qaytarılır. İş materiallarına əlavəedilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya məxsus 140 saylı mənzilin dəyəri İddiaçı tərəfindən xx.xx.2014-cü il tariхdə "xxxx" MTK-ya tam olaraq ödənilməklə mənzil üzərində İddiaçı mülkiyyət hüquqları əldə etmişdir. Lakin həmin mənzilin Cavabdeh adına keçirilməsi ilə əlaqədar sonuncu tərəfindən hər-hansı bir məbləğdə pul vəsaiti nə payçı İddiaçı, nə onun həyat yoldaşı X23, nə Banka, nə də ”İnkom” MTK-ya ödənilməmişdir. 19. ”Qiymətləndirmə və Consulting” MMC-nin QCM/D 04-042/24 saylı, xx.xx.2024 dekabr tarixli hesabatına əsasən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillə rə əsasən ünvan 1 ünvanında yerləşən “X13” yaşayış kompleksinin B bloku, 4-cü mərtəbədə 4 otaqlı, 140 saylı mənzilin hazırkı vaxta bazar dəyəri, ******* (bir milyon, otuz bir min, atlı yüz) manat; xx.xx.2017-ci il tarixə bazar dəyəri 746000 (yeddi yüz qırx altı min) manat təşkil edir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/414 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən “X13” yaşayış kompleksində yerləşən təmirsiz mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan orta bazar qiyməti təqribən 4375,0 manat, təmirli mənzillərin 1 kv. metrinin hazırkı dövrə mövcud olan orta bazar qiyməti təqribən 5826,0 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılı qlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Həmin kompleksdə yerləşən mənzillərin xx.xx.2017-ci il tarixə 1 kv.metrinin təmirli və təmirsiz vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. ünvan 6 ünvanında yerləşən “X13” yaşayış kompleksinin B bloku, 4-cü mərtəbədə 4 otaqlı, 278 kv.m sahəsi olan 140 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, qiymətləndirmə həmin kompleksdə mövcud olan təmirli və təmirsiz analoji mənzillərin dəyərinə uyğun aparıldı.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-344/2025 nömrəli 1 may 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2371/2024 saylı, xx.xx.2024-cü il tarixl i qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəfin özünə aid edilməsi, məhkəmə xərci olaraq 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 600 manat Qiymətləndirmə və Consulting Mərkəzinin xeyrinə iddiaçıdan tutulması qət edilmişdir (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov).

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən Maya X3 borcunun əvəzi olaraq 140 saylı mənzilin Cavabdeh adına rəsmiləşdirilməsi təsdiqini tapmamışdır.

23. İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, maliyyə vəziyyəti pisləşdiyinə görə, bankla bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra e də bilmədiyini göstərmiş və kredit vəsaiti hesabına aldığı 140 saylı mənzilin "xxxx" ASC-də girovda qalmaq şərti ilə Cavabdeh adına “Mənzil inşaatı müqaviləsi” əsasında keçirilməsinə icazə verilməsini xahiş etmişdir.

24. Cavabdeh 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildirmişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir. Lakin buna baxmayaraq, iddiaçının tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.

25. Belə ki, elektron informasiya sistemindən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. G öründüyü kimi, iddia müddətinin tətbiqinə dair ərizə birinci instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılanadək təqdim edilmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında payın alğı-satqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququ 2017-ci ildə yaranmışdır. İddiaçı pul tələbini xx.xx.2024-cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

27. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamış, maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 44 2, 646.1, 646.2, 651-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-344/2025 saylı iş üzrə 01 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr iddiaçının pozulmuş hüquqlarını müdafiə etməkdən imtina edərək, əmlak hüquqlarını pozmuşdur. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Mülki Məcəllə ilə m üəyyənləşdirilir. Maddi hüquq normasının tələbindən göründüyü kimi iddia müddətinin axımı şəxsin hüququnun pozulduğunu bildiyi andan başlanır. Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu, yəni mənzillə əvəzləşdirilmiş borc məbləğinin yenidən məhkəmə qaydasında tələb olunmasını, məhkəmələr tərəfindən əvəzləşmənin qəbul edilmədiyini xx.xx.2023-cü il tarixdə konkret olaraq bilmişdir. Belə ki, yuxarıda göstərilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5868/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, işin 1ci cildinin 307, 308-ci səhifəsində olan İddiaçı və Q.Sadıqovun MTK-ya ünvanlanmış ərizələrindən görünür ki, onlar 140 saylı mənzilin Cavabdeh satılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya q arşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Qurban Sadıqovun ona qarşı dələduzluq edərək 300.000 manat pulunu talaması, həmçinin, X2 Sadıqovun ona qarşı dələduzluq edərək 300.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi barədə prokurorluğa şikayət etmiş və həmin şikayətlər araşdırılarkən müəyyən olunmuşdur ki, Qurban Sadıqov müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün Loğman Məmmədovdan ümumilikdə 900.000 ABŞ dolları borc almış, İddiaçı məxsus 140 saylı mənzil həmin borcun əvəzinə iddiaçının razılığı ilə onun bacısı oğlu Cavabdeh verilməklə borc əvəzləşdirilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi c avabdehlərin bu mühüm dəlili ilə əlaqədar hər hansı bir araşdırma aparmamış, bununla əlaqədar sübut əhəmiyyəti daşıyan zəruri sənədləri işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK-dan tələb etməmiş, işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir. İşdə mənzilin hansı qaydada Cavabdeh adına keçməsi, bununla əlaqədar tərəflər arasında hər hansı bir müqavilənin olması, əgər satılmışdırsa hansı qiymətə satılması işdən görünmür. Göstərilən hallara Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı hüquqi qiymət verilmiş, mənzilin borcla əvəzləşdirilmədiyi nəticəsinə gəlinmişdur. Maddi hüquq noprmasının göstərilən tələbinə əsasən iddiaçı Cavabdeh tərəfindən ona məxsus olmuş əmlakın dəyəri ödənilmədən ələ keçirdiyini həmin andan bilmiş, 13 gün sonra Ca vabdeh qarşı hazırkı iddianı qaldırmışdır. Lakin işə baxan məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da əsassız nəticəyə gəlmişdir. İşə baxan məhkəmə prosessual normanın tələblərini pozaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmiş, sübutlara düzgün qiymət verməmiş, iş üzrə formalaşmış vahid məhkəmə təcrübəsinin tələblərini pozaraq əsassız nəticəyə gəlmişdir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İİ, 29-cu maddəsinin İ, İİ, İİİ, İV, 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 1091.1, 1092.1, 1092.2, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konst itusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

35. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müd dət iddia müddəti sayılır.

36. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

37. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

38. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

39. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 651.Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.

41. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

42. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tə tbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayə tində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

54. Belə ki, iddiaçı ona məxsus olmuş 140 nömrəli mənzilin Cavabdeh satıldığını, evin dəyərinin 1.656.000 manata (974.000 ABŞ dolları) razılaşdıqlarını, cavabdehin öhdəliyini icra etmədiyini bildirir.

55. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 140 nömrəli mənzili 900000 manata aldığını, 600000 manatın nağd şəkildə verildiyini, 306000 manat pulu isə İddiaçı borcuna görə banka ödədiyini bildir mişdir. 306000 manat pulun Cavabdeh tərəfindən banka ödənilməsi işin mübahisəsiz halıdır. 600000 manat pulun isə İddiaçı ödənilməsini cavabdeh sübut edə bilmir.

56. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilmədiyi barədə nəticəyə gəlməsinə baxmayaraq, iddia müddətinin tətbiq edilməsi barədə gəldiyi nəticə və bununla bağlı əsaslandırması iş materiallarına uyğun gəlmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında payın alğısatqısı müqaviləsi üzrə iddiaçının pul tələb etmək hüququnun 2017-ci ildə yarandığını və iddiaçının pul tələbini xx.xx.2024-cü il tarixdə irəli sürməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bildirmişdir.

57. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiq i ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

58. Ko nstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında göstərmişdir ki məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.... Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tət biqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).

59. Göründüyü kimi iddia müd dətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

60. Hazırda baxılan iddia tələbi də iddia müddətlərinə tabedir və iş üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən öhdəliyin pozulduğunu iddiaçının bildiyi və ya bilməli olduğu vaxtdan başlanır.

61. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən (onun tapşırığı ilə) ödənilməsi bildirilən məbləğlər - hər biri 51.000 manat olmaqla, xx.xx.2017-ci il tarixdə X9; xx.xx.2018-ci il tarixdə X10; xx.xx.2018-ci il tarixdə X31; xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə isə X21 tərəfindən ödənilmişdir (bu fakt tərəflər arasında olmuş əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir).

62. Göründüyü kimi Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə edilmişdir və ba halda apellyasiya instansiyası məhkəməsinin iddiaçının pulu tələb etmək hüququnun 2017-ci ildə yarandığı barədə gəldiyi nəticə əsassızdır.

63. Həmçinin iş materiallarından görünür ki, 140 saylı mənzil üzrə Cavabdeh borcunun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi ilə əlaqədar məsələ, iddiaçı X6 cavabdehlər X34 və İddiaçı qarşı “pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-101/2022 nömrəli mülki işdə, habelə iddiaçı X6 cavabdeh X34 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-3774/2023 nömrəli mülki işlərdə müzakirə predmeti olmuşdur.

64. Belə ki, həmin işlərdə cavabdehin etiraz dəlilləri ondan ibarət olub ki, Qurban Sadıqov aldığı pulları qaytara bilmədiyindən 2017-ci ildə qızı üçün aldığı və arvadı İddiaçı adına olan 140 saylı mənzili 974.000 ABŞ dolları məbləğdə qiymətləndirməklə borcun əvəzinə Loğman Məmmədovun təklifi əsasında ona vermiş, həmin mənzil sonuncunun razılığı və təklifi əsasında bacısı oğlu X16 adına rəsmiləşdirilmişdir.

65. Bu dəlil həmin iş üzrə uzun müddət davam edən məhkəmə prosesində qəti və ardıcıl olaraq irəli sürülmüş, məhkəmə araşdırmasının predmeti olmuşdur. Hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2022-c i il tarixli e-2(006)-3774/2023 nömrəli qətnaməsi ilə (hakim N.Tağıyeva) Loğman Məmmədovun iddiası təmin edilməmiş və məhkəmənin iddianı rədd etməsinin əsası ondan ibarət olmuşdur ki, «işin araşdırılmış halları ilə tərəflər arasında borc münasibətlərinin 2015-2016-cı illər ərzində yaranması və 2017-ci ildə də bu münasibətlərin yuxarıda qeyd edilən mənzillə əvəzləşdirilməsi ilə başa çatması tam təsdiqini tapmışdır.»

66. Sonradan qeyd olunan 2(006)-101/2022 nömrəli və 2(006)-3774/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilmiş, həmin mülki mübahisə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə sonlanmışdır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-101/2022 nömrəli və 2(006)-3774/2023 nömrəli mülki işlərin baxılma sı zamanı 140 saylı mənzillə bağlı Cavabdeh tərəfindən ödənilməmiş borcun Loğman Məmmədova olan borcla əvəzləşdirilməsi barədə İddiaçı dəlillərinin məhkəmə araşdırmasının predmetini təşkil etməsi, hətta bu əsasla birinci instansiya məhkəməsində iddianın rədd olunması, hazırki tələb üzrə iddia müddətinin hesablanması zamanı xüsusi təhlilə ehtiyacı olan haldır. Çünki həmin 140 saylı mənzilin L.Məmmədovun borcu ilə əvəzləşdirilməsi barədə məhkəmə araşdırması, İddiaçı Cavabdeh qarşı iddia müddətini uzanan (davam edən, “sürünən”) vəziyyətə gətirmişdir. 68. 140 saylı mənzilin borcla əvəzləşdirilməsi barədə mübahisə məhkəmədə sonlandıqdan sonra İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir.

69. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia mü ddətinin ötürülməsi ilə bağlı işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilməmişdir.

70. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında 140 nömrəli mənzilin hansı qiymətə satılması və nə qədər borcun qalması barədə dəlillər üzrə araşdırma aparılması zəruri sayılmamışdır. Çünki son nəticədə 140 saylı mənzilin satılmasının Loğman Məmmədovla bağlılığı müəyyən edilməmişdir. Buna görə də mənzilin qiyməti barədə tərəflərin dəlilləri ətraflı araşdırılmalıdır.

71. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

72. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxıl an iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

73. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

74. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

75. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

76. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun ol araq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 1 may tarixli 2(103)344/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar